Müsahibələr
Məqalələr
Hamiləlik
Körpəyə qulluq
Qidalanma və inkişaf
Doğuş tipləri
Ana südü və əmizdirmənin xeyirləri
Sağlamlıq
Təlim və tərbiyyə
İnkişaf
Analar haqda hər şey
Bunları bilmək maraqlıdır
1 yaşına qədər olan körpələr
1 yaşından 5 yaşınadək olan körpələr
Video
Uşaq poliknikaları
Doğum evləri
Qadın konsultasiyası
Uşaq xəstəxanaları
Uşaq mahnıları
Dünyanın baldan şirin balaları
KİTAB (online sifariş)
PalSüd-ün məhsulları
Dayə
Fevral -2010 Müsabiqə
Namizədlər
Sayğac
Sayta daxil olanların sayı
loading...
Uşaqda nitqin inkişafı

Uşağınızın ilk yaşlarında onun beyninin nə qədər böyük iş gördüyü haqda siz nə vaxtsa düşünmüsünüz? Nu vaxt ərzində uşaq doğma dilini, iki dilli mühitdə isə dillərin ikisinə də birdən mənimsəyir. Təcrübənin göstərdiyi kimi, müəyyən səbəblərə görə bu çağlarında lazımi nitq inkişafından qalan uşaqlar sonralar bunun yerini böyük çətinliklərlə doldururlar. Onlar təkcə nitqin inkişafında deyil, həm də düşünmə qabiliyyətində, hiss və emosiyaların bildirilməsində öz həmyaşlarından geri qalır.

Uşağın nitq inkişafını şərti olaraq iki hissəyə bölmək olar: böyüklərin dilini anlama və özünün fəal nitqi. Balacanın passiv dilində, yəni onun anladığı dildə söz ehtiyatı nə qədər çox olarsa, bir o qədər tez o, özü onları söyləməyə başlayacaq. Hər şey ayrı-ayrı sözlərin anlanılmasından başlayır. Bilirsinizmi ki, sizin uşağınız əvvəlcə sözlərin məzmununu deyil, yalnız intonasiyaları anlamağa başlayır.

Böyüklərin ona müraciət etdiyini uşağın birinci ilinin ikinci yarısından anlamağa başlayır. Artıq 9-10 aylarında o, bir çox söz anlayır və valideynlərinin xahişi ilə müəyyən hərəkətləri yerinə yetirir: oyuncağı gətirir, topu atır, müəyyən əşyaları və ya tanış adamları göstərir. Uşaq nə qədər çox söz anlayarsa, o qədər tez onun aktiv lüğəti artar. Əgər uşaq bir yaşında on sözdən fəal istifadə edirsə, iki yaşının sonu üçün o, artıq üç yüzə yaxın sözdən istifadə edir, üç yaşı üçün isə bu sözlərin sayı bir min yarıma çatır. Bu yaşda artıq uşaq az qala böyüklərin səviyyəsində danışmağı və dil anlamağı bacarır.

Çox zaman üç yaşınadək uşağın danışdığını yalnız onun yaxınları anlayır. Bu ona görə belə olur ki, onun nitqi hadisəvi xarakter daşıyır. Çox zaman uşaqlar bir çox söz anlayır, ancaq istifadə etdiyi yalnız 10-15 ən lazımlı söz olur. Qalan şeyləri balaca mimika və jestlərin köməyi ilə izah edir. Bu ona görə baş verir ki, valideynlər uşaq üçün elə bir şərait yaradır ki, istədiyi əşyanı əldə etmək üçün, ona “ver” deyib, onu göstərmək kifayət edir. Deməli, ona bundan artıq danışmağa ehtiyac qalmır. Uşaq 9-10 aylıq olanda bu cür vəziyyət məntiqi olur. Lakin onun iki yaşı olan zaman bu artıq sizi düşündürməlidir.

