Müsahibələr
Məqalələr
Hamiləlik
Körpəyə qulluq
Qidalanma və inkişaf
Doğuş tipləri
Ana südü və əmizdirmənin xeyirləri
Sağlamlıq
Təlim və tərbiyyə
İnkişaf
Analar haqda hər şey
Bunları bilmək maraqlıdır
1 yaşına qədər olan körpələr
1 yaşından 5 yaşınadək olan körpələr
Video
Uşaq poliknikaları
Doğum evləri
Qadın konsultasiyası
Uşaq xəstəxanaları
Uşaq mahnıları
Dünyanın baldan şirin balaları
KİTAB (online sifariş)
PalSüd-ün məhsulları
Dayə
Fevral -2010 Müsabiqə
Namizədlər
Sayğac
Sayta daxil olanların sayı
loading...
Uşaqlarda angina

Angina orqanizmin kəskin iltihabi infeksiya xəstəliyidir ki, bu zaman badamcıq vəzisi udlağında yerli kəskin iltihablı proseslər baş verir. Təəssüf ki, bu gün bu xəstəlik çox geniş yayılmış və tez-tez digər orqanlar– ürək, oynaqlar, böyrəklər, ağ ciyərlər, həzm kanalı, limfatik sistem və s. tərəfindən ağırlaşmalarla müşayiət olunur. Çox vaxt körpələr bu xəstəliyə tutulurlar.
Kataral angina çox vaxt uşaqlarda rast gəlinən angina növünə aid edilir. Bu halda xəstələnmə subferil fonda (37 – 37.5 dərəcə) və ya  uzanır. Körpələr udqunma zamanı boğazda zəif ağrılardan şikayət edir, bəzən süstlük halları müşahidə edilir, limfatik düyünlərin azacıq genişlənməsi və onların xəstələnməsi də mümkündür. Damaq badamcıq vəzisinin selikli qişası qırmızı olur, onlar həcmcə böyüyürlər. Bəzən onların səthində selikli irin ifrazatı müşahidə etmək olur.
Follikulyar və lakunar anginalar
Bu xəstəliklər uşaqlarda kataral angina kimi başlayır: udqunma zamanı çətinliklər hiss edilir, bədən temperaturu yüksək rəqəmlərlə qalxır, bəzən də üşütmə, baş ağrısı, ümumi zəiflik ilə müşaiyət olunur, çənə limfotik düyünləri böyüyür və toxunuş zamanı ağrımağa başlayır. Bəzən ümumi intoksikasiyanın meydana gəlməsi kimi körpədə çiyində, oynaqlarda ağrı əmələ gəlir. Follikulyar angina zamanı böyümüş və qızarmış badamcığın səthində girdə formalı yarı-ağ nöqtələr görmək olar, lakunar zamanı isə bu cür rəngli ləkələr çuxur (lakunar) formasını təkrarlayır, daha doğrusu daha diffuzlu (yayılmış) olur. Anginanın kəskin simptomları 3 – 5 gün davam edə bilər, sonralar müvafiq müalicə nəticəsində tədricən zəifləyir.
Göbələk angina
İlk yaşlarındakı uşaq orqanizmin azaldılmış müqaviməti fonunda göbələk anginası olur. Bəzən bu xəstəlik bağırsağın mikroflora balansının pozuntusu ilə müşaiyət olunur, bu da əksər hallarda antibiotiklərin səmərəsiz tətbiqi nəticəsində yaranır. Qızarmış badamcıqda adətən ağ rəngli adacıqlar formasında ərp yaranır. Göbələk anginası çox vaxt qışda və payızda olur. Bütün simptonlar isə follikulyar və lakunar anginalarda olduğu kimidir (kəskin başlanğıc, yüksək hərarət v s.).
Difteriya anginası
Anginanın məhz bu foması yüksək diqqət tələb edir. Difteriya yolxucu infeksion xəstəlikdir. Ona qarşı 1 yaşından 5 yaşınadək olan körpələr daha həssasdırlar. Xəstəliyi difteriya çöpü törədir. Yoluxmuş hava axını vasitəsilə törədicilər ağız boşluğunun selikli qişasına, əsnəyə, buruna daxil olur və burada onlar üçün əlverişli şəraitdə çoxalır və güclü zəhər – toksinlər ifraz etməyə başlayır. Zəhər tez bir zamanda qanla bütün orqanizmdə yayılır. Difteriya toksinləri əsəb sisteminə, ürəyə, böyrəklərə xüsusilə dağıdıcı malikdir. Əgər difteriya çöpləri möhkəm və sağlam orqanizmi olan, xəstəliyə qarşı kifayət qədər immunitetə malik körpənin selikli qişasına daxil olarsa, o zaman bu körpələr difteriyaya yoluxmayaraq onun daşıyıcısına çevrilirlər. Onlar da xəstələr kimi xəstəliyi digərlərinə ötürə bilərlər.
