Oyuncaq qutusunda qıfıl olmamalı, ya da özbaşına bağlanan amma uşağınıza zərər verməyəcək bir mexanizm olmalıdır. Oyuncaqlar uşağın yaşına uyğun olmalı. Asanca qopub, uşağın ağızına atacağı kiçik parçaları olmamalı. İti ucları, kəsici kənarları olmamalı. Barmaqlarının sıxışa biləcəyi əlavə yerləri olmamalı. Gözlərinə zərər verə biləcək çıxıntıları olmamalı. Uşağınıza uyğun böyüklükdə və ağırlıqda olmalı. Zəhərsiz boyalarla boyanmış olmalı. Oyun dəyəri olmalı və yalnız dağıdıcı təcrübələr etmək üçün istifadə edilməməli. Oyuncaqlar nizamlı olaraq nəzərdən keçirilməli, ziyanlı və qırıq olanlar atılmalı. Xarici sahələrdə: Oyun sahəsinin döşəməsi yumşaq, olmalı. Oyun sahəsindən zəhərli bitkilər təmizlənməli. Oyun vasitə və vəsaitləri yerə etibarlı bir şəkildə sabitlənməli. Xarab pullar, kibrit, çaxmaq, siqaret oyun sahəsində olmamalı. Mətbəxdə oyuncaq olmamalıdır.
|