Müsahibələr
Məqalələr
Hamiləlik
Körpəyə qulluq
Qidalanma və inkişaf
Doğuş tipləri
Ana südü və əmizdirmənin xeyirləri
Sağlamlıq
Təlim və tərbiyyə
İnkişaf
Analar haqda hər şey
Bunları bilmək maraqlıdır
1 yaşına qədər olan körpələr
1 yaşından 5 yaşınadək olan körpələr
Video
Uşaq poliknikaları
Doğum evləri
Qadın konsultasiyası
Uşaq xəstəxanaları
Uşaq mahnıları
Dünyanın baldan şirin balaları
KİTAB (online sifariş)
PalSüd-ün məhsulları
Dayə
Fevral -2010 Müsabiqə
Namizədlər
Sayğac
Sayta daxil olanların sayı
loading...





Əmizdirmənin körpələr üçün faydalı olduğu qədər analar üçün də çox faydalı olduğunu biliridinizmi? Doğumdan etibarən davamlı körpəsini  bəsləyən anaların təxminən üç ay qədər körpəsini əmizdirən analara nisbətlə menopoz əvvəli sinə xərçənginə tutulma riski 20% daha çoxdur. Əmizdirmə bir həyat tərzi seçimi deyil ancaq ana və körpə üçün sağlamlıq baxımından son dərəcə əhəmiyyətlidir.

 

Buna görə də əmizdirməyin faydaları haqqında daha çox öyrənmək əhəmiyyətlidir.

Əmizdirmə, sinə xərçəngi riskini azaldan sadə bir yol olaraq təsbit edilib. Kliniki araşdırmalar nəticəsində sinə xərçənginin inkişafına maneə törətmədə də qoruyucu təsirlərinin olduğu sübut edilmişdir.

Edilən son işlərə görə əmizdirən qadınların sinə xərçənginə tutulma riski yarı yarıya azalmaqdadır. Tədqiqatçılar, əmizdirən qadınlar, uşaq sayı və sinə xərçəngi əlamətləri arasında bir əlaqə olduğunu ortaya çıxarmışlar.

 

Yeni İngiltərə Tibb Jurnalında cəmi 2 il körpə əmizdirən qadınların sinə xərçənginə tutulma riskinin 25 % azalmaqda olduğuna dair bir araşdırma nəşr olunmuşdur. Araşdırmaçılar dəyişik müddətlərdə əmizdirən qadınları olduğu kimi heç əmizdirməyən qadınları da araşdırmışlar. Araşdırmaçılara görə əmizdirmə müddətinin artırması birbaşa sinə xərçənginə tutulma riskini azaltmaqdadır

 

Əmizdirmə niyə belə bir qoruma təmin edir? Qadının sinə xərçənginə tutulma riskini təsir edən faktorları müəyyən edə bilirik: hamiləlik sayı, ilk adət qanamasının müddəti və yumurtalıq funksiyaları kimi. Yetkinlik yaşında doğan, menopoza qədər sıx hamilə qalıb uzun müddət əmizdirən qadınların olduğu yerlərdə qadınların sinə xərçənginə tutulma riski az haradasa yoxdur. Johns Hopkins Sinə Xərçəngi Mərkəzi direktoru Onkolojist, William C. Dooley' a görə,  hamiləlik əvvəlində adət dövrləri ilə sinə xərçəngi arasında, və bədəndəki ostrojen hormonu ilə sinə xərçəngi arasında bir əlaqə vardır. Ölkədəki qadınların adət görmə yaşının düşməsi və menopoz yaşının yüksəlməsi vəziyyətində ilk adət ilə ilk hamiləlik arasındakı müddətin uzunluğu riski artırar. Əmizdirmə və çox uşaq doğma isə bu riski azaldar. Bundan başqa uzun davamlı əmizdirmələr yumurtalıq və sinə xərçəngi riskini azaldar çünki əmizdirmə yumurtalıq funksiyalarını azaldar

Əmizdirilən uşaqlarında sinə xərçənginə tutulma riskləri azalar. 1, 000 qadın arasında edilən araşdırmaya görə qısa bir müddət də olsa əmizdirilən uşaqların sinə xərçənginə tutulma riskləri 25 %azalmaqdadır.

