Müsahibələr
Məqalələr
Hamiləlik
Körpəyə qulluq
Qidalanma və inkişaf
Doğuş tipləri
Ana südü və əmizdirmənin xeyirləri
Sağlamlıq
Təlim və tərbiyyə
İnkişaf
Analar haqda hər şey
Bunları bilmək maraqlıdır
1 yaşına qədər olan körpələr
1 yaşından 5 yaşınadək olan körpələr
Video
Uşaq poliknikaları
Doğum evləri
Qadın konsultasiyası
Uşaq xəstəxanaları
Uşaq mahnıları
Dünyanın baldan şirin balaları
KİTAB (online sifariş)
PalSüd-ün məhsulları
Dayə
Fevral -2010 Müsabiqə
Namizədlər
Sayğac
Sayta daxil olanların sayı
loading...

Hamiləliyin ilk ayları

İlk 8 həftədə mayalanmadan əvvəl mövcud olan təkhüceyrəli orqanizmdən yaranan döl insanı xəbərdar edərək embriona çevrilir.

Təxminən menstruasiya dövrünün 14-cü günündə toxum hüceyrəsi yetkinləşir və mayalanmaya hazır olur. O yumurtalıqdan çıxır və uşaqlıq yoluna (fallopian yoluna) düşür orada isə 24 saata qədər həyat qabiliyyətini qoruyur; əgər mayalanma baş verməsə toxum hüceyrəsi məhv olur və növbəti mensturasiyada uşaqlıq ifrazatı ilə xaric olur.

Orqazm zamanı kişi qadının uşaqlıq yoluna 200 - 400 mln spermazoid ifraz edir. Spermanın çox hissəsi geriyə axır, spermazoidin qadın orqanizmində qalan hissəsi hədəfə çatmır, lakin onun bir qismi uşaqlıq yolu ilə uşaqlıq boşluğuna və oradan da fallopian yollarından birinə daxil olur. Burada spermatazoidlər 48 saat ərzində həyat qabiliyyətini qoruya bilirlər.

Spermanın tərkibində toxum hüceyrəsi pərdəsini aralayan maddə vardır ki bu da spermatozoidin ora daxil olmasına imkan yaradır. Bundan sonra digər kişi hüceyrəsi içəriyə daxil ola bilmir. Spermatozoid yumurta ilə qarışır və təkhüceyrəli rüşeym – ziqota əmələ gətirir.  

Mayalanmış toxuma hüceyrəsi fallopian yolu ilə aşağıya doğru hərəkət edərək tədricən daha çox hüceyrələrə bölünür.

Mayalanmanın təxminən 4-cü günündə toxuma hüceyrəsi uşaqlıq boşluğuna yetişir. Bu dövrə qədər o maye kürə şəklini alır. O hələ çox balacadır və seçilmir, buna baxmayaraq artıq özündə 100 hüceyrəni birləşdirir. Sonrakı günlərdə toxuma hüceyrəsi uşaqlığın daxilinə hərəkət edir.

3-cü həftənin sonunda mayalanmış toxuma hüceyrəsi uşaqlığın yumşaq divarcığında yayılmağa başlayır. Bu proses implantasiya adlanır. Toxuma hüceyrəsi divarcığa möhkəm yapışdıqdan sonra mayalanma prosesi sona çatır. Embrionun xarici hüceyrələrinin tükcükləri uşaqlığı əhatə edən epiteli qatına daxil olur və nəticədə cift əmələ gətirmək üçün uşaqlığın qan damarları ilə birləşir. Digər hüceyrələr göbələkbağında və dölü mühafizə edən örtükdə inkişaf edir. Daxili hüceyrələr üç təbəqəyə bölünür və müxtəlif orqan və toxumalar törədir. 

Beş-altı həftəlik Embrion

Embrion maye ilə dolmuş kisəcikdə üzür.

Beyin, onurğa sütunu, mərkəzi sinir sistemi əmələ gəlir.

Başcıqda isə dörd çüxur formalaşır – bunlar uşağın gələcək gözləri və qulaqlarıdır.

Həzm sistemi, ağız və çənə rüşeym halında olur.

Mədə və döş qəfəsi inkişaf edir. Ürək döş qəfəsində qabarıq şəklində görünür. Bu dövrün sonuna yaxın o döyünməyə başlayır.

Qan damar sistemi formalaşır.

Əzaların kiçik rüşeymi əmələ gəlmişdir.

Uzunluğu: 6 mm. Embrionun həcmi alma çəyirdəyi boyda olur

Yeddi həftə

Nəhəng kəllə sinəyə doğru əyilmiş vəziyyətdə olur. Sifət formalaşır, amma gözlər yenə də yan təfərlərdə və kip bağlanmış vəziyyətdədir. Nazik göz dərisi altında qara piqment görünür.
Hamiləliyin üçüncü ayı

Kəlləcik bədənlə müqayisədə hələ də mütənasib olmayacaq şəkildə böyük olmasına baxmayaraq döl artıq insana daha çox oxşayır, formalaşmış əl-ayaq isə həddindən artıq balacadır. Hamiləliyin ilk həftələrindəki xoşagəlməz hisslərin tədricən keçib getdiyini müşahidə edəcəksiniz. Qadın konsultasiyasına ilk səfərin vaxtıdır. 

Özünüzü həmişə dik durmağa alışdırın – bu hamiləlik müddətinin sonlarında öz yardımını göstərəcək.

Sinə şişir və ağrılı olur

Belin (qurşağın) həcmi hələlik əvvəlki kimi qalır

Uşaqlığın dibi məhz qasığın üst hissəsində olur

Çəkidə artım olur

Əgər qusma halları olmasaydı siz 1,2 kq çəki artırardınız – bu da hamiləliyin sonuna gözlənilən ümumi çəki artımının 10%-dir. 12 həftəyə olan optimal artım 2 kq.

Sizin körpə

Boyu: 6,5 sm

Çəkisi: 18 qr

Yeni hisslər

Səhərlər əzginlik və ürək bulanmaları keçib gedir, siz rahatlıq hiss etməlisiniz. Sidik ifrazatı ehtiyyacı hamiləliyin ilkin dövrlərindəkinə nisbətən azalır. Hormonal bərpa prosesinin səbəb olduğu həyəcanlanma və əsəbilik hallarının mövcud olması davam edə bilər. Hamiləlik dövründə bağırsaqların fəaliyyəti ləngidiyinə görə qəbizlik halları da mümkündür. Orqanizmdə qan dövranı gücləndiyindən ağ ciyər, böyrək və ürək daha intensiv fəaliyyət göstərir.



Nə etməli

Sinəni yaxşı saxlayan büsthalter alın.

Qidanı zənginləşdirin, rasionunuz yalnız təzə və təravətli ərzaqlardan ibarət olmalıdır

Qəbizliyə yol verməyin – daha çox su qəbul edin və qidanızda zəngin sellülozlu məhsullar qəbul edin.

Diş həkiminə baş çəkin.

İş yerinizdə hamiləliyiniz barədə xəbər verin.

İlk doğuş-qabağı müayinə üçün qadın konsultasiyasına baş çəkin.

Sinənin bəsələməyə hazırlanması barədə həkimlə məsləhətləşin.

Doğumqabağı gimnastika ilə müntəzəm şəkildə məşğul olun.

Hovuza gedin.

Qadın konsultasiyasında gələcək ana kurslarına yazılın.

Hamiləliyin üçüncü ayı
Körpə inkişaf edir

Daxili orqanlar formalaşmışdır, onların əksəriyyəti isə artıq fəaliyyət göstərir, buna görə də döl infeksiyalara daha az yoluxur və dərmanların təsirinə daha az məruz qalır. Göz qapaqları formalaşmışdır, indi onlar gözləri yumur. Qulaqların mərcəkləri (sırğalıq) əmələ gəlir. Əl-ayaq və barmaqlar formalaşmışlar. Barmaqcıqlarda dırnaqcıqlar bitir. Əzələlər inkişaf edir, buna görə də döl daha çox hərəkət edir. O, böyük barmaqları əyə və yumruq sıxa bilir. Ağız əzələləri işləyir: körpə dodaqlarını büzür, ağzını açıb bağlayır. Onu əhatə edən mayeni əmə və uda bilir. Sidik ifraz edə bilir.

Gələcək analar üçün kurslar

Düşünün, hansı doğuşqabağı kurslar sizə daha çox uyğun gəlir? İlkin mühazirələri (məsələn hamilə qadınların sağlamlığı barədə) artıq indi dinləmək olar. Belə kursların əsas məşğələləri isə doğuşdan 8-10 gün əvvəl başlanır. Doğuş-qabağı gimnastikaya isə hamiləliyin bütün dövrlərində baş çəkmək olar. 

Gələcək analar üçün keçirilən kurslarda hamiləliklə, doğuşla, yeni doğulmuş körpələrə qulluqla bağlı çox müxtəlif məsələləri müzakirə edir, doğuşqabağı gimnastika ilə məşğul olurlar. Eyni vaxta müxtəlif növ kurslara getmək olar. 

Pulsuz qadın konsultasiyalarında sizi doğum evimdə nə gözlədiyini öyrənəcəksiniz. Bu kurslar populyardır. Məşğələlərdə bir qayda olaraq mühazirələr oxunur, filmlər nümayiş etdirilir, ona görə də şəxsən sizi narahat edən suallarları vermək çətin olacaq.

Körpələrə qulluğun əsasları kurslarında uşaqla necə düzgün rəftar olunması öyrədilir.

Əgər sizi doğum evinin şöbələrindən birinə göndəriblərsə doğuş blokunun mama həkimi və ya mama sizinlə individual konsultasiya keçirəcək. Sizə sancı və doğuş zamanı özünü necə aparmaq, yeni doğulmuş körpəyə  necə qulluq etmək məsələlərini başa salacaqlar. Burada siz digər gələcək analarla ünsiyyətdə ola biləcəksiniz və doğuşdan sonrakı ilk bir neçə gün ərzində sizinlə və körpənizlə olacaq insanlarla tanış olacaqsınız.

Anaların və uşaqların sağlamlığının mühafizəsi Mərkəzi kimi ixtisaslaşdırılmış müəssisələrdə də kurslar mövcuddur. Orada doğuş-qabağı gimnastikaya, relaksasiyaya (rahatlaşmaya) və düzgün nəfəs almaya xüsusi diqqət yetirilir. Həm ağrı, həm də doğuş vaxtlarında  rahatlaşmaq və düzgün tənəffüs çox vacibdir. Bəzi məşğələlərdə həyat yoldaşınız da iştirak edə bilər.

Həftəbəhəftə


9 həftə

Sinənin şişməsi və onun üzərində damar “torları”-nın peyda olma ehtimalı mümkündür. Körpə: dirsək oynaqları, əl və ayaq barmaqları, qulaq seyvanları formalaşmışdır. “Quyruq” yoxa çıxır. Süd dişlərinin inkişafı başlanır.

10 həftə

Tər vəzilərinin fəallığı artır. Sizin çəkiniz artmağa başlayır.

Rüşeymin çəkisi artıq 4 qr-dan artıq, uzunluğu isə təpədən yana qədər 27-35 mm təşkil edir. Əgər o, uşaqlıq divarlarına toxunursa o zaman ondan uzaqlaşa bilər! Lakin siz bunu şübhəsiz ki, ya hiss etməyəcəksiniz, yaxud xüsusilə həssassınızsa o zaman yalnız yüngül, demək olar ki, hiss edilməz vibrasiya hiss edəcəksiniz.

11 həftə

Hədsiz hal dəyişkənliyi. Gələcək körpənin çəkisi 7 qr.-a yaxındır.

12 həftə

Ürək dəqiqədə bir qədər artıq döyünməyə başlayır: o artmaqda olan qan təchizatı ehtiyyacını ödəməli olur. Dölün sifəti insana xas daha çox ifadəli cizgilər əldə edir. Əlciklərdə və ayaqcıqlarda dırnaqcıqlar formalaşmağa başlamışdır. 

Hamiləliyin dördüncü ayı

Hamiləliyin ikinci rübündən etibarən siz özünüzü daha gümrah və enerjili hiss edəcəksiniz. Tezliklə hamiləlik nəzərə çarpır və sizə gen paltar gərək olacaq. Döl artıq tamamilə formalaşmışdır və 14-cü həftədən etibarən cift vasitəsilə qidalanır. İndi onun inkişafı ana bətni xaricindəki həyata hazırlıq prosesidir.

.  Sinə ehtimal ki, hələ də əvvəlki ölçüdədir; böyüməni siz sonrakı həftələrdə müşahidə edəcəksiniz

.  Beliniz tədricən düzəlir.

.  Qarın ehmalca dairəvari görkəm almağa başlayır.

.  Xallar və çillər dərinin güclü piqmentasiyası ilə tündləşə bilər.
Çəkidə artım

Siz çəkinizi təxminən 5-7 kq., daha doğrusu hamiləliyin sonuna gözlənilən ümumi çəki artımının 50-60%-ni bu dövrdə artıracaqsınız. 16-cı həftəyə olan optimal çəki artımı – 2,5 kq.
Sizin körpəniz

•   Boyu: 16 sm

•   Çəkisi: 135 qr

Yeni duyğular

Əhval-ruhiyyə əhəmiyyətli dərəcədə yaxşılaşmalıdır. Siz çox tez-tez sevincli həyəcan keçirməyə başlayırsınız. Dəri piqmentasiyasının dəyişməsi mümkündür – qarının mərkəz xətti, döş gilələri və onun ətraf dərisinin rəngi tündləşir. Bütün bunlar doğuşdan dərhal sonra keçib getməlidir. İştah dölün inkişaf ölçüsünə mütənasib olaraq artacaq. Adi paltar dar olmağa başlayır, lakin gələcək analar üçün nəzərdə tutulmuş paltara keçmək hələ tezdir.
Nə etməli

• Siqarət çəkmayi tərgitməmisinizsə bunu edin. Ərinizi də eyni hərəkət etməsinə çalışın.

•Düzgün qidalanın və çəkinizə diqqət yetirin. İştah artımı qeyri-sağlam qida qəbul etməyə bəraət qazandırmır.

•Əgər həkim məsləhət görübsə və sizdə ürəkbulanma halları baş vermirsə fol turşusu və dəmir tərkibli preparatların qəbuluna başlayın.

• Qadın konsultasiyasında sizə güman ki, ultrasəs müayinəsi və AFP (alfa-fetoprotein) qan analizini keçmək təklif olunacaq. Dölün inkişafında hər hansı cüzi patologiya şübhəsi ortaya çıxarsa amniosentez də həyata keçirilir.

Hamiləliyin dördüncü ayı
Körpə inkişaf edir

Qaşlar və kipriklər əmələ gəlir. Bədən və sifət zərif tükcüklərlə (lanuqo ilə) örtülmüşdür. Körpənin dərisi o qədər nazikdir ki, onun daxilindəki qan damar şəbəkəsi görünür. Əl və ayaq oynaqları əmələ gəlmiş, sümüklərin bərkiməsi prosesi başlamışdır. Tənasül orqanlarına əsasən cinsiyyəti artıq müəyyən etmək olar, baxmayaraq ki, ultrasəs müayinəsi zamanı bu həmişə baş vermir. Döş qəfəsi tənəffüs hərəkətləri edir. O, artıq barmaq əmə bilir. O, çox hərəkət edir amma siz yəqin ki, bunu hələ hiss etmirsiniz. Ürəyi sizinkindən iki dəfə artıq döyünür. 14-cü həftədən sonra həkim və ya tibb bacısı xüsusi stetoskopun köməyi ilə ona qulaq asa bilər.  Bu ayda döl tez inkişaf edir
Duyğu təşvişi

Bətninizdə körpənizi gəzdirdiyiniz müddətdə çox ehtimal ki, həm sizi, həm də sizin həyat yoldaşınızı ən ziddiyyətli hisslər (coşğun sevincdən dərin ümidsizliyə qədər) bürüyəcək. Buna hazır olun. Üzülməyin. Doğuşdan sonra hər şey öz qaydasına düşəcək.

