Müsahibələr
Məqalələr
Hamiləlik
Körpəyə qulluq
Qidalanma və inkişaf
Doğuş tipləri
Ana südü və əmizdirmənin xeyirləri
Sağlamlıq
Təlim və tərbiyyə
İnkişaf
Analar haqda hər şey
Bunları bilmək maraqlıdır
1 yaşına qədər olan körpələr
1 yaşından 5 yaşınadək olan körpələr
Video
Uşaq poliknikaları
Doğum evləri
Qadın konsultasiyası
Uşaq xəstəxanaları
Uşaq mahnıları
Dünyanın baldan şirin balaları
KİTAB (online sifariş)
PalSüd-ün məhsulları
Dayə
Fevral -2010 Müsabiqə
Namizədlər
Sayğac
Sayta daxil olanların sayı
loading...
Bəzən valideyin ehtiyyatsızlığı balacanın həyatını sual altında qoyur. Körpəni xoşagəlməz vəziyyətlərin iştirakçısına çevirir.Bundan ən çox əziyyət çəkənsə həm balaca ,elə həm də valideyin özü olur. ANA.az  müsahibə bölümünü ixtiyarınıza verməklə sizə ən dəyərlı məsləhətləri mütəxəssislərin dilindən çatdırmaq məqsədi güdür. Bu dəfə valideyin diqqətsizliyinin yol aça biləcəyi məişət travmalarından və bu zaman göstərilməli olan ilkin tibbi yardımdan söz açacayıq. Müsahibimiz  tibb elmləri namizədi,uşaq cərrahı Lətif Zeyniyevdir.

Ana.az –ın ilk qonagı olaraq sizi salamlayırıq və inanırıq ki, valideyinlərimizə ünvlanlayacağınız mesajlar onların vaxtında köməyinə çatacaq.
Və dərhal ilk suala keçmək istərdik. Gündəlik təcrübənizdən gəldiyiniz qənaət necədir? Sizcə hansı məişət travmaları daha aktualdır?

Bilirsiniz, valideyin ehtiyyatsızlıgı ucbatından baş verən problemlər  arasında birinci yeri məişət travmaları tutur. Məişət zədələri içərisində isə birinci yerdə  yanıqlar və sınıqlar dayanır.

Fəsadı aradan qaldırmaq istəyən valideyin vəziyyəti öz fəaliyyət nəticəsində daha da ağırlaşdırmır ki?!

-İlk növbədə  valideyinlərin nəzərinə çatdırmaq lazımdır ki ,uşağın xüsusu yaş dövrü var ki, bu müddət ərzində ana,ata  daha  ehtiyyatlı tərpənməlidir. Bu yaş dövrü 2-5 yaşı əhatə edir. Sinir sistemi tam formalaşmadığından el  arasında deyildiyi kimi uşaqların ilan bogan vaxtı təhlükəli vəziyyətlər yaşanır. Məsələn  uşaq başa düşə bilmir ki ,isti əşyaya  əl vurmaq olmaz, burdan  qacmaq olmaz. Bu yaşda valideyin diqqətsizlik nümaiş etdirdikdə  qeyd etdiyimiz fəsadlar yaşanır.Ən cox təsadüf etdiyimiz isə yanıq fəsadlarıdır. Bizə xəstələr daha çox qaynar  su, isti əşyalarla  yanmalardan daha çox üz tuturlar.Valideyinin masanın üzərində buraxdığı qaynar qazan,caydan balacanın müxtəlif yerlərində agır dərəcəli yanıqlarla nəticələnir.

Ana və atalarımız hansı məqamlara diqqət yetirməlidirlər?

Valideyin bu fəsadların qarşısını almalıdır.Biz adətən diqqəti müalicəyə yönəldirik. Amma müalicədən əvvəl  valideyinlər arasında proflaktik söhbətlər aparılmalı,xüsusi məqamlar diqqətə çatdırılmalıdır.

Elektrik naqilləri də balaca üçün təhlükə mənbəyi sayıla bilər...

Elədir ki,var.Elektrik travmalarına da az təsadüf etmirik.

Bu halda ilk yardım nədən ibarət olmalıdır? Valideyin nələri etməlidir?