 

Elm ədəbiyyatına görə əmizdirən qadınların və bundan başqa əmizdirilən körpələrin sinə xərçənginə tutulma riskləri digərlərinə nəzərən daha aşağıdır. Ancaq qadınlar və sağlamlıq mütəxəssisləri unutmamalıdır ki risk yalnız azalar, tamamilə ortadan qalxmaz.

 

Sinənizdə hər hansı bir dəyişiklik hiss etdiyinizdə dərhal hıkimlə məsləhətləşin. Bu dəyişiklik böyüklüyündə olduğu kimi rəngində ya da toxumasında da ola bilər. Hər ay nizamlı olaraq müayinələrin edilməsi, nizamlı olaraq həkimə gedilməsi və 40 yaşından çox olanların mammogram baxdırması son dərəcə əhəmiyyətlidir. Sinə xərçənginin erkən diaqnozu həyat qurtarar!

 



6 Ay əmizdirmə xəstəlik riskininin qarşısını alar.

 

0-6 aylıq körpələrin yalnız ana südü ilə bəslənmələrinə təbii bəslənmə deyilir. Təbii bəslənmə ən üstün bəslənmə şəklidir. Bu dövrdə yalnız ana südü yerinə mama(süni bəslənmə) ya da inək südü  ilə bəslənən körpələrdə ishal, allergiya, qansızlıq, sətəlcəm kimi xəstəliklər daha çox olur.

Eyni şəkildə ilk 6 ayda ana südü ilə birlikdə əlavə qida alan körpələr (qarışıq bəslənmə) ana südünün üstün xüsusiyyətlərindən kifayət qədər faydalana bilməməkdə və yalnız ana südü alan körpələrlə müqayisə bu xəstəliklərə daha çox tutulmaqdadır.

    Xərçənglə əlaqədar başqa bir araşdırmaya qatılan 18 min qadının məlumatlarına baxılaraq edilən araşdırma nəticəsində, iştirakçıların 136ının romatoid artrit olduğu müəyyən olundu. Bu qadınların həyat tərzləri, körpələrini əmizdirib əmizdirmədikləri, əmizdirdilərsə bunun nə qədər çəkdiyi kimi məlumatlar, 544 sağlam qadının məlumatlarıyla müqayisə edildi. Məlumat analizi nəticəsində, ən az 13 ay əmizdirən anaların romatoid artrit olma riskinin, heç əmizdirməyən analara görə yarıya düşdüyü ortaya çıxdı. Elm adamları, körpələrini 12 ay əmizdirən analarda da xəstəliyə tutulma riskinin azaldığını ifadə edirlər.  Araşdırmanın, romatoid artrit xəstəliyinin qadınlarda kişilərdən daha çox olması səbəbiylə əhəmiyyətli olduğu ifadə edildi. Oynaq iltihabının (artrit) forması olan romatoid artrit, oynaqların içindəki pərdədə (sinoviyum) və ya digər iç orqanlarda iltihaba gətirib çıxarır. Xəstəlik, oynaqda istilik artımı, şişmə və ağrıya yol aça bilir.






1. Ana südü D vitamini xaricində ilk 4-6 ayda körpənin bütün ehtiyaclarını qarşılayacaq xüsusiyyətdədir.

2. İnək südü ya da suni südə görə həzm çox daha asandır.

3. Böyümə üçün çox lazımlı olan linoleik turşu ana südündə digərlərindən 8 qat çoxdur.

4. Körpənin böyümə inkişafı üçün lazımlı sink, dəmir kimi mineralların emilimini asanlaşdırar.

5. Həddindən artıq zülal və mineral ehtiva etmədiyindən körpələrdə böyrəklərin yükü yüngülləşər.

6. Ana südündəki anticisimlər uşağı mikroblardan qoruyar bu səbəblə ishal və digər yoluxucu xəstəliklərə daha az tutular.

7. Ana südünün ehtiva etdiyi yağ miqdarı əmmə müddətinin sonuna doğru artar və uşaqda toxluq hissinə gətirib çıxarar. Bu vəziyyət körpənin kök olmasını önləməkdə, irəlidə meydana gələ biləcək ateroskleroz kimi köklük komplikasyonlarından körpəni qorumaqdadır.

8. Ana südündəki xolesterol miqdarı hazır mama ya da inək südünə görə daha yüksəkdir. Bu vəziyyət ilk aylarda lazımlı ferment sistemlərinin inkişafı baxımından çox əhəmiyyətlidir.

