Dırnaqları düzgün necə tutmalı
Uşaqların dırnaqları çox tez uzanır, onlar nazik, ancaq yumşaq və iti olur. Onların altına çirk çox asan yığılır, hətta lap balaca körpələrdə belə. Uşaqlar özlərini qan çıxanadək cırmaqlaya bilər. Buna görə də, onların dırnaqlarının uzunluğunu izləməlisiniz. Ançaq uşaqlar dırnaqtutma prosedurasını sevmir. Uşağı yaralamamağın ən yaxşı üsulu onun dırnaqlarını yatdığı zaman tutmaqdır. Bir qədər böyümüş uşaqlara öz üzərinizdə nümunə göstərmək olar. Uşaq görsün deyə, əvvəlcə öz dırnaqlarınızı, sonra isə onun dırnaqlarını tutun. Bu sınanılmış üsuldur və köməyi olur.
|