Uşağa qulluq
Angina zamanı müalicəni yubatmaq olmaz, çünki bu xəstəlik həm yerli, həm də daxili orqanlar tərəfindən (revmatizm, revmatiod artrid və s.) kənar ciddi ağırlaşmalara səbəb ola bilər. Xəstə uşağa yataq rejimi, izolyasiya, ayrıca qab-qacaq, rasional və vitanimləşdirilmiş qida vacibdir. Yemək süd–bitki, mikroelementlərlə zəngin olmalıdır, limonlu çay, quşüzümü şərbəti, itburnu həlimi məsləhət görülür.
Ağız boşluğu və boğazı yaxalamaq üçün kalium permanqanat qatışığı (manqan məhlulu) istifadə edilir: mayenin çəhrayı rəngədə olması üçün bir neçə kristalcıq ½ stəkan suda qarışdırılır. Müalicə məqsədilə çox vaxt furansilin, mətbəx duzu (bir stəkan qaynanmış suya 1 çay qaşığı), içməli soda (eyni proporsiyalı) tətbiq edilir. Bitki cövhəri (dazı, çobanyastığı, adaçayı) geniş təbiq edilir ki, bunun da hazırlanma qaydası belədir: 2 xörək qaşığı ot minalanmış fincana qoyulur və isti qaynanmış su ilə qarışdırılır, 15 dəqiqə qaynanmış suda isidilir, qabaq ilə ağzı bağlanılır və 45 dəqiqə otaq temperaturunda ekstraktı çəkilir, süzgəcdən keçirilir və qaynanmış su ilə başlanğıc həcmə qədər qatılır (durulaşdırılır). Xəstənin vəziyyətindən asılı olaraq qarqaranı həkim təyin edir.
Qarqara prosedurasını yerinə yetirərkən qarışığın isti olmasına, qurtumdan qulağa düşməməsinə riayət etmək lazımdır, bunun üçün “a-a-a” səsini tələffüs etmək və udma hərəkətlərinə yol verməmək lazımdır. Boğazı düzgün qarqara etməyi hər körpə bacarmır, belə ki, burada vacib məsələ mayenin udlağın arxa divarcığına düşməsinə nail olmaqdır. Uşağı bu gigiyenik proseduranı aparmağı öyrətmək çox məqsədəuyğundur. Əgər körpə boğazı yaxalaya bilmirsə, daha bir analoji vasitə –  udlağı adi inhalyatorun və ya pulverizatorun köməyi ilə islatmaq məsləhət görülür. Pulverizator ilə güdə bir neçə dəfə müalicəvi qarışıqları, ot cövhərini otaq temperaturunda sıçrayırlar. Bu zaman uşaq ağzını geniş açmalı, dilini çıxarmalı və asta-asta nəfəs almalıdır. Pulverizator püskürdücü borucuğunun qurtaracağını ağız boşluğunan mümkün qədər dərinə elə yerləşdirirlər ki, damcılar dillə dodaqlar arasında toplanmasın, əksinə udlağın arxa divarcığına mümkün qədər daha irəliyə düşsün. Əgər boyun limfa düyünləri böyüyürsə, boyun nayihəsinə isidici quru və isti kompresslər qoyulur. Kompressi yarım-spirtlə (yarısı sudan ibarət spirt) tətbiq etmək tövsiyyə edilir. Kiçik (ilk) yaşlı körpələr üçün spirt iki dəfə yarısına qədər su ilə qarışdırılır. Kompress sutka ərzində 2 – 3 dəfə qoyulur. O, 4 qatdan ibarətdir. Çənəaltı nayihəyə həll olunmuş spirtlə isladılmış və sıxılmış bir cındır yumşaq parça, bint, tənzif qoyulur, onun üstü kompress kağızı ilə və ya polietilen plyonkası ilə örtülür, yuxarıdan isə pambıq, flanel və ya yun parça yerləşdirirlər. Hər bir lay əvvəlkindən böyük (sahəcə) olmalıdır. Kompressi boyunda şərf və ya bint vsitəsilə bərkidirlər. Onu bütün gecə saxlamağı məsləhət görmürlər. Kompressi götürdükdən sonra boyunu yumşaq isti dəsmalla sarımaq olar, bu onu isti saxlayar. Yüksək hərarət və ağrı zamanı (baş, boğaz ağrısı) antibiotiklərlə yanaşı həkimin təyin etdiyi qızdırmanı azaldan vasitələr, dozalama tətbiq edilir. Yuxusuzluq hallarında yuxu gətirici və sedativ preparatlar təyin edilir. Turşu-qələvi tarazlılığını bərpa etmək üçün mineral su içmək məsləhət görülür.