-Yaxşısı budur ki, gəlin danışaq valideyin nələri etməməlidir? Ilk növbədə öz fəaliyyətə yol vermək olmaz. Biz çox təsadüf etmişik ki, uşağı yanıqla gətiriblər.Dəhşətə gəlmişik ki, həmin hissə bütünlüklə diş məcunu ilə işlənilib. Bu qətiyyən yol verilməzdir. Cünki diş məcunu özü  kimyəvi yanıq törədir. Ilk növbədə elektrik naqilidirsə uşagı ehtiyyatla elektrik kecirtməyən odeyala bürüyərək  naqildən aralamaq lazımdır, əgər  söhbət termiki  yanıqdan gedirsə -yəni isti su , qaynar odla təmasdan yaranan zədə, bu halda yenə də birinci səbəbi aradan götürmək lazımdır. Sonra yenədə birinci növbədə müalicə tədbiri soyuq su  ilə aparılmalıdır.Əgər  əlimizin altında xüsusi apteklərdə satılan vasitələr yoxdursa soyuq vannalar, soyuq prosedurallar çıxış yolu ola bilər.

Növbəti yerdə hansı məişət travmaları dayanır?
 
Növbəti travmatik zədələr sırasına ”lider”lik sınıqlar edir. Burada da yuxarı ətraf  və kəlllə beyin sınıqları aktualdır. Kəllə beyin travmaları uşaqlar üçün daha təhlükəlidir, cünki burda xəstəliyin  əlamətləri böyüklərdən fərqli olaraq gec üzə cıxır. Hər hansı xırda zədələnmə belə xüsusi diqqət tələb edir. İlkin əlamətlər qimətləndirildikdən sonra  ixtisaslaşmış  həkimə müraciət olunması şərtdir.

Bu zaman xəstəni tərpətmək yəqin ki, olmaz?

-Söz yox ki ,göz önündə sınıq varsa, həmin nahiyyəni tərpətmək olmaz. Sadəcə ilk yardım olaraq   kəllə beyin travmasıdırsa zədələnən hissəyə soyuq qoyub ,xəstəni qaranlıq otaqda uzatmaq və ağrıkəsici vermək, uşagın yuxarı və ya aşagı ətrafları zədələnibsə  hər hansı bir sərt əşya vasitəsi ilə həmin ətrafı- əli və ya ayagı hərəkətsizləşdirmək lazımdıır .Əks halda bu  hərəkət nəticəsində sınmış fraqmentlər yerini daha da dəyişə bilər.

Yad cisimlərə gəlincə...

-Yenədə qayıdırıq valideyin diqqətsizliyinə... Calışmalıyıq ki , uşqaların  yanında yad cisimlər olmasın. Əfsuslar olsun ki, biz uşaqlarımıza bu gün oyuncaq alarkən  onların üzırindəki yazılara diqqət etmirik. Bu yazılara əhəmiyyət vermək lazımdıır. Yad cisimlərlə bağlı ən təhlükəli vəziyyət  bu cisimlər  tənəffüs yoluna düşdükdə yaşanır. Ilk yardım kimi ilk növbədə  uşağı bir qədər başaşagı vəziyyətdə  tutaraq , kürəyindən döyəcləyə bilərik. Yad cismi qətiyyən sərbəst şəkildə çıxartmaga cəhd etmək lazım deyil. Cünki bu özü fəsad yarada bilər.Valideyin burundakı yad cismi çıxarmaq istəyərkən əksinə onu tənəffüs yollarına salır və ya balacanın agız toxumaları acınacaqlı vəziyyətə gətirilir.

Son olaraq ANA.az vasitəsi ilə valideyinlərə nə demək istərdiniz?

Valideyinlərə övladlarını sevdikləri qədər, onları qorumağı tövsiyyə edərdim.Hər bir nəzarətsiz qalmış dəqiqə balacaya  mənəvi stressdən başqa,  fiziki qusurlar da qazandıra bilər.Odur ki,bunu unutmayaq.
 
Müsahibimiz Stomatologiya kafedrasının assistenti, Uşaq Stomatoloji Mərkəzinin ortodontu, Tibb elmləri namizədi Zaur Əliyevdir    

Belə hesab olunur ki, son illər süd dişləri ilə bağlı problemlər daha da çoxalıb, bu əslində belədirmi?

  Son zamanlar həqiqətən də dişlərdə kariyes problemi artıb. Lakin, əslində bu çox vaxt ağız boşluğunun gigiyenası qaydalarına riayət etmədikdən yaranır. Bundan başqa, xəstələr problemin yarandığı ilkin vaxtlarda stomatoloqlara müraciət etmirlər, çox zaman valideynlərin uşaqları həkim müayinəsinə aparmağa vaxtları olmur.

