Gələcək ananın qidalanması
Hələ dünyaya göz açmamış körpə üçün yeganə qidalanma mənbəyi sizsiniz. Hamiləlik dövründə sizin menyunuzun zəngin və balanslaşdırılmış olması son dərəcədə vacibdir, indi siz öz qidanızla körpənizin sağlamlığının uzun illərə qədər əsasını qoyursunuz. Bununla belə, qəliz pəhrizlər tutmaq və ya ikilikdə yemək qəti vacib deyil. Tələb olunanlar isə aşağıda sadalanan qidalı, təzə ərzaqlardır. Siz hamilə olan kimi özünüzə sual verin – sizin bu günkü qidalanmanızı sağlam adlandırmaq olar və sizin yeməyə olan hansı vərdişləriniz körpəyə zərərli ola bilər? Daha çox təzə tərəvəzlər və meyvələr yeyin. Şirninin və duzun qəbulunu azaldın. Konservlərdən imtina edin. Təbii və emal olunmamış ərzaqlardan təşkil olunmuş zənginləşdrilmiş və balanslaşdırılmış qida rasionu sizi vacib olan bütün lazımi keyfiyyətli vitaminlərlə təmin edəcək. Vitamin mənbəyinin farmasevtik preparatlar deyil, ərzaqların olması daha yaxşıdır. İstənilən halda bütün vacib maddələrə nail olmanın yeganə yolu rasional qidalanmadır. Ən vacib qida maddələri Maddə Qida mənbəyi Təsiri Kalsium Pendir, süd, kəsmik, kefir, yaşıl tərəvəzlər. Süd məhsullarında çoxlu miqdarda yağ olduğundan çalışın imkan daxilində yağsız kəsmik, üzsüz süd, ayran və s. qəbul edəsiniz. Bu maddə olmadan uşağın təxminən hamiləliyin 8-ci həftəsindən etibarən başlanan sümük toxumalarının və dişlərinin düzgün formalaşması mümkün deyildir. Kalsium sizə adi vaxtlardan iki dəfə artıq vacib olacaq. Zülallar Balıq, ət, qoz, paxlalı, süd məhsulları – bunların hamısı zülallarla zəngindir. Heyvan mənşəli məhsullarda da yağ az deyildir, lakin yaxşı olardı ki, onların qəbulunu azaldasınız. Bu səbəbdən ət yavan (yağsız), yumurta isə təzə, amma tam bişmiş olmalıdır. Hamiləlik vaxtı zülallara olan tələbat artır, ona görə də çalışın yüksək protein tərkibli ərzaqlar qəbul edəsiniz. Sellüloz Sizin lap çox yeyə biləcəyiniz meyvə və tərəvəzlər. Kəpəyə çox aludə olmayın – o digər qida maddələrinin həzminə mane olur. O, olmadan da kifayət qədər sellüloz mənbəyi mövcuddur. Sellüoz sizin gündəlik qida rasionunuzun mühüm hissəsini təşkil etməlidir, belə ki, o, hamiləlik dövründə tez-tez müşahidə edilən qəbizliyin qarşısını alır. Dəmir Dəmir heyvan mənşəli qidalarda, bitki mənşəlilərə (paxla, qurudulmuş meyvə) nisbətən daha asanlıqla həzm olunur. Əgər siz ət yemirsinizsə, dəmir və C vitamini ilə zəngin olan digər ərzaqlar qəbul edin. Dəmirin ən yaxşı mənbəyi qara ciyərdir, amma onda A vitamini çoxdur, bunun isə həddən artıq olması döl üçün təhlükəsiz deyil. Buna görə də qara ciyərdən hazırlanmış yeməkdən uzaq durmaq lazımdır. Vəzi çox tələb olunur. Uşaq onu doğuşdan sonrakı inkişafı üçün öz orqanizmində toplayır. Ana orqanizmi tərəfindən hasil olunan qan dəmirlə zəngin olmalıdır. Dəmir preparatları sizə qanazlığı hallarında yazıla bilər, hərçənd ki, bəzi həkimlər onları bütün hamilə qadınlar üçün yazırlar. Duz Duzdan sui-istifadə zərərli vərdişdir, ələxsus da hamiləlik dövründə, belə ki, bu qestozun və ağır şişlərin səbəblərindən biri ola bilər. Çalışın duzlu yeməyəsiniz. Maye Hamiləlik