Müsahibələr
Məqalələr
Hamiləlik
Körpəyə qulluq
Qidalanma və inkişaf
Doğuş tipləri
Ana südü və əmizdirmənin xeyirləri
Sağlamlıq
Təlim və tərbiyyə
İnkişaf
Analar haqda hər şey
Bunları bilmək maraqlıdır
1 yaşına qədər olan körpələr
1 yaşından 5 yaşınadək olan körpələr
Video
Uşaq poliknikaları
Doğum evləri
Qadın konsultasiyası
Uşaq xəstəxanaları
Uşaq mahnıları
Dünyanın baldan şirin balaları
KİTAB (online sifariş)
PalSüd-ün məhsulları
Dayə
Fevral -2010 Müsabiqə
Namizədlər
Sayğac
Sayta daxil olanların sayı
loading...
Hər yaş üçün düzgün oyuncaqlar

Oyun uşağın əsas məşğuliyyətidir. Oyun vasitəsilə o, dünyanı tanıyır və inkişaf edir. Oyun uşağın yaşına uyğun olarsa, o zaman onun çox dəyərli köməyi olar.

0-dan 5 yaşadək uşağın oyuncaqları necə olmalıdır?

6 ayınadək uşağın oyuncaqları çox sadə olur: çax-çax, zınqrov, top, şarlar, məzəli maskalar. Hissiyatı inkişaf etdirən müxtəlif formalı əşyalar. Fiziki imkişaf üçün gimnastika topu əldə etmək olar. Bu oyuncaq Sizə uzun zaman xidmət edəcək. Körpə ikən həmin topun üzərində uşağı Siz özünüz yuvarladacaqsınız (bu, əzəzlələr üçün xeyirli məşğələdir), bir qədər böyümüş uşaq onun üstündə özü tullanacaq və bu trenajorla xeyli məzəli oyunlar kəşf edəcək.

Bir yaşı üçün uyğun oyuncaqların sayı artacaq. Artıq əllər əşyanı saxlamaq və onu fəal şəkildə öyrənmək gücündədir. Fəal mərkəzlər, imkişaf etdirən panellər, qurulan oyuncaqlar yarayar. Vannada oyunlar dəstini əldə edin. İri halqaları olan piramida, kəndirli maşın, yuyulan səhifələri olan şəkilli kitabçalar; metallofon və oyuncaq telefon artıq maraq doğurur. Uşaq əşyalı fəaliyyətə başlayır: qapaqlı qutular, qab-qacaq dəstləri, səbət gərək olacaq. İlk “dostlar” meydana gəlir: gəlinciklər, yumşaq oyuncaqlar. Bu yaş üçün nəzərdə tutulmuş trenajor: uşaq hiperaktiv deyilsə, onu “tullancaq” trenajoruna, vestibulyar aparatını təkmilləşdirmək üçün isə yelləncəyə oturtmaq olar. Artıq Siz təhlükəSiz barmaq rəngləri, tabaşir, flomaster ala bilərsiniz. Ondan şedevr əsərlər gözləməyin, sadəcə, uşaq öz fəaliyyətinin nəticəsini görməyi xoşlayır. Bu mərhələdə bir-birinə keçilən formalar, matryoşkalar, uyğun formalı dəlikləri və içliyi olan oyuncaqlar lazım gələcək. 2-3 hissədən ibarət tərkibli oyuncaqlar, kubiklər və qurulan bloklar əşyalarla manipulyasiya etmək hesabına təfəkkürün inkişaf etməsinə kömək edir. Belə oyuncaqlar indi çoxdur.

Dünyanın fəal şəkildə öyrənilməsi üçün əşya, adam, heyvan modelləri, sürücüsü olan və olmayan maşınlar kimi oyuncaqlar yarayar. Onlar öz əslinə oxşamalıdır. Yaşına həmin uyğun olan dəf, baraban, piano, fıştırıq və tütək kimi səsli əşyalar və musiqi alətlərinə də maraq böyüyür.

Balaca öz yeriməsini təkmilləşdirir. Onun üçün daha maraqlı olsun deyə ona tutacaqlı kəpənək və ya helikopter, kəndirli maşın kimi sürülən oyuncaq alın. Ayaqla itələnib sürülən maşın-sankalar da ayaq əzələlərini inkişaf etdirməyə kömək edir.
 
2 yaşı üçün uşağın təfəkkürü daha da təkmilləşir. Buna görə də balaca tədricən əşyalarla manipulyasiya etməkdən kartlı oyunlara keçir. Cüt şəkilciklər, loto və digər qeyri-mürəkkəb inkişaf etdirən oyunlar. Barmaqla rəsm çəkməkdən fırça ilə çəkməyə keçmək olar.Daha çox xırda motorikanın inkişafına yönəlmiş oyunlar təklif edin. İpə keçirilən iri muncuq-şar dəsti almaq, balacanı plastilinlə tanış etmək olar. Artıq uşaq sadə pazlları və 3-4 hissədən ibarət kəsmə şəkilləri yığa bilər. Xalq oyuncaqlarından Boqorodsk “dəmirçilərini”, dənləyən toyuq, şalban mişarlayan ayıları almaq olar. Bu yaşda əşyalar arasında əlaqəni görmək və ondan istifadə etmək qabiliyyəti formalaşır. Bu oyuncaqlar isə bu əlaqəni əyani surətdə göstərir. Bununla yanaşı, onlar ekoloji cəhətdən yararlıdır və daha sonra digər oyunlarda istifadə olunaraq uşaqla bərabər “böyüyür”. Süjet-rol oyunları meydana gəlir, odur ki, bu zaman mebel, nəqliyyat, məişət əşyalarının kiçildilmiş surətləri, “bərbərxana”, mətbəx”, “həkim” dəstləri çox aktualdır. Küçədə oynamaq üçün qəlib və xəkəndaz dəsti, top lazım olacaq. Gözəyarı ölçmə və hərəkətlərin koordinasiyası qabiliyyətini inkişaf etdirmək üçün adi keql və “Halqa atma” oyunları daha yararlıdır.

