Müsahibələr
Məqalələr
Hamiləlik
Körpəyə qulluq
Qidalanma və inkişaf
Doğuş tipləri
Ana südü və əmizdirmənin xeyirləri
Sağlamlıq
Təlim və tərbiyyə
İnkişaf
Analar haqda hər şey
Bunları bilmək maraqlıdır
1 yaşına qədər olan körpələr
1 yaşından 5 yaşınadək olan körpələr
Video
Uşaq poliknikaları
Doğum evləri
Qadın konsultasiyası
Uşaq xəstəxanaları
Uşaq mahnıları
Dünyanın baldan şirin balaları
KİTAB (online sifariş)
PalSüd-ün məhsulları
Dayə
Fevral -2010 Müsabiqə
Namizədlər
Sayğac
Sayta daxil olanların sayı
loading...

Normal doğum necə reallaşar?
Su kisəsi əksəriyyətlə sancılar əsnasında özbaşına cırılar.
Pərdələr cırıldıqdan sonra su boşalar.  Pərdələr qalın olduğu üçün bəzən həkim tərəfindən deşilərək cırılar.

Pərdələrin açılması ilə körpənin başı doğum yoluna yaxşıca yerləşər və sancılar daha tez-tez başlar.

Doğumun doğum kanalı yoluyla ola bilməsi üçün güclü sıxılmalar lazımlıdır.

Əgər keyitmə edilməmişsə bu sıxılmalar əsnasında ağrı duyul/eşidilər.

Hər ağrıda körpə bir az daha doğum kanalına yerləşərək  irəliləyər.

Uterus ağızı açılarkən yüngül qanama olar. Çünki buradakı kiçik damarlar cırılar.

Uterus ağızının genişləməsi yavaş olar. İlk doğumlar üçün 10-14, daha sonrakı doğumlarda 6-8 saat davam edər.

Şiddətli və davamlı sıxılmalarla serviksin açıqlığı 10 sm. olduqdan sonra doğumun ikinci mərhələsi yəni körpənin atılma dövrü başlar. Bu dövr ilk doğumda 1 saat, daha sonrakılarda 15 dəqiqə qədər çəkər.

Atılma mərhələsində sancıların müddəti və şiddəti yaxşıca artmışdır. Körpənin başının aşağı yerləşməsi ilə gücənmə hissi başlar.

Güc verməklə körpənin başı yaxşıca irəliləyər.

Rəhm ağızı yaxşıca genişlənər və elastikləşər.

Və körpə tamamilə çıxar.

Öz başına doğum edənlərdə doğumda mütləq cırıqlar olar və bunların sağalması çətindir. Xəstəxanada edilən doğumlarda isə epizyotomi deyilən düz bir kesi edilərək, bu cırıqlar önlənər. Bu kesi doğumdan sonra tikilər. Əgər bu kesi edilməzsə irəlidə qadını bütün həyatı boyunca çətinliyə soxan rəhm sallanmaları, sidik və nəcis qaçırmaları kimi əhəmiyyətli narahatlıqlar ortaya çıxar.

Normal doğumun üstünlükləri:
-Körpəniz təbii bir yoldan dünyaya gəlir.

-Doğum müddətiniz uzun amma normal həyata dönmə müddətiniz qısadır.

-Digər doğumlarınızı da normal vaginal yoldan etmə ehtimalınız yüksəkdir.

-Bəzilərinə görə də çəkilən doğum sancısı qadını yetkinləşdirməkdə, inkişaf etdirməkdədir. ( İndiki vaxtda inkişaf edən anestezi texnikaları ilə ağrısız doğum, hipnozla ağrısız doğum kimi yeniliklərdən də faydalana bilərsiniz.)

Normal doğumla gələn çətinliklər:
-Uzun və bezdirici bir müddətdir və doğum ağrılarına dözməyiniz lazımdır .

-Vaginanın genişləməsi, sidik kisəsi və böyük  bağırsağını vagina içinə doğru yırtıqlaşması tez-tez rast gəlinən hadisələrdir və irəlidə bunların düzəldilə bilməsi üçün əlavə əməliyyatlar lazımdır.