Gələcək ana və ya ata olma ilə bağlı qorxulardan yaxa qurtarmağın ən yaxşı üsulu onları gizlətmədən ikilikdə müzakirə etməkdir. Vacib məsələ sizdə baş verən dəyişkənliyi dərk etməkdir.

Uşağı gözləmə sevincinin bəzən neqativ emosiyalar törətməsində qeyri-təbii heç nə yoxdur. Sizi rahatsızlıq, qadağalar, öz ağırlığınız və köklüyünüz qıcıqlandıra bilər. Bəzən siz körpəyə görə də təngə gələ bilərsiniz. Buna baxmayaraq bütün bunlar onun doğulması ilə və siz bir-birinizi sevdiyiniz zaman unudulur. Bədən quruluşunu isə sadə fiziki məşqlərlə də bərpa etmək olar.

Həyat yoldaşınız üçün uşaq ilk dəfə onu ultrasəs aparatının ekranında görəndə real görünəcək. Bu dövrə qədər o özünü artıq hiss edə və hətta uşağı da bir az qısqana bilər. İndi bu hisslər sevinc və həyəcan ilə əvəz olunmalıdır.

Uşaq intizarı sizin valideyn olmağa hələ hazır olmamanız barədə həyəcanla müşaiyət olunursa bu da tamamilə təbiidir. Əgər qarşıda duran sancılar və doğuş sizi qorxudursa – buna hazırlaşın, tənəffüs və əzələ rahatlaşdırması metodikasına yiyələnin: siz özünüzü daha inamlı hiss edəcəksiniz.
Həftəbəhəftə

13 həftə

İkinci rübün əvvəli hamiləliyin ən xoş dövrüdür. Toksikoz əlamətləri aradan qalxır. Körpənin sağlamlığını mühafizə edən ciftin (uşaq yeri) formalaşması davam edir. Vitaminlərin qəbulunu və təmiz havada gəzməyi unutmayın. Körpə təxminən 28 qr çəkiyə malikdir. Süd dişlərinin iyirmisinin rüşeymləri formalaşmışdır.

14 həftə

Hamiləliyin psixoloji hissləri özünü büruzə verir. Artıq ilkin dəri dartınmaları mümükündür. Dölün uzunluğu indi 12,5 sm-dir. Mədə-altı vəzi insulin hazırlamağa başlayır. Reproduktiv orqanlar formalaşır.

15 həftə

Hərdən qarında hamiləlikdən sonra keçib gedəcək qəhvəyi xəttlər əmələ gəlir. Səbəb hormonal fonun dəyişməsidir. Körpənin başında saçlar əmələ gəlir. Alimlər hesablamışlar ki, bu vaxt kiçik ürəkcik sutka ərzində 23 litrə yaxın qan “vurur”! Siz dölün ilk tərpənişlərini hiss edə bilərsiniz

16 həftə

Yuxu və uzanaraq istirahət bəzi narahatçılıqlara səbəb ola bilər. Uşağın əl və ayağının hərəkət koordinasiyası inkişaf edir, boyu isə artıq uzanmışdır – onun uzunluğu artıq demək olar ki, 16 sm-dir və o ağzını aça və üz-gözünü büzüşdürə (mimika yarada) bilir.
Hamiləliyin altıncı ayı

Bu ay çoxları üçün hamiləliyin ən gözəl vaxtıdır. Siz yaxşı görünəcək və özünüzü xöşbəxt hiss edəcəksiniz. Əgər buna qədər sizdə çəki artımı ləng baş verirdisə o zaman indi sürətlə kökələ bilərsiniz. Hamiləlik aşkar gözə çarpır.

Əl və çiyinlərin köklüyü orqanizmdə suyun ləngiməsinin nəticəsidir; doğuşdan sonra isə bu keçib gedir. 

Orqanizm daha çox su saxladığı üçün sifət əvvəlki dövrlərə nisbətən daha dolu (şişman) vəziyyət almışdır.

Döş gilələri ətrafındakı tünd dairəciklər daha aydın nəzərə çarpır

Qarın daha çox qabağa gərilir.

Çəkidə artım

Çox ehtimal ki, siz əvvəlki kimi həftədə 0,5 kq çəki artıracaqsınız. Lakin sizin çəkiniz hamiləlikdən əvvəl normadan az olubsa çəkiniz daha sürətlə artacaq. 24-cü həftəyə optimal çəki artımı – 4,5 kq.

Sizin körpəniz

Boyu – 33 sm

Çəkisi – 570 qr

Yeni duyğular

Bu ay üçün artıq siz çəkinizi xeyli artırmısınız. İndi sizə sərbəst, hərəkətləri məhdudlaşdırmayan  geyim gərəkdir. Çox tərləmə halları başlaya bilər, indi istiyə tab gətirməniz daha da çətinləşir. Çox su qəbul edin, sintetik parçadan hazırlanmış paltar geyməyin.

Nə etməli

Əgər siz körpəni qəti surətdə sinə ilə qidalandırmaq istəyirsinizsə gələcəkdə problemlərdən yaxa qurtarmaq üçün həkimlə və ya mama-həkimlə sinəni bəsləməyə hazırmamaq barədə məsləhətləşin.

Şişlərdən yaxa qurtarmaq üçün istirahət zamanı ayaqlarınızın altına yastıq qoyaraq onları hündürdə saxlamağa çalışın

Ehtiyyatla, eyni zamanda müntəzəm şəkildə gimnastika və relaksasiya ilə məşğul olun, zəruri tənəffüs məşğələlərini yerinə yetirin.

Hamiləliyin altıncı ayı
Körpə inkişaf edir

Piy yığını hələ yoxdur, bu səbəbdən vücud çox arıqdır. Dəridə tər vəziləri formalaşır. Körpənin əl və ayaq əzələləri yaxşı inkişaf etmişdir və o müntəzəm olaraq onların gücünü yoxlayır. Uşağın tərpənişini hiss edə bildiyiniz aktivlik dövrü tam rahatçılıqla əvəz olunur. O öskürə və hıçqıra bilir, bu daxilinizdə xəfif döyüntü kimi hiss olunur.

Fiziki cəhətdən inkişaf etdikcə uşaq psixi reaksiyalar da göstərməyə başlayır. O, uşaqlıqda kömbə kimi yumrulanaraq uzanır və onu embrion ətrafı qovuq mayesi mühafizə edir. Qida və oksigenin daxil olması, eləcə də maddələr mübadiləsinin sintezi hələ tamamilə ciftdən asılıdır. Amma 24-cü həftədə o artıq doğuşdən əvvəlki körpə kimi görünür və davranır. Onun gözləri hələ nazik pərdə ilə örtrülüdür, ancaq 28-ci həftədə onlar açılır və o anda körpə görməyə başlayır.

Körpə artıq sizin səsinizi və musiqini eşidir. Bəzi melodiyalar onun xoşuna gəlir və o öz hərəkətləri ilə bunu sizə bildirir. O, kəskin (birdən və çox güclü) səslərdən diksinir.

Körpə cift vasitəsilə qidalanır və isti amniotik maye ilə mühafizə olunur. Amniotik maye hər 4 saatdan bir yeniləşir. Bu maye hərarətini tənzimləyir, həmçinin dölü təkan və infeksiyalardan qoruyur.

Uşaq üz-gözünü turşudur, gözlərini qıyır, ağzcığını açır. Körpə itələnə, çevrilə bilir, o yumruqcuq sıxmağa qadirdir. Onun yatma vaxtı sizinki ilə hər zaman üst-üstə düşmür, siz yatmaq istəyərkən körpənin aktiv olması mümkündür.

Şüur və təfəkkürü idarə edən beyin hissəsi hamiləliyin 7-ci ayında inkişafa başlayır. Bu andan etibarən fərdin formalaşmasından danışmaq mümkündür. Körpə barmağını sorur və onu əhatə edən mayeni udur, bu maye sonralar orqanizmdən sidik şəklində ifraz olunur. Bəzən həddindən artıq qurtum aldıqda o hıçqırmağa başlayır. Həyata gəlişinə hazırlaşaraq körpə sinənin tənəffüs hərəkətlərini yerinə yetirir. Körpənin dilində dadbilmə reseptorları əmələ gəlir. 28-ci həftəyə o şirini, duzluluğu və acını ayırd edir.

Həftəbəhəftə

21 həftə

Çəkidə hiss ediləcək dərəcədə artım baş verir. İştah artır. Orqnizm gün ərzində 5000 və daha artıq kilokalori tələb edir, amma unutmayın ki, həftədə orta çəki artımı 400 qr.-dan artıq olmamalıdır. Fiziki məşqlərlə məşğul olmağı yaddan çıxarmayın. İndi döl təxminən 370 qr çəkiyə malikdir. Dildə dadbilmə reseptorları formalaşmağa başlayır. Həzm sistemi çaxnaqdan (embrion ətrafı maye) suyu və şəkəri həzm etmək üçün artıq kifayət qədər formalaşmışdır.

22 həftə

Qan dövranının fəallaşması davam edir. Qəbul edilən qida normadan əskik olarsa vəzi qan azlığı yarada bilər. Kefsizlik hallarında həkimə müraciət edin. Körpənin lamisə (toxunma) hissi orqanları inkişaf edir. Gələcək körpə tədqiq edir; əlləri ilə ayaqlarına, sifətinə toxunur, baş barmağını sorur.

23 həftə

Qarın divarlarına qeyri-ixtiyari təzyiqlər də mümkündür. Güclü spazmalar zamanı həkimə müraciət etmək lazımdır. Körpənin bu həftədəki çəkisi təxminən 510 qr təşkil edir. Hərəkətlər daha fəal, bəzən isə hətta daha kəskin olmağa başlayır.

24 həftə

Vaxtından əvvəl doğuşun əlamətlərinə bələd olmaq və onları yadda saxlamaq çox vacibdir. Doğuşqabağı bandaj haqda düşünün. Bu həftədə dölün çəkisi təqribən 600 qr, uzunluğu isə 30 sm-dir. Sifət əməli olaraq formalaşmışdır. Gözlər hələ də bağlı olsa da artıq kirpiklər mövcuddur və saç bitməkdə davam edir. Sifəti siz onu doğulan zamanı görəcəyiniz kimi görünür.

Hamiləliyin yeddinci ayı

Siz finiş xəttinə yaxınlaşmısınız, doğuşa üç ay qalıbdır. İndi sizə elə gələcək ki, siz yöndəmsiz və unutqansınız. Bu aylar körpə dərialtı piy sellüouzu toplayır. O, fəaldır və siz onun hərəkətlərini açıq-aşkar hiss edirsiniz. Əgər doğuş indi baş verərsə uşaq sağ qalar.

Çəkinin artması ilə onurğa sütununun əyilməsindən yaxa qutmaq üçün özünüzü dik saxlayın

Qarında, budlarda və yanda piy yığınlarıı əmələ gələ bilər.

Sinədə venalar aydın görünür

Uşaqlığın dibi təxminən göbək və döş sümüyü arasında olur.

Çəklidə artım

Bu vaxt ərzində siz çəkinizi çox güman ki, 4 kq-a qədər, daha doğrusu, ümumi çəki artımının 30-40%-ni artıracaqsınız. 28-ci həftəyə olan optimal çəki artımı - 9 kq.

Sizin körpəniz

Boyu: 37 sm

Çəkisi: 900qr - 1 kq

Yeni duyğular

Kefsizlik halları, hamiləliyin son dövrləri üçün adi hal olan ürək qıcqırması, mədə pozğunluğu və spazma halları mümkündür. Qarında uzunsov qırmızı ləkələrin meydana gəlməsi də istisna edilmir. Bu dövrdə bir qayda olaraq uşaqlığın zəif yığılması, yalnış sancılar başlanır. Onlar adətən ağrısız olur. Siz doğuş və ya körpə barədə rəngarəng yuxular görə bilərsiniz. Belə yuxulara adətən yatarkən narahat vəziyyətiniz və ya körpənin hərəkətləri səbəb ola bilər.

Nə etməli

Gündüzlər mütləq istirahət etmək lazımdır. Mümkün qədər tez yatın. Əgər siz hələ də işləyirsinizsə, nahar fasiləsində ayaqlarınızı horizontal vəziyyətdə saxlayaraq əyləşin. Evə gəldikdə də lazımınca istirahət edin.

Hamiləlik və doğuşla bağlı məzuniyyət ərizəsi yazın və uşağın doğulmasından sonra öz yerinizə qayıdıb-qayıtmayacağınızı qeyd edin. Müdiriyyətinizi getməyiniz barədə gec olmamaq şərtilə üç həftə ərzində xəbərdar edin.

Bu vaxtdan etibarən ağırlaşma halları yoxdursa 36-cı həftəyədək qadın konsultasiyasına ayda iki dəfə baş çəkin, həkimdən sizi narahat edən hər şey barədə şoruşun. Uşağın ürəyi adi fonendoskop vasitəsi ilə dinlənilir.

Hamiləliyin yeddinci ayı
Körpə inkişaf edir

Dəri qırmızı və qırış-qırışdır, ancaq onun altında artıq piy sellüozu formalaşır. Baş-beyin qabığının inkişafında mühüm mərhələ yetişir. Yeddi aylıq körpə ağrı hiss edir, o demək olar ki, yetkin uşaq kimi reaksiya verir. Onun dilindəki dadbilmə reseptorları hətta doğuş zamanı olacağından daha çoxdur, o çox incə dad çalarlarını ayırd edir. Ağ ciyərlər tam formalaşmamışdır. Surbaktant (tənnəffüs zamanı alveolların düşməsinin qarşını alan substansiya) hələ təkmilləşməmişdir.

Ər əli ilə uşağın hərəkətlərini hiss edə və hətta tərpəndiyi zaman onun vücudunun ümumi şəklinin  necə göründüyünü sezə bilər.

Hamilə qadının qarderobu

Beşinci, hətta altıncı aya qədər sizin adi qarderobunuzun sərbəst biçimli geyimləri ilə keçinmək olar. Bununla belə bir-iki yeni şey yalnız əhval-ruhiyyənizi qaldırar. Hamilə qadınlar üçün nəzərdə tutulmuş xüsusi geyimlər almaq vacib deyil, yaxşısı budur özünüzə düz biçimli, yaxşı rahat paltar axtarın.

Paltar yüngül, gen və sərbəst – qışda isti və yayda sərin olmalıdır. Təbii parçalar seçin. Beli sıxan və ayaqlarda qan dövranını çətinləşdirən şeylər, məsələn dar qolf-corablar geymək məsləhət görülmür. Tuflilərdən alçaqdabanlı olanları geymək daha çox məsləhət görülür, dabansız ayaqqabılardan isə hələlik uzaq durmalı olacaqsınız. Yaxşı olardı ki, ayaqqabınız ipsiz olsun, belə ki, onu bağlamaq onsuz da çəkin olacaq.

