Müsahibələr
Məqalələr
Hamiləlik
Körpəyə qulluq
Qidalanma və inkişaf
Doğuş tipləri
Ana südü və əmizdirmənin xeyirləri
Sağlamlıq
Təlim və tərbiyyə
İnkişaf
Analar haqda hər şey
Bunları bilmək maraqlıdır
1 yaşına qədər olan körpələr
1 yaşından 5 yaşınadək olan körpələr
Video
Uşaq poliknikaları
Doğum evləri
Qadın konsultasiyası
Uşaq xəstəxanaları
Uşaq mahnıları
Dünyanın baldan şirin balaları
KİTAB (online sifariş)
PalSüd-ün məhsulları
Dayə
Fevral -2010 Müsabiqə
Namizədlər
Sayğac
Sayta daxil olanların sayı
loading...





Qeysəriyyə, əsrlərdən bəri ölən ananın qarınındakı uşağı xilas etmək üçün tətbiq olunan bir üsuldur, ancaq 19. əsrdə anestezi və aseptikəməliyyatı olaraq ortaya çıxdıqdan sonra, çətin doğumlarda ana və körpənin həyatını qurtarmaq üçün etibarla tətbiq oluna bilən bir üsul olmuşdur. Qeysəriyyə ən son çarə olaraq müraciət ediləcək bir üsul olmasına baxmayaraq indiki zamanda körpələrin % 20si Qeysəriyyə ilə doğulmaqdadır. Bir çox tənqid olsa da Qeysəriyyə edildiyi üçün bu gün həyatda olan bir çox qadın və körpənin olduğu da bir həqiqətdir. Qeysəriyyə qarının və rəhmin kəsilərək açıldığı cərrahı bir cəhddir. Daha sonra körpə buradan çölə çıxarılar.

Qeysəriyyə edilməsini tələb edən bir çox şərt var. Bəzi vaxtından əvvəl doğulan körpələrin bu yolla daha çox yaşamaq şansı vardır.  Anormal mövqelərlə gələn körpələr daha çox Qeysəriyyə ilə doğuzdurulmaqdadır. Əgər körpə çox böyük və ya ananın doğum kanalı çox darsa Qeysəriyyə tək etibarlı doğum yoludur. Rəhm və vajinada bəzi pozulumalar doğum kanalını tıxadığı üçün bu əməliyyatı tələb edilir. Əgər anada  şəkər xəstəliyi, genital herpes ya da yüksək təzyiq varsa Qeysəriyyə edilə bilər.  Ana qarınındakı körpələr əkiz ya da daha çox isə qeysəriyyə təklif edə bilər. Rəhm sıxılmalarının qeyri-kafi olması səbəbiylə doğum uzandığında bir çox həkimlər ana və körpənin sağlamlığı üçün qeysəriyyənin daha yaxşı olduğuna inanar.

İnkişaf etmiş dölü monitorla izləmə texnikaları bizə dölün sağlamlığı və doğum müddətinə dözüb dözə bilməyəcəyi mövzusunda əhəmiyyətli məlumatlarla təmin etməkdədir. Dölün təhlükədə olduğunu düşündürən bir vəziyyət yaranarsa bir çox həkim dərhal qeysəriyyə etməkdədir. Gedərək daha çox qadın uşaq doğmağı həyatının daha sonraki dövrə təxirə salmaqdadır.

Əgər sizə Qeysəriyyə edilməsi lazımdırsa yatırtmaq üçün bir anestezik dərman veriləcək. Ümumi anesteziya ilə yatısdırılmanızın lazım olduğu təcili bir əməliyyat keçirmədikcə ağrı hiss etmədən oyaq qalmağınızı təmin edən epidural ya da spinal anesteziya deyilən bir üsul tətbiq olunacaq.

Qeysəriyyə əməliyyatı bir saatdan qısa sürməkdədir. Qarın iki şəkildə açıla bilər. Biri qarının alt bölgəsinin eninə, digəri uzununa kəsilməsiylə edilər.

Rəhmə çatıldığında da geniş şəkildə istifadə edilən iki formadan biri edilə bilər. Ən geniş şəkildə istifadə edilən üsul rəhmin alt qisiminin eninə kəsilməsidir. Bu daha yaxşıdır və uterus cırığı meydana gəlmə ehtimalı azalar. Digər vəziyyətdə isə həkiminiz rəhmi uzunlamasına bir kəsiklə açacaq. Bu, rəhmdə daha böyük bir giriş təmin edəcək və körpənin böyük olduğu vəziyyətlərdə və ya çox böyük bir başı olarsa ediləcək.


Qeysəriyyə qədimdən olduğundan daha etibarlı olsa da və qadınların çoxu yaxşılaşsa da bəzi komplekslər ortaya çıxa bilər. Qeysəriyyə böyük bir əməliyyatdır və digərlərində olduğu kimi yara yerində infeksiya meydana gəlmə riskinin yanında böyrək infeksiyası meydana gəlmə təhlükəsi də vardır. Qanama nadirdir ancaq şiddətli ola bilər.