Nitqin inkişafının uğurlu olmasına zəmanət

Nitqin inkişafı o zaman intensiv surətdə davam edər ki, uşaq üçün siz buna uyğun şərait yaradasınız. Ən yaxşı üsul uşağın istədiyini anlamadığınızı göstərməkdir. Əlbəttə, onun hansı istəyini nümayiş etdirməyə cəhd etməsi sizə yaxşı bəllidir. Lakin bunu anladığınızı ona göstərməyə tələsməyin. Onun nə istədiyini yenidən soruşun, lakin digər bir işi yerinə yetirin. Bu, özünü anasından daha anlaqlı hiss edən balacanı, öz nitq imkanlarını fəallaşdırmağa vadar edəcək. Bu cür həvəsləndirmə uşaqlarla valideynlərin ünsiyyətində çox əhəmiyyətli olan hadisəvi dili uşağa daha tez mənimsəməyə imkan verəcək.

Uşaqda insan dilinə marağın və hamını dinləməyə həvəsin olması təbii haldır. Nitqin anlanılmasının səmərəli inkişaf etməsi üçün bu prosesə təkan verən müəyyən şərait yaradılmalıdır. Hər şeydən əvvəl, uşaq daim böyüklərin danışığını eşitməlidir və bu danışıq həmçinin balacanın özünə ünvanlanmalıdır. O, anlamalıdır ki, bu, yalnız səsli fon və ya heç bir şey bildirməyən səslər deyil.  Siz uşağa müraciət edən zaman ilk vaxtlar öz sözlərinizi hərəkətlərinizlə müşayiət edirsiniz: “İndi biz ayaqqabıları çıxaracağıq. İndi isə köynəyi geyinəcəyik. Gəl su içək. Sən bu oyuncağı götürmək istəyirsən? İndi anan onu sənə gətirəcək.” Bununla belə, valideynlərin başa düşməyi vacibdir ki, körpə daha çox informasiyanı sözlərin özündən deyil, onları müşayiət edən mimika və jestlərdən, həmçinin onların deyildiyi intonasiyadan alır.

“Niyə”lərdən yorulmayan balaca

Uşaq bir yaşından üç yaşınadək çox sürətlə öyrənir. Onun anladığı sözlərin sayı, yəni passiv lüğəti sürətlə artır. Balaca çox şeyi anlayır, ancaq hələ ki, sərbəst danışmır. Balacanın anladığı ən birinci sözlər onu əhatə edən əşyaların, böyüklərinin, oyuncaqlarının adları, əşyaların, geyimlərin, bədən və sifət hissələrinin təsviri olur. İki yaşınadək uşaq, ona böyüklər tərəfindən deyilən və ətrafdakı əşyalara aid olan, demək olar ki, bütün sözləri bilir. Ətraf mühitlə fəal surətdə tanış olaraq, iki yaşında balaca ev məişəti və şəxsi gigiyena əşyalarının təyinatı haqda təsəvvürə malik olur və onları düzgün istifadə edir.

Özü üçün yeni əşyaları kəşf edən zaman uşaqlar, hər şeydən əvvəl, onların funksiyasını müəyyən etməyə çalışır. Ona görə də “Bu nədir?”, “Bunun adı nədir?” sualları sizin evinizdə hələ uzun müddət səslənəcək. Validenylərinsə səbri çatmalıdır ki, uşağın maraqlandığı əşyanın adını söyləsin və onun nəyə lazım olduğunu izah etsin. Üç yaşında uşağın lüğətində yeni “Niyə”, “Nə üçün?” sualları əmələ gələcək. Bunlar balacanın təkcə nitqi deyil, həm də təfəkkürünün yüksək inkişaf səviyyəsindən bəhs edir. Axı onlar hadisələrin səbəb-nəticə əlaqələrinin izah edilməsini tələb edir. “Böyüklərsayağı” izahları uşaq hər zaman anlamır, ancaq onlardan həzz alır.