vaxtı böyrəkləri qorumaq və qəbəliyin qarşısını almaq son dərəcədə vacibdir. Bunun üçün ən yaxşı vasitə sudur. Vitamin A Kök, kahının yarpaqları, kələm, bitkilərin yaşıl hissələri, qara ciyər və böyrək, dəniz balığı, yumurta sarısı, kərə yağı, qaymaq, qıcqırdılmış (turşudulmuş) süd məmulatları Maddələr mübadiləsini normallaşdırır, böyümə prosesində iştirak edir, dişlərin, dərinin, saçın, dırnaqların və qalxanvarı vəzinin formalaşması üçün faydalıdır. Vitamin B1 (tiamin) Qulançar (quşqonmaz), kartof, pivə mayası, təmizlənməmiş dənli bitkilər, narınlaşdırılmış buğda dənələri, qoz, paxla, qalın üyüdülmüş undan bişirilmiş çörək Həzm və boy üçün faydalıdır, sinir sisteminin normal fəaliyyəti üçün əvəzolunmazdır. Vitamin B2 (riboflavin) Kələm, pivə mayası, təmizlənməmiş dənli bitkilər, narınlaşdırılmış buğda dənələri, yaşıl tərəvəzlər, qoz, qıcqırdılmış (turşudulmuş) süd məmulatları Göz və dəri üçün, eləcə də embrionun böyüməsi və inkişafı üçün xeyirlidir. Vitamin B3 (nikotin turşusu) Pivə mayası, narınlaşdırılmış buğda dənələri, yaşıl tərəvəzlər, balıq, yumurta, qıcqırdılmış (turşudulmuş) süd məmulatları, qoz, soya Baş beyin hüceyrələrinin formalaşmasına yardım edir, maddələr mübadiləsi üçün əvəzedilməzdir. Vitamin B5 (pantoten turşusu) Buğda kəpəyi, yumurta, pendir, qoz, pivə mayası, qıcqırdılmış (turşudulmuş) süd məhsulları, bitkilərin yaşıl hissələri, yer fındığı Maddələr mübadiləsində, qırmızı qan hüceyrələrinin formalaşmasında iştirak edir. Vitamin B6 Pivə mayası, narınlaşdırılmış buğda dənələri, tərəvəz, banan, qıcqırdılmış (turşudulmuş) süd məhsulları, balıq, ət Doymamış yağ turşularının həzmini yaxşılaşdırır, əzələlər üçün çox vacibdir, sinir sistemi üçün isə sinif sistemi üçün xeyirlidir. Qırmızı qan hüceyrələrinin formalaşmasına yardım edir. Vitamin B9 (fol turşusu) B12 Qıcqırdılmış (turşudulmuş) süd məhsulları, yumurta, soya, pivə mayası, göy soğan, kahı, bitkilərin yaşıl hissələri, malın qara ciyəri, qoz Körpənin və ananın mərkəzi sinir sistemi, hüceyrə bölgüsü üçün xeyirlidir. Anadangəlmə baş və onurğa beyni defektlərini fol turşusu çatışmazlığı ilə əlaqələndirirlər. Fol turşusunun qəbulunu hamiləliyin ilk 3 ayında qəbul etməyi məsləhət görürlər. Vitamin C (askorbin turşusu) Təzə meyvələr, bütün təzə tərəvəzlər, yaşıl bibər, pomidor, turşəng (quzuqulağı), limon, göy soğan, itburnu Cifti möhkəmləndirir, dəmirin həzm olunmasına yardım edir, qan damarlarının elastikliyini artırır, infeksiyalara qarşı müqavimət göstərməyə yardım edir. Vitamin D Yumurta, süd, kərə yağı, qara ciyər, balıq Sümüklərin normal inkişafı, ürəyin fəaliyyəti, əsəb sisteminin həyəcanlanma qabiliyyətinin (qıcıqlanmanın) tənzimlənməsi üçün çox vacibdir Vitamin E Narınlaşdırılmış buğda dənələri, bitki yağı, yaşıl yarpaqlı tərəvəzlər, təmizlənməmiş dənli bitkilər və paxlalı bitkilər Sağlam hüceyrələrin formalaşmasına yardım edir, ürək əzələlərinin fəaliyyətini təmin edir, trombların formalaşmasına mane olur, diabet və astmanın müalicəsində effektivdir. Vitamin K Yaşıl yarpaqlı tərəvəzlər Qanın normal laxtalaşmasına imkan verir Körpəyə necə