Uşaqlarda süd dişləri və daimi dişlərin vəziyyəti nə dərəcədə irsi amillərdən asılıdır və dişlərdə mümkün irsi problemlərin profilaktikası üçün metodlar mövcuddurmu?

Əlbəttə, stomatoloji problemlərin inkişafında irsiyyət amili çox vacibdir, lakin axı kariyesin yaranma səbəbinin bir hissəsi olan çənədə dişləmə, üst-üstə düşməsi problemi ilə rastlaşan valideynlər sadəcə olaraq öz övladlarını əvvəlcədən müasir müalicə-profilaktik tədbirlərin görülməsi üçün diş həkiminə aparmalıdırlar. O cümlədən, valideynlərdə dişlərin dişləmə problemi olarsa, böyük ehtimalla bu problemə onların uşaqlarında da rast gəlinə bilər, lakin indiki dövrdə ortodonta müraciət zamanı onu pozulmanın inkişafı barədə xəbərdar etməklə diş-çənə sisteminin inkişafına düzgün təsir göstərmək olar.

 İrsiyyət amilini bir kənara qoysaq, bəs onda nəyə görə uşaqların dişlərin vəziyyəti və dişləm korlanırlar?

  İrsiyyət amilini nəzərə almasaq, dişləmdə pozuntuların yaranması uşaqlarda zərərli vərdişlərin yaranmasına təsir edir (uzunmüddətli əmziyin, barmaq sorulması, dırnaqları gəmirir, dodaq və ya dilini dişləyir), normal tənəffüs pozulur, süd və daimi dişlər erkən itirilir və s.

Həqiqətən də körpənin dişlərinə qulluğa onlar çıxan andan başlamaq lazımdırmı? 

Bəli. Hətta ondan da əvvəl. Hətta dişi olmayan körpələrin ağız boşluqlarını qida qalıqlarından təmizləmək üçün qidalanmadan sonra təmiz suda isladılmış xüsusi yumşaq tənziflə silmək lazımdır.

Uşaqlarda olan “butulka” kariyesi nə deməkdir?

Dişlərdə “butulka” kariyesi – bu gecələr butulka ilə qidalandırılan körpələrdə sürətlə inkişaf edən kariyesdir. 2,5 – 15% hallarda yaranır və bu isə körpənin üst çənədə ön dişlərin zədələnməsi ilə müşayiət olunur. Sonradan zədələnmə həm üst, həm də alt çənədə çeynəyən dişlərə qədər genişlənir. “Butulka” kariyesinin profilaktikasına gəldikdə isə ilk növbədə körpəyə gecələr şirin qida vermək vərdişini dayandırmaq lazımdır. Əlbəttə, əvəzində siz öz butulkasını tələb edən körpəni sakitləşdirmək üçün yuxusuz gecələr keçirməli olacaqsınız, lakin gələcəkdə qazanacağınız sağlam dişlər buna dəyər! İkinci, körpənin ağız boşluğunun gigiyenasına nəzarət edin və onun özünə də bunu aşılayın. Və üçüncü, stomatoloq qəbulunda olarkən profilaktika məqsədilə süd dişlərinin ftorla applikasiyasını unutmayın.

 Ümumiyyətlə süd dişlərin müalicəsinə hansı yaşdan başlanılır?

Uşaq orqanizminin xüsusiyyətləri ilə əlaqədar olaraq süd dişlərinin müalicə üsullarının  öz xüsusiyyətləri var. Ağız boşluğunda infeksiya mənbəyinin mövcudluğu daxili orqanların xəstəliklərinin kəskinləşməsinə kömək edir və ya səbəb olur. Süd dişlərinin dişləminin saxlanılması uşağın diş-çənə sistemində normal çıxma və formalaşma üçün vacibdir. Lakin süd dişlərinin vaxtından əvvəl itirilməsi qidanın çeynənilməsinə əngəl törədir ki, bu da öz növbəsində həzm yolunda xəstəliklərə gətirib çıxarır. Buna görə də süd dişlərinin  müalicəsindən onların daimi dişlərlə əvəz olunacağı bəhanəsi ilə imtina etmək yolverilməzdir. Hər bir süd dişinin sağlamlığı ilə əməli surətdə mübarizə aparmaq lazımdır!

Süd dişlərinin erkən çəkilməsi zamanı protez qoymaq lazımdırmı? 

