
Qədim dövrlərdən bəri Asiya, Hindistan və Ərəbistanda müalicə məqsədi ilə istifadə edilən tropik bitkisi olan zəncəfildən bu gündə bir çox xəstəliyin müalicəsində yararlanılır.
Belə ki, zəncəfillə mədə xəstəliklərinin, eləcə də qadınlarda hamiləlik dövründə baş verən ürək bulanması və qusma hallarının qarşısını almaq mümkündür. Həmçinin, zəncəfildən oynaq ağrıları, bağırsaq və ürək xəstəliklərinin müalicəsində istifadə edilir. Həkimlər soyuqdəymə, qrip, baş ağrıları, qadınlarda reql dövründə müşahidə olunan ağrıları yüngülləşdirmək üçün də zəncəfil işlətməyi məsləhət görürlər.
Qeyd edək ki, təzə zəncəfilin tərkibi “B6” və “C” vitaminləri, eləcə də kalsium, dəmir, maqnezium, fosfor, patasium, manqan və liflə zəngindir. Bu bitkini xərcəng kimi təhlükəli xəstəliklərin müalicəsində istifadə etmək məsləhət görülür. Zəncəfilin şəfalı olmasına baxmayaraq həkimlər bu bitkinin istifadəsində diqqətli olmağı tövsiyə edirlər. Belə ki, 2 yaşına çatmamış uşaqlara zəncəfilli yeməklərin və şirələrin verilməsi qəti qadağandır. Yeniyetmə insanlarda isə gündə 4 qramdan artıq olmayaraq istifadəsi tövsiyə edilir.