Müsahibələr
Məqalələr
Hamiləlik
Körpəyə qulluq
Qidalanma və inkişaf
Doğuş tipləri
Ana südü və əmizdirmənin xeyirləri
Sağlamlıq
Təlim və tərbiyyə
İnkişaf
Analar haqda hər şey
Bunları bilmək maraqlıdır
1 yaşına qədər olan körpələr
1 yaşından 5 yaşınadək olan körpələr
Video
Uşaq poliknikaları
Doğum evləri
Qadın konsultasiyası
Uşaq xəstəxanaları
Uşaq mahnıları
Dünyanın baldan şirin balaları
KİTAB (online sifariş)
PalSüd-ün məhsulları
Dayə
Fevral -2010 Müsabiqə
Namizədlər
Sayğac
Sayta daxil olanların sayı
loading...
Uşaqlarda rast gəlinən allergiyalar

Aparılmış tədqiqatlar göstərir ki,müasir dövrdə dünyada , xüsusən də Azərbaycan üçün xarakterik olan allerqik xəstəliklər və reaksiyalar aşağıdakılardan ibarətdir: allergik rinit, pollinoz, qida allerqiyası, bronxial astma, dərman allerqiyası, anafilaktik şokdur. Bu məqaləmizdə çalışacağıq ki, oxuculara gərəkli məlumat verək, tövsiyyələrimizi çatdıraq. Adıçəkilən bütün allergik xəstəlikləri təkcə bu yazıda əhatə etmək mümkün deyil. İstərdim diqqəti ən çox yayılmış növlərdən olan qida allerqiyaları üzərində dayanaq.

Qida Allerqiyası. Ümumdünya Səhiyyə təşkilatının statistik məlumatlarına əsasən, yer kürəsi əhalisinin 30 %-ə qədəri müxtəlif allerqik reaksiya və xəstəliklərdən əziyyət çəkir. Uşaqlarda allergik reaksiyaların ən geniş yayılmış formaları qida allerqiyasıdır. Mütəxəssislərin rəyinə görə, 55 % dən çox uşaq qida allerqiyasının bu və ya digər əlamətlərindən əziyyət çəkir.

Müasir mülahizələrə əsasən, qida allerqiyası qida allergeninin qəbulu nəticəsində əmələ gələn allergik reaksiyalardır. Qida Allerqiyasının əsasını immunoloji mexanizmlar təşkil edir. Buna görədə həmin xəstəlik “qidaya dözümsüzlüyün “ immun forması adlandırılır.

Qidaya qarşı əks reaksiya, o cümlədən qida alleqiyası tibb elminə qədim dövrlərdən məlum idi. İlk dəfə hipokrat inək südünə əks-reaksiyasını mədə- bağırsaq və dəri simptomları şəklində təsdiq etmişdir. Qalen keçi südünə hiperhəssaslıq reaksiyalarının olduğunu elmi cəhətdən əsaslandırmışdır. VIII əsrdən etibarən inək südünə, balığa, yumurtaya qarşı əks-reaksiyalar daha çox müşahidə olunmuşdur. 1905-ci ildə bəzi tibbi ədəbiyyatlarda inək südü qəbul edilərkən yaranan anafilaktik şokla bağlı tədbirlər görüldüyü haqda məlumat verilmişdir.

Qida allerqiyasını qidanın tərkibində olan qlikoprotein zülalları yaradır. Qida allergenləri məhsulların kulinariyada işlənməsi zamanı antigen xüsusiyyətlərini dəyişmək qabiliyyətinə malikdir. Qızdırıldıqda zülallar denaturasiyaya uğrayır. Bu zaman qida allergenlərinin bir qrupu allergenlik xüsusiyyətini itirir.digər qrupu isə əksinə allergenlik xüsusiyyəti əldə edir. Meyvə və tərəvəzlərin tam yetişməmiş olması da allergenliyi kəskin artırır.

Bir yaşadək uşaqlarda qida allerqiyasını yaradan əsas allergenlərdən biri də inək südü zülallardır.
Qida allergiyası həyatın ilk günlərindən başlaya bilər. Genetik meyillik uşağın həyatının birinci ilində qida allergiyasının inkişafı üçün daha kritik dövr hesab edilir. Uşaqlarda erkən dövrdə qida allergiyasının inkişafına səbəb mədə-bağırsaq sisteminin pozuntularıdır. Həzm traktının ferment fəallığının azalması , keçirilmiş kəskin bağırsaq infeksiyası, disbakterioz.