Uşaqlarda dişlərin erkən çəkilməsi zamanı diş-çənə sisteminin düzgün olmayan inkişafının qarşısını almaq üçün xüsusi alətlər – ortodont lövhəciklə və ya çıxarılmayan ağız boşluğu saxlayıcıları - mövcuddur. Onlar çıxarılan dişlərin yerini saxlayırlar və qonşu dişlərə yerlərini dəyişməyə imkan vermirlər.

Ortodontiya nə deməkdir?

Ortodontiya (yun. Orthos – düz; dens, dentis – diş) düzgün yerləşməyən dişlərin qaydaya salınması və onların yerləşmə korreksiyası ilə məşğul olur. Hərfi mənada isə ortodontiya “bərabər dişlər” deməkdir. Müasir ortodontiya dişləmin qaydaya salınmasının yalnız uşaqlarda deyil, eyni zamanda böyüklərdə də mümkünlüyü ilə fəxr edir.

Siz öz işinizdə nəyi əsas hesab edirsiniz?

 İşdə ən əsası – işə sevgi ilə yanaşmaq, öz işinin fanatı olmaq, daima təkmilləşmək, hər bir problemin həllinə fərdi və kompleks şəkildə yanaşmaqdır. Biz ortodontiya sahəsində yalnız böyüklərlə yox, həmdə uşaqlarla işlədiyimiz üçün, səbirli olmaq, bir az psixoloq olmaq və uşaqla ünsiyyətə yaradıcı şəkildə yanaşmaq lazımdır.

Son olaraq ANA.az vasitəsi ilə valideyinlərə nə demək istərdiniz?

 Valideynlərə tövsiyə edərdik ki, işlərinin çox olmasına baxmayaraq öz uşaqlarına qarşı diqqətli olsunlar, onları daha da çox qayğı və diqqətlə əhatə etsinlər və problemlər olmadığı halda belə ildə ən azı 2 dəfə uşaqları stomatoloqun müayinəsinə gətirməyi unutmasınlar, çünki bu müayinələr ilkin mərhələlərdə stomatoloji xəstəliklərin inkişafının qarşısını almağa kömək edə bilər.





Ana olmaq hər bir qadının ən müqəddəs arzusudur! Qoy bu müqəddəs Ramazan ayında Allah hər bir ana olmaq arzusu ilə yaşayan xanımın niyyətlərini çin etsin!
ANA.az isə öz növbəsində sizə növbəti dəyərli məsləhətlərini təqdim edir. Əziz xanımlar! 7 saylı qadın məsləhətxanasının mama-ginekoloqu  İradə Hacıyeva  9 möhtəşəm ayı əhatə edən hamiləlikdən danışır.Axı körpənin doğulması dünyanın ən böyük möcüsədir!

Hər bir ailə quran gənc ,ana olmaq arzusu ilə yaşayır. Öz aləmində müxtəlif xəyallar qurur, dünyaya gələcək körpəsini təsəvürünə gətirir. Lakin dünyaya sağlam övlad gətirmək üçün ana özü də sağlam olmalıdır. Çünki bu dövrdə qadın orqanizmində müxtəlif dəyişikliklər əmələ gəlir: qan azlığı, müxtəlif infeksiyaların təsiri, ürək-damar sistemində, böyrəklərdə olan dəyişikliklər. Ona görə də yaxşı olardı ki, ümmiyyətlə ailə qurmağa hazırlaşan qızlar lazımi müayinələrdən keçsinlər və gərəkli müalicələri qəbul etsinlər.

-Hamilə qadinin səbirsizliklə gözlədiyi an isə körpəsinin ana bətnində ki ,hərəkətidir. Artiq bu müddətdən başlayaraq qadın hamiləliyin şirinliyini dadmaga başlayır. Tərpənişlər sevinc mənbəyi olduğu kimi , hərəkətlərin məhdudluğu da ana üçün həyəcan mənbəyi ola bilər...Elə isə ana nələri bilməlidir?   