Qeysəriyyə edilən qadınlarda ölüm nisbəti normal  doğum edənlərdən 2 ilə 4 qat daha yüksəkdir. Bununla birlikdə, ölən qadınların çoxu daha əvvəldən xəstəliyi olan qadınlardır.

Qeysəriyyə mənəvi problemlər yarada bilər çünki yeni körpənizəyaxınlaşmağınıza maneə törədə bilər. Başlanğıcda özünüzü  ağrılı hiss edəcəyinizdən körpənizlə daha az zaman keçirəcəksiz. Əməliyyatın edildiyi gün hərəkət etməyiniz çox çətin olacaq. İştahınız varsa yemək nizamınızı pozmayın. Özünüzü yaxşı hiss etdiyinizdə körpənizi qucağınıza ala bilər və əmizdirməyə başlaya bilərsiniz. Qeysəriyyədən sonra təqribən 5-6 gün xəstəxanada yata bilərsiniz.

Qeysəriyyə edilən qadınlar təbii olaraq bir sonrakı hamiləlikləri barədə narahatdırlar. Bir dəfə qeysəriyyə edildiyində daha sonrakı doğularda da qeysəriyyə edilməsi lazımdır. Bunun səbəbi, hər l00 doğuşun 2 də görülən normal doğum əsnasında rəhmin köhnə yara yerindən cırılma riskidir.

Bundan başqa, indiki vaxtda qeysəriyyə olan qadınların 60 %i daha sonra normal  doğum edə bilməkdədir. Bu vəziyyət ilk əməliyyatın edilmə səbəbinə və bu şərtlərin hələ də var olub olmadığına bağlıdır. Məsələn, Qeysəriyyə körpənizin təhlükəyə düşdüyünə görə edilmişsə bir sonrakı körpə normal doğuma dözə bilər. Ancaq doğum kanalınız çox darsa gələcəkdəki doğumlarınız da qeysəriyyə ilə olacaq.

Normal  doğumu sınayıb sınaya bilməyəcəyinizi təyin edən digər faktorlardan biridə ilk qeysəriyyədə yara yerində infeksiya inkişaf edib inkişaf etmədiyidir. Rəhminizdəki köhnə kəsik yeri enlənibsə normal doğum edə bilərsiniz.
MƏQALƏLƏR / XƏBƏRLƏR
Tarix:11.03.2010
Uğursuz nigah qadınlarda nəyə səbəb ola bilər?
Tarix:11.03.2010
Keçirdiyiniz stressin səbəblərindən biri.
Tarix:10.03.2010
Hamilə qalmağın yolları.
Tarix:10.03.2010
Yorğunluğun səbəbləri.
Tarix:09.03.2010
Arıqlamağın bir neçə üsulu.
Tarix:09.03.2010
Gün ərzində nə qədər su içmək olar?
Tarix:08.03.2010
Beynəlxalq qadınlar günü.
Tarix:07.03.2010
Epilyasiya haqqında.
Tarix:07.03.2010
Körpənizi bakteriyalardan qoruyun.
Tarix:06.03.2010
Prezident qadınları təbrik etdi.
Tarix:06.03.2010
Gözəl gözlərə sahib olmaq üçün...
Tarix:05.03.2010
Özünüzü dəyərləndirin.
Tarix:05.03.2010
Xoşbəxt evliliyin sirri.
Tarix:04.03.2010
Yaddaşınızı möhkəmlədin.
Tarix:04.03.2010
Körpənin beynini fəaliyyətə gətirəcək oyunlar(6 - 12 ay).
Tarix:03.03.2010
Gözəlliyin düşmənləri.
Tarix:03.03.2010
Aborta "yox" deyək.
Tarix:02.03.2010
Yaz fəslinə hazırlaşın.
Tarix:02.03.2010
Vücudunuzdan narazısınız?
Tarix:01.03.2010
Uşağın cinsini 5-ci həftəsində öyrənin.
Tarix:01.03.2010
Yaşıl çayın üstünlükləri.
Tarix:27.02.2010
Əsl qadın necə olmalıdır?
Tarix:27.02.2010
Fast food uşaqlara ziyandır
Tarix:26.02.2010
Xocalı soyqırımı
Tarix:25.02.2010
Özünüzə hər gün qulluq edin
Qaliblər
Mətbuatda Biz
"Dost"un birinci hissəsi yekunlaşdı
Mənbə: Ədalət qəzeti

ANA.az, AGAT və Arzumun "DOST" adlı layihəsi davam edir!
Mənbə: Həftə içi qəzeti

“Dost” 16 may tarixində gözdən əlil uşaqlar üçün Respublika Internat Orta Məktəbinin qonağı oldu
Mənbə: PressPost.az
Face Book
Səs vermə
(1243)
Yox (342)

Copyright © ANA.az
Site by : azDesign.ws