Hamı çimir
Bəzi valideynlər hətta təsəvvürünə belə gətirmək istəmir ki, bu balaca və bu qədər zəif məxluqa üzgüçülüklə necə əziyyət vermək olar. Çox zaman da uşağın su ilə tanışlığı hələ uzun müddət otların qatıldığı “haş-iki-o” ilə, balaca vanna çərçivəsində və balacanı təhlükəli tərpənişlərə bir az da olsa cəhd göstərməkdən məhrum edən valideyn əllərinin dəstəyi ilə, üç dəqiqəlik yuyunmadan ibarət olaraq qalır. Ola bilər ki, uşağın “üzgüçü refleksi ilə” dünyaya gəldiyini biləndə, onların bu qorxusu keçib gedəcək. Axı o, balaca balıqtək, 9 ay ərzində anasının akvarium-qarnında yaşayıb.
Buna görə də üzgüçülük balacanın düşməni deyil, əsl dostudur. Özü də, təzə doğulan uşağın suda üzməsi və suya baş vurması, faqdalı və şən keçməklə yanaşı, həm də gözəl sağlamlıq prosedurasıdır: - orqanizmin az qala bütün əzələləri fəaliyyətdə olur, onurğa sütununa düşən yük isə minimaldır; - üzgüçülük məşqləri ürək-damar sistemini inkişaf etdirir;
- üzgüçülük davamlılığı artırır və nəfəs yollarına müsbət təsir göstərir: ciyərlər açılır, onların həcmi isə genişlənir; - balaca üzgüçünün hətta vannada üzməsi, özündən asılı olmayaraq, bu və ya digər surətdə canının möhkəmlənməsi üzrə prosesə çevrilir; - su, xüsusilə, vaxtından qabaq doğulmuş uşaqlar üçün xeyirlidir: suda bədənin çəkisi olduğundan az olur və körpələr “quruda yaşayan” normal çəkili həmyaşlarını daha tez haqlayır.
Bu zərif yaşda balacanın intellektinin inkişafı üçün müxtəlif və fəal hərəkətlər üstə gəl çoxlu müsbət emosiya lazım olduğuna görə körpənin üzməsini ilkin inkişafın tam dolğun metodikası hesab etmək olar!
Suda balıq kimi
Əziz valideynlər, yəqin ki, su şəraitinin balaca üçün doğma olmasını və onun vannadakı əhvalının hələ qurudakından daha xoş olduğunu siz artıq başa düşmüsünüz. Bununla belə, doğulduğu andan, körpə unikal nəfəs saxlama refleksinə malik olur. Üzünə su və ya güclü hava şırnağı vuran zaman, balaca reflektiv surətdə ciyərlərinə hava yığıb, özü üçün nəfəsinin bir neçə saniyəlik dayandırmasını təmin edir. Müdrik təbiət elə edib ki, hətta uşağın təsadüfən suya düşdüyü halda, o, müəyyən vaxt ərzində boğulmaz. Bir sözlə, suyun özü südəmər körpənin hərəkət müstəqilliyini ondan başlamağa çağırır. Pompuşun “quruda” hərəkəti hələ məhduddur, axı o, öz bədənini idarə etməyi bacarmır, ancaq suda, öz kütləsinin azalması hesabına, çox çevik hərəkət edir.
Üzmənin təşkil olunması
Üzməyi harada öyrənməli? Balaca, körpələr üçün olan standart ölçülü vannadan start götürə bilər. Ancaq körpələr adi, böyüklər üçün olan vannada da məmnuniyyətlə çimirlər (unutmayın ki, fəal çimmələrə göbək yarasının sağalmasından sonra başlamaq lazımdır!). 1-1,5-aylıq yubileyini qeyd etdikdən sonra isə pompuş “böyük” suda, yəni, hovuzda çimməyə keçə bilər. Vannada sterillik heç də vacib şərt deyil. Onu çimməkdən əvvəl yaxşıca yumaq kifayət edər. Suya manqan məhlulu qataqmı? Lazım deyil. Ancaq uşağın dərisi qıcıqlanmışsa, pişikdili və ya çobanyastığı həlimi ilə çimmək onun üçün xeyirli olar. Su çox ilıq olmalı deyil, çünki belə su yuxululuq gətirir, Buna görə də, dirsəyinizi suya salın: əgər ilıqlıq hiss etmirsinizsə, demək, suyun ilıqlığı lazımi dərəcədədir. Qapını da açıq saxlamağa qorxmayın. Uşaq o qədər soyuqdan deyil, nə qədər ki temperaturun dəyişməsindən soyuqlayır (və əgər siz uşağı isti vannadan sərin otağa keçirsəniz, məhz bu effekti alacaqsınız). Bir çox valideynlər qorxur ki, su balacanın qulaqlarına dolar, və çimmə zamanı onların içinə pambıq qoyurlar. Bu tamamilə artıq bir şeydi, çünki su orta qulağın xəstəliyinə səbəb ola bilməz. Vannada nə qədər vaxt çimmək lazımdır? Bu körpənin özündən asılıdır: kimi bir neçə dəqiqə çimməyə hazırdır, kimini isə vannadan davasız çıxarmaq olmur. Əgər sizin pompuşunuz fəal üzgüçüdürsə, qoyun, onun çimdiyi zaman vannaya, fasiləsiz olaraq, nazik ilıq su şırnağı axsın ki, su soyumasın. Yox, əgər sizin körpəniz ekstremal şərait həvəskarıdırsa, üzmədən sonra onu soyuq su ilə yuyundurmaq olar. Məşqçisi kim olacaq? İlkin üzmə mütodikaları üzrə bütün müəlliflər bir fikirlə razılaşır ki, anadan yaxşı məşqçi yoxdur. Ananın adekvat əminliyi və intuisiya səviyyəsində uşağın halını hiss etmək qabiliyyəti uğura zəmanət verir. İdeal şəraitdə, hovuza “körpələr qrupu”nun ilk gəlişi zamanı, debütant-körpə ilə təlimçi məşğul olur. O, üzməyə hazırlıq gimnastikası kompleksi və hərəkətlərin bilavasitə suda düzgün yerinə yetirilməsi qaydalarını anaya göstərir.