9. Ana südündəki laktoz miqdarı yüksəkdir. Laktoz kalsiumun emilimini artırar, bağırsaqda bədən üçün faydalı olan laktobasillərin törəməsini təmin edər.

10. Ana südü, körpədə olmayan və həzmə köməkçi olan amilaz, lipaz kimi fermentləri ehtiva edər. Bu səbəblə həzmi asantlaşır.

11. Vitamin xüsusilə A və C vitaminləri inək südünə müqayisə daha yüksəkdir.

12. Ana südü hər vaxt, təmiz, hazır, bədən istiliyində olduğu üçün istifadəsi asandır.

14. Erkən əmizdirmə rəhmin sıxılmasını təmin edərək, rəhmin tez kiçilməsi baxımından anaya fayda təmin edər

 

15. Əmizdirən qadınlarda məmə xərçəngi olma riski daha aşağıdır.

16. Əmizdirmə, ana-uşaq əlaqəsinin ən müsbət şəkildə inkişafını təmin edər

16. Erkən (prematüre) doğum edən anaların südü fərqli olaraq daha çox zülal və duz ehtiva edər. Bu süd  körpənin ehtiyaclarına daha uyğundur.




Əmizdirən Ananın Bəslənməsi

-Ana südü verən ananın diyeti normaldan çox kalori, zülal və kalsium ehtiva etməlidir.

-Bədənin maye ehtiyacı da artar gündə ən az 2 litr su içməlidir.

-Yorğunluq süd istehsalını mənfi təsir edən faktorlardan biridir. Süd verən ana özünü yormamalı, yaxşı yatmalıdır.




İsveçdə edilən bir araşdırmaya görə, körpəsini uzun müddət əmizdirən anaların menopoz dövründən sonra rematizma olma riski azalır. Körpəsini ən az bir il əmizdirən analarda menopoz dövründən sonra romatizm xəstəliyinin bir növü olan romatoid artrite tutulma riskinin azaldığı, İsveçdə edilən araşdırmayla orztaya çıxdı .




Ailələr uşaqlarının məktəbdə müvəffəqiyyətli ola bilmələri üçün əllərindən gələni edərlər. Uşağın öyrənmə qabiliyyətini artıran müxtəlif oyuncaqlara və proqramlaşdırmaları qarşı uşağınızın öyrənmə qabiliyyətini və sağlamlığını inkişaf etdirmək üçün əmizdirmə ən yaxşı başlanğıcdır.

 

Əmizdirmənin faydaları indiki vaxtda hər kəs tərəfindən bilinməyə başladı. International Lactation Consultant Association başçısı Marsha Walkerə görə "Əmizdirilməyin və ana südünün körpənin böyüməsi və inkişafıyla əlaqədar təmin etdiyi əhəmiyyətli təsirləri bir çox araşdırma ortaya çıxarmaq üçün hələ işə davam etməkdədir." Yaxın zamanda edilən bir çox araşdırmayla ana südündəki komponentlərlə məsələn yağ turşuları ilə beyindəki sinir sisteminin inkişafı arasında bir əlaqə olduğu ortaya çıxarılmışdır.

 

Məsələn qulaq iltihabı körpələr və uşaqlar arasında çox sıx qarşılaşılan bir narahatlıqdır. Davamlı qulaq infeksiyasının təkrarlanması körpənin düzgün danışma və dil öyrənmə qabiliyyətinə mənfi təsir etməkdədir. Ancaq Walkerə görə ana südü böyük ölçüdə qulaq iltihabının ortaya çıxma ehtimalını azaltmaqdadır. Bu səbəbdən də xüsusi müalicələr tələb edən problemlərin ortaya çıxmasına maneə törədilər.

Əmizdirmə əsnasında ailələrin körpənin ağızında olan problemləri təyin etmə ehtimalı daha yüksəkdir. Basıq dil, dilin altındakı toxunun böyük ya da qalın olması vəziyyəti, əmizdirmə əsnasında və danışma əsnasında mənfi təsirlər yaradar. IBC laktasyon mütəxəssislərinin köməyiylə erkən diaqnoz edildiyində basıq dil müalicə edilə bilməkdədir.

 

Körpələrin ana südündən faydalana bilmələri üçün ailələrin məlumatlandırılması və dəstəklənilməsi lazımdır. Buna görə araşdırmaçılar siniflərdə əmizdirmə haqqında təhsil verilməsini əhəmiyyətlə vurğulamaqdadırlar.

