Müsahibələr
Məqalələr
Hamiləlik
Körpəyə qulluq
Qidalanma və inkişaf
Doğuş tipləri
Ana südü və əmizdirmənin xeyirləri
Sağlamlıq
Təlim və tərbiyyə
İnkişaf
Analar haqda hər şey
Bunları bilmək maraqlıdır
1 yaşına qədər olan körpələr
1 yaşından 5 yaşınadək olan körpələr
Video
Uşaq poliknikaları
Doğum evləri
Qadın konsultasiyası
Uşaq xəstəxanaları
Uşaq mahnıları
Dünyanın baldan şirin balaları
KİTAB (online sifariş)
PalSüd-ün məhsulları
Dayə
Fevral -2010 Müsabiqə
Namizədlər
Sayğac
Sayta daxil olanların sayı
loading...

Həyatın ilk ayları


Nəhayət ki, çoxdan intizarında olduğunuz an gəlib çatdı – körpəniz həyata göz açdı! Doğuşdan sonra bir neçə gün keçir və  siz evə yollanırsınız. Bəlkə də siz bu an üçün yaxşıca hazırlaşmışsınız, lakin ola bilsin ki, sizə yenə də körpəyə qulluqla bağlı bəzi məsləhətlər lazım olsun. Bu zaman çox düşünməyə ehtiyyac yoxdur. ANA.az saytına daxil olursunuz və sizi düşündürən bütün sualların cavabını bizdə tapırsınız.


Beşinci-altı aylar


Sizin körpəniz böyüyür, onun artıq özünəməxsus xarakteri formalaşır, o çox şey bacarır. Məsələn o, asanlıqla yan tərəfə yaxud hətta qarın tərəfə çevrilə bilir, qarın üstə uzanaraq bazu önünə söykənməyi bacarır. O, həm də şüurlu surətdə oyuncağı seçib götürə, zövqünə görə yoxlaya, bir əlindən o birinə verə bilir. Körpə sizinlə görüşə sevinir, səsin gəldiyi mənbəyə doğru çevrilməyə başlayır, ona göstərilən obyekti gözləri ilə izləyir, adı çəkiləndə cavab reaksiyası verir.
Sutkanın əksər hissəsini dinc yatan südəmər körpə enerjili tədqiqatçıya çevrilir. İndi günün yalnız 15 saatı ona kifayət edir, qalan vaxtları isə o mürgüləyir.

  • Yedirtmə

Əlavə qidanın tətbiqi

Əlavə qidanın tətbiqinin qaydaları

Körpəyə nə yedirtməməli

Uşaq yemək istəməzsə nə etməli?

Özümüz hazırlayaq yoxsa hazır uşaq qidalarından istifadə edək?

  • Qida üçün gərəyiniz olacaq ərzaqların növləri


Müasir tövsiyələrə əsasən birinci qida kimi yaxşı olardı ki, sənaye istehsallı  südsüz sıyıq – qarğıdalı, qarabaşaq və düyü sıyığı təyin edəsiniz. Belə sıyıqlar lazımi vitamin və minerallarla, sıyıqların hazırlandığı yarma zülalları ilə, vacib amin turşuları ilə zəngindir. Lakin əgər uşaq artıq bədən kütləsinə malikdirsə, ilk qida kimi yaxşı olardı ki, tərəvəz püresindən – lakin yenə də sənaye istehsallı – istifadə edəsiniz. Körpəyə hansı qidanın verilməsinin məsləhətli olması ilə bağlı yekun qərar körpənizə nəzarət edən pediatrınıza və ya ailəvi həkiminizə aiddir.

  • Bu dövrün problemləri
Dövri surətdə bütün südəmər uşaqlarda qidalanma ilə bağlı problemlər yaranır. Onlar da valideynləri narahat olmağa və hətta fikir çəkməyə məcbur edir və ümumilikdə ailənin normal həyatını pozur: uşaq yeməkdən imtina edir və ya həzmlə bağlı problemlər yaşayır, şıltaqlıq edir, və yatmaq istəmir və beləliklə də onunla birgə bütün ailə yatmır.

Lakin bu yaşda qidalanma və ya həzmlə bağlı problemlər tamamilə təbiidir və nəyin uşağı bu dərəcədə narahat etdiyini bildikdə onu aradan qaldırmaq heç də çətin deyil.