Gen və uzun bluza, sviter və cemper geymək körpənin dünyaya gəlməsindən sonra da mümkün olacaq. Rezin əvəzinə bel bağı olan idman stilli şalvarlar beli sıxmayacaq. Sarafan hər cür hallarda münasibdir. Onun altından mayka və ya manjetli köynək geyinmək olar. Ətəyin iç tikişi daha geniş olmalıdır belə ki, siz kökəldikcə onu boşaltmaq mümkün olsun. Gələcək analar üçün nəzərdə tutulmuş paltarın qabaq tərəfi arxasından 2-3 sm uzun olur.

Həftəbəhəftə

25 həftə

Uşaqlıq o qədər böyümüşdür ki, diafraqmaya, aşağı diafraqmaya təzyiq edir və mədənin yerini dəyişmişdir. Ürək qıcqırması halları başa verə bilər. Tez-tez, kiçik porsiyalarla və yaxşıca çeyniyərək qida qəbul edin. Uşağın çəkisi təxminən 700 qr-dır. Əllərdə barmaqların hərəkəti daha konkret olmağa başlayır, körpə yumruq sıxır. Bədənin sağ və sol tərəfləri müəyyən edilir.

26 həftə

İndi körpənin hərəkətlərindən ailə üzvləri də zövq ala bilərlər. Körpə sizin əhval-ruhiyyənizə reaksiya verir, narazılığını ifadə edə bilir. Uşaq gözlərini açır. Körpənin gözlərinin gələcəkdə nə rəngdə olmasından asılı olmayaraq indi onlar mavidir.

27 həftə

Çəkidə əhəmiyyətli dərəcədə artım davam edir. Unutmayın ki, hamiləlik arıqlamaq üçün pəhriz saxlamaq vaxtı deyil, yalnız körpənin normal inkişafı üçün tövsiyyə olunan pəhriz istisna edilir. Daimi su mühitində qaldığında görə körpənin dərisi çox qırış-qırış görünür. Bu doğuşdan bir neçə həftə əvvəl yoxa çıxır. İndi çəki 900 qr-dan azacıq ağırdır. Bu dövrdə vaxtından əvvəl doğulmuş körpə artıq müasir tibbi texnologiyanın tətbiqi ilə yaşama şansına malikdir.

28 həftə

Bu həftədə dölün uzunluğu 35 sm, çəkisi isə bir kiloqramdan azacıq artıqdır. Beyin qırışları formalaşır, o həcmcə kəskin şəkildə böyüyür.

Hamiləliyin səkkizinci ayı

Daha çox istirahət etmək lazımdır. Gündüzlər də uzanmağa vaxt ayırın, siz öz yükünüzdən, gözləməkdən, ümumiyyətlə hamiləliklə bağlı hər şeydən yorulmusunuz. Sizin gələcək analar üçün nəzərdə tutlmuş kurslara getmək vaxtınızdır. Məşğələlərə doğuşadək baş çəkin. Uşaq artıq tam formalaşmışdır. Dəri-altı piy toplanır və o tezliklə sevimli toppuş körpə olmaq ərəfəsindədir.

Uşaqlığın təzyiqi nəticəsində qabırğa-altı nahiyədə ağrılar baş verir.

Göbək tədricən genişlənir və yastı vəziyyət alır.

Çəkidə artım

Körpənin böyüməsinə baxmayaraq sizin çəkiniz ləng surətdə artacaq. Əgər siz tez kökəlirsinizsə karbohidrat və süd qəbulunu azaldın. 32-ci həftəyə olan optimal çəki artımı – 11 kq.

Sizin körpəniz

Boyu: 40,5 sm

Çəkisi: 1,6 kq

Yeni duyğular

Körpə böyüyür və sizin daxili orqanlarınızı sıxmağa başlayır, bu da təngənəfəsliyə və tez-tez sidik ifrazı ehtiyyacına səbəb olur. Siz qaçmağa, öskürməyə, asqırmağa və ya gülməyə başlayan kimi sidiyi saxalaya bilməmə hallarınız da ola bilər. Yuxu narahatçılıqla müşaiyyət olunur, siz pis yatırsınız (doyunca yata bilmirsiniz). Göbək yastı vəziyyət almış və hətta üzə çıxmışdır; doğuşdan sonra isə o yerinə düşür. Doğuş vaxtının yaxınlaşması ilə də genişlənir, bu hal xoşagəlməz hisslər oyada bilər.

Nə etməli

Gündə 1-2 saat dincəlin. Ayaqlarınızı horizontal vəziyyətdə saxlayın.

Əgər siz pis yatırsınızsa yatmazdan əvvəl relaksasiya məşqləri edin; yan tərəfinizdə yatmağa çalışın və yatarkən bir ayağınızı bükün və onun altına balış qoyun. Hamiləliyin bu dövründə yuxu pozğunluğu normal haldır və bu sizi qorxutmamalıdır.

Çanaq qurtaracağı əzələləri məşqlərini davam etdirin; əgər sizdə sidiyi saxlaya bilməmə halları varsa bu xüsusilə vacibdir. 

Gələcək analar üçün nəzərdə tutulmuş kurslara baş çəkin.

Qan azlığı və ya rezus-faktorla bağlı probleminizin olub-olmamasını yoxlamaq üçün qan analizi verin.

Hamiləliyin səkkizinci ayı
Körpə böyüyür

İndi körpə yalnız çəkidə bir az artım etməlidir. O artıq işıq və qaranlığı ayırd edir. Uşaqlıq bətni artıq ona dar gəlir və körpə həyata gəlməyə hazırlaşaraq bəlkə də artıq başı aşağı çevrilmişdir.

Təzə doğulan uşaq üçün dəyişək (komplekt alt paltarı)

Əvvəlcə körpə üçün lazımi şeyləri hazırlayın, digər şeyləri onun doğulmasından sonra da almaq olar.

Gündəlik məişətdə işlənən şeylər lazım olacaq:

kiçik çarpayı – sadə və daşına bilən və ya kiçik səbət

yataq ləvazimatları

yumşaq sırıqlı yorğan (ədyal)

əgər maşınınız varsa uşaqlar üçün nəzərdə tutulmuş avtomobil oturacağı

uşaq vannası

2 yumşaq məhrəba

bələmə xalısı

uşaq əskisi komplekti

şüşə komplekti (uşağı şüşə ilə qidalandırmağa hazırlaşırsınızsa)

Paltar: 60 sm ölçülü şeylər alın. Sizə lazım olacaq:

6 mayka

8 kombinezon

2 toxunma kofta

2 yataq köynəyi

2 cüt nazik corab

çutku (ləçək) və yun papaqcıq

Həftəbəhəftə

29 həftə

Üçüncü rübə xoş gəlmisiniz! Sinədən süddən öncəki kolostrum mayesi (süd) ifraz olunmağa başlayır. Bəzən süd daha erkən də (24-cü həftədən etibarən) əmələ gəlir. Doğuşdan sonra körpə südün peyda olmasına qədər ilk bir-iki gün bu maye ilə qidalanacaq. Döl həyata gəlişinə və bətn-xarici həyata  hazırlaşır. O öz bədən hərarətini bu və ya digər dərəcədə tənzimləməyi öyrənmişdir. Onun vəziləri südün ana orqanizmi tərəfindən hasil edilməsinə təkan verən hormonlar ifraz edir.

30 həftə

Bədənin ağırlıq mərkəzi yerini dəyişməkdə davam edir, ona görə də duruş vəziyyətinizə diqqət edin. Körpə artıq işıq və qaranlıq hissinə bələddir (ananı əhatə edən ətraf aləmin işıqlandırma dərəcəsindən asılı olaraq), səsləri, ananın və ailənin digər üzvlərinin səsini eşidir.

31 həftə

Qarın həcmcə böyüməkdə davam edir, döş qəfəsində və çanaq sümüyü nahiyəsində xoşagəlməz hisslər sizi narahat edə bilər: körpənin çəkisi təxminən 1,5 kq təşkil edir. Eşitmə hələlik ətraf aləmi qavramanın yeganə vasitəsidir. O, ananın səsini çox yaxşı tanıyır və doğulan anda onu digər səslərdən asanlıqla ayır edir.

32 həftə

Təmiz havada gəzintiyə daha çox vaxt ayırın. Körpənin sifətində qırışların əksər hissəsi yoxa çıxmışdır. Hazırda körpə 1 kq 600 qr “ağırlığa malikdir”. Boyu – 40sm-dir. O başı aşağı çevrilərək və ayaqlarını yuxarıya dirəyərək anada narahatlıq yarada bilər.
Hamiləliyin doqquzuncu ayı

Bu vaxta qədər işi dayandırmaq və doğuşa hazırlaşmaq lazımdır. Hamiləliyin ağırlığından yaxa qurtarmaq istəyi sancılara olan qorxu hissi qədər güclü ola bilər. Uşaq artıq uşaqlığın bütün boşluğunu tutur, indi o qıvrılmır, təpik atır. Əgər doğuş indi baş verərsə onunla hər şey yaxşı olacaq.

Baş bəlkə də artıq çanaq sümüyünə dirənir

Böyük qarın ağırlıq mərkəzini dəyişdirir, ona görə də duruş vəziyyətini yaddan çıxarmayın

 Çəkidə artım

38-ci həftədə çəki sabitləşə bilər. Əgər siz 13 kq-a qədər çəki artırmısınızsa əvvəlki çəkini bərpa etmək çətin olmayacaq. 36-cı həfətəyə optimal çəki artımı – 12 kq.

Sizin körpə

Boyu: 46 sm

Çəkisi: 2,5 kq

Yeni duyğular

Uşağın başı enmiş vəziyyətdədir, uşaqlıq mədəyə və diafraqmaya daha az təzyiq edir, buna görə də ürək qıcqırması, həzm pozğunluğu və təngənəfəslik halları nadir hallarda baş verir. Sidik kisəsinə olunan təzyiqlərə görə sidik ifrazatı ehtiyyacı sürətlənə bilər. Doyunca yata bilməmə və ağır yük yorğunluq hissinə səbəb ola bilər. Siz ikiqat enerji ilə evdə hər şeyi yerinə qoyursunuz – “yuva tikirsiniz”. Taqətdən düşməmək üçün həddindən artıq səy göstərməyin.

Nə etməli

Topuqda şişlərin və venaların varikoz genişlənməsinin olmaması üçün ayaqları horizontal səviyyədə saxlayın.

Hər həftədə bir dəfə qadın konsultasiyasına baş çəkin.

Əmizdirmə büsqalterləri alın.

Doğum evində qalmanız və qayıtmağınızın ilk günləri üçün ərzaq tədarük edin.

Doğum evinə aparacağınız çantanı əvvəlcədən yığın. Əgər doğuş evdə baş verəcəksə lazım olacaq hər şeyi hazır edin.

Uşaq üçün hər şeyinizin olub-olmamağınızı dəqiqləşdirin.

Hamiləliyin doqquzuncu ayı
Körpə böyüyür

Əgər bu ilk hamiləlikdirsə körpənin başı artıq yəqin ki, çanaq nayihəsinə doğru əyilmişdir. Əl və ayaq barmaqlarında zərif dırnaqcıqlar bitmişdir. Oğlanın xayaları aydın aşkar olunur. Qalan ayda körpə gündə 28 qr-a qədər çəki artıracaq.

Son həftələrdə istirahət

Hamiləliyin sonuna yaxın siz çox tez  yorulacaqsınız. Çox güman ki, siz pis yatırsınız, ağır qarını daşımaq isə çətindir. Bütün bunlar tam yorğunluğa gətirib çıxarır. İndi əsas məsələ yorğunluğun öhtəsindən gəlmək deyil, daha tez-tez dincəlmək və rahatlaşmaqdır.

Yorğunluğu necə aradan qaldırmalı: ayaqları horizontal vəziyyətdə saxlayın. İstirahət vaxtı məşğul olmanız üçün özünüzə asudə (sakit) məşğuliyyətlər icad edin. Əzələlərin rahatlaşması üçün məşqlər edin, həzin musiqiyə qulaq asın, mütaliə edin, körpə üçün nə isə toxumağa başlayın. Adət etdiyiniz adi tempi (sürəti) azaldın, hər şeyi daha yavaş və aramla edin.

Əmizdirmə büsqalteri

Əgər siz sinə ilə əmizdirəcəksinizsə sizə iki dənədən az olmayaraq qabaq tərəfdən bənd olunan büsqalter lazım olacaq. Ölçüdə səhv etməmək üçün onları 36-cı aydan tez almayın.

2 tip əmizdirmə büsqalterləri vardır. Birində qapaq yalnız döş giləsi və sinənin kiçik bir hissəsini açır, digərində isə qapaq ətrafında “molniya” (düymə, ilgək) tikilmişdir, beləliklə sinəni bütünlüklə açmaq olar. Yaxşısı budur 2-ci tip büsqalter alasınız, o körpəyə bütün sinəni hiss etməyə imkan verir. Qapaqlar altında geniş bretelli və “molniyalı” pambıq büsqalter axtarın.

Adi büsqalter geyərək ölçünüzü götürün. Əgər ölçünün düzgün seçilməsinə əmin deyilsinizsə satıcıdan bir daha ölçünüzü təyin etməsini xahiş edin.

Sinəaltı həcmi adi santimetrlə ölçün.

Qapaqların ölçüsünü təyin etmək üçün sinəni ən geniş həcmli hissəsindən başlayaraq ölçün.

Həftəbəhəftə

33 həftə

Yüngül qıcolma halları və uşaqlığın spazmatik yığılmaları mümkündür, bu da orqanizmin doğuşa hazır vəziyyətə gətirilməsindən xəbər verir. Gələcək körpə xüsusi maddəyə – surfaktanta malikdir ki, o doğuşdan sonra ona müstəqil şəkildə nəfəs almağa kömək edir, bu da ağciyərin nəfəs verməsi vaxtı onun yığılmasına imkan vermir. O, həyata rahat gəlməsi üçün başı aşağı vəziyyət almışdır.

34 həftə

Süd vəzilərindən südün daha intensiz ifraz olunması mümkündür. Körpə böyüməkdə davam edir: çəki 2 kq-dan bir az artıqdır, boyu isə 42,5 sm-dir. Onun dadbilmə hissləri kifayət qədər inkişaf etmişdir. O, ananın tez-tez qəbul etdiyi yeməkdən fərqli dada öyrəşir.

35 həftə

Yuxu ilə müəyyən çətinliklərin olması ehtimalı istisna edilmir. Ağırlıq hissi daha güclüdür. Az-az, eyni zamanda, qısa zaman intervalında (tez-tez) qidalanmağa çalışın. Dölün çəkisi təxminən 2 kq 200 qr-dır. Kiçik əllərdəki dırnaqcıqlar barmaqların qurtaracaqlarınadək uzanmış və kifayət qədər iti olmuşlar, amma onun uşaqlıqdakı vəziyyəti ona özünün kiçicik sifətini cırmaqlamağa imkan vermir.

36 həftə

Uşaqlığın yuxarı hissəsi ən yüksək nöqtəyə - döş sümüyü altına çatmışdır. Tənəffüs zamanı döş qəfəsində narahatlıq və ağrı hiss olunur. Körpənin çəkisi təqribən 2 kq 400 qr, uzunluğu 45 sm təşkil edir. Gələcək körpə əhəmiyyətli dərəcədə girdələşmiş, həyatının ilk günlərində bədənin hərarətini saxlaması üçün piy yığmışdır. 

Hamiləlik dövründə qarının ölçüləri nədən asılıdır?