Uşaq “dialoqları”nın xüsusiyyətləri

Nitqin inkişafında balacanın bütün uğurlarına baxmayaraq, dediyinizin hamısını onun anladığını düşünməyə dəyməz. Sizin mürəkkəb cümlələr və mücərrəd ifadələrlə söylədiyinizi qavramaq üçün uşaq təfəkkürü hələ yetərincə inkişaf etməyib. Sizin nəyinsə təhlükəli olması barədə dediyinizi düzgün anlamaq, xeyir və şər kimi mürəkkəb əxlaqi anlayışlar haqqında mülahizə irəli sürmək üçün balacanın təcrübəsi hələ kifayət qədər deyil. Ona görə də, yaşından “böyük” şeyləri anlamağı uşaqdan tələb etməyə, sizi dinləməyə, xüsusilə də uzun-uzadı nəsihət və mücərrəd mülahizələrinizə əməl etməyə səbri çatmayan balanıza qəzəblənməyə dəynəz. Hər şeyin öz vaxtı var.  Hələ isə sizin balacanız söhbətin nədən getdiyini anlamaq iqtidarında deyil. Uşağa müraciət edərkən, siz əvvəlcə öz hərəkətlərinizi sözlə ifadə edirsiniz: “İndi biz ayaqqabımızı çıxaracağıq. İndi isə köynəyi geyinək. Gəl su içək. Sən bu oyuncağı götürmək istəyirsən? İndi anan onu sənə gətirəcək”. Həmçinin, valideyn mühüm olaraq anlamalıdır ki, körpə daha şox məlumatı sözlərin özündən deyil, bu sözləri müşahidə edən mimikadan və jestlərdən, həmçinin onların səslənmə intonasiyasından alır.

Körpə - niyə
    Birdən üç yaşadək dövrdə uşaq fövqəladə tez sürətlə hər şeyi öyrənir. Onun anladığı söz miqdarı sürətlə artır, yəni belə ifadə etsək, passiv lüğət. Körpə bir çox şeyi anlayır, ancaq hələ müstəqil şəkildə danışa bilmir. Körpənin ilkin anladığı sözlər, onu əhatə əşyaların adlarıdır, böyüklərin adlarıdır, oyuncaqların adlarıdır, əşyaların, paltarların, bədən və üz hissələrin təsvirləridir. Iki yaşadək uşaq demək olar ki, böyüyün dediyi, ətraf əşyalara aid bütün sözləri bilir. Ətraf mühitlə aktiv  şəkildə tanış olaraq sizin körpəniz ev məişətində və şəxsi gigiyenaya əşyalarının təyinatı barədə təsəvvürə malik olur, onları düz istifadə edir. Yeni əşyaları özü üçün kəşf edərkən uşaqlar hər şeydən əvvəl onların funksiyalarını təyin etməyə çalışır, buna görə də “Bu nədir?”, “Bu necə adlanır?” sualları indi sizin evədə uzun müddət yer alacaq. Və bunun üçün də valideynlər səbirli olmalıdırlar ki, nəinki uşağı maraqlandıran əşyaların adlarını çəksinlər, həmdə lazım olduğunu izah etsinlər. Həyatının üçüncü ilində körpənin leksikonunda, onun nəinki, nitq inkişafının yetərincə yüksək səviyyəsini, həmdə təfəkkürünə işarə edən yeni sual yaranacaq: “Nə üçün?”, “Niyə?”. Axı o halın səbəb-nəticə əlaqələrinin izah edilməsini tələb edir. Bizim “böyük” izahatlarımız uşaq üçün həmişə anlaşılan olmasa da ona həzz verirlər.