- Anasi ilə hərəkətlərin köməyi ilə ünsiyyətə girən döl, yaranan problemlərdən də sanki xəbər verə bilir.
Məsələn əgər anada qan azlığı varsa, döldə də hipoksiya əlamətləri olur və ana dölün hərəkətində bu narahatlığı hiss edə bilir.
Əsrlər boyu gələcək analar həyəcanla, sevinclə və ümidlə hələ dünyaya gəlməmiş körpəsinin hərəkətini gözləyir. Hətta bu günkü dövrdə müasir müayinə metodları olmasına baxmayaraq ,dölün hərəkəti onun yaşama qabiliyyətinin əsas göstəricisi sayılır.
Döl ana bətnində çox erkən hərəkətə başlayır, lakin bu hərəkətlər qeyri-iradi  xarakter daşııyır.Döl sanki dölyanı mayedə üzür, çox nadir hallarda uşaqlıq divarına toxunur. 16 həftəsindən sonra isə döldə hərəkət aktivliyi əmələ gəlir. Müxtəlif səslərə -əsasən  ananın səsinə reaksiya verməyə başlayir.
18 həftəsində döl əlləri ilə göbək ciyəsinə toxunur, əl barmaqlarını yumub-açır, üzünə toxunur, hətta uca, kəskin səs eşitdikdə əlləri ilə üzünü örtür.

-Dölün yaxşı inkişafı üçün ana nə isə  edə bilərmi ?

 -Anaya yaxşı qidalanma və çoxlu stimullar lazımdı. Əgər dölə oksigen və qida çatmırsa döl aktiv hərəkətə başlayır və bununla da sanki cifti masaj edib, uşaqlıq yığılmasını artırmaqla lazımı miqdarda qan porsiyası əldə edib, bununla da qidalanma və oksigen aclığını aradan qaldırır.
20-22 həftəsində baş və onurğa beyin formalaşdığına görə dölün hərəkəti requlyar olur. Təxminən 20 həftəsində ana bu hərəkəti hiss etməyə başlayır. Təkrar doğan hamilələr isə bu hərəkəti bir qədər tez, 18 həftəsində hiss edirlər.
Hər bir qadın bu hərəkəti müxtəlif təsir edir, bəziləri balığın üzməsi hissiyatı, kəpənəyin qanad açması.
5 aylıq döl yarım saat müddətində 20 – 60 təkan edə bilər. Ümumiyyətlə hərəkətin ritmi və gücü günün vaxtından asılı olaraq dəyişə bilir.
-Səhv eləmirəmsə artiq 24cu həftədən başlayaraq , dölun hərəkətləri xüsusi “məna” daşiyir...
-24-cü həftədə dölün hərəkəti yenidoğulmuşun hərəkətinə oxşayır. Sanki bu dövrdən ana ilə danışmağa başlayır, özünün razılığını, narazılığını bildirir. Döl ananın vəziyyətinə reaksiyasını bildirir. Əgər ana həyəcanlanır və ya sevinirsə, döl bir qədər aktiv hərəkət edir və ya bir müddət sakitləşir.

-Əgər dölün hərəkəti ağrılıdırsa necə? Bu nədən xəbər verir?

- Bu onun vəziyyətinin qənaətbəxş olmadığını bildirir. Bəzən dölün hərəkəti anaya da ağrı verir. Belə halda öz vəziyyətini dəyişməlidir. Belə vəziyyət bir neçə saat davam edərsə mütləq həkimə müraciət etmək lazımdır.

-Əgər ana dölun hərəkətini hiss etmirsə?

-Əgər hamilə dölün hərəkətini 12 saat müddətində hiss etmirsə bu çox həyəcanlı siqnaldır.24 həftədən başlayaraq döl orta hesabla 1 saat müddətinə 10 – 15 dəfə hərəkət edir, lakin 3 saat müddətində yatıb, heç tərpənməyə də bilər.

-Dölün qəflətən aktiv hərəkət etməsi  nəyə dəlalət edir?

- Bu hal ananın qeyri-mütənasib vəziyyətində də olur ki, bu da dölə oksigen az çatdıqda olur - əgər ana uzun müddət oturarsa, arxası üstə çox uzanarsa, ayağıni ayağının üstünə aşırıb oturarsa qeyd olunan vəziyyət yaşanir. Əgər ana vəziyyətini dəyişərsə bu halı keçib gedir.

-Dölün vəziyyətini qiymətləndirmək üçün hansı üsullar mövcuddur?

 - 28 həftədən sonra, anaya 10 –a kimi say testi tapşırılır. Hərəkətin sayılması səhər 900 dan axşam 2100 aparılır. Dölün hər bir hərəkəti qeyd olunur. Bu hərəkətin azlığı döldə oksigen çatmazlığından xəbər verir.
Ən yüksək hərəkət aktivlivlik 24-32 həftə arasında olur. Sonra tədricən azalır, gücü isə əvvəlki kimi olur.
Hamiləliyin axirina yaxın dölün daha aktiv hərəkəti onun ətrafları yerləşən yerdə hiss olunur.