- qarının hündürlüyü, daha doğrusu, uşaqlıq dibinin yerləşmə hündürlüyü normada hamiləlik vaxtına mütənasib olur. Məsələn, hamiləliyin 32-ci həftəsində o 32-33 sm-ə bərabər olmalıdır. Qarnın “köklüyü” isə qadının fərdi xüsusiyyətlərindən asılıdır. Bəzən buna anatomik quruluş da təsir edir: nazik çanaqlı zərif qadınlarda bu, hündür boylu, qalın çanaqlı qadınlardan daha aşkar nəzərə çarpır.
   Lakin qarnın həcmi hər şeydən əvvəl hamilə qadının ümumi çəki artımından asılıdır. Elə ona görə də qadın məhz buna daim ciddi fikir verməlidir.
-    Hansı çəki artım norması normal hesab edilir?
-    Hər bir qadın fərdi normaya malikdir. Bu bədən kütləsinin indeksindən asılıdır ki, bu da xüsusi düstur vasitəlsilə hesablana bilər. Çəkinin kiloqramla kəmiyyətini boyun metrlə uzunluğunun kvadratına bölün. Normal indeks -19.8-dən 25.9-a qədərdir. Əgər siz əkizlərin doğuşunu gözləyirsinizsə, bu rəqəmlərə ən azı 2.3-4.6 kq da  əlavə edin.
   Əksər qadınlar hamiləliyinin birinci yarısında çəkisini 40 faiz artırırlar. 2-ci yarısında isə bu 60 faiz olur. Əgər hamiləlikdən əvvəl qadın normal çəkiyə malik olubsa, o birinci rübdə 1.5-2 kq artıra bilər, 2-ci rüb ərzində bu həftədə 0.5 kq, doqquzuncu ayda isə 0.5-1 kq-dan çox olmur. Çəki müntəzəm və daimi olaraq artmalıdır. Uşağın normal inkişafı bundan asılıdır.
-    Əlavə çəkinin nəyi təhlükəlidir?
-    Çəkinin həddindən artıq artması həm hamilə qadında, həm də döldə problemlər törədə bilər. Çəkinin hədsiz artması hamilə qadının sağlam olmayan vəziyyətinin gecikmiş toksikozunun simptomlarından biridir. Gecikmiş toksikoz uşağın salınması təhlükəsinin inkişafına gətirib çıxara bilər. Bu zaman qadınlarda bel ağrısı və qarının aşağı nahiyəsində ağrılar baş qaldırır. Xüsusi ağır vəziyyətlərdə vaxtından əvvəl doğuş və ya cift laylanması (çökməsi) halları mümkündür. Bundan əlavə, artıq çəki əzələlərin işini çətinləşdirir. O həm də ayaqlarda, qarın divarının qabaq hissəsində, əllərdə şişlərin yaranmasına gətirib çıxarır. Kürək və baldır əzələləri ağrımağa başlayır, ayaq damarlarında qan dövranı pozulur, varikoz xəsətəliyi şiddətlənir. Hamilə qadın tez-tez və olduqca çox əldən düşür, əsəbi vəziyyətdə olur.
Gecikmiş toksikoz döl üçün xroniki oksigen aclığı hətta bətn-daxili ölüm təhlükəsi belə yaradır. Çox kök qadınları isə belə ağırlaşmaların ən yüksək riskləri hədələyə bilər.
-    Hamiləlik dövründə həddən artıq sürətli çəki artımının səbəbi nədir?
-    Bəzən bol qida qəbul etməyi sevənlər çəkini tez artırırlar. Lakin qidaya qarşı mötədillik normal çəkiyə zəmanət vermir. Bəzi qadınların orqanizmlərində həddindən artıq maye toplanır (məsələn böyrəklərin fəaliyyəti pozulduqda).
Bu səbəbdən əgər hamilə qadın həddən artıq sürətlə çəki artırırsa, o sutka ərzində qəbul etdiyi və ifraz etdiyi mayenin kəmiyyətini yoxlamalıdır. Sağlam qadın qəbul etdiyindən daha çox maye ifraz edir. Mayenin orqanizmdə yubanması çəki artımına səbəb olur. Bu zaman təkcə daxili deyil, xarici orqanlar da şişir. Ciftin şişməsi xüsusilə təhlükəlidir: o dölün normal inkişafını pozur.
-    Hamilə qadın şişlərdən necə xilas ola bilər?
-    Qadın konsultasiyasına baş çəkməklə; o həkimin verdiyi qida rejimi tövsiyyələrinə ciddi fikir verməlidir.
Mütəxəssislər bir qayda olaraq bütün hamilə qadınlara duz, eləcə də acı, qızardılmış, yağlı məhsulların istifadəsini məhdudlaşdırmağı məsləhət görürlər. Məsələ burasındadır ki, bunlar mayenin orqanizmdə yubanmasına səbəb olur və şişlərin yaranmasına gətirib çıxarır.
    10 gündən bir yükdən xilas olma günləri keçirin. Əlbəttə, bu o demək deyil ki, hamilə qadın ac qalmalıdır. Aclıq gələcək ana üçün qəti ziyandır. Yükdən xilas olma günlərində hamilə qadın bəzi ərzaqlarla, məsələn alma, kəsmik, kefir, sərt və müəyyən miqdarda ət ilə kifayətlənməlidir. Bundan əlavə, yataq rejiminə riayət etmək mayenin orqanizmindən ifraz olunmasına yardım edir. Sidikqovan otlar da çox yardım edir.
    Qəbul edilən mayenin miqdarını isə birdən azaltmaq olmaz. Maye qəbulu sutka ərzində 1.2-J .5 litrdən artıq olmamalıdır.
- Onda belə çıxır ki, şişlərlə mübarizə aparmaq asandır?
-    Təəssüf ki, bu həmişə belə olmur. Çəki artımı daha çox böykəklərin fəaliyyətindən asılıdır. Məsələn, urolitiaz (böyrəkdə daş), pielonefrit (böyrək iltihabı növü) xəstəlikləri zamanı, çəki artımının sürətlənməsi müşahidə olunur. Bəzən pielonefrit hamiləlik dövründə baş qaldırır. Çünki hormonal fon məhz bu dövrdə dəyişikliyə məruz qalır. Orqanizm sidik yollarının genişlənməsinə yardım edən hormonları daha artıq hazırlamağa başlayır. Bu açıq keçid vasitəsi ilə isə müxtəlif infeksiyalar böyrəklərə yol tapırlar. Məhz bu səbəbdən bütün hamilə qadınların uşaqlıq yolu ifrazatının baktereoloji müayinəsindən keçməsi, sidik analizinə daim nəzarət etməsi vacibdir.
-    Bəlkə hamilə qadının bətnindəki döl həddindən artıq böyükdür və artıq çəki elə bununla izah edilir?
-    Bəzən belə hallar da olur. Lakin bu əlavə bir problemin göstəricisi də ola bilər. Əksər hallarda şəkərli diabetdən əziyyət çəkən qadınlarda böyük döl olur. Əgər qadın özü böyük doğulubsa, o zaman o, qandakı şəkərin səviyyəsini yoxlamalıdır, belə ki, diabet gizli formada da təzahür edə bilər.
Bəzi hallarda diabet artıq hamiləlik vaxtı meydana çıxır. Bu yenə də hormonal fon dəyişikliyi səbəbilə baş verir. Əgər hətta şəkərin yüksəlmiş səviyyəsi yalnız bir neçə analizlərin yalnız birində “müşahidə olunsa” belə, belə hamilə qadınlar bir qrup risklərə düçar olurlar. Onları Moskva Klinik Xəstəxanasınn Endokrinologiya Mərkəzində tədqiq edirlər. Belə xəstələr glükometr, zolaq-testləri ilə yoxlanılır və özləri, şəkərin həm qanda həm də sidikdəki miqdarına müstəqil şəkildə nəzarət edirlər. Onların doğuşu elə həmin xəstəxananın nəzdnindəki doğum evində aparılır, övladlarını isə dərhal “şəkər diabeti üzrə” qeydiyyata salırlar.
Yeri gəlmişkən, hamiləlik zamanı çəkidə son dərəcə sürətli artım çox vaxt mama həkimlərini qeysər kəsiyi (anormal doğum hallarında qarın boşluğunu yarıb uşağı çıxarma əməliyyatı) etməyə vadar edir.
-    Bu zaman mərhələsində kəskin çəki artımı xüsusiləmi arzuolunmazdır?
-    Artıq çəki artımı hamiləliyin ikinci yarısından, daha doğrusu, iyirminci həftədən etibarən xüsusilə təhlükəlidir. Bu gecikmiş toksikoz hallarına gətirib çıxarır. Belə ağırlaşmalar nə qədər tez başlanarsa, hamiləliyin sonu bir o qədər ağır olacaq. Məhz buna görə də qadınlara müntəzəm şəkildə bütün bədənə fikir vermək, hər iki əlin arterial təzyiqini ölçmək, sidik analizi vermək məsləhət görülür. Gecikmiş toksikoz zamanı təzyiq, bir qayda olaraq, yüksəlir, sidikdə isə zülalın miqdarı artır. Əgər hər üç siptom – şişlər, təzyiqin yüksəlməsi və zülalın miqdarının artması – eyni zamanda aşkar edilibsə, qadını təcili xəstəxanada yerləşdirirlər.
-    Bəlkə də mənim sualım sizi təəcübləndirəcək; amma dölün ölçüsünü hansısa vasitə ilə “tənzimləmək” mümkündürmü?
-    Düşünürəm ki, bəli. Bunun üçün ərzaq, bol bitki və heyvan mənşəli zülallar, vitaminlər, minerallar daxil edilməklə tarazlaşdırılmış qidalanma vacibdir. “Materna”, “Hamilələr və südlə bəsləyənlər üçün” Prenatal, Preqnavit kimi vitamin preparatlarının qəbulu mütləqdir. Bu əlbəttə ki, hamıya məlum olan həqiqətdir, lakin bu qadın və ya digər səbəblər üzündən mütəxəssislərin tövsiyyələrinə daim riayət etmir.
-    Qarının ölçüsü yəqin ki, həm də embrionətrafı sulardan da asılıdır? Bəs onlara maye qəbulu təsir edirmi?
-    Xeyr. Embrionətrafı suyun artıq olması və ya su çoxluğu səbəbləri tamam başqadır: şəkərli diabet, döl inkişafının anomaliyası, rezus-konflikt, yoluxucu ağırlaşmalar. Su azlığına (çatışmazlığına) hamiləliyin daşınması zamanı tez-tez rast gəlinir.
-    Həddindən artıq balaca qarın, hər halda son dərəcə böyük qarından yaxşıdır?
-    Xeyr, mən belə deməzdim. Qeyri-qənaətbəxş çəki artımı çox vaxt dölün inkişafının pozulmasına, həddindən artıq kiçik uşağın doğulmasına, vaxtından əvvəl doğuşa, bəzi hallarda isə hətta təzə anadan olmuş uşağın məhvinə gətirib çıxarır. Hamilə qadınların “qızıl otrağa” səy etmələri məsləhətdir.
Yeri gəlmişkən, amerikanlı alimlər müşahidə etmişlər ki, həyata optimist baxışlı qadınlar nadir hallarda az çəkili uşaqlar doğurlar. Mütəxəssislər bunu onunla izah edirlər ki, optimist qadınlar öz sağlamlıqlarının qeydinə daha çox qalırlar: müntəzəm gimnastika ilə məşğul olurlar, düzgün qidalanırlar.
-    Bəs hamilə qadının emosional vəziyyəti ilə artrıq kiloqram artımı arasında bilavasitə əlaqə mövcuddurmu?
-     Ehtimal ki, mövcuddur. Axı stres anlarınıda bəzi qadınlar əlinə keçən istənilən yeməyi ağızlarına atmağa, soyuducunu boşaltmağa başlayırlar. Bax bu da sizə artıq çəki. Digərilər barədə isə əksinə, “qəm-kədər onu məhv edir” demək olar. Məhz bu səbəbdən həm gələcək ananın, həm də onun yaxınlarının onun  mülayim, sakit emosional əhval-ruhiyyəsinə nail olması vacibdir.


VAXTINDAN ƏVVƏLKİ DOĞUŞLAR- hamiləliyin 28-ci həftəsinə çatmış və 39-cu həftəyə qədərki doğuşlar. Doğulmuş döl kifayət qədər formalaşmamışdır, buna baxmayaraq o yaşamağa qadirdir. Vaxtından əvvəl doğuşun vaxtını və dölün tam formalaşmama səviyyəsini məlumat məcmusuna əsasən müəyyənləşdirirlər (bax: Dölün yarımçıq, vaxtından qabaq doğulması). Vaxtından əvvəlki doğuşu, daxili səbəblərdən abortları törədən səbəblər də törədə bilər. Vaxtından əvvəlki doğuşa gecikmiş toksikoz, çoxdöllü hamiləlik və s. səbəb olur. Doğuş müddətli tipə görə uzanır, lakin ağırlaşmalar tez-tez, xüsusilə doğuşdan sonrakı dövrdə müşahidə olunur – vaxtından əvvəlki və erkən su ayrılması, hamiləlik fəaliyyətinin yorğunluğu, tam hazır olmadığı dövrdə vaxtsız doğuş, boyuncuğun yırtılması, doğuş zamanı qan dövranı. Döldə çox vaxt asfiksasiya, kələ-daxili travma halları baş qaldırır.


Doğuşdan sonra qarın formasının bərpa olunması

Siz ana olmusunuz. Doğuşdan sonrakı analıq sevincindən əlavə, çox vaxt qadını bədən forması və stresslə bağlı problemlər izləyir. Qarıncığı nə qədər içəriyə doğru çəksəniz də yox olmur, əksinə aşkar qalır. Bu səbəbdən də əhval-ruhiyyə korlanır və özünü qiymətləndirmə aşağı düşür.
Hamiləlik dövründə orqanizmin hormonal bərpası nəticəsində piy qatı artır. O, dölü xarici təsirlərdən qoruyur. Bu qarına aiddir, buna görə də doğuşdan sonra, tədricən öz normasına qayıtmalı olan gərilmiş əzələlərdən əlavə, qarında həm də piy qatı qalır. Buna görə də o, qabağa qabarır və nahamar görünür.
Nə etmək olar?
Qarın əzələlərinin gücünü artırmaqla və onu lazımi formaya salmaqla, eyni zamanda, piyin faizini azaltmaq lazımdır. Qarın basqısının əzələlərinin zəifliyi qarının gərilməsinə və sallaqlanmasına gətirib çıxarır. Onların tonusunun yüksəlməsinə qarın basqısının əzələlərinin inkişafı məşqləri yardım edir.
Qadınların xüsusi diqqət ayırmalı olduqları məsələ əzələ bərkitməsi məşqlərinin təbii doğuşdan yalnız 6-8 həftə sonra, qeysər kəsiyindən isə 2-2,5 ay sonra başlamaqdır. Bundan erkən vaxtlarda qarına edilən ağırlıqlar tikişlərin aralanması (məsələn qeysər kəsiyindən və ya yırtılma zamanı aralığın tikilməsindən sonra), qarındaxili təzyiqin artması və uşaqlıq yolu divarcığının sallanması kimi çox ciddi xoşagəlməz hallar yarana bilər. Ona görə də fiziki ağırlıqlara hələ tələsməyin, bərpa dövrü vaxtı isə rasionunuza fikir verin və ondan yüksək kalorili ərzaqları xaric edin.