Uşaq “dialoqlarının” xüsusiyyətləri
Körpənin nitq inkişafının nailiyyətlərinə baxmayaraq, düşünmək olmaz ki, artıq o sizin tərəfinizdən bütün deyilənləri tam anlayır. Hələ, sizin mürəkkəb cümlələrlə, mücərrəd ifadələrlə dediklərinizi qəbul etmək üçün uşaq təfəkkürü yetərincə inkişaf etməmişdir. Sizin, nəyin isə təhlükəli ola biləcəyi barəsində dediyiniz sözləri düz qəbul etmək üçün xeyir və şər kimi mürəkkəb və mənəvi anlayışlar haqqında düşünmək üçün hələ ki körpənin təcrübəsi çatmır. Buna görə də uşaqdan, onun hələ “böyümədiyi” məsələlər barəsində anlamağını tələb etmək düzgün olmaz, dinləmək səbrinə malik olmayan, xüsusən də sizin uzun-uzadı nəsihətlərinizə və yaxud mücərrəd mülahizələrinizə uyğunlaşmayan körpənizə hirslənməyə dəyməz. Hər şeyin öz vaxtı var. Hələlik sizin körpəniz söhbətin nədən getdiyini anlamır.
Uşaq, ona təxsis edilmiş sözləri öyrəndikcə, özü ilə ünsiyyəti asanlaşdırır. Indi o, sevinclə böyüklərin ondan xahiş etdiklərini yerinə yetirməyə, ondan istəniləni anladıgı üçün və düz yerinə yetirdiyi üçün ləzzət almağa başlayır. Bu isə əşlyalarla düz rəftar etməyin mənimsənilməsinin birinci addımıdır. Artıq körpəni doğumdan bu yana əhatə edən, adlarından başqa, böyüklər üçün adi, körpə üçün isə tamamı ilə yad olan əşyalar xüsusi funksiyalara malik olmağa başlayırlar.
Uşaq müəyyən lüğət ehtiyyatına malik olduqdan sonra, onun dilində iki-üç sözdən ibarət olan cümlələr yaranır. Əlbəttə, onların qramatikasının düz olmağını gəzləmək çətindir. Ancaq indi fövqaladə mühümdür ki, körpə cümlənin düz quruluşunu və sözlərin düzgün tələffüz nümunələrini eşitsin. “Uşaq” dilindən sui-istifadə etmək olmaz. Siz ürəyinizdə uşağın dilçilik kəşflərinə sevinə bilərsiniz, lakin özünüz düz danışmağa çalışın, axı uşaq danışığı tərzinin istifadəsi dilin qrammatik quruluş anlamının və sözlərin düz tələffüzün formalaşmasını dayandıracaq. Bu sanki, qravmatikanı lazımi qaydada anlamadan və sözlərin düz tələffüzünü bacarmadan, xarici dilin öyrənilməsinə başlamaq kimidir. Sonradan yenidən öyrənmək lazım gələcək. Buna görədə uşağınıza maneə yaratmağa dəyməz. Ancaq uşağı hər dəfə səhv deyəndə də danışdırmaq olmaz. Bununla da siz ümümiyyətlə onda danışmaq həvəsini məhv edə bilərsiniz. Əgər körpə səhv buraxdısa, siz sanki özünüzdə həmən cümləni, sözlərin və qrammatik quruluşun düz tətbiqi ilə təkrar edə bilərsiniz. Yadda saxlayın ki bu mərhələdə sizin üçün ən mühüm tapşırıq – uşağı özünüzlə ünsiyyətə şövqləndirəsiniz. Hazırki anda olan səhvlər isə vaxtı gələndə hökmən düzələcəklər.

Uşaq və nitqin çoxüzlülüyü
Uşaqlar yeni vərdişdən – insanlarla ünsiyyətdən – böyük ləzzət alırlar. Onlar eşitdikləri yeni sözləri fərəhlə təkrar edirlər, həvəslə suallar verirlər, hərdən hətta dəfələrlə eyni sualı. Körpənin ünsiyyət qurmaq istəyi çox vaxt onun bu sahədə imkanlarından dahada çox olur. Başqa sözlə desək, bacardığından daha çox söyləmək istəyir: şəxsi fikrini ifadə etmək üçün ona həmişə söz yetmir, körpə lazımi cümləni təcili dürüst ifadə edə bilmir. Buna görədə körpənin dili hərdən dolaşır, böyük fasilələr edir. Vaxt ötdükcə bunlar keçəcək və belə məqamlara böyük diqqət yetirməyə lüzum yoxdur, əks halda uşaq utanmağa başlayacaq və belə olan halda çətinliklər həqiqətən uzun müddət qala bilər.
2-3 yaşlarında uşaq tədricən dili göstəriş və təlimat kimi anlamağa çalışır, lakin vaxt ötdükcə siz görəcəksiniz ki körpə, söhbətin nədən getdiyindən asılı olmayaraq, diqqətlə sizi dinləməyə başlayır. Sizin uşağınız eyni maraqla nəinki sizin oxuduğunuz və yaxud danışdığınız nağılları, nəin ki televiziya cizgilərini, həmdə sizin rəfiqələrinizlə olan telefon danışıqlarınızı və yaxud dalbadal bütün televiziya verlişlərini dinləyəcək. Uşaq yeni sözləri, hərdən lazımi yerdə, hərdəndə yox, istifadə etməklə özünə “hopdurur”. Hərdən uşağınız, tamamı ilə onun qulaqları üçün nəzərdə tutulmayan, küçədən gətirdiyi və yaxud söhbətlər zamanı eşitdiyi sözlərlə sizi “sevindirəcək”. Hazır ki mərhələdə sizin körpə təmamı ilə bütün sözləri qəbul edir və yadda saxlayır, hətta onların mənasıni anlamasada. Yeni səslərin, söz birləşmələrinin, sözlərin təkrar edilməsi ona xüsusi ləzzət verir. Hərdən artıq həyatının ikinci ilində körpə öz oyunlarını, özündən başqa heç kimə yönəlməyən, özü ilə olan söhbətlərlə müşayiət edir. Vaxt ötdükcə bu söhbətlər fikirdə baş verəcək.
Sonda valideyinlərin, körpələrin söz köməyi ilə ünsiyyət qurmasının inkişafı və sizə və özünə də zövq verməsi üçün, nə edə biləcəyi barəsində bir neçə söz deyək.