-İri körpələrin doğumunda vagina cırıqları meydana gələ bilər, bunlar da irəlidə sidik və böyük dəstəmaz qaçırma problemlərinə səbəb ola bilər.

-Tamamilə normal seyr edən bir doğumda belə hər an bir problem inkişaf edə bilər.

-Körpəniz çıxışda oksigensiz qala bilər.

-Körpəniz çıxışda sıxışıb qala bilər.

Epidural anesteziya ilə normal doğum:
Epidural anesteziya dediyimiz bir əməliyyat sayəsində ağrısız doğum mümkün olmaqdadır. Çox incə bir plastik boru onurğa iliyi ətrafına xüsusi bir texnikala yerləşdirilər və buradan verilən dərmanla ağrının beyinə çatdırılması maneə törədilər. Bu əməliyyat usta əllərdə son dərəcə tez, etibarlı və ağrısız olmaqdadır. Təcrübəli əllərlə bu anesteziyanın heç bir təhlükəsi yoxdur. Çox nadir vəziyyətlərdə görülən başağrısı da ən çox 3-4 gündə keçər. Ana ağrını bilmədiyi üçün körpənin oksigenlənməsi daha yaxşıdır. Ağrısız doğum, doğumun hər mərhələsində edilə bilər. Ümumiyyətlə doğum ağrıları başladıqdan və rəhm ağızı açıqlığı 2-3 sm olduqdan sonra tətbiq olunmaqdadır.



Suda doğumun faydaları nələrdir?
Əsl fayda, doğum əsnasında ananın daha rahat və ağrısız doğum müddətini yaşamasına köməkçi olmaqdır. Suyun istiliyi və qaldırma gücü səbəbiylə rəhmə gedən qan axını artar, rəhmin sıxılmaları artar, artan oksigen səbəbiylə ağrılar azala bilər. Su vaginanın ağızını, yəni körpənin çıxış nöqtəsini daha zəif hala gətirə bilər. Bu da o bölgənin doğumda cırılması ehtimalını azalda bilər. Körpə üçün isə, elmi məlumatlardan çox suda doğumu reallaşdıran tibbi personalın və anaların müşahidələri əsaslıdır. Bu insanlar körpənin maye olan  bir mühitdən yenə mayenin olduğu bir mühitə doğularaq daha yumşaq və stresssiz bir keçiş etdiyini və bu körpələrin daha az ağlayan, daha sakit körpələr olduğunu qey edir.

Suda doğum nə qədər etibarlıdır?
Bu mövzuda edilmiş olan ən əhatəli və etibarlı iş 1999-cu ildə British Medical Journal adlı İngilis tibb jurnalında nəşr olundu. R. Gilbert və P. Tookeyin etdiyi bu iş, 1994-96 illəri arasında İngiltərə və Gallerdə reallaşmış olan 4029 suda doğumu əhatə etməkdə idi. Bu işə görə, o illərdə edilən hər min doğumdan altısı suda doğum olaraq reallaşmışdı. Araşdırmaçılar suda doğan bu körpələrin ölüm və yeni doğan reanimasiya modullarına yatırılış nisbətlərini, normal olaraq quruda doğan körpələrin nisbətləriylə müqayisə etdilər. Çıxan nəticəyə görə suda doğan körpələrdə görülən ölüm nisbətiylə quruda doğan körpələrin nisbətləri arasında bir fərq yox idi. (Hər ikisi də mində 1,2-1,4 ətrafında idi). Yeni doğulan reanimasiya modullarına yatırdılma riski baxımından da hər iki qrupun nisbətləri eyni idi. Suda doğum namizədlərinin hamiləlikləri boyunca bir problemlərinin olmaması lazımdır.