Əksər körpələrdə boğazda kifayət qədər tez-tez ağrı olmasına baxmayaraq, bu yalnız bir neçə gündən sonra keçib gedən adi xəstəlikdir, yenə də uşağınız boğaz ağrısından şikayət edəm kimi  həkimə müraciət edin. Həkim daha ciddi bir şeyin, məsələn angina formalarından birinin olub-olmamadığını müəyyən edə bilir. Belə təhlükə istisna edilən kimi ev şəraitində müalicəyə başlayın.
Lakin hətta bu hallarda belə uşağınızın vəziyyətinə diqqətlə nəzarət etmək və aşağıdakı hallar olduqda həkim çağırmaq lazımdır:
boğaz ağrısı 3 gündən artıq davam etdikdə;
uşaq içməkdən imtina etdikdə;
hərarət 38 dərəcədən yuxarı olduqda;
boğazda ağ ləkələr müşahidə etdiyinizdə;
səs dəyişildikdə;
nəfəs almada və udqunduqda çətinlik yarandıqda.
Tək-tük uşaqa soyuqdəymə və qrip proseslərini boğaz ağrısı kimi hallar olmadan yaşamaq nəsib olur. Buna görədə də uşağınız boğaz ağrısından şikayət etdikdə panikaya düşməyin. Belə ağrını çox vaxt virus infeksiyaları yaratdığından o, bir neçə gün davam edir və sonra öz-özünə yoxa çıxır.
Boğazın virus xəstəliyinin müalicəsi müvəqqəti simptomların zəiflədilməsinə yönədilir. Lakin əgər boğaz ağrısı bakterial infeksiyanın nəticəsidirsə, o zaman həkimin yazdığı antibiotikləri qəbul etmək lazım gələcək. Elə məhz bu səbəbdən ilk boğaz ağrısı halındaca mütəxəssisə müraciət etmək lazımdır. Hər zaman bu xəstəliyin kəskin tonzillit (angina) və ya faringit yaradan streptokok bakteriyalarının, mikrobların törətməsi təhlükəsi vardır. Həkimbu ciddi xəstəlik ehtimalını istisna etmək üçün boğaz hüceyrəsindən yaxma tötürməli olacaq.
Əgər uşağın boğaz ağrısının adi virus infeksiyasının nəticəsi aşkar edilərsəsiz xəstəliyin ev şəraitində müalicəsinə başlaya bilərsiniz. Həmçinin siz ağız suyu (tüpürcək) ifraz etmək üçün, yəni ağızın rübubətli olması üçün mümkün olan hər şey etməlisiniz. Buna öskürək əleyhinə xüsusi damcılama və ya nabat ilə, daha böyük uşaqlar üçün isə tibbi preparatlar əlavə edilmiş nabatla nail olmaq olar. Bu yolla ağrı zəifləyəcək, həmçinin iltihab prosesi ilə baş verən hüceyrə parçalanmasının qalıqları yuyulacaq
boğazı ağrıyan uşağa yüksək turşluq dərəcəsi olan içkilər vermək məsləhət görülmür: onlar xəstələrə sumbata kağızı kimi təsir edir. Bu səbəbdən uşağın vəziyyəti yaxşılaşana qədər ona portağal, ananas, qrepfrut və ya tomat şirəsi təklif etməyin. Digər tərəfdən alma soku onun üçün faydalı olacaq.