-Dölün hipoksiyasının  konkret səbəbləri varmi?

- Dölün hipoksiyasının  səbəbi müxtəlif xəstəliklərdir: anemiya, ürək-damar xəstəlikləri, şəkərli diabet, qanaxmalar, döl-cift qan dövranındakı çatişmazlıqlar, döldə rezus konfliktin olması.
Dölün ən aktiv hərəkəti gecələr, ana yuxuda olarkən olur.

-Dölun müxtəlif qıcıqlara reaksiya necə olur?

-Döl öz hərəkəti ilə müxtəlif reaksiya verir. Məsələn USM-də aparatın soyuq ucluğunu hamilənin qarnına toxundurduqda, soyuq su axınının altında olduqda, ananın əli qarnının üstündə olduqda o ,həmin hissəyə yaxınlaşır. Əgər ana xəstədirsə, hər hansısa  stress keçirirsə dölun hərəkəti aktivləşir.O, cifti masaj edir ki, normal qidalana, oksigen ala bilsin.
Bəzən ana yatarkən yataqda uzandığı vəziyyət dölu qane etmir.Bu zaman da o hərəkətə başlayır, ana vəziyyətini dəyişdikdən sonra  döl sakitləşir. Dölün ən aktiv hərəkət vaxtı saat 19:00-dan səhər 4:00 qədər olan vaxtdır.    



MƏQALƏLƏR / XƏBƏRLƏR
Tarix:26.06.2010
ELAN
Tarix:24.06.2010
Rəhim Rəhimli əmi oldu
Tarix:21.06.2010
Nabranda istirahət etmək istəyənlərin nəzərinə
Tarix:18.06.2010
Bir neçə çimərlikdən istifadə qadağan edildi
Tarix:17.06.2010
Qısa boylulara qara xəbər
Tarix:17.06.2010
Zülfiyyə Xanbabayeva: “Arıqlayıb 49 kilo oldum...”
Tarix:09.06.2010
Pivə qadınların döşlərini böyüdür?
Tarix:07.06.2010
Günəşin mənfi təsirlərindən necə qorunmalı?
Tarix:07.06.2010
İntihara gətirib çıxaran səbəblər
Tarix:04.06.2010
Fotoşəkilə baxdı, nəvəsini xərçəng xəstəsi olduğunu anladı
Tarix:04.06.2010
Hamilə qalmaq üçün cəmi 6 gün
Tarix:02.06.2010
Uşaq Teatrı Beynəlxalq Teatr Festivalına qatıldı
Tarix:02.06.2010
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyəsi
Tarix:01.06.2010
Məhkum uşaqlarla görüş keçirildi
Tarix:26.05.2010
İlk süni orqanizm yaradıldı
Tarix:25.05.2010
Qan azlığının dərmanı - badımcan
Tarix:25.05.2010
Oğlan uşaqlarını nə vaxt sünnət etdirməli?
Tarix:17.05.2010
Çadırda 8 uşaq doğuldu
Tarix:17.05.2010
Bakıda hərarət 30 dərəcəyə çatacaq
Tarix:17.05.2010
4 özəl tibb müəssisəsi qapadıldı
Tarix:14.05.2010
Gələcəkdə Azərbaycanda oğlanlar evlənmək üçün qız tapa bilməyəcək
Tarix:14.05.2010
Salona getmədən arıqlamaq üsulları
Tarix:12.05.2010
Düz ayaqqabılar da hündür dabanlar qədər zərərlidir
Tarix:12.05.2010
Yuxu probleminiz varsa...
Tarix:10.05.2010
Yağlı dərilər üçün qulluq maskaları
Qaliblər
Mətbuatda Biz
"Dost"un birinci hissəsi yekunlaşdı
Mənbə: Ədalət qəzeti

ANA.az, AGAT və Arzumun "DOST" adlı layihəsi davam edir!
Mənbə: Həftə içi qəzeti

“Dost” 16 may tarixində gözdən əlil uşaqlar üçün Respublika Internat Orta Məktəbinin qonağı oldu
Mənbə: PressPost.az
Face Book
Səs vermə
(1945)
Yox (433)

Copyright © ANA.az
Site by : azDesign.ws