Müsahibələr
Məqalələr
Hamiləlik
Körpəyə qulluq
Qidalanma və inkişaf
Doğuş tipləri
Ana südü və əmizdirmənin xeyirləri
Sağlamlıq
Təlim və tərbiyyə
İnkişaf
Analar haqda hər şey
Bunları bilmək maraqlıdır
1 yaşına qədər olan körpələr
1 yaşından 5 yaşınadək olan körpələr
Video
Uşaq poliknikaları
Doğum evləri
Qadın konsultasiyası
Uşaq xəstəxanaları
Uşaq mahnıları
Dünyanın baldan şirin balaları
KİTAB (online sifariş)
PalSüd-ün məhsulları
Dayə
Fevral -2010 Müsabiqə
Namizədlər
Sayğac
Sayta daxil olanların sayı
loading...
Körpənin boyu və çəkisi

Əfsanələrdən (həm də xalq arasında geniş yayılmış) biri kök uşağın sağlam olması barədədir (yeri gəlmişkən, Rusiyada artıq çəkidən 26% oğlan, 18% qız əziyyət çəkir). Təəssüf ki bu belə deyil. Əksinə artıq çəki daha çox sağlamlığa təhlükədir.
    Son zamanlar qəti şəkildə müəyyən edilmişdir ki, erkən yaşlarda toplanan bədənin artıq kütləsi piyləşmənin inkişafına real imkan yaradır. Birinci il ərzində orqanizmdə formalaşan piy hüceyrələri sonradan demək olar ki, azalmır, o, böyüyə bilər və elə həqiqətən də böyüyür.
    KÖK uşaqlarda infeksiyalara qarşı müqavimət aşağıdır, arterial təzyiq və gündüz temperaturu çox vaxt qalxır, “mərmərə oxşar dəri” və duruş pozuntusu, ayaq altının yastı olması, ayaq əyriliyi, CİNSİ inkişafda ləngimə müşahidə edilir. Artıq çəkili uşaqlarda bir qayda olaraq tənəffüs xəstəlikləri ağır keçir. Müşahidə olunmuşdur ki, onlarda ekzemaya, örəyə, rinitə 1.5 dəfə çox rast gəlinir.
    Bundan əlavə, əvvəl axır kök uşaqların əziyyət çəkəcəkləri vaxt gəlib yetişir, xüsusilə əgər onlar onun kök olmasına gülən insanlarla əhatə olunublarsa (evdə, həyətdə, məktəbdə və s.). Bu halda uşaqda ya özünü tam dəyərləndirməmə, özünə inamsızlıq, və ya əksinə, aqressivlik duyğusu inkişaf edir.
    Uşaqda artıq piy yığınının olmasını müəyyən etmək üçün piy qatının həcmini bir əlin barmaqları tutaraq göbək səviyyəsinə gətirirlər. Belə qatın qalınlığının 2-3 sm-dən artıq olması artıq piyin əmələ gəlməsindən xəbər verir. Cədvəl 1-də göstərilmiş məlumatlardan da yararlanmaq mümkündür.

Cədvəl!. Doğuş vaxtından 1 yaşınadək uşaqların orta çəkisi
  
Oğlanlar    Qızlar  
Yeni doğulmuş 3,3-3,5 3,0-3,3
   1 ay 4,1 4,1
   2 ay 5,0 4,8
   3 ay 5,8 5,4
   4 ay 6,6 6,0
   5 ay 7,2 6,7
   6 ay 7,6 7,4
   7 ay 8,0 8,0
   8 ay 8,6 8,5
   9 ay 9,2 8,9
   10 ay 9,7 9,3
   11 ay 10,2 9,6
   12 ay 10,4 9,8
  