 
 

Yeddinci – Onuncu aylar
Siz hələ bu yaxınlarda sizin körpənin burnu ilə nəfəs alaraq sakit çarpayıda yatdığını xatırlayırsınızmı? Siz tərəhhümlə və sevinclə ona baxırdınız və onun iməkləyəcək, oturacağı, ayağa duracağı və böyüməyə başlayacaq anları xəyallarınızda canlandırırdınız.
Həmin nisbətən dinc anlar qurtarmışdır. İndi körpə iməkləməyi öyrənmişdir və fəal şəkildə əvvəllər bacara bilmədiyi məsafələri qət edir. Sizin ortalıqdan götürməyi və gizlətməyi yaddan çıxartdığınız hər şey əvvəl-axır onun əlinə keçəcək, sonra isə onu ağzına alacaq.
İndi valideynlər üçün kəşfiyyatçılar kimi əsas söz “ayıq-sayıqlıq” sözüdür. Siz artıq dərmanların, qaynar, acı, tez sınan və son dərəcə miniatür obyektlərin körpənizin əlinə keçməməsini təmin etməlisiniz.
Hərəkət mütəhərrikliyi sürətli templə inkişaf edir: körpə nəinki oyuncağı tutmağı və əlində möhkəm saxlamağı, həmçinin onun bir əlindən digərinə ötürməyi və “dişi ilə” yoxlamağı, silkələyərək döşəməyə atmağı (məqsədi isə bununla nə olacağını yoxlamaqdır) bacarır.

6-cı ayda körpələrin əksəriyyəti adətən arxasından qarnı üstə çevrilməyi, dəstəklə oturmağı, obyektlərə diqqətlə baxmağı, onları əlində oynatmağı, böyüklər onun oxşadıqda sevinməyi, gülümsəməyi bacarır.
8-9-cu aylarda uşaq sərbəst yaxşıca oturmağı, dəstəklə ayağa qalxmağı, qarnı üstə və əksə istiqamətə çevrilməyi, qarnı üstə uzanaraq əlinə söykənməyi, oyuncağı asanlıqla götürməyi, xışıldayan obyektlərlə oynamağı, onları tullamağı və onların necə yerə düşdüyünü müşahidə etməyi, obyektlərə başı qarışarkən onları bir əlindən digərinə ötürməyi, onları bütün istiqamətdə fırlatmağı, eləcə də onlarla böyüklər oynayanda gülməyi, emosiyalar ifadə etməyi bacarmalıdır.


On birinci – on ikinci aylar


Bizdə yenilik nə var? Vaxt gedir, uşaq böyüməkdə davam edir. Hələ bir neçə həftə bundan öncə körpə özünküləri – ailə üzlərini və yaxın qohumlarını – yad adamlardan yalnız zahiri görünüşünə görə ayırd edə bilirdisə, indi o, tanışları səslərinə görə ayırd etməyi öyrənmişdir.
Daha bir xoşagələn sürpriz: çağa nəinki öz adını çox gözəl bilir, həm də valideynlər ondan nə isə istədikdə bunu başa düşür. Onu adı ilə və “əllə” çağırmağı sınayın, o həvəslə sizə tərəf yeriyəcək.
Valideynlərlə ünsiyyət daha maraqlı olmağa başlayır: indi körpə demək olar ki, bütün frazalarınıza “cavab” verməyə çalışacaq. Artıq spontan şəkildə çıxan hecalar getdikcə daha çox sözə oxşamağa başlayır.
Əgər iki-üç həftə əvvəl uşağa “ayıcıq haradadır?” sualı verildikdə körpə yalnız nəzərləri ilə plüş dostunu axtarırdı, lakin indi isə o çox böyük məmnuniyyətlə özünəməxsus “gizlənpaç” oyununda iştirak edəcək və “gizlənmiş” oyuncağı tapacaq.
“Etiketin əsasları”-nın mənimsənilməsi prosesi fəal şəkildə davam etdirilir. Gəzinti zamanı evə getmə vaxtı çatdıqda, çağa digər körpələrə sağ ol əlaməti olaraq əlini yelləyəcək.
10-cu ayda körpə adətən: sərbəst və ya dəstəklə gəzməyi, özbaşına qalxmağı və oturmağı. Kiçik obyektləri tutmağı, onları ehmalca iki və ya üç barmağı ilə götürməyi, böyüklərin xahişi ilə gözləri ilə tanış obyektləri tapmağı, əgər ona öyrədiblərsə, sadə oyunları (laduşki, hələlik-hələlik və s.) oynamağı, obyektləri yerinə qoymağı, “piramidanı” sökməyi, nitqində (tələffüzündə) ahəngli şəkildə intonasiya ilə vağ-vuğ etməyi, ilk hecaları tələffüz etməyi, yaxşıca qaşıqdan yeməyi və fincandan içməyi, yeni obyektlərə maraq göstərməyi, əvvəlcə onları nəzərdən keçirməyi, yalnız bundan sonra ağzına almağı bacarır.