zərər yetirməməli Qidanızın tərkibində olan bütün maddələr – həm qidalı, həm də zərərli – cift vasitəsilə uşağa çatır Konserv Konservlərdən, tez hazırlanması üçün nəzərdə tutulan qida yarımfabrikatlarından və quru suplardan uzaq durun. Belə məmulatların tərkibində çox vaxt şəkər və duz olur, onlarda çoxlu miqdarda yağ, konservantlar, boya maddələri və ədvalar ola bilər. Qablaşdırmada yazılan hər şeyi oxuyun, qida əlavələri olmayan ərzaqlar seçin. Dondurulmuş hazır yeməklər Yalnız əgər onları sizə isti-isti təklif etmirlərsə, supermarketlərdə satılan hazır yeməklərdən çəkinin və qaynar qəlyanaltı, qızaldılmış çolpa və s. təklif edən bufetlərədən uzaq durun. Belə məhsullar mikroblarla yoluxmuş olurlar ki, bunlar da uşağınızın sağlamlığına təhlükə törədə bilərlər. Pendir İstehsalında çiy süd istifadə edilən yumşaq pendir (bri), həmçinin digər sterilləşdirilməmiş süd məhsulları təhlükəsiz deyil və onlardan uzaq olmaq daha yaxşıdır. Bu həmçinin pasterizə olunmamış keçi südünə də aid edilir ki, bunun da tərkibində toksoplazmoz törədicisi ola bilər. Kofe, çay və kakao Bütün bu içkilərin tərkib hissəsi olan kofein, həzm sisteminə zərərli təsir göstərir. Kofein tərkibli içkilərin qəbulunu gün ərzində 3 fincana qədər azaldın, daha yaxşısı isə onlardan ümumiyyətlə imtina edin. Daha çox mineral su için. Ot tərkibli çay Əgər siz ot tərkibli çayı xoşlayırsınızsa, o zaman hamiləliyin başlanğıcında əczaçı-otçu ilə və ya bilən adamla məsləhətləşin. Əksər ot qarışığı dölə xələl yetirmir, hərçənd ki, bəzən xoşagəlməz effekt yenə də mümkündür. Sancıları yüngülləşdirmənin ənənəvi əlacı moruq yarpağından hazırlanmış moruqdur. Şəkər Şirniyyatda qazlı içkilərdə olduğu kimi qida maddələri azdır, amma onlar tez kökəldirlər. Gücün ən yaxşı mənbəyi taxılla zəngin olan nişastalı karbohidratlardır. Şirnini yenə də çox az qəbul etmək lazımdır. Alkoqol əvəzi Alkoqol cift vasitəsilə dölün qan dövranına daxil olur, bu isə təhlükəlidir. Yaxşısı budur ki, spirtli içkidən bütünlüklə imtina edəsiniz və meyvə və süd kokteylləri hazırlayasınız. Hətta alkoqolsuz içki kimi reklam olunan bir çox açıq pivə və yüngül çaxırlar da heç də həmişə zərərli əlavələrsiz və kimyəvi maddələrsiz olmurlar. Çox vaxt onların tərkibində uşağın sağlamlığı üçün müəmmalı olan maddələrin yüksək dozası olur. Şirəli qazlı su Ən adi içki, portağal şirəli mineral su, yaxşı sərinləşdirmə xüsusiyyətinə malikdir. Həmçinin digər şirələri də qarışdırıb dadına baxın. Südlü banan kokteyli Bu kokteyl nəinki gözəl dada malikdir, həmçinin çox faydalıdır (onun tərkibində çoxlu miqdarda zülal və kalsium var). Banan lətini südlə mixser vasitəsilə atlayın. Təzə meyvələrdən hazırlanmış kokteyl Müxtəlif meyvə şirələrini qarışdıraraq sınaqdan keçirin. Bu yolla xeyli sağlam, susuzluğu effektiv yatızdıran kokteyllər hazırlamaq olar Şıltaqlıqlar Hansısa müəyyən yeməyə məsələn, duzlu xiyara və ya banana meyl etməyə başladığınızı hiss etdikdə təəccüblənməyin. Əgər xətriniz belə istəyirsə özünüzü bundan məhrum etməyin, təki belə şıltaqlıqlar artıq kökəlməyə və ya mədə pozğunluğuna səbəb olmasın.
|