Kimlər suda doğa bilməz?
İnfeksiyası olanlar, körpənin başının deyil ayaq hissəsinin rəhm ağızına yaxın olduğu hamiləliklər, erkən doğumlar, pre-eklampsiya (hamiləlik zəhərlənməsi) və ya diyabet (şəkər) kimi xəstəlikləri olanlar, körpəsində inkişaf geriliyi müəyyən olunanlar, doğum əsnasında körpənin ürək atışlarında bir oksigen azlığı şübhəsi olanlarda.

Suyun istiliyi necə nizamlanmalı?
İsti suyun əzələləri boşaltdığı və ruhi rahatlama təmin etdiyi bilinməkdədir. Bunun nəticəsində rəhmə gedən qan axını artar və rəhmin sıxılmaları daha az ağrılı ola bilər. Çünki artan qan axınıyla birlikdə, rəhm əzələlərinə gedən oksigen nisbəti də artar. Bu, eyni zamanda rəhm əzələsinin daha yaxşı sıxılmasına və bu sayədə doğum müddətinin daha qısa olmasına yol aça bilər. Bədən istiliyi olan 37 dərəcə, suyun da istiliyi olmaq baxımından ideal bir dərəcədir. Suyun istiliyi doğum əsnasında davamlı ölçülməli və həmişə 37 dərəcədə qalması təmin edilməlidir.

Doğum hovuzunun təmizliyinin əhəmiyyəti nədir?
Doğum hərəkəti əsnasında hovuz suyu amniotik maye (körpənin kisəsindəki maye), qan, sidik və bənzəri maddələrlə çirklənər. Bu, həm körpənin həm də ananın doğum sonrası infeksiya riskini artıra bilər. Bu səbəblə, hovuzun suyu müəyyən aralıqla dəyişdirilməli, hovuzdakı xarici maddələr süzgəc vasitələrlə çıxardılmalı və hovuz suyu infeksiyalara qarşı qorunmalıdır.

Körpə suyun altında nəfəs alar mı?
Normal şərtlərdə körpə suyun altında nəfəs almaz. Suyun istiliyi və körpənin başının suyun içində olması nəfəs alma refleksini mane olar. Soyuq isə, nəfəs alma refleksini qızışdırar. Körpənin başı isti suyun içindən çıxardılıb daha soyuq olan havayla təmas etdiyində nəfəs alma refleksi hərəkətə keçər və körpə nəfəs almağa başlar. Körpənin suyun içində olduğu bir neçə saniyə içində körpə oksigeni bütün hamiləlik boyunca olduğu kimi, ana qanı vasitəçiliyi ilə alar. Körpənin suyun altında nəfəs almağa çalışması və bu səbəblə ciyərlərinə su qaçması, doğumda, doğum kanalından keçərkən oksigenlənməsini azaldıcı bir stress yaşadığı vəziyyətlərdə ola bilər. 





Qeysəriyyə, əsrlərdən bəri ölən ananın qarınındakı uşağı xilas etmək üçün tətbiq olunan bir üsuldur, ancaq 19. əsrdə anestezi və aseptikəməliyyatı olaraq ortaya çıxdıqdan sonra, çətin doğumlarda ana və körpənin həyatını qurtarmaq üçün etibarla tətbiq oluna bilən bir üsul olmuşdur. Qeysəriyyə ən son çarə olaraq müraciət ediləcək bir üsul olmasına baxmayaraq indiki zamanda körpələrin % 20si Qeysəriyyə ilə doğulmaqdadır. Bir çox tənqid olsa da Qeysəriyyə edildiyi üçün bu gün həyatda olan bir çox qadın və körpənin olduğu da bir həqiqətdir. Qeysəriyyə qarının və rəhmin kəsilərək açıldığı cərrahı bir cəhddir. Daha sonra körpə buradan çölə çıxarılar.