UŞAQLA BƏRABƏR ONUN TƏLƏBATLARI DA ARTIR


Erkən yaşlı uşaqlar (1 yaşdan 3 yaşa kimi) necə fiziki, elə də əqli cəhətdən tez böyüyürlər və inkişaf edirlər. Bununla da qidalanmanın nisbi «muxtarlığı» yaranır, böyüklərlə bir yerdə rasion və iştahanın artırılması, həmçinin bəzi müəyyən sevimli yeməklərinə daha aydın üstünlükləri və vərdişlərin və meyllərin formalaşması yaranır.
Erkən yaşlı uşaqların inkişafının sürəti bir yaşlı uşaqların inkişafı ilə nisbətdə azdır, lakin kifayət qədər yüksəkdir. Uşaqları orta çəkisi iki yaş üçün  qızlarda 2,7 kq, oğlanlarda isə 2,6 kq, üç yaşda isə qızlarda 2,4 kq, oğlanlarda isə 2,1 kq artır. Uşaqların boyu iki yaş üçün 12 sm, üç yaş üçün isə 9 sm artır (EUROGROWTh). Artımın yüksək sürəti sümük toxumasının inkişafı üçün kalsiumun kifayət qədər olmasının zəruriliyini təyin edir. Hesab edirlər ki, uşağın erkən yaşında kalsiumun maksimal tələbatı dövrüdür.
1 yaşdan üç yaşa kimi beyin və sinir sisteminin funksiyalarının sürətli inkişafı müşahidə olunur. İki yaşın əvvəlində uşaqların əksəri gəzməyə başlayırlar, üç yaşda isə pilləkən qalxmağı və qaçmağa. Bu yaşda təfəkkürə olan qabiliyyəti artır, uşaq daha da sərbəst olur, vaxtı başa düşməyə başlayır. Eyni zamanda uşaqların dad vərdişləri dəyişilir və yeni dad şövqləri formalaşır. Uşaq muxtariyyətə cəhd atır, istəyir ki, özü böyüklərin köməyi olmadan yemək yesin, ona görə də ona adekvat qidalanma təmin etmək lazımdır.         
Valideynlərin çoxu yanlış fikirləşir ki, uşağa bir yaşdan sonra ailənin digər üzvlərinə verilən ərzaq məhsullarından vermək olar. Lakin körpənin mədəsi «böyüklərin» yeməyini, məsələn, sosiska, kolbasa, şirniyyat, kəsmik kətələrini və s.  həzm etməyə bacarmır.
Bundan başqa, üç yaşa kimi baş beynin, daxili orqanların, quruluşu və sümük toxumalarının möhkəmlənməsi hələ aktiv inkişafdadır, buna görə də, inkişaf edən orqanizmi balanslaşdırılmış qida ilə təmin etmək lazımdır. Təəssüflər olsun ki, «böyüklərin yeməyi» uşaq orqanizminə lazım olan zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral maddələri və mikroorqanizmləri tam şəkildə təmin edə bilmir. Buna görə də, əsas rasion dəyişmədən qalır. Sizin uşaq üçün balanslaşdırılmış qidalanmaya NESTLEnin Qidalanma Planının 3-cü mərhələsi kömək edəcək.  
 Bu yaşda qida maddələrin, enerjinin, vitaminlərin və mineralların kifayət qədər miqdarı gələcək illər üçün uşağın səhhətinin təməlini qurur. Bəzi maddələrin çatışmamazlığı beynin inkişafının imkanlarını azaldır və uşağın əqli inkişafını, nitqin və digər vərdişlərin inkişafını pozur.   
     Erkən yaşlı uşaqların tələbatları nutriyentlər sırasında böyüklərinkindən daha çoxdur, 1 kq bədən çəkisinə nisbətdə, eyni zamanda uşaq həmişəki kimi böyük adamdan daha az yeyir. Buna görə də qida maddələri qida ilə az miqdarda daxil olur və  erkən yaşlı uşaqlar üçün defisitin inkişafının riski artır. 
 «Ev» yeməyi 1 yaşdan 3 yaşa kimi uşaqların tələbatların tam ödəmir. Bu yaşda olan uşağın mədəsi balaca ölçüdə qalır, və bu o deməkdir ki, mədə yalnız kiçik porsiya yeməkləri həzm edə bilir. Buna görə də rasion müxtəlif olmalıdır ki, bütün nutriyentlərə tələbatı təmin edir, əks halda onların defisitin inkişafının riski artır. Rusiyada bir yaşdan yuxarı olan uşaqların ən çox yayılmış dəmirin, sinkin və yodun çatışmamazlığı sayılır.  