Hamı çimir Deməli, vanna da, uşaq da hazırdır. O zaman, pompuşu dərhal suya salın. Bu vaxt onunla danışmağı və nə baş verdiyini izah etməyi unutmayın. Onda balaca özünü daha sərbəst hiss edəcək. Əlbəttə ki, o, sözləri anlamayacaq, amma anasının mehriban intonasiyasını mütləq “oxuyacaq”. Həmçinin nəzərə alın ki, uşaqların bir qismi üzü üstə, digərləri isə arxası üstə üzməyi sevir. Proseduranı körpənin daha çox xoşladığından başlayın. Üzü üstə çimdirdikdə, sağ əlinizlə balacanın başına çənəsindən altından dəstək verin, sol əlinizi isə boynunun arxasına qoyun. Sağ əlinizin baş barmağı ilə, sanki əmziklə, onun ağzını örtmək olar. Bir çox körpələr məmnuniyyətlə anasının əlini sorur, bu, onların cəsarətini artırır. Balaca arxası üstə üzəndə, bir əlinizlə onun başını, digəri ilə yanını saxlayın. Seçilmiş vəziyyətdə körpəni gəmitək və ya səkkiz yazaraq vanna boyunca irəli və geri üzdürürlər. Hərəkətlərin tempini fərdi olaraq seçin: bəzi körpələr sərt virajları və dalğaları sevir ki, vannadakı su qırağından aşıb tökülsün, o biriləri isə asta hərəkətlərə üstünlük verir. Mütləq uşağı borta yaxınlaşdırın: ayağı altında yeri hiss edən kimi, o, yarım müstəqil surətdə itələnib vannanın o biri başına üzəcək. Bir çox uşaqlar arxadan üzü üstə və əksinə çevrilməyi xoşlayır. Şaquli vəziyyətdə də, qurbağa pozunda üzmək olar. Bu halda siz bir əlinizi körpənin sinəsi altına verir, o biri ilə ayaqlarını uarnına doğru qatlanmış vəziyyətdə tutursunuz. Bu poz körpənin ana bətnində olduğu vəziyyəti xatırladır ki, uşaqlar onu çox sevir.
Son zamanlar uşağın bələnməsi əvvəlkitək populyar deyil. Uşağı bələməyin zərərli olması barədə indi həm mətbuatda, həm də kitablarda oxumaq olar. Hətta mühafizəkar pediatrlar belə, təzə doğulmuş körpəyə birbaşa şalvar geyindirməyi məsləhət görürlər, çünki bələk körpənin hərəkətlərini məhdudlaşdırır və onun imkişafına mane olur. Digər tərəfdən, böyük nəslin nümayəndələri gənclərin körpələri bələmək istəmədiyindən narazılığını bildirir. Onlar çox zaman müxtəlif “mifik” əsaslar gətirir, guya, məsələn, “körpəni bələməsən, onun ayaqları əyri olacaq”. Bəs kim haqlıdır? Doğrudan mı bələnmə bu qədər köhnəlib? Gəlin məsələni araşdırmağa çalışaq.