Doğuşun ağrısızlaşdırılması

Doğuşlar nadir hallarda ağrısız keçir,ancaq ağrının da xüsusi mahiyyəti var: axı hər sancı uşağın doğumuna doğru bir addımdır. Sizə ağrısızlaşdırıcı vasitələr lazım ola bilər – bu sancıların gedişindən və sizin ağrı ilə bacarma qabiliyyətinizdən asılıdır. Ola bilər ki, onlara özünə-yardım metodikalarının köməyi ilə üstün gələ bilərsiniz, ancaq kəskinləşən ağrı dözülməz vəziyyətə çatarsa həkimdən ağrı kəsici vasitələr istəyin.
Epidural anesteziya: bu anesteziya bədənin aşağı hissəsindəki sinirləri təcrid edən ağrını aradan götürür. O, sancıların kürəkdə başladığı zaman effektiv olur. Amma, epidural anesteziyanı sizə hər xəstəxanada təklif etməyəcəklər. Onun tətbiqi elə hesablanmalıdır ki, keyləşdiricinin gücü doğuşun ikinci mərhələsinə qədər qurtarsın. Əks halda doğuş prosesi uzana, epiziotominin və maşanın qoyuluşu riski artırıla bilər. Epidural anesteziyanın yerinə yetirilməsi üçün təxminən 20 dəqiqə lazımdır. Dizlər çənəyə dirənsin deyə sizə kömbə kimi qıvrılmağı xahiş edəcəklər. Keyləşdirici vasitəni sprislə yana vururlar. Bu zaman iynə çıxarılmır, bu da lazım gəldikdə əlavə dozanı yeritməyə imkan verir. Keyimənin təsiri 2 saatdan sonra bitir. Bununla eyni zamanda bəzi hərəkətlərin ağırlaşması və əllərin əsməsi baş verə bilər. Belə hallar tezliklə aradan qalxır.
Təsiri: ağrı keçib gedir, huşun səlistliyi qorunur. Bəzi qadınlar zəiflik və baş ağrısı hiss edir, həmçinin ayaqlarda bir neçə saat davam edən ağırlıq hiss olunur. Uşağa heç bir təsir etmir.
Oksidləşmiş azot: bu qaz qarışığı ağrını tam aradan qaldırmadan onu əhəmiyyətli dərəcədə azaldır və eyforiya törədir. O, doğuşun 1-ci dövründə tətbiq edilir. Qaz birləşməsi şlanqla aparata qoşulmuş maska vasitəsilə daxil olur. Qazın təsiri yarım dəqiqədən sonra özünü büruzə verir, bu səbəbdən sancılar başlanan kimi bir neçə dəfə dərin nəfəs alın.
Təsiri: qaz ağrını zəiflədir, lakin onu tam aradan qaldırmır. Nəfəs alma zamanı siz baş gicəllənməsi və ürək bulanması hiss edəcəksiniz. Uşağa heç bir təsir göstərmir. Promedol: bu dərman doğuşun 1-ci dövründə zahı (təzəcə doğmuş qadın) həyəcanlandıqda və onun rahatlaşması çətin olduqda qəbul edilir. Promedol inyeksiyasını yana və ya ombaya vururlar. Təsirini göstərməsi: 20 dəqiqədən sonra, davam etmə müddəti – 2-3 saat. Təsirin başlanması – 20 dəqiqə, təsir müddəti – 2-3 saat.
Təsiri: promedol özünü müxtəlif formalarda büruzə verir. Kimlərəsə bu sakitləşdirici kimi təsir edir, rahatlaşdırır, yuxu gətirir, hərçənd ki, dərmanı qəbul edənin huşu tam saxlanılır. Bəzən özünə nəzarətin itməsi, məst olma kimi şikayətlər də olur. Sizdə ürəkbulanması və baş gicəllənməsi halları ola bilər. Promedol körpədə nəfəsalmada sıxıntı və yuxu gətirmə halları yarada bilər. Doğuşdan sonra tənəffüsü asanlıqla stimullaşdırmaq olar, süstlük halları isə özü-özünə keçib gedir.
Elektro-stimulyasiya: elektro-stimulyasiya aparatı ağrı hissini azaldır və ağrının dəf edilməsinin daxili mexanizmini stimullaşdırır. O, dəri vasitəsilə kürək nayihəsinə təsir edən zəif elektro-impulslara işləyir. Doğuşdan bir ay öncə doğum evində belə aparatın olub-olmamasını dəqiqləşdirin və ondan istifadə etmə qaydalarını öyrənin. Uşaqlıq yoluna aparan sinirlərin kürəkdə toplandığı nayihədə dörd elektrod yerləşdirirlər. Elektrodlar naqillərlə əllə idarə edilən pulta birləşdirilmişdir. Onun köməyi ilə cərəyanın gücünü nizamlamaq mümkündür.
Təsiri: aparat doğuşun ilk mərhələsində ağrını azaldır. Sancılar çox ağrılıdırsa aparatın fəaliyyəti az effekt verir. Uşağa heç bir təsir göstərmir.

Qeysər kəsiyi: leyhinə və əleyhinə

Dəbdə olan əməliyyat
Nə nə üçün
Müsbət və mənfi cəhətləri
Sənin seçimin
Son illərə qədər qeysər kəsiyinin sayı artmışdır. Planetdə hər dəqiqə 50 belə əməliyyat aparılır. Qeysər kəsiyinin hətta özüməxsus dəbləri də meydana gəlmişdir, lakin qadınlar yenə də bu əməliyyatlardan qorxurlar. “Əməliyyat” doğuşlarının ləyaqət və qüsurları barədə söz-söhbətlər səngimir. Gəlin aydınlaşdırmağa çalışaq, qeysər kəsiyi nədir, onu necə həyata keçirirlər və əməliyyatın hansı müsbət və mənfi tərəfləri vardır.

Həkimlər birmənalı şəkildə dönə-dönə elan edirlər: hansı qeysərdən danışmaq olar? Bu ki, ciddi əməliyyatdır, həkimin göstərişi əsasında və təbii doğuşun uşaq və ya ananın sağlamlığına təhkükəli olduğu zaman ciddi şərikldə aparılır. Lakin bununla belə, bəzi həkimlər etiraf edirlər ki, bir çox qadınlar doğuşun özəl klinikalarda həyata keçirilməsinə üstünlük verirlər ki, orada da müəyyən məbləğ müqabilində razılaşdırılaraq  heç bir göstərici olmadan qeysər əməliyyatı aparılır.

Əməliyyat nəyi özündə birləşdirir?

Qeysər kəsiyi basıq (boşluq) əməliyyatıdır; bu əməliyyat zamanı uşağı çıxarmaq üçün qarın divarı və uşaqlıq yolu yarılır. Əməliyyat epidural anesteziyanın təsiri altında keçirilir; bu anesteziyanın təsiri ilə uşaq həyata gətirən qadının bədəninin aşağı hissəsinin hissiyyatı itir. Belə anesteziya ağrı hissiyyatlarını effektiv aradan qaldırır, həkimlərin təminatı ilə praktiki olaraq uşağa heç bir xələl yetirilmir (lakin bu barədə bir az sonra bəhs ediləcək). Epidural anesteziyanın (arterial təzyiqin qəflətən düşməsi) aparılması zamanı başlıca təklükə kollapsın baş verməsi ehtimalıdır. Lakin yanınızda savadlı mütəxəssis varsa bu cür kənar effekt təhlükəli deyil. Epidural anesteziyanın düzgün aparılmamasının aşağı ətraflarda iflic olmasına səbəb olması və s. kimi bir çox müxtəlif qorxulu şayiələr vardır. Amma həkimlər bu cür hekayələrə xüsusi diqqət verməməyi tövsiyyə edirlər, əsas odur ki, sizinlə peşəkar həkim məşğul olsun.

Qeysər kəsiyi necə aparılır?

Əvvəlcə qarın divarı ya orta xətt boyunca, ya da qasığın yuxarısında eninə istiqmətində kəsilir. İkinci vasitə daha yaxşı kosmetik effekt verdiyindən o, hazırda tez-tez tətbiq edilir və ondan sonra nadir hallarda ağırlaşma halları baş verir.

Yırtılma prosesindən sonra uşağı ehmalca əllə və ya alətlərin köməyi ilə - maşa və ya vakuum-ekstraktorla çıxardırlar. Qan itirmə riskini azaltmaq məqsədilə uşaqlıq yoluna uşaqlıq yolunu daraldan vasitə daxil edirlər. Uşaqlıq yolunun əllə yoxlanmasından və döllük yumurtanın kənarlaşdırılmasından sonra uşaqlıq yolunu tikirlər, daha sonra peritona, qarın əzələsinə və dəriyə tikiş qoyurlar. Qanaxmanı dayandırmaq üçün, əməliyyatdan sonra iki saat yarım ərzində qarına buzla dolu kisəcik qoyurlar.

Doğuşdan sonrakı ilk həftələr ərzində zahı xüsusi doğuşdan sonrakı palatada qalmalıdır. Bu zaman ərzində ona həkim-anestezioloq nəzarət edir.

Əməliyyatdan sonrakı ilk həftələrdə yalnız limon şirəli su içməyə icazə verilir. Yemək əvəzinə vena daxilinə damcısayan vasitəsilə qida qarışıqları yeridilir.

Növbəti sutkalarda artıq yeni ana olmuş qadına  toyuq bulyonu, şəkərsiz meyvə şərbəti içmək; ətçəkən maşınından keçirilmiş və qaynadılmış ət, sıyıq və yağsız kəsmik yemək olar. Adi qida rasionuna isə yalnız dördüncü-beşinci həftələrdə qayıtmaq olar.

Qeysər kəsiyindən iki-üç sutka sonra oturmaq və minimal məsafəyə hərəkət etmək mümkündür. Bununla yanaşı, həftə ərzində hər gün tikişi təmizləmək (məsələn yodla və ya briliant yaşılla) və sarğını dəyişmək lazımdır.

Qadın doğum evindən yeddinci-onuncu sutkadan sonra hər hansı ağırlaşma halları baş vermədikdə xaric edilir.

Qeysər kəsiyindən sonra növbəti hamiləliyi iki ildən sonra planlaşdırmaq daha məsləhətlidir. Bu zaman ərzində orqanizm əvvəlki hamiləlikdən və aparılmış əməliyyatdan sonra bərpa olunmağa müvəffəq ola bilər.

Son zamanlar qeysərin populyarlaşmasını məntiqi şəkildə izah etmək olar. Bıçaq altına könüllü uzanan cavan qızlara əməliyyatın adi təbii doğuşlara nisbətən üstünlükləri barədə danışılır.

Birincisi, ağrısızlıq: əməliyyat narkozun təsiri altında aparılır, qadın ağrı hiss etmir. Nəticədə doğuş qorxulu hadisədən tamamilə dözülə bilən prosesə çevrilir.

İkincisi, müasir texnologiyanın inkişafı dövründə. əməliyyatdan sonra çox az gözə çarpan kosmetik bıçaq izləri qalır. Bu isə adi doğuş zamanı əmələ gələn aralıq sahəsindəki yarıq və tikişlərdən daha yaxşıdır. Bundan əlavə, xarici cinsiyyət orqanlarının vəziyyəti pozulmur, uşaqlıq dar olaraq qalır.

Bununla əməliyyatın üstünlükləri qurtarır və çoxunun düşünmək istəmədikləri mənfi cəhətləri başlanır.

1. Uşaqlıq yoluna və ya çanaq orqanlarına (sidik kisəsi, böyrəklər) infeksiyaların daxil olması
2. Böyük həcmli qanaxma: qeysər kəsiyi zamanı qan itirilməsi adi doğuşlardakı qan itkisindən iki dəfə çox olur.
3. Bağırsaqlarının fəaliyyətinin zəifləşməsi - əməliyyatdan sonra bir neçə gün ərzində qarın köpməsi, meteorizm, diskomfort hissi, qəbəlik kimi xoşagəlməz hisslər mümkündür.
4. Əməliyyatdan sonra uzunmüddətli bərpa prosesi: Əgər adi doğuşlardan sonra qadın doğum evində bir-iki gün qalırsa, qeysər kəsiyindən sonra xəstəxanada qalma müddəti dörd-beş gün çəkir.
5. Əməliyyatdan sonra ağrılar: bir neçə gün ərzində qadın çətinliklə gəzir, əyilir, amma doğuşdan 2-4 həftə sonra bunlar keçib gedir.


Amma bu da son deyil. Həkimlər rəsmi şəkildə iddia edirlər ki, qeysər uşaq sağlamlığına minimal xələl gətirir. Amma yenə bunda də xələl var. Qeysər kəsiyi yolu ilə doğulan körpələrdə tənəffüs pozğunluğu riski (məsələn, həyatın ilk günlərində nəfəsalmanın sürətlənməsi) artır. Eləcə də, təbii ki, mərkəzi sinir sistemləri ilə bağlı problemlər: anesteziya tətbiq edildiyinə görə uşaqlar ilk aylar yatağan, süst və zəif ola bilərlər. Əlbəttə, qeysər yeganə çıxış yoludursa, qorxmağa və ya panikaya düşməyə heç bir əsas yoxdur. Yuxarıda qeyd edildiyi kimi, əməliyyatın peşəkar həkimlərin aparması şərtdir. Amma əməliyyatı labüd etməyə aparan hər hansı əlamətlər yoxdursa o zaman yaxşısı budur nə özünüzü, nə də ki körpənizi əlavə yüklənməyə məruz qoymayın.

İstənilən halda həkimin sənə hansı doğuşa-icazəni yazıbsa – təbii və ya əməliyyat, bir neçə mütəxəssislə məsləhətləşmək, müsbət və mənfi cəhətlərini ölçüb-biçmək, birinci növbədə dəb və gözəlliyi deyil, sağlamlığın qorunması məsələsini özündə rəhbər tutmaq mühüm əhəmiyyət kəsb edir.

Sonda isə bəzi ümumi tövsiyyələr:
– hamiləlik və doğuş barədə kitablar mütaliə et, doğuşa hazırlıq kurslarına get;
– yaxşı həkim və mama həkim tap, bir neçə namizədlərlə ünsiyyət qur, səni narahat edən suallarla onlara müraciət et;
– bir neçə doğum evlərinə baş çək və onlarda neçə faiz qeysər kəsiyi əməliyyatı baş verdiyini öyrən.
Yalnız bundan sonra uşağının harada və necə həyata gəlməsinə qərar ver.

Hamiləlik və alkoqol

Alkoqol gələcək körpənin sağlamlığına həddindən artıq mənfi təsir edir, belə ki, o nəinki yetkinləşən cinsiyyət hüceyrələrinə, eləcə də tam yetkinləşmiş cinsiyyət hüceyrələrin mayalanmasında da məhvedici rol oynayır. Bununla belə biz gələcək orqanizmdə bu yüngül pozğunluqların, yaxud nəticədə uşağın daxili orqanlarına xələl gətirəcək ağır aqibətlərin ola biləcəyini əvvəlcədən deyə bilmərik. Mayalanma anından hamiləliyin 3-cü ayına qədər olan müddəti dölün inkişafında kritik dövr adlandırırlar, belə ki, bu dövr ərzində orqanların əsasının intensiv şəkildə müəyyən şəklə salınması və toxumaların formalaşması baş verir. Hamiləlik zamanı alkoqol qəbul edilərsə, bu dölə eybəcərləşdirici təsir edə bilər.
DAS (dölün alkoqol sindromu) üçün ürəyin, xarici cinsiyyət orqanlarının anadangəlmə anomal inkişafı,  mərkəzi sinir sisteminin, doğuş zamanı bədənin aşağı kütləsinin fəaliyyətinin pozulması, uşağın boyda və inkişafda ləngiməsi xarakterikdir. DAS-lı uşaqlara aşağıdakı üz cizgiləri xasdır: kiçik baş, xüsusən sifət, dar gözlər, nəzərə çarpan bükük göz qapaqları, zərif üst dodağı.