Faydalı məsləhətlər
Körpə ilə mümkün qədər çox danışın. Sizin nitqiniz qrammatik cəhətdən düz olmalıdır, bünün sözləri düz tələffüz edin, çünki “uşaq” dilinin istifadə edilməsi “normal” uşaq dilinin formalaşmasına ziyan vuracaq.
Körpənizin nə demək istədiyinə diqqət yetirin. Onu dinləyin və bütün suallarını cavablandırın. Bu nəinki sonrakı danışmaq qabiliyyətinin inkişafının, həmçinin təfəkkür etməyin və dünyanı dərk etmək həvəsinin rəhnidir.
Əgər uşaq danışarkən səhv edirsə buna mülayim yanaşın. Səhv – nitq inkişafının mühüm mərhələsidir, sizin tənqidi qeydləriniz isə elə təsir edə bilər ki, körpə səhv etməkdən çəkinərək yavaş inkişaf edər.
Körpədə dinləmək və diqqətli olmaq bacarığını inkişaf etdirin.
Onunla, dinləmək və eşitmək qabiliyyətini inkişaf etdirən, oyunlar oynayın: ona ətraf səsləri dinləmək və ayırd etmək öyrədin: “Eşidirsən maşın gedir, bu isə tozsoranın səs-küyüdür, bu nədir? Bəli, düzdür, saatdır.” Qoy uşaq müstəqil şəkildə səsləri ayırd etməyi, nəyin necə səsləndiyini tapmağı, nəyin səslənmədiyini öyrənsin.
Adətən uşaqlar hər istədiklərini tamamilə sözlərin köməyi olmadan çox gözəl ala bilirlər. Yetər ki barmağı ilə istədikləri əşyanı göstərsinlər və sehirli sözlərlə yalvarsınlar: “Ver”, istəkləri dərhal yerinə yetir. Ancaq belə vəziyyət digər insanlarla ünsiyyətdə vasitə olaraq nitq inkişafında körpənin tələbatlarını ödəmir. Onu yalniz siz və yaxınları başa düşəcək. Buna görə də uşağı öyrədin ki mümkün qədər öz istəklərini tam şəkildə ifadə etsin, yeni sözlər, cümlələr, ifadələr desin.
Uşağa qısa şerlər, nağıllar öyrədin, axı onları yadda saxlayaraq və təkrar edərək, o yeni sözlər öyrənir, yaddaşını və diqqətini məşq etdirir.
Uşağı, onu əhatə edənlər barədə rabitəli hekayələr qurmağı, kitabdakı şəkillər üzrə təsvir verməyi öyrədin. Bu kontekstli dil bacarığını formalaşdıracaq, yəni baş verəcək hadisələri təsəvvür etmək qabiliyyəti, onlar haqda danışmaq və fikir söyləmək formasının tapılması bacarığını. Bunun üçün kitabçaya baxarkən körpəyə suallar verin: nədir bu (itdir), necə itdir (ağ, yumşaq tüklü, gülməli), o nə edir (sümüyü gəmirir) və s. Sonra isə yekunlaşdıraraq şəkil üzrə qısa hekayə hazırlayın: bu balaca yumşaq tüklü itdir, onun sümüyü var və o onu gəmirir.
Müəyyən müddətdən sonra sizin uşağınız, şəkili, öz oyuncaqlarını, gün ərzində onunla baş verən hadisələri təsvir edərək, özü oxşar hekayələr qura biləcək. Daima ətraf dünyanı, halları və hadisələri təsvir edən yeni sözləri əlavə edin. Mütləq hekayələrdə, nitqdə və yaxud şerlərdə rastlaşan yeni sözlərin mənasını izah edin. Bundan əlavə “tapmaca” oynaya bilərsiniz: qoy körpə yeni sözün mənasını özü tapmağa çalışsın. Bu körpənin həyatının üçüncü ilində mümkün olacaq. Dili mənimsəyərək uşaq nəinki onu digər insanlarla ünsiyyətdə onu istifadə edir, həmdə öz fəaliyyətini planlaşdırmaq üçün. Onda tədricən “özü üçün” adlanan dil formalaşmağa başlayır. Bir gün siz görəcəksiniz ki uşaq öz oyunlarını  anlaşılmayan mırtıltı ilə, heç kimə ünvanlanmayan sözlərlə müşayiət edir. Vaxt gələcək o nəinki elədiklərini sadəcə şərh edəcək, həmdə öz gələcək hərəkətlərini sözlə planlaşdıracaq. Əgər onun planlaşdırdığını əvvəlcə sizə danışmağını öyrətsəz, körpəyə kömək etmiş olarsınız. Hər dəfə soruşun: “Sən nə etmək istəyirsən? Bu oyuncağı hara qoyacaqsan? Kim maşında birinci gəzəcək: gəlincik və yaxud ayı?” Bəlkə hekayələr uşağa öz hərəkətlərini planlaşdırmağı tez öyrənməyə kömək edəcək, təfəkkürün və daxili dilin inkişafına yardım edəcək.
Əgər siz uşağın nitqinin inkişafına yetərincə vaxt, güc və diqqət ayırsanız, vaxt gələcək sizin körpəniz mütləq sizi gözəl tələffüzlə, gözəl danışmaq bacarığı ilə cümlələri düz qurmaqla sevindirəcək, onda sözə qarşı məhəbbət oyanacaq – yazılana və yaxud deyilənə. Xoş ünsiyyətlər arzu edirəm.