Sizin körpənizin şübhəsiz imtina etməyəcəyi “dərman” isə dondurmadır. O, boğazı yumşaltmaq lazım olduqda çox yaxşı təsir göstərir. Lakin dondurmanı körpəyə verməzdən əvvəl onu bir neçə dəqiqə ərzində otaq tempeüraturunda saxlamaq lazımdır. Həddən artıq soyuq uşağın udması üçün çətin olacaq. Amma körpəniz nəsə buzlu bir şey istəsə və buna tab gətirmək vəziyyətində olsa ona bunu verməkdən imtina etməyin. Bəzi uşaqlar boğazları ağrıdıqda soyuq dondurulmuş buzu çox xoşlayırlar. Bu uşaqdan asılıdır.
Həmçinin hava rütubətini də yaddan çıxarmayın. Bəzən boğaz ağrısı uşağın ağzı ilə nəfəs alması səbəbindən (xüsusilə də yatarkən) də başlaya bilər. Əgər mənzildə hava çox qurudursa, uşağın otağına hava rütubətləndiricisi qoymaq olar.
Kifayət qədər sadə müalicə olmasına baxmayaraq bunu özbaşına etməyə tələsməyin. Angina çox vaxt kifayət qədər ciddi xəstəliklərin simptomu ola bilir, buna görə də ilk simptomlardaca bu barədə ailəvi həkiminizə xəbər verin. Yalnız sonradan, uşaqda bu xəstəliyinin yaranma səbəblərinin yekun aşkarlanmasından sonra mütəxəssisin təyin etdiyi təlimatları yrerinə yetirin.


MƏQALƏLƏR / XƏBƏRLƏR
Tarix:26.06.2010
ELAN
Tarix:24.06.2010
Rəhim Rəhimli əmi oldu
Tarix:21.06.2010
Nabranda istirahət etmək istəyənlərin nəzərinə
Tarix:18.06.2010
Bir neçə çimərlikdən istifadə qadağan edildi
Tarix:17.06.2010
Qısa boylulara qara xəbər
Tarix:17.06.2010
Zülfiyyə Xanbabayeva: “Arıqlayıb 49 kilo oldum...”
Tarix:09.06.2010
Pivə qadınların döşlərini böyüdür?
Tarix:07.06.2010
Günəşin mənfi təsirlərindən necə qorunmalı?
Tarix:07.06.2010
İntihara gətirib çıxaran səbəblər
Tarix:04.06.2010
Fotoşəkilə baxdı, nəvəsini xərçəng xəstəsi olduğunu anladı
Tarix:04.06.2010
Hamilə qalmaq üçün cəmi 6 gün
Tarix:02.06.2010
Uşaq Teatrı Beynəlxalq Teatr Festivalına qatıldı
Tarix:02.06.2010
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyəsi
Tarix:01.06.2010
Məhkum uşaqlarla görüş keçirildi
Tarix:26.05.2010
İlk süni orqanizm yaradıldı
Tarix:25.05.2010
Qan azlığının dərmanı - badımcan
Tarix:25.05.2010
Oğlan uşaqlarını nə vaxt sünnət etdirməli?
Tarix:17.05.2010
Çadırda 8 uşaq doğuldu
Tarix:17.05.2010
Bakıda hərarət 30 dərəcəyə çatacaq
Tarix:17.05.2010
4 özəl tibb müəssisəsi qapadıldı
Tarix:14.05.2010
Gələcəkdə Azərbaycanda oğlanlar evlənmək üçün qız tapa bilməyəcək
Tarix:14.05.2010
Salona getmədən arıqlamaq üsulları
Tarix:12.05.2010
Düz ayaqqabılar da hündür dabanlar qədər zərərlidir
Tarix:12.05.2010
Yuxu probleminiz varsa...
Tarix:10.05.2010
Yağlı dərilər üçün qulluq maskaları
Qaliblər
Mətbuatda Biz
"Dost"un birinci hissəsi yekunlaşdı
Mənbə: Ədalət qəzeti

ANA.az, AGAT və Arzumun "DOST" adlı layihəsi davam edir!
Mənbə: Həftə içi qəzeti

“Dost” 16 may tarixində gözdən əlil uşaqlar üçün Respublika Internat Orta Məktəbinin qonağı oldu
Mənbə: PressPost.az
Face Book
Səs vermə
(1945)
Yox (433)

Copyright © ANA.az
Site by : azDesign.ws