2-3 yaşında uşağın oyun fəaliyyəti mürəkkəbləşir, ancaq prinsipial cəhətcə dəyişmir. Gəlinciklərə fəsilə uyğun geyim lazım olur, heyvanları balaları var. Uşağa oyuncaq saat və ev modelini, gəlincik üçün araba və çarpayı bağışlamaq olar. Balacanın mənimsədiyi musiqi alətlərinə klavesin və dodaq qarmonu əlavə oluna olar. Məntiqi təfəkkürün imkişafı üçün uşaq dominosu yarayar, üçyaşlı uşaqlar 20-30 detaldan ibarət pazl yığa bilər. Teatr üçün gəlinciklər, maskarad kostyumları uşağın marağına səbəb ola bilər. Bütün bunlar fantaziyanı və artistik qabiliyyəti imkişaf etdirə bilər. Uşağın hərəkətlərinin koordinasiyası ona üçtəkərli velosiped sürməyi mükəmməl surətdə öyrənməyə imkan verir. Balaca artıq uşaq qayçısı ilə kəsməyi bacarır.

4-5 yaşında uşaq üçün ən müxtəlif oyunlar münasibdir. Konstruktorkar, qaytanlama oyunları və uşaq yaradıcılığı üçün sadə dəstlər xırda motorikanın imkişafı üçün yararlıdır. Uşaqlar maraqla rəsm çəkir, rəngləyir, yapır, kəsir. Onlar hərf və rəqəmlərlə tanışdır. Uşağın fiziki inkişafı 4-təkərli velosiped, sanka, ayaq çarxları da sürməyə imkan verir. Yayda uşaq artıq üzgüçülüyü öyrənməyə başlaya bilər.

Uşağın marağı oyuncağın seçilməsi üçün meyara çevrilir.

Əlbəttə ki, yuxarıda göstərilənlərin hamısı Sizin uşağınızda olmalı deyil. Nə isə onun xoşuna gəlməyə və ya maraqlı olmaya bilər. Ola bilər ki, hansısa oyuncaqlarla o, bağcada yaxud dostlarıgildə tanış olsun. Burada isə uşağın qurulan hörümçək-adamdan və ya kompüter yaxud televizor qarşısında saatlarla oturmaqdan daha yaxşı inkişaf etməsinə kömək edən şeylərin adı çəkilir. Seçim isə, əlbəttə ki, Sizindir.


MƏQALƏLƏR / XƏBƏRLƏR
Tarix:11.03.2010
Uğursuz nigah qadınlarda nəyə səbəb ola bilər?
Tarix:11.03.2010
Keçirdiyiniz stressin səbəblərindən biri.
Tarix:10.03.2010
Hamilə qalmağın yolları.
Tarix:10.03.2010
Yorğunluğun səbəbləri.
Tarix:09.03.2010
Arıqlamağın bir neçə üsulu.
Tarix:09.03.2010
Gün ərzində nə qədər su içmək olar?
Tarix:08.03.2010
Beynəlxalq qadınlar günü.
Tarix:07.03.2010
Epilyasiya haqqında.
Tarix:07.03.2010
Körpənizi bakteriyalardan qoruyun.
Tarix:06.03.2010
Prezident qadınları təbrik etdi.
Tarix:06.03.2010
Gözəl gözlərə sahib olmaq üçün...
Tarix:05.03.2010
Özünüzü dəyərləndirin.
Tarix:05.03.2010
Xoşbəxt evliliyin sirri.
Tarix:04.03.2010
Yaddaşınızı möhkəmlədin.
Tarix:04.03.2010
Körpənin beynini fəaliyyətə gətirəcək oyunlar(6 - 12 ay).
Tarix:03.03.2010
Gözəlliyin düşmənləri.
Tarix:03.03.2010
Aborta "yox" deyək.
Tarix:02.03.2010
Yaz fəslinə hazırlaşın.
Tarix:02.03.2010
Vücudunuzdan narazısınız?
Tarix:01.03.2010
Uşağın cinsini 5-ci həftəsində öyrənin.
Tarix:01.03.2010
Yaşıl çayın üstünlükləri.
Tarix:27.02.2010
Əsl qadın necə olmalıdır?
Tarix:27.02.2010
Fast food uşaqlara ziyandır
Tarix:26.02.2010
Xocalı soyqırımı
Tarix:25.02.2010
Özünüzə hər gün qulluq edin
Qaliblər
Mətbuatda Biz
"Dost"un birinci hissəsi yekunlaşdı
Mənbə: Ədalət qəzeti

ANA.az, AGAT və Arzumun "DOST" adlı layihəsi davam edir!
Mənbə: Həftə içi qəzeti

“Dost” 16 may tarixində gözdən əlil uşaqlar üçün Respublika Internat Orta Məktəbinin qonağı oldu
Mənbə: PressPost.az
Face Book
Səs vermə
(1243)
Yox (342)

Copyright © ANA.az
Site by : azDesign.ws