Hamiləlik və kompüter

Bizim dövrümüzdə hamilə qadının kompüter arxasında işləməsinə icazə verilib-verilməməsini dəqiq demək mümkün deyil, həkimlər hələ də bunun qadında sonsuzluq yaratma ehtimalı barədə məlumatlar toplayırlar. Məlum olduğu kimi kompüterdə işləyən qadınlarda uşaq salma ehtimalı başqalarından çoxdur. Əgər buna baxmayaraq siz işinizlə əlaqədar kompüter arxasında uzun müddət otulmalı olursunuzsa, o zaman bəzi sadə qaydalara riayət etmək lazımdır:
-    monitorun işini gözü maksimal dərəcədə qoruyan rejimdə qurun.
-    kompüterin süni işıqlandırılan yerdə quraşdırılmasında son dərəcə diqqətli olun. Hamısından yaxşısı arxası jalyuzi və ya pəncərə pərdəsi ilə örtülmüş pəncərəyə tərəf əyləşin; həmçinin işığın istifadəçidən sol tərəfdən düşmə vəziyyəti də məqbuldur.
-    kompüter arxasında keçirilən vaxta diqqət edin, heç vaxt fasiləsiz olaraq bir neçə saat kompüterdə işləməyin, ən yaxşısı hər bir saatdan bir on beş dəqiqə istirahət edin;
-    ehtiyyac olarsa göz üçün xüsusi məşqlər edin (məsələn, gözünüzü intensiv şəkildə yumub açın, uzaq cisimlərə diqqətinizi cəmləyin).

Hamiləlik zamanı dəyərli qidalanma

Sonrakı 9 ay müddətində ana öz orqanizminə ziyan vurmadan uşağın inkişafı üçün optimalı şərait yartmalıdır.
Qidalanma məhsulları elə seçilməlidir ki, bunlar gün ərzində ananın və uşağın qidalı maddələrə olan təlabatını tam olaraq ödəsin.
QİDALANMANIN ƏSAS PRİNSİPLƏRİ:
iki nəfərin yediyi miqdarda deyil, iki nəfərin ehtiyacını ödəyə biləcək keyfiyyətdə yemək qəbul etmək lazımdır.
kifayətqədər heyvani zülal (mal əti, quş əti, balıq əti, süd məhsulları və s.) gəbul etməlisiniz;
infeksiyanın qarşısını almaq üçün ət, balıq, dəniz məhsulları, quş əti, yumurta, süd kifayətqədər termiki işlənməlidir;
Həm körpəyə həm də Sizə vacib lazın olan kalsiuma olan ehtiyacınızı ödəməyə çalışın. Bu məqsədlə çoxlu süd, pendir, yoqurt, kəsmik qəbul edə bilərsiniz;
Anemiyanın, tez yorulmanın, immunitetin zəifləməsinin qarşısını almaq üçün tərkibində dəmir olan maddələr qəbul edin;
Dölün inkişafının pozulmasına səbəb ola bilən fol turşusu çatmamazlığının yaranmasına yol verməyin. Vələmir, qreçixa, mannı, maya kimi maddələr bu turşuya olan ehtiyacınızı təmin edə bilər.
Qəbizlikdən yaxa qurtarmaq üçün çoxlu sellülöz qəbul etmək lazındır. Bunun üçün müntəzəm olaraq meyvə, çiy tərəvəz, göyərti, qara çörək qəbul etməlisiniz.
Orqanizminizin susuzlaşmasının və sidik yollarının infeksion xəstəliklərinin qarşısını almaq məqsədi ilə kifayət qədər su qəbul etməyi unutmayın;
Həkimlə məsləhətləşmədən dərman və qida əlavələrindən istifadə etməyin;
Allergiya halı yaradan maddələri az miqdarda qəbul etməyə çalışın: şokolad, kofe, qatılaşdırılmış süd, sitrus meyvələri, çiyələk;
Hamilələr üçün nəzrdə tutulmuş vitaminlər qəbul edin (preqnavit, qendevit, elevit pronatal).
Hamiləliyin ikinci yarısında qəbul etdiyiniz karbohidratların, un məmulatlarinin, tərkibində nişasta olan maddələrin, kəskin və ədavalı, hisə verilmiş məhsulların miqdarını azaldın. Bu məhsullar artıq çəkinin yaranmasına səbəb olurlar.

Hamiləlik zamanı yol verilən çəki artımı 8-10 kq-dır. Bu çəki aşağıdakı kimi bölünür:
3,5 kq – uşağın çəkisi;
500 q – ciftin çəkisi;
1 kq - uşaqlığın çəkisi;
700 q - dölyanı sular;
1 kq - döş vəzlərinin çəkisinin artması;
1,3 kq – artmış qanın miqdarı.
Bu hesabla çəkinin aylıq artımı 200-250 q olmalıdır.
Hamiləlik və qidalanma

Hamiləlik zamanı düzgün qidalanma dölün normal böyüməsi və inkişafı üçün əsas şərtdir. Gələcək ana qida vasitəsi iə yeni orqanizmin yaranması üçün lazım olan enerci və madələr qəbul edir. Dölün genetik proqramının düzgün getməsi üçün olan kimyəvi proseslərin dəqiq və sürətli baş verməsini təmin edən mikroelementlər və vitaminlər də orqanizmə qida vasitəsi ilə daxil olur.
Bir saniyə ərzində kvadrilionlarla çevrilmə prosesləri baş verir ki, bu yeni həyatın yaranmasına səbəb olur. Bu sürətlə gedən proseslər yeni və yeni kimyəvi maddə “eşelonlarını” tələb edir. Ona görə də Ulu Tanrı hamilə qadınlara qida intuisiyası vermişdir ki, bu da dölə vaxtında biokimyəvi maddələri çatdırmağa imkan verir. Hələ də biologiya, tibb elmi və nutrilogiya (qidalanma haqqında elm) bu qabiliyyətin mexanizmini aydınlaşdıra bilməmişdir. Lakin çoxillik təcrübə hamilə qadınların təlabatına və daxili proseslərinə uyğun bir qidalanma reciminin işlənib hazırlanmasına kömək etmişdir.
Ilk növbədə qeyd edək ki, hamiləlik dövründə qadınlarin enerciyə olan sutkalıq ehtiyacı 300 kkal qədər artır (əgər gələcək ananın bədən çəkisi azdır və ya o 18 yaşdan kiçikdirsə - 500 kkal).
Hər bir gələcək ananın gündəlik olaraq zülala, yağlara, vitaminlərə, minerallara, sellülöza, mayeyə və s. vacib qida maddələrinə ehtiyacı var. Zülallar ana bətnində amin turşularına parçalanırlar, bu parçalanma məhsullarından ana və döl onlara daha vacib olan yeni zülallar sintez edirlər. Yağlar yeni hüceyrələrin yaranmasına və yanaraq enerci yaranmasında iştirak edirlər. Vitaminlərin və mikroelementlərin rolunu biz artıq qısa da olsa müzakirə etmişdik (daha sonra bu mövzuya qayıdacağıq). Onlar hamiləliyin normal gedişi üçün lazım olan bir sıra məsələlərin həll olunmasında iştirak edirlər.
Bütün bu təlabatları ödəmək üçün düzgün tərtib olunmuş pəhriz olmalıdır.

1.Yarmalar, dənli bitkilər və un məmulatları
Bu məhsullar bitki mənşəli zülallar, karbohidratlar və sellülözdan ibarətdirlər. Çörək vitamilərlə (xüsusilə B qrupu) zəngindirlər. Mikrolementlərdən sink və dəmir daxildir. Sizin gündəlik qida rasionunuzda bu məhsullardan hazırlanmış 4-5 yemək növü olmalıdır. Bir yemək belə hesablanmalıdır:
1 dilim çörək 1 ədəd mayalı xəmirdən hazırlanmış məmulat (bulka) 1 biskvit
1 tortilya ½-dən ¾ qədər hazır dənli bitki portlağı 2 orta ölçülü yağlı kökə (blinı)
1 stək.hazır popkorn 1 vafli 4-6 ədəd kreker




Sıyıqların və makaron məmulatlarnın hesabı belə aparılır – 2/1 - 3/4 stəkan yarma və ya sındırılmış spagetti, vermişel və s. bir yemək hesab olunur. Bu Sizin qida rasionunuzun əsasını təşkil edir.
2. Meyvə və tərəvəz.
Bunlar vitamin, üzvi turşular, sellulöz və mikroelementlərin əsil xəzinəsidir. Bağırsaqlara zəif boşaldıcı təsir göstərə bilər. Gündəlik olaraq bu məhsulların 4 növünü qəbul etməlisiniz. Tərkibində A-C vitaminləri olan meyvələrinin hərəsindən 1 ədəd götürün, digər 2-3 isə öz zövqünüzə görə seçə bilərsiniz. Istəyinizə görə seçimi dəyişə bilərsiniz.

A vitamininin mənbəyi
C vitamininin mənbəyi
Digərləri

ərik, brokkoli, yemiş, kök, balqabağ, şirin kartof, tünd göy rəngli yarpaqlı tərəvəzlər, ağ turp, çuğundur.
brüssel və gül kələmi, qarpız, apelsin, limon, qreypfrut, çiyələk, pomidor, şirin bibər, ağ kələm, ispanaq, manqo, papaya, kivi.
badımcan, noxud, kartof patisson, alma, banan, turş gilas, üzüm, albalı, armud, gavalı, ananas, xiyar, moruq.


3. Ət, balıq, ev quşlarinin əti, yumurta, qurudulmuş lobya və qoz.
Bu məhsullar zülalın əsas mənbəyidir. Gundəlik olaraq bu məhsullardan hazırlanmış 3 növ yemək qəbul etməlisiniz. Bir növ yemək kimi qəbul etmək olar:
60-90 q yağsız ət (hamburger, bir neçə dilim mal və ya dana əti, iki sosiska);
orta ölçülü bütöv balıq və ya bir dilim qızıl balıq;
iki tikə hindi əti və ya bir toyuq budu;
2 yumurta;
220-330 q tofu (soya kəsmiyi);
60-70 q günəbaxan tumu.

Yeməklərə müxtəlif əlavələr edə bilərsiniz, süd məhsulları ilə bərabər qədul edə bilərsiniz. Ət və ət məhsulları yaxşı bişirilməlidir, çünki müxtəlif bakteriya və helmintlərlə infeksiyalaşma təhlükəsi möcuddur. Yumurta ilə də ehtiyyatlı olmaq lazımdır. Çalışın ki, qayqanaq, az bişirilmiş omlet və çiy yumurta qəbul etməyəsiniz.

4. Süd və süd məhsulları.
Bu məhsulların vəzifəsi orqanizmi kifayət qədər kalsiumla təmin etməkdir. Bu da öz növbəsində sümük sisteminin normal inkişafına kömək edir. Bundan başqa bu məhsulların tərkibində yağlar, zülallar və üzvi turşular da var.
Gün ərzində 4 stəkan (800 ml) süd içərsinizsə, lazım olan kalsiumu qəbul etmiş olursunuz. Aşağıdakı süd məhsulları göstərilən miqdarlarda 1 stəkan südün tərkibində olan miqdarda kalsium verə bilər:
1 stəkan yağlılığı az olan süd;
½ stəkan qatılaşdırılmış süd;
2 dilim pendir;
1/3 stəkan quru süd:
1 stəkan yoqurt və ya südlü pudinq;
1 2/1 stəkan dondurma.
40 q bərk pendir.

Südü çiy içmək məsləhət deyil.
Südü qaynadarkən kalsium parçalanmır, zülalların da tərkibi dəyişmir, orqanizm tərəfindən normal mənimsənilir. Toksinfeksiyanın yaranma imkanı isə xeyli azalır.
Əgər süd məhsullarını sevmirsinizsə, və ya orqanizminiz bu növ məhsulları qəbul etmirsə, həkimizlə söhbət edin, dölün və Sizin kalsiuma olan ehtiyacınızı təmin etmək üçün bir başqa yol tapmağa çalışın.

5.Yağlar və şirniyyat.

Bu geniş qrupa kərə yağı, bitki marqarini, konfetlər, cele, cemlər, desert, şirin içkilər, şəkər, siroplar və s. aiddir. Bu məhsulların tərkibinə karbohidratlar, doymuş və doymamış yağ turşuları, mineral duzlar daxildir. Bundan əlavə bütün bu məhsullar yüksək kaloriyə və energetik dəyərə malikdirlər. Yağlar sutkalıq təlabatın 30%-ni təmin edirlər. Yaxşı olar ki. qəbul edilən yağlar bitki mənşəli olsunlar (qoz, xolesterini az olan yağlar).
Bu məhsulları istəyinizə görə qəbul edin, amma hədsiz istifadə etməyin. Onlar Sizin iştahanızı “Küsdürəcək”, və Siz əhəmiyyəti daha yüksək olan məhsulları yemək istəməyəcəksiniz. Süni şirinləşdiricilərin, xüsusilə də saxarin və siklamatların qəbulu xüsusi göstəriş olmadıqda, məsləhət deyil.
Bu məhsulların gündəlik istifadə olunması “qidalanma piramidasında” göstərilmişdir. Bu əyani diaqram 1992-ci ildə USDA təşkilatının (ABŞ-da Kənd Təsərrüfatı Nazirliyinin analoqu) ekspertləri tərəfindən işlənib hazırlanmışdır. Bu məhsulların müxtəlif səviyyələrdə yerləşdirilməsi təsadüfi deyildir. Aşağıdan yuxarı doğru məhsulların dəyəri zirvəyə doğru tədricən azalır. Maye qəbuluna gəldikdə isə, sizin gündəlik təlabatınız 6-8 stəkandır. Bu miqdara həmçinin süd, şirələr, bulyonlar və yediyiniz sulu xörəklər də daxildir. Kofeinin dölə mənfi təsirini unutmayın və qəhvənin, tünd çayın və kolanın miqdarını məhdudlaşdırın.yağ və şirniyyat
vaxtaşırı

Süd və süd məhsulları
gündə 2-3 növ
ət,balıq,quş əti,paxlalar və qoz
gündə 2-3 növ

Tərəvəz
3-5 növ
Meyvələr
2-4 növ gündə

Yarmalar, dənli bitkilər və un məmulatlarıgündə 4-6 növ
Duz haqqında. Əvvəlllər belə fikir hökm sürürdü ki, hamilə qadınların hamısı ödemlərin yaranmasının qarşısını almaq məqsədi ilə duzdan mümkün qədər az istifadə etməlidirlər. Hazırda müəyyən olunmuşdur ki, ödemlərin baş verməsi duz qəbulu ilə deyil, gələcək ananın orqanizmində estrogenlərin balansının dəyişməsi ilə bağlıdır. Ona görə də duzun miqdarını azaltmaq bütün qadınlara deyil, ancaq müəyyən bir qrup qadınlara (böyrək problemləri, preklampsiya olan) məsləhət görülür. Bu barədə həkiminizlə məsləhətləşin. Yeməyinizdə yodlaşdırılmış duzdan istifadə etsəniz daha yaxşı olar. Suyunun tərkibində yod az olan ərazilərdə bu xüsusilə vacibdir.