 Uşağın inkişaf dövründə vacib olan məhsulların ən əsas qrupu süd qrupudur. Üç yaşa kimi uşaqlar sutkada 300-350 ml süd və süd məhsulları qəbul etməlidir. Belə bir sual yaranır: uşağa hansı süd vermək?
 Südü həmişə «təbiət tərəfindən yaranmış unikal məhsuludur» adlandırırlar. Dərhal deyək ki, həqiqətən də körpənin qidası üçün ən unikal və qiymətsiz olan ana südüdür. Südlərin bütün növləri, istər inək və ya keçi olsun, lazım olan vitaminlər və mikroelementlər miqdarı yetərli deyil.
 Üzlü inək südü əsas yağ turşuların, dəmirin, yodun, sinkin, misin, Vitamin C və E miqdarları kifayət qədər deyil, bundan başqa südün tərkibi ilin mövsümündən və ekologiyadan asılıdır. Və əks olaraq belə süddə zülalın tərkibi çox yüksək səviyyədədir. O vaxtlar ki, təbii südün zülalları uşaq orqanizmi üçün ağırdır, və diyetoloqlar körpənin üzlü inək südü ilə tanışlığı bir az gec müddətə (2-2.5 yaşa) təxirə salmağı tövsiyə edirlər.    
 Buna görə də pediatrlar tövsiyə edirlər ki, valideynlər körpələrə üç yaşa kimi xüsusi uşaq südü versinlər. Uşağın inkişaf edən orqanizmində süddə olan vitaminlərini təmin etmək üçün sizə yüngül həzm olunan və yaxşı immun statusunu və düzgün maddələr mübadiləsini təmin edən NESTLE JUNİOR həll edilən uşaq südü kömək edər. 
NESTLEdən olan unikal süd ancaq əsas qida maddələrinin tərkibi ilə balanslaşdırılmış, vitaminlərlə və mikroelementlərlə zənginləşmiş deyil, həmçinin bifidobakteriyalarda onun tərkibində var.
 Bifidobakteriyalar nə ilə faydalıdır? Onlar immunitetin artırılmasına imkan yaradır, patogen orqanizmlərin inkişafını ləngidir, mədə pozulmasının (hansıki tez-tez körpənin inək südü ilə yedirdən zamanı yaranır) ehtimalını azaldır, bağırsağın köpməsinin və qazın yaranmasının qarşısını alır, dermatitin yaranmasının ehtimalını azaldırlar. 
 Uşağın sümük toxumasının formalaşması və möhkəmlənməsi üçün əsas rolu kalsium oynayır. Bununla belə, bu mikroelementin effektiv həzmi üçün kalsiumun, fosforun və vitamin D optimal nisbəti vacibdir. Yalnız xüsusi süd NESTLE JUNİOR uşağın tələbatlarını nəzərə alaraq hazırlanıb və lazım olan proporsiyada bütün bu komponentləri daxil edir.
 NESTLE JUNİOR uşaq südü əzələlər üçün ən yaxşı tikinti materialı olan zülalın optimal miqdarını daxil edir. Belə ki, NESTLE JUNİOR uşaq südü uşağın bu yaşı üçün lazım olan zülalın miqdarını daxil edir: inək südündən az, amma digər süd qatışıqlardan çox.
Şübhəsiz olan bir üstünlük var: NESTLE JUNİOR südü dəmir, sink və yod ilə zəngindir. O, həm də onun tərkibində beyin və görmə orqanlarının  inkişafı üçün əsas polidoymamış yağ turşuları var.
NESTLE JUNİOR uşaq həll edilən südü ancaq sizin körpənizin orqanizmini lazım olan bütün qida maddələri ilə təmin etmir, hətta uşağın «böyüklərin rasionun»a keçid dövründə çox vacib olduğu üçün bağırsağın təbii mikroflorasını qorumağa kömək edəcək.
Uşaqların müxtəlif yaşları üçün iki cür NESTLE JUNİOR südü var: 1+ bir yaşdan olan uşaqlar üçün, 2+ isə iki yaşdan və ondan yuxarı uşaqla üçün. Bu məhsulların resepturası körpələrin boylarına görə tez-tez dəyişən tələbatlarının optimal təmin edilməsi üçün xüsusi olaraq hazırlanıb. NESTLE JUNİOR 1+ uşağın aktivliyi artan dövründə: uşaq gəzmək istəyən, hər bir şeyi ağzına salmaq və dünya dərk etmək kimi hallarda, immun sisteminin artırılmasına kömək edir. NESTLE JUNİOR 2+ isə immunitetin möhkəmlənməsi xüsusiyyətlərinə əlavə olaraq gələcək məktəblinin beynin və görmə orqanlarının inkişafına faydalı olan qida maddələri ilə zəngindir.


