Müsahibələr
Məqalələr
Hamiləlik
Körpəyə qulluq
Qidalanma və inkişaf
Doğuş tipləri
Ana südü və əmizdirmənin xeyirləri
Sağlamlıq
Təlim və tərbiyyə
İnkişaf
Analar haqda hər şey
Bunları bilmək maraqlıdır
1 yaşına qədər olan körpələr
1 yaşından 5 yaşınadək olan körpələr
Video
Uşaq poliknikaları
Doğum evləri
Qadın konsultasiyası
Uşaq xəstəxanaları
Uşaq mahnıları
Dünyanın baldan şirin balaları
KİTAB (online sifariş)
PalSüd-ün məhsulları
Dayə
Fevral -2010 Müsabiqə
Namizədlər
Sayğac
Sayta daxil olanların sayı
loading...
Uşağın yatızdırılması

Son illər ərzində bir çox həkimlər yeni doğulmuş körpələri düz və bərk bir yerdə, həmçinin dörd qatlanmış bələyin üstündə yatırtmağı məsləhət görürlər və öz fikirlərini onurğa sütununun ehtimal olunan əyilməsi, körpə yumşaq yerdə uzandıqda, onun başının tərləməsi, QÖS (qəfildən ölüm sindromu. Onun səbəbləri, əslində, məlum deyil, yalnız bir çox fərziyyələr mövcuddur.) profilaktikası ilə əsaslandırırlar. 

Bu tövsiyələr bizə Qərbdən gəlmişdir. Lakin elmi işçilər Rusiyada doğulmuş uşaqların xüsusiyyətlərini, və məhz onların, əsasən, arxası və böyrü üstə yatmasını, həmçinin iqlim şəraitimizi, yəni, bizdə çox zaman soyuq olduğunu nəzərə almamışlar.

Məsələn, Kuba və İtaliyada yeni doğulmuş körpələri üzü üstə uzadırlar. Onların uşaqları ancaq üzü üstə yatırlar ki, onların, xüsusilə də, qızlarının bədən quruluşları (yumru başları və “yanları”) gözəl olsun.

Məşhur  “Uşaq və ona göstərilən qulluq” kitabında Spok uşağı doğulduğu gündən üzü üstə yatırtmağı tövsiyə edir. O birilər, körpələrin qəfildən ölümü hallarının sayca azalması statistikasını və digər amilləri göstərərək, uşağı arxası üstə yatmağa öyrətməyi məsləhət görür.

30 ildən çox bundan əvvəl bizim doğum evlərində zireh torlu, pambıq döşəkli və yastıqlı çarpayılar var idi və heç kimin heç harası əyilmirdi. İndi isə uşaqları plastmasdan düzəlmiş təknələrə yerləşdirirlər.

Uşağın başı yumru formalı və bir neçə yumşaq sümükdən ibarət olur. Uşağın süz və bərk yerə qoyuluşu zamanı baş asanca deformasiya olunur və onun arxa hissəsi hamarlaşır, lövhətək düz olur. Təzə doğulduğu dövrdə uşağın başına istənilən formanı vermək olur.
Yaxşı olar ki, təzə doğulmuş körpəni baş tərəfi bir qədər hündür olan pambıq yastığın üzərinə böyrü üstə qoyasınız ki, qusarkən boğulmasın. Üzünün altından yumşaq salfet sərin. Uşağın vəziyyətini mütləq sağ böyürdən sol böyürə dəyişmək, bu zaman yastığının vəziyyətini də çarpayının bu başından o biri başına qoyub dəyişmək lazımdır, çünki uşaqlar həmişə işığa doğru çevrilirlər.

Onurğa sütunu düz taxta deyil, onun da öz əyrilikləri var və burda əyiləsi bir şey yoxdur, xüsusən də nəzərə alsaq ki, döl ana bətnində bütün hamiləlik boyunca “embrion pozu” deyilən əyilmiş vəziyyətdə qalıb ilıq dölatrafı sularda üzür.

Mənim fikrimcə, erkən yaşlardan uşağı düz və bərk yerdə yerləşdirmək fizioloji cəhətdən düzgün deyil.

Bizim uşaqlarımız saman və sıvantağzı ilə doldurulmuş müasir ortopedik döşəklərdə nədənsə yatmır, valideynlərinin isti və rahat yatağına keçir. Bu isə arzuolumaz haldır, çünki uşaqlar valideynlərini ayırmaq üçün deyil, birləşdirmək üçün dünyaya gəlir. Uşağın anası ilə yanaşı yataqda yalnız onun atası olmalıdır. Uşaq öz yerində özünü yaxşı hiss etdiyi üçün onu tanıyıb sevirsə, deməli, böyüyəndə də həyatda ÖZ YERINI tapacaq.