Veqetarian qidalanma haqqında. Əslində ət və balığın tərkibindəki zülalı biz digər qeyri-heyvani qidlarla da ala bilərik. Lakin bunlarla yanaşı, süd məhsulları və yumurtanın da istisna edilən pəhrizlər ağırlaşmalara səbəb ola bilərlər. Bu halda yaranan əsas çətinlik kalsium çatmamazlığıdır. Həmçinin B12 defisiti də yarana bilər ki, bu da öz nöbəsində anemiyaya səbəb ola bilər. Bu məsələ də həkimlə müzakirə olunmalıdır.

Qidalanma rejimi haqda bir neçə kəlmə. Hamiləliyin əvvəlində tez-tez az miqdarlarla qida qəbul etməniz məqsədə uyğundur. Sonralar isə sərbəst qida reciminə (Sizə rahat olan) keçə bilərsiniz. Əlbəttə bu kifayət deyil lakin, Siz onlardan öz qida rasionunuzu tərtib edərkən istifadə edə bilərsiniz. Unutmayın ki, dölün inkişafı Sizin düzgün qidalanmanızdan çox asılıdır.
Hamiləliyin erkən toksikozu

Bu hal qadın orqanizminin hamiləliyə öyrəşmə mexanizmi pozulduqda yaranır. Maddələr mübadiləsində, daxili sekresiya vəzlərinin funksiyasında, ürək-damar sistemi, böyrəklərdə, digər orqan və sistemlərdə, elektrolit və hormonal tərkibində nəzərə çarpacaq dəyişikliklər baş verir.
Həmçinin mədə-bağırsaq xəstəlikləri, infantilizm, süni abortlar, astenik tipli konstitusiya, qalxanabənzər vəzin xəstəliyi, qeyri-düzgün qidalanma, sinir gərginliyi toksikozun yaranmasına şərait yaradır.
Toksikozları 2 böyük qrupa bölürlər: erkən (hamiləliyin I yarısında) və gecikmiş (hamiləliyin II yarısında).
Erkən toksikozun ən geniş yayılmış forması qusmadır. Qusma gündə bir neçə dəfə təkrar olunur, adətən yeməkdən sonra baş verir və tezliklə su-duz, zülal, karbohidrat və yağ mübadiləsinin pozulmasına, turşu-qələvi və vitamin balansının, daxili sekresiya vəzilərinin funksiyasının, ilk növbədə böyrəküstü vəzilərin funksiyasının pozulmasına gətirib çıxarır.

Qusmanı ağırlığına görə 3 dərəcəyə bölürlər:
yüngül dərəcə - gündə 3-5 dəfə, yeməkdən sonra, ümumi vəziyyətə təsir etmir, asan müalicə olunur və 2-3 aydan sonra öz-özünə keçib gedir.
orta dərəcə - yemək qəbulundan asılı olmayaraq baş verir, gündə 10-12 dəfə, bədən çəkisi azalır, zəiflik, ürək döyüntüsü yaranır, dəri quru olur, ifraz olunan siddiyin miqdarı azalır.
ağır dərəcə - gün ərzində 20 dəfə və artıq təkrar olunur, ümumi vəziyyət kəskin ağırlaşır. Aclıq və susuzlaşma orqanizmin üzülməsinə səbəb olur, bədən çəkisi azalır, gücsüzləşmə yaranır. Dil quru olur, ağızdan aseton qoxusu gəlir. Nəbz artır, A/T azlır bədən temperaturu artır, sidikdə aseton aşkar edilir.

Bir çox qadınlarda səhərlər ac qarnına qusma baş verir, lakin bu toksikoz əlaməti hesab olunmur.
Ağız suyu ifrazının artması – həm qusmadan əvvəl baş verən bir əlamət kimi, həm də ayrıca toksikoz forması kimi yarana bilər. Gün ərzində ifraz olunan ağız suyunun miqarı 1 l-ə çata bilər. Ağız suyu ifrazının artması hamilə qadının psixologiyasına mənfi təsir göstərir, dodaq və dərini qıcıqlandırır. Ağız suyu ifrazının hədsiz artması halı hətta orqanizmin susuzlaşmasına da səbəb ola bilər.
Bu halın müalicəsi kompleks şəkildə aparılır – fizioterapiya, psixoterapiya, hipnoz. Qidalanma gün ərzində 5-6 dəfə, kiçik miqdarlarda, soyuq şəkildə və yaxşı olar ki, uzanmış vəziyyətdə olsun.
Qusma əleyhinə inyeksiya şəklində serukal, mərkəzi sinir sisteminə təsir edən preparatlarda brom, kofein istifadə oluna bilər. Susuzlaşmanı aradan qaldırmaq üçün stasionar şəraitində 5-7 gün ərzində damcı üsulu ilə insulin, 3 ml-5%-li vitamin C, 5%-li qlükoza (500-100 ml) ilə birlikdə yeridilir. Əzələdaxilinə B1 və B6 vurulur. Kompleks müalicəyə həmçinin splenin, metionin, kokarboksilaza, suprastin də daxil edilə bilər. Müalicə sidik və qan analizinə nəzarət etməklə aparılır.
Bədən çəkisinin artması, gündəlik sidik ifrazının, bədən temperaturunun, nəbzin, A/T normallaşması müalicənin effektivliyinin göstəricisi hesab olunur.
Hamiləlik zamanı niyə kökəlmə baş verir?

Hamilə qalmaq istəyən qadınlar ,əgər bir çəki problemi varsa,istər az çəkili,istərsə də çox çəkili,yaxşı olar ki,əvvəlcədən bunun çarəsinə baxılsın.
Boyu çəkisi ilə uyğun gələn bir qadının hamiləlik dövründə normal olaraq ortalama 12,5 kq alması lazımdır.Ancaq bu çəki miqdarı orqanizmlərə görə dəyişir.11-16 arasında da ola bilər.Əgər hamilə qadın əvvəlcədən çox arıqdırsa,18 kq alması lazımdır.Hamiləlikdən öncə kök olan xanımlar isə ortalama 7-11 kq-dan artıq çəki almamalıdırlar.Çox kökəlmiş hamilə qadınlara həkimlər pəhriz gözləməyi tövsiyə etmirlər,amma buna baxmayaraq əvvəldən kök xanımların hamiləlik boyunca aşırı yemələrini də məsləhət görmürlər.
Hamiləlik dövründə çox kökəlməmək üçün ideal variant sağlam qidalanmaqdır.Kartof cipsləri,kolalar və şokaldların yerinə meyvə,qatıq və şəkərsiz taxıl məhsulları yemək daha sağlıqlıdır.
Hamiləlikdə alınması gərək olan çəkinin ayrıcalıqları

Körpə 3,3 kq ilə 3,8 kq
Döşlərin böyüməsi 1,3 kq
Cift 0,4 kq ilə 0,9 kq
Qan və bədən suyunun artması 1,8 kq ilə 3,6 kq
Embrionu əhatə edən su 0,9 kq ilə 1,3 kq
Dölyatağında artış 0,9 kq ilə 1,3 kq
Ananın yağ artımı 2,2 kq ilə 3,5 kq
Cəmi 10,8 kq ilə 15,7 kq

Dad alma

Hamiləliyin ilk dövrlərindən etibarən bədəndə olan hormon dəyişiklikləri mədə bulanmasına yol açır və
bəzi qidaların dadı hamilələr üçün xoşagəlməz olmağa başlayır.

Döşlərdə həssasiyyət

Hamiləlikdə proqesteron miqdarı artır və döşlər süd verməyə hazırlandığı üçün hamilələrin onları dolu,ağır və həssas hiss etməsinə səbəb olur.
Döş uclarının başları tündləşməyə başlayır.

Ürəkbulanma

Yüksək miqdarda HCG hormonu həzm sistemi əzələlərinin yumşalmasına,mədə turşuluğunun artmasına və qoxulara qarşı aşırı həssasiyyət açır,
ürəkbulanması və qusmaya səbəb olur.

Yorğunluq

Hamiləlik dövründə körpənin bütün həyati orqanları və plasenta formalaşır.Bu səbəbdən hamilələr özlərini çox yorğun hiss edirlər.
Həssaslıq

Hormonal dəyişikliklər qoxulara qarşı həssaslıq yaradır.Siqaret və müxtəlif yemək qoxuları mədə bulantılarına gətirib çıxarır.

Sıx sidiyə çıxma

Hamiləlikdə həmçinin sidik tobası əzələləri də yumşalır və böyrəklərdən keçən qan miqdarının artması sidiyin də artmasına yol açır və normadan daha sıx sidiyə çıxma baş verir.

Vaginal axıntı

Hamiləlik dövründə hormon artması həm də vaginal axıntının da artmasına səbəb olur.

Hamiləlik zamanı diş sağlığı

Hamiləlik zamanı diqqət etməli olduğumuz sahələrdən biri də diş sağlığıdır. Təəssüf ki, cəmiyətimiz bu kimi hallara qarşı hələdə biganə yanaşır lakin hamiləlik zamanı bir sıra diş problemlərin yaranması normal vaxtdakından iki dəfə artıqdır.

Diş çürüməsi – hamiləlik dövründə tez-tez qusmalar ağızda turşluluğu artırır ki, bu da dişin çürüməsi üçün əlverişli şərait yaradır.
Diş tökülməsi – hamiləlik dövründə baş verən bəzi hormon dəyişiklikləri nəticəsində diş tökülmələri baş verir.

Bəs hamiləlikdə dişinizin qayğısına necə qalmalı ?
• Dişləri müntəzəm olaraq fırçalamaq
• Hər qusmadan sonra isə ağızı soda ilə yaxalamaqla diş xəstəliklərinin qarşısına almaq mümkündür.
Hamiləliklə bağlı 10 məsləhət

1.Hamiləlik dövründə dərinin quruması və tündləşməsi təbiidir.Buna görə də
çalışın ki,dəriniz həmişə təmiz və nəmli olsun.Bunun üçün sabun əvəzinə təmizlik losyonlarından,
isti su əvəzinə,ilıq sudan istifadə edin.

2.Üzmək hamilə qadınlar üçün ən yaxşı idmandır.

3.Hormonlar diş ətlərini yumşaltdığı üçün dişlərinizlə bağlı problemlər meydana gələ bilər.
Buna görə də hər yeməkdən sonra dişlərinizi fırçalamağı,diş ipindən istifadə etməyi unutmayın.
Bundan başqa yeməklər arasında şirin şeylərdən uzaq olun.

4.Hamiləlik dövründə gecələr ən azı 8 saat yatın.Günortadan sonrakı "Gözəllik yuxusu" isə sizə rahatlıq gətirər.

5.Hamiləlik çatlarının qarşısını almaq mümkün düyil.Ancaq nəmləndirici kremlərlə dərinizin "elastikləşməsinə" nail ola bilərsiniz.

6.Hamiləlik dövründə fiziki hərəkətlər etmək istəyirsinizsə,mütləq həkiminizlə məsləhətləşin.Çalışın, bu hərəkətlər sizi yormasın.

7.Hamiləliyin 18-ci həftəsinə doğru əzələlərin boşalması və bağırsaqların "tənbəlləşməsi" qəbizliyə səbəb ola bilər.Bunun üçün təzə meyvə,kəpəkli qidalar,çörək qəbul edin.

8.Hamiləlik dövründə çəki artdığı üçün qarın nahiyəsində qaşıntılar əmələ gəlir.Belə hallarda krem və ya yağlarla dərini masaj edə,qan dövranını sürətləndirərək qaşıntını
aradan qaldıra bilərsiniz.

9.Hamiləlikdə saçlarınız dəyişikliyə məruz qalırmı?Həmişəkindən daha quru və ya yağlıdırmı?Bütün bunlar müvəqqəti olduğu üçün narahat olmayın.Saçlarınızı münasib şampunla
yuyaraq bu problemi aradan qaldırın.

10.Hamiləlikdə bəzi qadınların dırnaqları çatlayır və sınır.Belə hallarda qab-qacaq yuyarkən əlcək geyin.Sonra da əl kremlərindən istifadə edin.

Hamiləlik dövründə vitaminlərin faydası

Hamiləlik dövründə həm ananın,həm də dölün sağlamlığı üçün vitaminlərin böyük faydası vardır.
Vitamin və mineral kompleksinin qəbuluna hamilələr nə vaxt başlamalıdırlar?
Ümumiyyətlə, hamiləliyə ailə planlaması zamanından hazırlaşmaq lazımdır. Yəni əvvəlcə qadın və kişi müayinələrdən keçməlidir. Bundan sonra əgər heç bir xəstəlik və ya infeksiya yoxdursa, qadın özünü ana olmağa hazırlamalıdır. Hamilə olmaq istəyən qadın orqanizmini normal səviyyəyə gətirməli, lazımi vitaminləri qəbul etməlidir. Çünki, yalnız normal bədəndə normal uşaq böyüyər.
Hamiləlik dövründə Vitamin və mineralların qəbulu hansı problemlərin qarşısını ala bilər?
Bir çox problemlərin. O cümlədən, erkən və ya gec doğumun qarşısını alır.
Bu dövrdə hansı vitaminlərin yenilənməsi vacibdir?
Əsasən C, E, D, B1, B6, B12 vitaminlərinə və foli turşusuna tələbat artır. Təcrübələrimiz göstərir ki, A və PP vitaminlərinə olan ehtiyac isə çox da dəyişmir.
Bəs minerallar?
Hansı mineralın daha vacib olması hələ də mübahisələr doğurur. Adətən hamiləlik boyu nəzarət minerallara olan tələbatın miqdarını müəyyən edir. Çünki, mineralların tək deyil, birgə istifadəsi nəticə verir.
Hamiləlik dövrü bitdikdən sonra necə, vitamin qəbuluna davam edilməlidir?
Sözsüz! Çünki, doğumdan sonra süd vermək dövrü başlayır. Bu dövr uşağın gələcək sağlamlığının özülünü qoyur. Təbii ki, körpəni süddən ayırana kimi buna davam etmək lazımdır.

Müsahibənin qalan hissəsini daha anlaşıqlı olmaq üçün cədvəl şəklində təqdim edirik.