Uşağın sağlam və rahat böyüməsi üçün onu heç nə narahat etməməlidir. Amma həzm problemləri və infeksion xəstəlikləri körpə uşaqlarda tez-tez rast gəlir. Bu narahatçılıqların mənbəyi bilinəndə aradan qaldırmaq çətin deyil. Qidalanma, həzm etmə və immunitet bir-biri ilə necə bağlıdırlar?


 

QİDALANMANIN ƏSAS KOMPONENTLƏRİ

 


Nə üçün onlar lazımdır?

Hansı ərzaqların

 tərkibindədirlər?


Zülallar

Orqanizmin hüceyrələri və toxumaları üçün əsas tikinti materialı (həmçinin sümük toxumasının əsası zülallar və mineral duzlardır)

Qida ilə orqanizmə daxil olan zülallar aminturşulara parçalanır , hansılardan ki, müxtəlif birləşmələrindən toxuma zülalların qurulması üçün insanın bədənində istifadə olunan  çoxsaylı zülallar yaranır

Ana südü, ət, qara ciyər, quş, balıq, kəsmik, qoz-fındıq və paxlalılar, kartof, makaron məmulatları 

Yağlar və yağ turşuları

İstilik və enerjinin mənbəyi rolunu oynayır

Yağ həll edilən vitaminlərin (A,D,E) həzminə kömək edirlər.

Sinir sisteminin, sinir toxumalarının, beyin toxumasının  quruluşunun tamdəyərli inkişafı üçün lazım olan  yağ turşulardır. 

Ana südü, kərə və bitki yağları, qlütensiz sıyıqlar, yarmalar, çörək, meyvələr və nişasta tərkibli tərəvəzlər

Karbohidratlar:

Həmçinin:

 

Dişəkərlər şəkər, süd şəkəri (laktoza)

 

Polişəkərlər mürəkkəb şəkərlər (nişasta, un, ballast maddələr)

Uşağın böyüməsi və inkişafı üçün enerji verir, orqanizmdə keçən bioloji proseslərini enerji ilə təmin edir

 

Dilin reseptorları ilə dərhal dad siqnalların alınmasına köməklik edir.

Aclıq hissini təmin edir, bağırsağın işini tənzimləyir   

Ana südü, uşaq həll edilən qlütensiz sıyıqlar, yarmalar, çörək, meyvələr və nişasta tərkibli tərəvəzlər           

MİNERAL MADDƏLƏR VƏ MİKROELEMENTLƏR


 

Onların təminatı

Hansı ərzaqların tərkibindədir?