Alim adamların tipik təvsiyələrindən biri budur: “2 yaşınadək uşaq qəfəsli məhəccəri olan bərk çarpayıda, ölçüsü çarpayının ölçüsü ilə üst-üstə düşən kip döşək üstündə, yastıqsız, örtüksüz və yorğansız yatmalıdır”.
Uşağın niyə narahat yatdığını anlamaq üçün bir gecə məsləhət olunan tərzdə, döşəmənin üstündəki xalçanın üzərində, yorğansız, başınızın altına isə dörd qatlanmış bələyi qoyub yatın.

Belə gecədən sonra Siz hər şeyi anlayıb, təzə doğulmuş körpənin pis yatmağından şikayətlənərək, ona sakitləşdirici dərman almaq üçün artıq nevropatoloqun yanına qaçmayacaqsınız. Siz uşaqda daha sinir xəstəlikləri axtarmayacaqsınız, sadəcə, onu sevərək rahat çarpayıya, yastıqcanın üstünə uzadıb, uşaqların çox sevdiyi kimi, qaşlarının arasını saat əqrəbi istiqamətində sığallayaraq, ona əmzik və ya yemək verəcəksiniz, sonra yellədəcəksiniz. Siz, öz balacanızın fikri ilə hesablaşmayaraq, kitablarda buyurulanlara əməl etməklə çox yaxşı və düzgün valideyn olmaq istədiyiniz üçün ondan üzr bctəyəcəksiniz. Əsas odur ki, ifrata qapılmayasınız. Uşağı bürümək lazım deyil. Həm həddən artıq soyuqdan, həm də istidən balacanı qorumaq lazımdır.
Lakin, əgər sizin balaca üzü üstə yatırsa, onu yastıqsız, düz yerə, yetərincə yumşaq döşəyə qoyun.

Əgər körpə əmzikdən imtina edirsə, çalışın onu əmziyə öyrədəsiniz, çünki ilk aylarında uşağın sorma refleksi çox güclü olur və o, əmziyə öyrənməsə, öz barmaqlarını, bələyini əməcək və ya ona əmziyi əvəz edən məməni tələb edəcək. Əmzikli uşaqlar daha sakit olur. Bizim uşaqlarımız öz əmziklərimizi daha yaxşı sorur, nəinki xarici ölkədən gətirilənləri. Uşaq yuxulayanda, əmziyi götürmək olar.

MƏQALƏLƏR / XƏBƏRLƏR
Tarix:11.03.2010
Uğursuz nigah qadınlarda nəyə səbəb ola bilər?
Tarix:11.03.2010
Keçirdiyiniz stressin səbəblərindən biri.
Tarix:10.03.2010
Hamilə qalmağın yolları.
Tarix:10.03.2010
Yorğunluğun səbəbləri.
Tarix:09.03.2010
Arıqlamağın bir neçə üsulu.
Tarix:09.03.2010
Gün ərzində nə qədər su içmək olar?
Tarix:08.03.2010
Beynəlxalq qadınlar günü.
Tarix:07.03.2010
Epilyasiya haqqında.
Tarix:07.03.2010
Körpənizi bakteriyalardan qoruyun.
Tarix:06.03.2010
Prezident qadınları təbrik etdi.
Tarix:06.03.2010
Gözəl gözlərə sahib olmaq üçün...
Tarix:05.03.2010
Özünüzü dəyərləndirin.
Tarix:05.03.2010
Xoşbəxt evliliyin sirri.
Tarix:04.03.2010
Yaddaşınızı möhkəmlədin.
Tarix:04.03.2010
Körpənin beynini fəaliyyətə gətirəcək oyunlar(6 - 12 ay).
Tarix:03.03.2010
Gözəlliyin düşmənləri.
Tarix:03.03.2010
Aborta "yox" deyək.
Tarix:02.03.2010
Yaz fəslinə hazırlaşın.
Tarix:02.03.2010
Vücudunuzdan narazısınız?
Tarix:01.03.2010
Uşağın cinsini 5-ci həftəsində öyrənin.
Tarix:01.03.2010
Yaşıl çayın üstünlükləri.
Tarix:27.02.2010
Əsl qadın necə olmalıdır?
Tarix:27.02.2010
Fast food uşaqlara ziyandır
Tarix:26.02.2010
Xocalı soyqırımı
Tarix:25.02.2010
Özünüzə hər gün qulluq edin
Qaliblər
Mətbuatda Biz
"Dost"un birinci hissəsi yekunlaşdı
Mənbə: Ədalət qəzeti

ANA.az, AGAT və Arzumun "DOST" adlı layihəsi davam edir!
Mənbə: Həftə içi qəzeti

“Dost” 16 may tarixində gözdən əlil uşaqlar üçün Respublika Internat Orta Məktəbinin qonağı oldu
Mənbə: PressPost.az
Face Book
Səs vermə
(1243)
Yox (342)

Copyright © ANA.az
Site by : azDesign.ws