Qeysəriyyə edilməsini tələb edən bir çox şərt var. Bəzi vaxtından əvvəl doğulan körpələrin bu yolla daha çox yaşamaq şansı vardır.  Anormal mövqelərlə gələn körpələr daha çox Qeysəriyyə ilə doğuzdurulmaqdadır. Əgər körpə çox böyük və ya ananın doğum kanalı çox darsa Qeysəriyyə tək etibarlı doğum yoludur. Rəhm və vajinada bəzi pozulumalar doğum kanalını tıxadığı üçün bu əməliyyatı tələb edilir. Əgər anada  şəkər xəstəliyi, genital herpes ya da yüksək təzyiq varsa Qeysəriyyə edilə bilər.  Ana qarınındakı körpələr əkiz ya da daha çox isə qeysəriyyə təklif edə bilər. Rəhm sıxılmalarının qeyri-kafi olması səbəbiylə doğum uzandığında bir çox həkimlər ana və körpənin sağlamlığı üçün qeysəriyyənin daha yaxşı olduğuna inanar.

İnkişaf etmiş dölü monitorla izləmə texnikaları bizə dölün sağlamlığı və doğum müddətinə dözüb dözə bilməyəcəyi mövzusunda əhəmiyyətli məlumatlarla təmin etməkdədir. Dölün təhlükədə olduğunu düşündürən bir vəziyyət yaranarsa bir çox həkim dərhal qeysəriyyə etməkdədir. Gedərək daha çox qadın uşaq doğmağı həyatının daha sonraki dövrə təxirə salmaqdadır.

Əgər sizə Qeysəriyyə edilməsi lazımdırsa yatırtmaq üçün bir anestezik dərman veriləcək. Ümumi anesteziya ilə yatısdırılmanızın lazım olduğu təcili bir əməliyyat keçirmədikcə ağrı hiss etmədən oyaq qalmağınızı təmin edən epidural ya da spinal anesteziya deyilən bir üsul tətbiq olunacaq.

Qeysəriyyə əməliyyatı bir saatdan qısa sürməkdədir. Qarın iki şəkildə açıla bilər. Biri qarının alt bölgəsinin eninə, digəri uzununa kəsilməsiylə edilər.

Rəhmə çatıldığında da geniş şəkildə istifadə edilən iki formadan biri edilə bilər. Ən geniş şəkildə istifadə edilən üsul rəhmin alt qisiminin eninə kəsilməsidir. Bu daha yaxşıdır və uterus cırığı meydana gəlmə ehtimalı azalar. Digər vəziyyətdə isə həkiminiz rəhmi uzunlamasına bir kəsiklə açacaq. Bu, rəhmdə daha böyük bir giriş təmin edəcək və körpənin böyük olduğu vəziyyətlərdə və ya çox böyük bir başı olarsa ediləcək.


Qeysəriyyə qədimdən olduğundan daha etibarlı olsa da və qadınların çoxu yaxşılaşsa da bəzi komplekslər ortaya çıxa bilər. Qeysəriyyə böyük bir əməliyyatdır və digərlərində olduğu kimi yara yerində infeksiya meydana gəlmə riskinin yanında böyrək infeksiyası meydana gəlmə təhlükəsi də vardır. Qanama nadirdir ancaq şiddətli ola bilər.

Qeysəriyyə edilən qadınlarda ölüm nisbəti normal  doğum edənlərdən 2 ilə 4 qat daha yüksəkdir. Bununla birlikdə, ölən qadınların çoxu daha əvvəldən xəstəliyi olan qadınlardır.

Qeysəriyyə mənəvi problemlər yarada bilər çünki yeni körpənizəyaxınlaşmağınıza maneə törədə bilər. Başlanğıcda özünüzü  ağrılı hiss edəcəyinizdən körpənizlə daha az zaman keçirəcəksiz. Əməliyyatın edildiyi gün hərəkət etməyiniz çox çətin olacaq. İştahınız varsa yemək nizamınızı pozmayın. Özünüzü yaxşı hiss etdiyinizdə körpənizi qucağınıza ala bilər və əmizdirməyə başlaya bilərsiniz. Qeysəriyyədən sonra təqribən 5-6 gün xəstəxanada yata bilərsiniz.