Defisitin nəticələri



Dəmir

Eritrositlərin və vacib enzimlərin (fermentlərin) tərkibinə daxildir, orqanları və toxumaları oksigenlə təmin edir  

Paxlalılar, yarmalar  (qarabaşaq), ət, qara ciyər, quş, yumurta sarısı, kəsmik, ispanaq

Anemiya, immunitetin azalması; böyümənin və inkişafın ləngiməsi; solğunluq; tez yorulma

Yod

Qalxanvarı vəzi hormonlarının əsas komponenti

Yod ilə zəngin olan torpaqda yetişdirilən tərəvəzlər, dəniz balığı, yodlaşdırılmış xörək duzu, istiot, qoz 

Mərkəzi sinir sistemin inkişafının pozulması; artma proseslərin ləngiməsi; qalxanvarı vəzinin  (zob) böyüməsi; uşağın öyrənməyə qabiliyyətin azalması; immunitetin zəifləməsi  

Ftor

Sümük və dişlərin formalaşması prosesində iştirak edir, karbohidrat və piy mübadiləsinə təsir göstərir 

Ftor ilə zənginləşmiş içməli su, mineral su

Kariyesin inkişafı; sümüklərin hiper artımı

Sink

Bütün növ mübadilə proseslərinə təsir edir, artım yaraların sağalması proseslərinə köməklik edir  

Ət, dəniz məhsulları, yarmalar, çərəz

Artım proseslərin ləngiməsi, dəridə səpgi, yaraların sağalmasının ləngiməsi

Mis

Cavan eritrositlərin yaranma prosesində iştirak edir, maddələr mübadiləsinə təsir edir, orqanizmin müqavimətini gücləndirir

Qara ciyər, toyuq yumurtasının sarısı, çərəz, lobya, noxud, quru meyvələr

Anemiya; solğunluq; qanaxmaya meylilik

Kalsium

Sümük toxumasının yaranmasına, dişlərin və skeletin formalaşmasına  cavab verir,  qanın laxtalanması prosesində iştirak edir

Süd və süd məhsulları, pendir, balıq (qızılbalıq, sardina, siyənək), yaşıl yarpaqlı tərəvəzlər

Sümüklərin kövrəkliyi və yumşalması; dişlərin formalaşması; qıc olma

Kalium

Əzələ sıxılması prosesində iştirak edir, yeni zülal strukturların təşkil edilməsi, ürək əzələsinin və bağırsağın fəaliyyətini tənzimləyir

Ət, balıq, süd quru meyvələr, banan, ərik, çərəz 

Əzəllərin zəifliyi; ürək və tənəffüs funksiyaların pozulması

Natrium 

Su-duz mübadiləsini saxlayır, aminturşular və karbohidratlarla toxuma və orqanlar hüceyrələrinə aparılmasına təsir göstərir

Hazır yeməklər, xörək duzu, çörək pendir, mineral su

Süstlük; iştahanın pozulması; narahatçılıq

Xlor

Su-duz mübadiləsinin tənzimlənməsində iştirak edir və mədədə xlorid turşusunun yaranması

Hazır yeməklər, xörək duzu, mineral su

Süstlük; narahatçılıq; iştahanın pozulması; qıc olma

 

 

 

 

 

Orqanizmə təsir

Onun mənbəyi hansı ərzaqlardadır?

Defisitin nəticələri



Vitamin A

Yeni hüceyrələrin böyüməsi, sümük və dişlərin formalaşması, görmə orqanların normal inkişaf üçün lazımdır; dəri örtüklərində, selikli qişalarda və sinir sisteminin hüceyrələrində  mübadilə proseslərini tənzimləyir 

Ana südü, qara ciyər. Yaşıl və portağal rəncli tərəvəzlər (ispanaq, yer kökü, manqo), paxlalılar, ərik, alma, itburnu

Görmə itiliyinin azalması; dəri  və selikli qişa örtükləri zədələnməsi 

B qrupunun vitaminləri

Sinir sistemin fəaliyyətinin tənzimləyir, dərk etmə aktivliyini və beyin funksiyasını  optimallaşdırır, enerji səviyyəsinə, artırma, normal iştaha, öyrənməyə qabiliyyət səviyyəsinə müsbət təsir göstərir