A vitamini Dölün boyunun uzanmasını təmin edir. Anada bu vitamin çatışmayanda immunitet aşağı düşür, saçın strukturu pozulur, bronxial xəstəliklərə və s. meyllilik artır.
B1 vitamini Dölün əzələ və sinir toxumasının yaranmasına kömək edir. Ananın iştaha və yuxusunu tənzimləyir. Çatışmazlıq olanda anada əsəbilik, tez yorulma baş verir. Hətta ürəyin normal fəaliyyətinə də pis təsir göstərə bilər.
B2 vitamini Qan azlığından qoruyur, dölün ümumi normal inkişafına kömək edir. Onun azlığı vaxtından əvvəl doğuşa və anadangəlmə xəstəliklərə gətirir.
B6 vitamini B6 vitamininin çatışmazlığı yeni doğulmuşlarda qıc olmaya, mərkəzi sinir sisteminin ləng inkişafına səbəb olur. Özünü hamiləliyin ilkin dövrlərində biruzə verir.
B12 vitamini Dölün qan-damar və sinir sisteminin normal inkişafını tənzimləyir. Bu vitaminin orqanizmdə azlığı anada başgicəllənmə, zəiflik, qanazlığı və s. əmələ gətirir.
Foli turşusu (Bc vitamini) Dölün böyüməsi və inkişafının sürətini tənzimləyir. Daimi qəbul edilməsi inkişafdakı qüsurları aradan qaldırır.
PP vitamini Sinir sistemi və əzələ toxumasının gəlişməsini təmin edir. Anada və döldə enerjinin olmasında iştirak edir. Çatışmazlıq olanda anada iştahanın itməsi, qarnın işləməsinə, çəki azlığı, solğunluq və s. baş verir.
Pantoten turşusu (B5 vitamini) Yağ və karbohidrat mübadiləsində iştirak edir, cinsi orqanların formalaşdırır. Erkən saç ağarması, tökülməsi və qaşınma ilə çatışmazlığı müşahidə olunur.
Biotin (N vitamini) Yağ və karbohidrat mübadiləsini normallaşdırır. Çatışmazlığı hamilələrdə ürəkbulanma, iştahanın itməsi, əzginlik və süstlük gətirir.
C vitamini Dəmirin mənimsənilməsini yaxşılaşdırır, immuniteti möhkəmləndirir. Çiftin formalaşması üçün əsasdır. Analarda yorulma hiss ediləndə, bu, orqanizmdə onun çatışmazlığı deməkdir.
D vitamini Orqanizmin sümük və diş toxumasının yaranmasında əvəzsiz olan fosfor və kalsiumum mənimsənilməsini asanlaşdırır. Yenidoğulmuşlarda “raxit” xəstəliyinin əmələ gəlməsinin qarşısını alır. Onun azlığı anada əsəb gərginliyinin artmasına və dişlərinin tez çürüməsinə gətirib çıxarır.
E vitamini Ananı stress, əzələ gərginliyi və qan azlığından qoruyur
Kalsium Sümük və diş toxumasının formalaşması və düzgün inkişafı üçün vacibdir. Qan dövranını yaxşılaşdırır.
Maqnezium Əzələrin işi və orqanizmin enerji ilə təmin olunması baxımından lazımdır.
Dəmir Qan dövranıında iştirak edir, hemoqlabinin tərkibində oksigeni toxumalara daşıyır.
Sink Dölün inkişafında iştirak edir, immuniteti möhkəmləndirilmə və qan dövranına kömək edir.
Mis Kollagen və elastinin (damar divarları və dərinin elastikliyini təşkil edən əsas zülal-red.) formalaşması və bioloji oksodləşmə məhz bu mineralın orqanizmdə miqdarından asılıdır.
Yod Qalxanabənzər vəzinin hormonlarını təşkil edir. Azlığı balacaboyluluq yaradır və uşaqlarda zehni inkişafı ləngidir.
Manqan Insulinin ifrazı, qığırdaq toxumasının yaranması və yağ-karbohidrat mübadiləsində əsas rol oynayır.
Xrom Qanda qlükozanın səviyyəsini normallaşdırır.
Selen Yodla birlikdə qalxanabənzər vəzi hormonlarının ifrazını yaxşılaşdırır.
Mobilden Orqanizmdə oksidləşmə prosesinin daimiliyini təmin edir.

Bir çox insanlar xəstələnməyincə həkimə müraciət etmirlər. Amma ən azı ildə iki dəfə müayinədən keçmək, eləcə də, vitamin və mineral kompleksini yalnız lazım olanda deyil, vaxtaşırı qəbul etmək lazımdır.

  Hamiləlik zamanı diqqət etməli olduğumuz sahələrdən biri də diş sağlığıdır. Təəssüf ki, cəmiyətimiz bu kimi hallara qarşı hələdə biganə yanaşır lakin hamiləlik zamanı bir sıra diş problemlərin yaranması normal vaxtdakından iki dəfə artıqdır.

Diş çürüməsi – hamiləlik dövründə tez-tez qusmalar ağızda turşluluğu artırır ki, bu da dişin çürüməsi üçün əlverişli şərait yaradır.
Diş tökülməsi – hamiləlik dövründə baş verən bəzi hormon dəyişiklikləri nəticəsində diş tökülmələri baş verir.

Bəs hamiləlikdə dişinizin qayğısına necə qalmalı ?
• Dişləri müntəzəm olaraq fırçalamaq
• Hər qusmadan sonra isə ağızı soda ilə yaxalamaqla diş xəstəliklərinin qarşısına almaq mümkündür.


 

   Bel ağrısı cəmiyyətdə ən çox rastlanılan xəstəliklərdən biridir. Qadınlarda isə bel ağrıları xüsusilə hamiləlik vaxtı dahada artır. Bel ağrıları hamilə qadınların demek olar ki, yarısında olmaqtadır. Bunun iki səbəbi ola bilər. Birincisi sadəcə olaraq hamiləlik səbəbiylə bədənə düşən ağırlıq, ikincisi isə ön tərəfə düşən ağırlıqdı. Beləliklə vücudun  ağırlıq mərkəzi daha  qabağa düşərv və bu da belə hədsiz ağırlığın düşməsinə səbəb olar. Hamilə qadınların bel ağrılarını minimuma endirmək üçün bunlar edilməlidir:

a)Uyğun idman programları: Həkiminizdən sizə uyğun qarın və bel əzələlərini gücləndirəcək hərəkətlər etməyinizi öyrənin. Ən ideal hərəkət, idman növü üzgüçülükdür.b)Qaldırma: Yerdən bir şey qaldırmaq üçün bir diziniz üstə, digər ayaq yerə düz basacaq şəkildə, belinizi bükmədən çökün. Cismi vücudunuza yaxın tutun və cismi belinizə deyil ayaqlarınıza güc verərək qaldırın. Ancaq hamilə olduğunuz üçün müvazinətinizi itirə biləcəyinizi də unutmayın.
c) Daşıma: Tək əldə ağır bir yük daçımaq yerinə, daşıyacağınız əşyaları iki əlinizə paylaşdıraraq daşımaq daha müvazinətli və sağlam olar. Əgər tək ağır bir cisim daşıyacaqsınızsa da, cismi mümkün olan qədər vücudunuza yaxın tutun.
d) Yatarkən: Arxası üstə yatarkən belinizə düşən yükü miqdarı təqribən 27kq dır. Dizlərinizin altına yerləştirəcəyiniz bir ədəd yasdıq bu yükü yarı-yarıya azaldacaqdır. Yan yatanda yasdığı ayaqlarının arasına yerləşdirmək yenədə eyni rahatlığı yaradacaqdır.

 

  Hamiləlik dövründə körpənizlə danışmağınız, ona musiqi dinlətməyiniz körpələrin vizual zehni və mühərrik bacarıqlarının inkişafına köməkçi olur.
Memorial Xəstəxanasından Qadın Xəstəlikləri mütəxəssisi DR. Altuğ Kök, körpələrin dünyaya gəldikdən sonra analarının səsini eşitdikləri ilk anda böyük bir dinclik eşidərək, özlərini analarının etibarlı qollarına buraxdığını söyləyir.
İngilis elm adamları ana namizədlərinə müəyyən bir mahnını hamiləlik müddətin tərəfindən dəfələrlə dinletmiş.
Körpələr dünyaya gəldikdən sonra eyni mahnılarda ağlamanı buraxmış və problemsiz daha uzun müddət yatmışlar.
Elm adamları xüsusilə Barok musiqinin nəqarət hissələri sayəsində körpələrin ən dinclik eşitdikləri musiqi olduğunu söyləyir. Çöldən gələn səs, dalğalar formasında ana qarınına çatır, ona görə olduğunuz otaqda musiqi dinləməniz yetərli olur.
Bu səsləri uzun müddət dinləmək, körpəyə dinclik verərkən eyni zamanda beyin inkişafı üçün də əhəmiyyətlidir.



  90% hamilələrdə müxtəlif növ dəri dartınması olur. Dartınma qırmızı, dəri səthindən bir az qalxmış (çapıq) xəttlərə deyilir.
Hamiləlik zamanı baş verən hormonal dəyişikliklər və çəki artımı dəri dartınmasına gətirib çıxarır. Adətən hamiləlik zamanı dəri dartınmasına ən çox selyuliti olan qadınlarda rast gəlmək olar.
Dartınma – dərinin mikroxətərləri və toxumalar birləşməsinin zəifləməsidir.
Bu kosmetik qüsur epidermisin elastik liflərinin qırılması nəticəsində inkişaf edir. Dərinin elastikliyi və möhkəmliyi azalır, dəri elə nazikləşir ki, yuxarı qatda yerləşən damarlar asanlıqla görsənir. Daxili kiçik lif qırılması zaman keçdikcə birləşdirici toxumalarla dolur.
Əvvəl dartınma bənövşəyi-qırmızı, tədricən rəngini dəyişik zəif çəhrayı rəng alır, sonda isə ət rənginə qədər dəyişilir. Dartınma əsasən gündən qaralmış bədəndə daha çox nəzərə çarpır, belə ki, birləşdirici toxumanın piqmenti olmadığına görə dəri qaralmır.
Çox zaman dartınma qarında, ombada, budda və döşlərdə olur.
Hamiləlik zamanı dartınmanın profilaktikası:
Profilaktik tədbirlərin əsas hissəsi dərinin elastikliyi və möhkəmliyini qorumaqdır. Bunun üçün düzgün qidalanmaq, müntəzəm masaj etmək, professional məlhəm və qellərdən istifadə etmək lazımdır. Normal sağlam çəkinin saxlanılması da bu profilaktikanan əsas meyarıdır, çünki qəfil kökəlmə və arıqlama da dəridə dartınmalar əmələ gətirir.
Hamiləlik zamanı dərini və əzələləri dartınmadan qoruyan xüsusi büstqalter və bandajlardan istifadə məsləhət görülür. Döşün möhkəmliyini saxlamaq üçün (hamiləliyin 4-cü ayından) hamam dəsmalını soyuq suda isladıb döşü silmək və yaxud buz kubikləri ilə massaj etməli. Duş qəbul etdikdən sonra limon kəsiyi ilə döş vəzilərini sürtmək lazımdır. Çalışın hər gün bir neçə dəqiqə hava vannası alasınız. Hava vannaları dəriyə müsbət təsir göstərir.
Hamilələrin çəki artımı çox təbiidir, lakin bu artımın tempini kontrol etmək lazımdır. Yadınızda saxlayın ki, dəri toxumalarını zədələmədən dartınmaya təbii meyllidir. Ancaq qəfil çəki dəyişikliyi dərinin çox dartılmasına səbəb ola bilər. Həkim tərəfindən təyin olunan vitamin və minerallı səmərəli qida, dərinizin elastikliyni qorumağa kömək edər.
Əgər qarın, omba, büd hissədə qaşınma və təzyiq hiss edirsinizsə, bu dərinin dartınması haqqında xəbər verir. Məhz elə bu zaman keyfiyyətli məlhəm yaxud losyondan istifadə nəinki dartınmanı azaldar, həm də dərinin elastikliyini yaxşılaşdırar.
Hamiləliyin 4-5 aylığından masaj etməyə başlayın. Hər gün dərinin problemli hissələrini böyük olmayan şotka və ya masaj əlcəyi ilə masaj edin. Masaj qan dövranını yaxşılaşdırır, qan axınının stimulə edir və bu da öz növbəsində dəri toxumalarının möhkəmlənməsinə gətirib çıxarır.
Köhnə və rəngini itirmiş dartınmaları yox etmək, onun qarşısını almaqdan daha çətindir. Bu zaman ev şəraitində heç bir şey emək olmaz, başqa radikal ölçü götürmək lazımdır – mikrodermabraziya (dərinin xüsusi pilinqi). Eləcə də dartınmanı uzunmüddətli və arğrılı üsulla - cərrahi yolla (rezeksiya) yox etmək olar.

 



   Qədim dövrlərdən bəri Asiya, Hindistan və Ərəbistanda müalicə məqsədi ilə istifadə edilən tropik bitkisi olan zəncəfildən bu gündə bir çox xəstəliyin müalicəsində yararlanılır.
Belə ki, zəncəfillə mədə xəstəliklərinin, eləcə də qadınlarda hamiləlik dövründə baş verən ürək bulanması və qusma hallarının qarşısını almaq mümkündür. Həmçinin, zəncəfildən oynaq ağrıları, bağırsaq və ürək xəstəliklərinin müalicəsində istifadə edilir. Həkimlər soyuqdəymə, qrip, baş ağrıları, qadınlarda reql dövründə müşahidə olunan ağrıları yüngülləşdirmək üçün də zəncəfil işlətməyi məsləhət görürlər.
Qeyd edək ki, təzə zəncəfilin tərkibi “B6” və “C” vitaminləri, eləcə də kalsium, dəmir, maqnezium, fosfor, patasium, manqan və liflə zəngindir. Bu bitkini xərcəng kimi təhlükəli xəstəliklərin müalicəsində istifadə etmək məsləhət görülür. Zəncəfilin şəfalı olmasına baxmayaraq həkimlər bu bitkinin istifadəsində diqqətli olmağı tövsiyə edirlər. Belə ki, 2 yaşına çatmamış uşaqlara zəncəfilli yeməklərin və şirələrin verilməsi qəti qadağandır. Yeniyetmə insanlarda isə gündə 4 qramdan artıq olmayaraq istifadəsi tövsiyə edilir.
MƏQALƏLƏR / XƏBƏRLƏR
Tarix:26.06.2010
ELAN
Tarix:24.06.2010
Rəhim Rəhimli əmi oldu
Tarix:21.06.2010
Nabranda istirahət etmək istəyənlərin nəzərinə
Tarix:18.06.2010
Bir neçə çimərlikdən istifadə qadağan edildi
Tarix:17.06.2010
Qısa boylulara qara xəbər
Tarix:17.06.2010
Zülfiyyə Xanbabayeva: “Arıqlayıb 49 kilo oldum...”
Tarix:09.06.2010
Pivə qadınların döşlərini böyüdür?
Tarix:07.06.2010
Günəşin mənfi təsirlərindən necə qorunmalı?
Tarix:07.06.2010
İntihara gətirib çıxaran səbəblər
Tarix:04.06.2010
Fotoşəkilə baxdı, nəvəsini xərçəng xəstəsi olduğunu anladı
Tarix:04.06.2010
Hamilə qalmaq üçün cəmi 6 gün
Tarix:02.06.2010
Uşaq Teatrı Beynəlxalq Teatr Festivalına qatıldı
Tarix:02.06.2010
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyəsi
Tarix:01.06.2010
Məhkum uşaqlarla görüş keçirildi
Tarix:26.05.2010
İlk süni orqanizm yaradıldı
Tarix:25.05.2010
Qan azlığının dərmanı - badımcan
Tarix:25.05.2010
Oğlan uşaqlarını nə vaxt sünnət etdirməli?
Tarix:17.05.2010
Çadırda 8 uşaq doğuldu
Tarix:17.05.2010
Bakıda hərarət 30 dərəcəyə çatacaq
Tarix:17.05.2010
4 özəl tibb müəssisəsi qapadıldı
Tarix:14.05.2010
Gələcəkdə Azərbaycanda oğlanlar evlənmək üçün qız tapa bilməyəcək
Tarix:14.05.2010
Salona getmədən arıqlamaq üsulları
Tarix:12.05.2010
Düz ayaqqabılar da hündür dabanlar qədər zərərlidir
Tarix:12.05.2010
Yuxu probleminiz varsa...
Tarix:10.05.2010
Yağlı dərilər üçün qulluq maskaları
Qaliblər
Mətbuatda Biz
"Dost"un birinci hissəsi yekunlaşdı
Mənbə: Ədalət qəzeti

ANA.az, AGAT və Arzumun "DOST" adlı layihəsi davam edir!
Mənbə: Həftə içi qəzeti

“Dost” 16 may tarixində gözdən əlil uşaqlar üçün Respublika Internat Orta Məktəbinin qonağı oldu
Mənbə: PressPost.az
Face Book
Səs vermə
(1945)
Yox (433)

Copyright © ANA.az
Site by : azDesign.ws