Qeysəriyyə edilən qadınlar təbii olaraq bir sonrakı hamiləlikləri barədə narahatdırlar. Bir dəfə qeysəriyyə edildiyində daha sonrakı doğularda da qeysəriyyə edilməsi lazımdır. Bunun səbəbi, hər l00 doğuşun 2 də görülən normal doğum əsnasında rəhmin köhnə yara yerindən cırılma riskidir.

Bundan başqa, indiki vaxtda qeysəriyyə olan qadınların 60 %i daha sonra normal  doğum edə bilməkdədir. Bu vəziyyət ilk əməliyyatın edilmə səbəbinə və bu şərtlərin hələ də var olub olmadığına bağlıdır. Məsələn, Qeysəriyyə körpənizin təhlükəyə düşdüyünə görə edilmişsə bir sonrakı körpə normal doğuma dözə bilər. Ancaq doğum kanalınız çox darsa gələcəkdəki doğumlarınız da qeysəriyyə ilə olacaq.

Normal  doğumu sınayıb sınaya bilməyəcəyinizi təyin edən digər faktorlardan biridə ilk qeysəriyyədə yara yerində infeksiya inkişaf edib inkişaf etmədiyidir. Rəhminizdəki köhnə kəsik yeri enlənibsə normal doğum edə bilərsiniz.
MƏQALƏLƏR / XƏBƏRLƏR
Tarix:26.06.2010
ELAN
Tarix:24.06.2010
Rəhim Rəhimli əmi oldu
Tarix:21.06.2010
Nabranda istirahət etmək istəyənlərin nəzərinə
Tarix:18.06.2010
Bir neçə çimərlikdən istifadə qadağan edildi
Tarix:17.06.2010
Qısa boylulara qara xəbər
Tarix:17.06.2010
Zülfiyyə Xanbabayeva: “Arıqlayıb 49 kilo oldum...”
Tarix:09.06.2010
Pivə qadınların döşlərini böyüdür?
Tarix:07.06.2010
Günəşin mənfi təsirlərindən necə qorunmalı?
Tarix:07.06.2010
İntihara gətirib çıxaran səbəblər
Tarix:04.06.2010
Fotoşəkilə baxdı, nəvəsini xərçəng xəstəsi olduğunu anladı
Tarix:04.06.2010
Hamilə qalmaq üçün cəmi 6 gün
Tarix:02.06.2010
Uşaq Teatrı Beynəlxalq Teatr Festivalına qatıldı
Tarix:02.06.2010
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyəsi
Tarix:01.06.2010
Məhkum uşaqlarla görüş keçirildi
Tarix:26.05.2010
İlk süni orqanizm yaradıldı
Tarix:25.05.2010
Qan azlığının dərmanı - badımcan
Tarix:25.05.2010
Oğlan uşaqlarını nə vaxt sünnət etdirməli?
Tarix:17.05.2010
Çadırda 8 uşaq doğuldu
Tarix:17.05.2010
Bakıda hərarət 30 dərəcəyə çatacaq
Tarix:17.05.2010
4 özəl tibb müəssisəsi qapadıldı
Tarix:14.05.2010
Gələcəkdə Azərbaycanda oğlanlar evlənmək üçün qız tapa bilməyəcək
Tarix:14.05.2010
Salona getmədən arıqlamaq üsulları
Tarix:12.05.2010
Düz ayaqqabılar da hündür dabanlar qədər zərərlidir
Tarix:12.05.2010
Yuxu probleminiz varsa...
Tarix:10.05.2010
Yağlı dərilər üçün qulluq maskaları
Qaliblər
Mətbuatda Biz
"Dost"un birinci hissəsi yekunlaşdı
Mənbə: Ədalət qəzeti

ANA.az, AGAT və Arzumun "DOST" adlı layihəsi davam edir!
Mənbə: Həftə içi qəzeti

“Dost” 16 may tarixində gözdən əlil uşaqlar üçün Respublika Internat Orta Məktəbinin qonağı oldu
Mənbə: PressPost.az
Face Book
Səs vermə
(1945)
Yox (433)

Copyright © ANA.az
Site by : azDesign.ws