Ət, qara ciyər, yumurta sarısı, yarmalar (düyü, yulaf), yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar, çərəz, maya

Artım prosesin ləngiməsi; anemiya

Vitamin C

Zülalın  yaranmasına, sümük və dişlərin formalaşmasına təsir göstərir; orqanizmin müdafiəsi, infeksiya yaradıcılarına davamlılığı artırır, müxtəlif allergenlərin təsir effektlərini azaldır  

Sitrus, kivi, qırmızı bibər, kələm, kolrabi, yaşıl tərəvəzlər, brüssel kələmi, itburnu

İmmunitetin azalması; qanaxma; sinqa

Vitamin D

Fosfor-kalsium mübadiləsini tənzimləyir, sümük toxumasının qurulmasına köməklik edir

Orqanizmdə gün şüalarından yaranır.

Yumurtanın, balığın tərkibindədir. Çatışmamazdıqda balıq yağını vermək olar.   

Raxit

Vitamin E

Karbohidrat mübadiləsini tənzimləyir, hormonların yaranmasını stimullaşdırır

Bitki yağları, taxıl

 

Vitamin K

Qan laxtalanması prosesini tənzimləyir

İspanaq, pomidor, yumurta sarısı, qara ciyər

 

 


MƏQALƏLƏR / XƏBƏRLƏR
Tarix:26.06.2010
ELAN
Tarix:24.06.2010
Rəhim Rəhimli əmi oldu
Tarix:21.06.2010
Nabranda istirahət etmək istəyənlərin nəzərinə
Tarix:18.06.2010
Bir neçə çimərlikdən istifadə qadağan edildi
Tarix:17.06.2010
Qısa boylulara qara xəbər
Tarix:17.06.2010
Zülfiyyə Xanbabayeva: “Arıqlayıb 49 kilo oldum...”
Tarix:09.06.2010
Pivə qadınların döşlərini böyüdür?
Tarix:07.06.2010
Günəşin mənfi təsirlərindən necə qorunmalı?
Tarix:07.06.2010
İntihara gətirib çıxaran səbəblər
Tarix:04.06.2010
Fotoşəkilə baxdı, nəvəsini xərçəng xəstəsi olduğunu anladı
Tarix:04.06.2010
Hamilə qalmaq üçün cəmi 6 gün
Tarix:02.06.2010
Uşaq Teatrı Beynəlxalq Teatr Festivalına qatıldı
Tarix:02.06.2010
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyəsi
Tarix:01.06.2010
Məhkum uşaqlarla görüş keçirildi
Tarix:26.05.2010
İlk süni orqanizm yaradıldı
Tarix:25.05.2010
Qan azlığının dərmanı - badımcan
Tarix:25.05.2010
Oğlan uşaqlarını nə vaxt sünnət etdirməli?
Tarix:17.05.2010
Çadırda 8 uşaq doğuldu
Tarix:17.05.2010
Bakıda hərarət 30 dərəcəyə çatacaq
Tarix:17.05.2010
4 özəl tibb müəssisəsi qapadıldı
Tarix:14.05.2010
Gələcəkdə Azərbaycanda oğlanlar evlənmək üçün qız tapa bilməyəcək
Tarix:14.05.2010
Salona getmədən arıqlamaq üsulları
Tarix:12.05.2010
Düz ayaqqabılar da hündür dabanlar qədər zərərlidir
Tarix:12.05.2010
Yuxu probleminiz varsa...
Tarix:10.05.2010
Yağlı dərilər üçün qulluq maskaları
Qaliblər
Mətbuatda Biz
"Dost"un birinci hissəsi yekunlaşdı
Mənbə: Ədalət qəzeti

ANA.az, AGAT və Arzumun "DOST" adlı layihəsi davam edir!
Mənbə: Həftə içi qəzeti

“Dost” 16 may tarixində gözdən əlil uşaqlar üçün Respublika Internat Orta Məktəbinin qonağı oldu
Mənbə: PressPost.az
Face Book
Səs vermə
(1945)
Yox (433)

Copyright © ANA.az
Site by : azDesign.ws