 

New York Sağlamlıq Müəssisəsinin ilk və orta məktəblərdə əmizdirmə ilə əlaqədar fəaliyyətlərin öyrədilməsi lazımlı olduğunu müdafiə etməkdədir.

Yüksək təhsil, əmizdirmək üçün çox əhəmiyyətlidir. Universitetlər və kolleclər əmizdirməyi sağlamlıq, bəslənmə və insan elmləri tədris planlarına əlavə etməkdədir. Hətta bəziləri əmizdirməyi əkinçilik, ətraf elmləri, maşın və hüquq tədris planılarına da əlavə etməkdədir.

Walkerə görə "bütün körpələr ana südünün faydalarını sahip olmalıdır edir və IBCL mütəxəssisləri ailələrə çataraq onları ana südünün faydaları mövzusunda öyrətməyə davam edəcəklər. Məqsəd hər kəsin öyrədilərək əmizdirmək üçün doğru qərar vermələrini təmin etməkdir.

 

 



Ana südünün yaxşı olub olmadığıyla ilə əlaqədar bir müzakirə həyata keçirilmişdir. Son zamanlardakı bir xəbərə görə gənc ana südünün az olmasına  görə  körpəsini aclıqdan ölümə tərk etməklə günahlandırılmaqdadır. Buna görə də digər analar əmizdirmənin etibarlı olub olmadığını sorğulamağa başladılar. Körpəsinin həyatını itirməsi, əmizdirmənin tövsiyə edildiyi bir ölkədə tragediya hesab edilir. Çünki ana körpəsni üçün ən yaxşısı olduğunu düşünərək yalnız əmizdirmişdir.

 

Hamımız əmizdirmənin ən yaxşısı olduğu mövzusunda həm fikirik. Həqiqətdə Amerikan Pediyatristlər Akademiyası keçən il əmizdirməyi dəstəkləmək üçün yeni siyasətlər tətbiq etməyə başladılar. Ancaq yeni dövrün anaları ümumiyyətlə xəstəxanadan, sonrakı həftələr haqqında və əmizdirərək körpələrinin kafi südü qəbul edib etməməsi mövzusunda məlumatlandırılmadan ayrılırlar.

 

Körpəniz kafi südü ala bilirmi? Nə qədər sıxlıqla əmizdirirsiniz?

Yeni doğulanlar gündə 10-12 dəfə əmizdirilməyə ehtiyac duyarlar.

 

Körpəniz südü təsirli bir şəkildə əmizdirmə əsnasında əmir və uda bilirmi?

Süd verərkən hər əmmə sonrası körpənizin udqunmasını eşitməlisiniz, aralarda bəzi dayamalar ola bilər. Körpənizi sıx əmizdirdiyiniz halda körpəniz kafi miqdarda süd qəbul etməyə bilərbeləliklədə kafi miqdarda bəslənəməyə bilir.

 

Körpənizin nəcisi necədir?

yi qəbul edirsə onun çıxarması lazımdır. Körpəniz nəcisi son dərəcə əhəmiyyətlidir. Körpəniz 3 günk olduğundan etibarən  6-8 dəfə islatması və gündə 2-3 bağırsaq hərəkəti etməsi lazımdır.

 

Körpənizin normal olaraq artırmı?

Körpələrin çoxu iki üç həftədən, üç dörd aylıq olana qədər həftədə ortalama dörd- beş kilo alırlar.




Analar arasında apardığımız sorğudan bunları sizlə paylaşırıq, İnanırıq ki, bu məqalədən sonra sizdə körpənizi ana südündən məhrum etməyəcəksiz.

Hamiləsinizsə və körpənizi necə bəsləyəcəyinizi düşünürsünüzsə, inanırıq ki, anaların əmizdirməyi sevmə səbəbləri çox xoşunuza gələcək.

 

Budur  15 səbəb:

 

   1. Körpəmlə paylaşdığım yaxınlaşmanı və qucaqlaşmağı sevirəm!

   2.Şərti refleks yaranır,körpəm acanda dərhal köynəyimi açıram.