   Bu cədvəldə qəbul edilmiş ümumi həcmlər verilmişdir. Bədən quruluşu və individual xüsusiyyətlərdən asılı olaraq uşağın çəkisi bu və ya digər tərəfdən orta çəkidən fərqlənə bilər, ona görə də əgər körpənizin çəkisi cədvəldə göstərilənlərlə üst-üstə düşmürsə narahat olmağa ehtiyyac yoxdur. Yalnız sapınmanın böyük olması halında həkimlə məsləhətləşmək lazımdır.
    Qeyd edək ki, orta hesabla körpə ilk 6 aydan bir 400-700 qr çəki artırır. Birinci ilin sonuna isə aylıq çəki artımı 200-300 qr-a qədər azalır. Maraqlısı budur ki, analarının sinə ilə bəslədikləri uşaqlar çəkidə orta hesabla “sünilərdən” daha ləng artım edirlər. Bu birincisi yuxarıda artıq dönə-dönə qeyd etdiyimiz kimi ana südünün uşaq üçün optimal məhsul olması ilə və bununla da onun çəki artırmaması ilə izah edilir. İkinci, sinə ilə bəsləyən analar adətən uşağı daha çox hiss edirlər və ona çox etibar edirlər, buna görə də artıq yedizdirmirlər, körpəciyi şüşəciklə yedirdən analar isə hər fürsətdə onu daha çox yedirtməyə çalışırlar.
    İndi isə uşağın boy atmasında dayanaq. İlk yarım ildə uşaq təqribən hər ay 2-4 sm böyüyür. Növbəti 6 ayda isə onun boyu bir qədər az artır. Maraqlıdır ki, uşaq tədricən deyil, alimlərin tədqiqatlarının göstərdiyi kimi “sıçrayışla” böyüyür: uşaqlar bir neçə həftə ərzində daimi boyu saxlaya bilir, boyu isə cəmi bir gecə ərzində artırmağa nail olurlar. Heyrətləndirici haldır ki, 24 saat ərzində uşağın boyu santimetrədək arta bilir.
    Körpənizin aylar üzrə orta göstəricilərini müqayisə etmək üçün cədvəl 2-dən istifadə edə bilərsiniz. Yalnız bir şeyi qeyd edək ki, uşağın çəkisi ilə əlaqədar olduğu kimi burada da körpənizin göstəriciləri orta göstəricilərdən az və ya çox olduqda qorxmaq lazım deyil. Yalnız körpənizin boyu aşağıda göstərilənlərdən əhəmiyyətli dərəcədə çox az və ya çox olduqda narahat olmaq lazımdır.

Cədvəl 2. Uşağın boyunun orta göstəriciləri (doğuşdan 7 yaşa qədər)
  
Oğlanlar    Qızlar  

Yeni doğulmuş 50-51 49-50
   1 ay 54 54
   2 ay 57 57
   3 ay 60 60
   4 ay 63 62
   5 ay 66 64
   6 ay 68 66
   7 ay 70 68
   8 ay 72 70
   9 ay 73 72
   10 ay 74 73
   11 ay 75 74
   12 ay 76 75
   Ətraflı
    Orqanizm yalnız onun hüceyrələrində, toxumalarında, orqanlarında boy funksiyası ilə bağlı müvafiq hormonlar fəaliyyət göstərdikdə böyüyür. Onlar ən azı 4 vəzidə - hipofiz (somatropin), mədəaltı (insulin), cinsi (testosteron) və qalxanvari vəzilərdə ifraz olunur. Bu hormonlardan birinin belə hasil edilməsində pozğunluq və ya onların orqanizmlə qarşılıqlı münasibətdə dəyişilməsi boyun inkişafında patoloji hallara gətirib çıxarır. Əgər hormonlar həddən artıq çox olsa qarşısıalınmaz böyümə baş verir, hormonların hasil edilməsi dayandıqda isə, böyümə prosesi də dayanır.
Bundan əlavə qeyd etmək lazımdır ki, boy həm də hipotalamusun – vegetativ tənzimləmənin yüksək mərkəzindən də asılıdır. Ətraf aləmdən və orqanizmin daxili aləmindən məlumatı alaraq sinir sistemi hipotalamusa komanda verir. O, isə öz növbəsində hormonların hasilatını idarə edərək vegetativ funksiyaya, o cümlədən boy atma prosesinə də təsir edir. Məhz bu səbəvdən əsəb sistemindən müxtəlif sapmalar onun işinə pozğunluq törədərək boya rtmaya mənfi təsir gödtərir.
    İrsiliyə gəldikdə isə o təbii ki, vacibdir, lakin labüd deyil. Daha doğru olardı ki, ona bir fərdin 160 sm-dən alçaq və 180-dən hündür, digərinin isə 150-dən 185-ə qədər və s. böyümək perskektivinə əsaslanan təxmini istiqamətləndirici proqram kimi baxılsın. Beləliklə, boyun necə olması xarici mühit şəraitindən və sağlamlığın vəziyyətindən (qidanın, iqlimin, sağlamlığa meylin və s. yararlılığı) asılı olaraq müəyyən edilir.