Tibb elmləri doktoru, professor İlya Arkadyeviç Arşavski bələnmə barədə belə demişdir: “ Əvvəllər uşaq az qala bütün günü yatır. İndi neyləyək, uşağa imkan verək ki, bekarçılığını davam eləsin? Təbiət buna yol verməz! O, əlavə ehtiyatlar axtarır. İndi budur, yatmış körpə vaxtaşırı uzun nəfəsvermə fazası qərq olur. Hərəkət fəallığının “işəsalma mexanizmi” kimi bizə artıq məlum olan oksigen çatızmazlığı yaranır. Reflektiv titrəmələr baş verir. Nəticədə, yuxu vaxtının 50%-ni yatmış körpə, faktik olaraq, hərəkətdə keçirir. Bələk isə buna mane olur! Xoşbəxtlikdən, hərəkət fəallığını onlar tam aradan qaldıra bilmir, ancaq onu məhdudlaşdırır. Körpə nə qədər sıx bələnibsə, o qədər də çox.
Lakin bələmənin ümumiyyətlə lazım olmadığını israr etmək də səhv olardı. Nə üçün? Məsələ burasındadlr ki, hamiləliyin təxminən 34 həftəliyindən əhəmiyyətli dərəcədə böyümüş döl bütün mamalıqdaxili boşluğu tutur və hətta demək olar ki, mamalıq toxumalarına bürünür. Bu zaman toxunma hissinə güvənən uşaqda mamalığın formasına uyğun olan bədəninin forması haqda təssəvür yaranr. Belə çıxır ki, hamiləliyin sonunda uşaq özünü ovoid (yumurta formasında olan cisim) kimi hiss edir. Psixoloq-perinatoloq Janna Tsareqradskaya qeyd etdiyi kimi, uşaqda “... mamalığın forması ilə şərtləndirilən məhdud məkana və yumrulanıb, çənəsini sinəsinə sıxıb, əllərini qoynuna qoyub, ayaqlarını dizlərində qatlamış vəziyyətdə olan xarakterik poza vərdiş yaranır. Məhz bu pozda o, özünü rahat və təhlükəsiz hiss edir”.
O, davam edir: “Uşaqda gəldiyi yeni dünyaya müsbət münasibət yaratmaq üçün, ona vərdiş etdiklərini, yəni, öz bədən formasını dərk etməsi imkanını qaytarmaq lazımdır. Balaca bu hüdudsuz məkanda çabalamasın və ondan qorxmasın deyə, ona birdəfəlik itirdiyi “cənnəti” və onun özünü qaytarmağa kömək edən adi ənənəvi bələk lazımdır. Körpəni bələyib onu ana bətnindəki poza salan kimi, o, sakitləşir. Artıq başa düşdüyünüz kimi, bu təsadüfi deyil. Axı onun rahatlıq və təhlükəsizlik hissi məhz bu pozla bağlıdır. Bizim nənələrimiz təzə doğulmuş körpənin həyəcanlarını çox gözəl anlayıb və buna görə də bir yaşayış mühitindən o birisinə keçidi bir qədər yüngülləşdirmək üçün bələyi kəşf etmişdilər”. Əlbəttə, belə bir qorxu yarana bilər ki, bələnmə uşağı imkişafdan saxlayır. Janna Tsareqradskayanın fikrincə, nu qorxular əsassızdır. O, qeyd edir ki, artıq 4-5 gündən sonra balaca əllərini bələkdən çaxarır ki, onları sorsun. Bu, siz düşündüyünüz kimi, o demək deyil ki, körpə onu bələkdən azad etməyi tələb edir. Əslində, o, ana bətnindəki həyatının mənzərəsini tam bərpa etməyə çalışır (müəyyən edilib ki, uşaq öz barmağını və ya yumruğunu təxminən 16 həftəliyindən sormağa başlayır). Doğulduqdan üç-dörd həftə keçdikdə balaca ətraf aləmə maraq göstərməyə başlayan zaman (otağı, ətrafdakı adamların üzünü və nüxtəlif predmetləri nəzərdən keçirir) o, doğrudan da, əllərini bələkdən çıxarmağa çalışacaq və məhz onda onun əllərini bələyin içindən çıxarmaq lazımdır.
Belə çıxır ki, nə uşağın yarım ilinədək onu bərk-bərk bələyə bükməyin tərəfdarları olan qatı mühafizəkarlar, nə də bələməyi köhnəlmiş üsul hesab edən radikallar haqlı deyil. Ən düzgünü ortayönlü yanaşmadır (orta seçimi nahaq yerə “qızıl” adlandırmırlar). Bu halda, bələnmə uşağın yeni həyat şəraitinə öyrəşməsi üçün lazımdır. Bu cür yanaşdıqda, bələməkdən o vaxt imtina etmək olar ki, uşaq özü buna hazır olduğunu göstərsin. Bəzi hallarda, Tsareqradskaya qeyd etdiyi kimi, körpələr ta iki ayınadək bələkdə yatmaq istəyir. Bu onunla izah olunur ki, doğulma prosesini ağır sarsıntı kimi yaşamış uşaqlar uzun zaman yeni reallığı qəbul edə bilmir. Belə hallarda, hadisələri qabaqlamağınız deyil, yeni mühitə tədricən öyrəşmək üçün uşağa imkan verməyiniz yaxşı olardı.
|