   3. Yaxınlıq, aramızdakı əlaqə, yatmağa çalışarkən "atasını" yüngülcə oxşaması… hamısı mükəmməl!

   4. Balacam üçün ən yaxşı olanı etdiyimi bilirəm.

   5. Paylaşdığımız yaxınlıq və gözlərəmin içinə baxdığındakı sevgi. Bilirəm ki mən onun həyat qaynağıyam.

   6. Əmizdirdiyim sırada mənə baxıb gülümsəməsi çox xoş bir duyğudur!

   7. Əmizdirdiyim anda çənəsindən süd damlayarak mənə baxmasını sevirəm.

   8. Onunla əlaqəli hər şeyi sevirəm. Onu əmizdirərkən kürəyimi və üzümü oxşamasını çox sevirəm.

   9. İkimiz üçün rahatlanmaq - yalnız oturaraq başqa heç bir şey etmədiyimiz bir zamandır.

  10. Hər şey! Hər şeyini sevirəm, yaxınlığını, rahatlaşdırıcı təsirini və əmdikdən sonra körpəmin rahatlayaraq yatmasını.

  11. Mən də hər şeyini sevirəm!

 

  12. Əmizdirdikdən sonra tərifi mümkün olmayanən gözəl hiss etmə duyğusu!

  13. Qarını doyduğundakı xoşbəxt "içmiş ifadəsini" sevirəm.

  14. Onunla əlaqədar hər şeyi sevirəm, xüsusilə də arada dayanıb mənə gülümsəməsini.

  15. Əmərkən mənə baxmasını və məni yüngülcə oxşamasını çox sevirəm

Təbii ki, bu səbəbləri yetəri qədər uzatmaq olar çünki söhbət anadan gedir.


MƏQALƏLƏR / XƏBƏRLƏR
Tarix:26.06.2010
ELAN
Tarix:24.06.2010
Rəhim Rəhimli əmi oldu
Tarix:21.06.2010
Nabranda istirahət etmək istəyənlərin nəzərinə
Tarix:18.06.2010
Bir neçə çimərlikdən istifadə qadağan edildi
Tarix:17.06.2010
Qısa boylulara qara xəbər
Tarix:17.06.2010
Zülfiyyə Xanbabayeva: “Arıqlayıb 49 kilo oldum...”
Tarix:09.06.2010
Pivə qadınların döşlərini böyüdür?
Tarix:07.06.2010
Günəşin mənfi təsirlərindən necə qorunmalı?
Tarix:07.06.2010
İntihara gətirib çıxaran səbəblər
Tarix:04.06.2010
Fotoşəkilə baxdı, nəvəsini xərçəng xəstəsi olduğunu anladı
Tarix:04.06.2010
Hamilə qalmaq üçün cəmi 6 gün
Tarix:02.06.2010
Uşaq Teatrı Beynəlxalq Teatr Festivalına qatıldı
Tarix:02.06.2010
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyəsi
Tarix:01.06.2010
Məhkum uşaqlarla görüş keçirildi
Tarix:26.05.2010
İlk süni orqanizm yaradıldı
Tarix:25.05.2010
Qan azlığının dərmanı - badımcan
Tarix:25.05.2010
Oğlan uşaqlarını nə vaxt sünnət etdirməli?
Tarix:17.05.2010
Çadırda 8 uşaq doğuldu
Tarix:17.05.2010
Bakıda hərarət 30 dərəcəyə çatacaq
Tarix:17.05.2010
4 özəl tibb müəssisəsi qapadıldı
Tarix:14.05.2010
Gələcəkdə Azərbaycanda oğlanlar evlənmək üçün qız tapa bilməyəcək
Tarix:14.05.2010
Salona getmədən arıqlamaq üsulları
Tarix:12.05.2010
Düz ayaqqabılar da hündür dabanlar qədər zərərlidir
Tarix:12.05.2010
Yuxu probleminiz varsa...
Tarix:10.05.2010
Yağlı dərilər üçün qulluq maskaları
Qaliblər
Mətbuatda Biz
"Dost"un birinci hissəsi yekunlaşdı
Mənbə: Ədalət qəzeti

ANA.az, AGAT və Arzumun "DOST" adlı layihəsi davam edir!
Mənbə: Həftə içi qəzeti

“Dost” 16 may tarixində gözdən əlil uşaqlar üçün Respublika Internat Orta Məktəbinin qonağı oldu
Mənbə: PressPost.az
Face Book
Səs vermə
(1945)
Yox (433)

Copyright © ANA.az
Site by : azDesign.ws