 
MƏQALƏLƏR / XƏBƏRLƏR
Tarix:26.06.2010
ELAN
Tarix:24.06.2010
Rəhim Rəhimli əmi oldu
Tarix:21.06.2010
Nabranda istirahət etmək istəyənlərin nəzərinə
Tarix:18.06.2010
Bir neçə çimərlikdən istifadə qadağan edildi
Tarix:17.06.2010
Qısa boylulara qara xəbər
Tarix:17.06.2010
Zülfiyyə Xanbabayeva: “Arıqlayıb 49 kilo oldum...”
Tarix:09.06.2010
Pivə qadınların döşlərini böyüdür?
Tarix:07.06.2010
Günəşin mənfi təsirlərindən necə qorunmalı?
Tarix:07.06.2010
İntihara gətirib çıxaran səbəblər
Tarix:04.06.2010
Fotoşəkilə baxdı, nəvəsini xərçəng xəstəsi olduğunu anladı
Tarix:04.06.2010
Hamilə qalmaq üçün cəmi 6 gün
Tarix:02.06.2010
Uşaq Teatrı Beynəlxalq Teatr Festivalına qatıldı
Tarix:02.06.2010
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyəsi
Tarix:01.06.2010
Məhkum uşaqlarla görüş keçirildi
Tarix:26.05.2010
İlk süni orqanizm yaradıldı
Tarix:25.05.2010
Qan azlığının dərmanı - badımcan
Tarix:25.05.2010
Oğlan uşaqlarını nə vaxt sünnət etdirməli?
Tarix:17.05.2010
Çadırda 8 uşaq doğuldu
Tarix:17.05.2010
Bakıda hərarət 30 dərəcəyə çatacaq
Tarix:17.05.2010
4 özəl tibb müəssisəsi qapadıldı
Tarix:14.05.2010
Gələcəkdə Azərbaycanda oğlanlar evlənmək üçün qız tapa bilməyəcək
Tarix:14.05.2010
Salona getmədən arıqlamaq üsulları
Tarix:12.05.2010
Düz ayaqqabılar da hündür dabanlar qədər zərərlidir
Tarix:12.05.2010
Yuxu probleminiz varsa...
Tarix:10.05.2010
Yağlı dərilər üçün qulluq maskaları
Qaliblər
Mətbuatda Biz
"Dost"un birinci hissəsi yekunlaşdı
Mənbə: Ədalət qəzeti

ANA.az, AGAT və Arzumun "DOST" adlı layihəsi davam edir!
Mənbə: Həftə içi qəzeti

“Dost” 16 may tarixində gözdən əlil uşaqlar üçün Respublika Internat Orta Məktəbinin qonağı oldu
Mənbə: PressPost.az
Face Book
Səs vermə
(1945)
Yox (433)

Copyright © ANA.az
Site by : azDesign.ws