Yaş: 3-4 ay – 12 ay
Hamıya məlumdur ki, körpələr şəkillərə baxmağı sevirlər. Bu ancaq maraqlı yox, həm də faydalıdır.
Jurnaldan kəsilmiş bir şəkili uşağın əlinə verib, onu atmaqdır deməkdir. Körpə onu dərhal cıracaq və ya onu ağzında isladacaq. Şəkilləri körpənin əllərindən ara bir məsafədə göstərmək olar, amma adətən o həmin rəngli şəkili almaq istəyəcək və ağlamağa başlayacaq.   
Şəkili çox müddətli etmək üçün bir neçə üsul var. Əgər şəkil balacadır, onu iki tərəfli eni skotçla və əgər böyükdürsə kitablar üçün termoplyonka ilə  yapışdırmaq olar.
Şəffaf plyonka altında özü yapışan şəkillər üçün “maqnit” fotoalbomu almaq olar. Belə albomu səhifələrə bölüb və şəkilləri vərəqin hər iki tərəfinə qoymaq olar. Rahat olar ki, əgər siz hər səhifəni eninə iki yerə böləsiniz (onlar adətən A4 formatında olurlar). Onda şəkillərdən də çox qoymaq olacaq və səhifə özü uşaq əlləri üçün rahat olar.          
Belə variant da var – şəkilləri qalın karton qutuya yapışdırın və termoplyonka və yaxud skotçla örtün. Əgər qutu silindr formasında olsa, məsələn çips və ya findıq qutusu, uşağa onu yerdə şən gillətmək imkanı verəcək. Belə qutuya şəkilləri eninə yapışdırırlar, çünki qutunu gillədəndə şəkillər “yanakı” olmasınlar.
Uşaq yaxşı əhval-ruhiyyədə olanda ona bir neçə dənə tək-tək şəkillər və yapışdırılmış qutunu verin. Qoy onlara baxsın və ya qutunu ora-bura çevirsin. Hamısına yaxşı baxa bilsin. 
Vaxtaşırı ona şəkillərdə təsvir edilmiş əşyaların adlarini ona deyin. Belə və yaxud oxşar əşyaları evdə ona göstərin. Korpə böyüyəndən sonra və “harada” sualına cavab verməyi öyrəndikdən sonra, xahiş edin ki bu və ya digər təsvirin harada olmasını göstərsin.
Şəkilləri tərkibinə görə sadə seçmək daha yaxşıdır. Bu oyuncaqların, ev məişət əşyalarının, gəzintidə rastlaşa biləcəyimiz itlərin, pişiklərin, quşların təsvirləri ola bilər. Ancaq bu heç də dinozavrların, böyük yazıçıların və yaxud çin ieroqliflərinin təsvirləri olmamalıdır.     