Uşağın həyatının I ilində qida allergiyasına səbəb olan amillər, qida allerqiyasına səbəb olan amillər aşağıdakılardır: Ananın və uşağın inək südündən ,allergen məhsullardan istifadəsi, körpənin erkən dövrdən qarışıq və ya süni qidaya keçirilməsi, əsas qida şəklində inək südünün təyini və sairə. Qida allerqiyasının kliniki əlamətləri müxtəlifdir. Əksər hallarda dərinin allergik zədələnməsi (atopik dermatit, kvinke ödemi,ö vrə, ekzema)müşahidə olunur. Qida allerqiyası bu xəstəliklər zamanı aparıcı etioloji amil hesab olunur. Diaqnostikada ən çox çətinlik törədən qida allerqiyasının mədə-bağırsaq formalarıdı. Bu əlamətlər xəstənin yaşından əhəmiyyətli dərəcədə asalıdır. Erkən yaşlı uşaqlarda çox vaxt gəyirmə,qusma,meteorizm,qarında ağrı müşaidə olunur. Məktəb yaşlı uşaqlarda qida allerqiyası allerqik qastrit,qastroenterit,ezofaqit şəklində özünü göstərir. Bununla yanaşı qida allerqiyasının respirator(bronxial astma,allergik rinit) və qarışıq birləşmiş(mədə-bağırsaq dəri,dermato-respirator)əlamətləri üzə çıxır. Qida allerqiyasını profilaktika və müalicəsinin əsasını pəhriz təşkil edir. Sübut olunub ki, adekvat seçilmiş hipoallergen pəhriz qida allergiyasının başlanğıc dövründə təyin edildikdə ,xəstəliyin remisiya dövrünü və ya kliniki sağalmanı sürətləndirir. Bu halda xəstənin vəziyyəti yaxşılaşır və xəstəliyin müalicəsinin müvəffəqiyyəti təmin edilir. Hipoallergen pəhriz müəyyənləşdirilərkən allerqoloji anamnez və müayinənin nəticələri, xəstəliyin dövrü, uşaqların qidalanmasının xüsusiyyətləri, mədə-bağırsaq sisteminin vəziyyəti, aparıcı patalogiya nəzərə alınmalıdır.

Hipoallergen pəhriz fərdi qaydada tətbiq olunur. İlk növbədə , inək südündən imtina olunmalıdır. Bu ağır, lakin həll olunan problemdir. Hələ 10-15 il əvvəl bir yaşa qədər uşaqların hipoallergen pəhrizini təşkil etmək çətin idisə, hal-hazırda satışda müalicəvi hipoallergen məhsulların və sıyıqların geniş çeşidi mövcuddur. Pəhrizin aparılmasında mühüm istiqamət - əsas hipoallergenqidanın (zülal hidrolizinin əsasında hazırlanmış məhsul,bəzi hallarda soyalı qida)və hipoallergenməhsullarınqidada seçimidir. Əgər uşaq ana südü ilə qidalanırsa ,ana hipoallergen pəhrizə riayət etməli, qida rasionundan soğan, sarımsaq, turp, balıq və göbələk bulyonları, ədviyyat çıxarılmalıdır. Süd məhsullarından xama, qatıq, yoqurt, və digərləri istifadə olunmalıdır.

MƏQALƏLƏR / XƏBƏRLƏR
Tarix:11.03.2010
Uğursuz nigah qadınlarda nəyə səbəb ola bilər?
Tarix:11.03.2010
Keçirdiyiniz stressin səbəblərindən biri.
Tarix:10.03.2010
Hamilə qalmağın yolları.
Tarix:10.03.2010
Yorğunluğun səbəbləri.
Tarix:09.03.2010
Arıqlamağın bir neçə üsulu.
Tarix:09.03.2010
Gün ərzində nə qədər su içmək olar?
Tarix:08.03.2010
Beynəlxalq qadınlar günü.
Tarix:07.03.2010
Epilyasiya haqqında.
Tarix:07.03.2010
Körpənizi bakteriyalardan qoruyun.
Tarix:06.03.2010
Prezident qadınları təbrik etdi.
Tarix:06.03.2010
Gözəl gözlərə sahib olmaq üçün...
Tarix:05.03.2010
Özünüzü dəyərləndirin.
Tarix:05.03.2010
Xoşbəxt evliliyin sirri.
Tarix:04.03.2010
Yaddaşınızı möhkəmlədin.
Tarix:04.03.2010
Körpənin beynini fəaliyyətə gətirəcək oyunlar(6 - 12 ay).
Tarix:03.03.2010
Gözəlliyin düşmənləri.
Tarix:03.03.2010
Aborta "yox" deyək.
Tarix:02.03.2010
Yaz fəslinə hazırlaşın.
Tarix:02.03.2010
Vücudunuzdan narazısınız?
Tarix:01.03.2010
Uşağın cinsini 5-ci həftəsində öyrənin.
Tarix:01.03.2010
Yaşıl çayın üstünlükləri.
Tarix:27.02.2010
Əsl qadın necə olmalıdır?
Tarix:27.02.2010
Fast food uşaqlara ziyandır
Tarix:26.02.2010
Xocalı soyqırımı
Tarix:25.02.2010
Özünüzə hər gün qulluq edin
Qaliblər
Mətbuatda Biz
"Dost"un birinci hissəsi yekunlaşdı
Mənbə: Ədalət qəzeti

ANA.az, AGAT və Arzumun "DOST" adlı layihəsi davam edir!
Mənbə: Həftə içi qəzeti

“Dost” 16 may tarixində gözdən əlil uşaqlar üçün Respublika Internat Orta Məktəbinin qonağı oldu
Mənbə: PressPost.az
Face Book
Səs vermə
(1243)
Yox (342)

Copyright © ANA.az
Site by : azDesign.ws