MƏQALƏLƏR / XƏBƏRLƏR
Tarix:26.06.2010
ELAN
Tarix:24.06.2010
Rəhim Rəhimli əmi oldu
Tarix:21.06.2010
Nabranda istirahət etmək istəyənlərin nəzərinə
Tarix:18.06.2010
Bir neçə çimərlikdən istifadə qadağan edildi
Tarix:17.06.2010
Qısa boylulara qara xəbər
Tarix:17.06.2010
Zülfiyyə Xanbabayeva: “Arıqlayıb 49 kilo oldum...”
Tarix:09.06.2010
Pivə qadınların döşlərini böyüdür?
Tarix:07.06.2010
Günəşin mənfi təsirlərindən necə qorunmalı?
Tarix:07.06.2010
İntihara gətirib çıxaran səbəblər
Tarix:04.06.2010
Fotoşəkilə baxdı, nəvəsini xərçəng xəstəsi olduğunu anladı
Tarix:04.06.2010
Hamilə qalmaq üçün cəmi 6 gün
Tarix:02.06.2010
Uşaq Teatrı Beynəlxalq Teatr Festivalına qatıldı
Tarix:02.06.2010
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyəsi
Tarix:01.06.2010
Məhkum uşaqlarla görüş keçirildi
Tarix:26.05.2010
İlk süni orqanizm yaradıldı
Tarix:25.05.2010
Qan azlığının dərmanı - badımcan
Tarix:25.05.2010
Oğlan uşaqlarını nə vaxt sünnət etdirməli?
Tarix:17.05.2010
Çadırda 8 uşaq doğuldu
Tarix:17.05.2010
Bakıda hərarət 30 dərəcəyə çatacaq
Tarix:17.05.2010
4 özəl tibb müəssisəsi qapadıldı
Tarix:14.05.2010
Gələcəkdə Azərbaycanda oğlanlar evlənmək üçün qız tapa bilməyəcək
Tarix:14.05.2010
Salona getmədən arıqlamaq üsulları
Tarix:12.05.2010
Düz ayaqqabılar da hündür dabanlar qədər zərərlidir
Tarix:12.05.2010
Yuxu probleminiz varsa...
Tarix:10.05.2010
Yağlı dərilər üçün qulluq maskaları
Qaliblər
Mətbuatda Biz
"Dost"un birinci hissəsi yekunlaşdı
Mənbə: Ədalət qəzeti

ANA.az, AGAT və Arzumun "DOST" adlı layihəsi davam edir!
Mənbə: Həftə içi qəzeti

“Dost” 16 may tarixində gözdən əlil uşaqlar üçün Respublika Internat Orta Məktəbinin qonağı oldu
Mənbə: PressPost.az
Face Book
Səs vermə
(1945)
Yox (433)

Copyright © ANA.az
Site by : azDesign.ws