Müsahibələr
Məqalələr
Hamiləlik
Körpəyə qulluq
Qidalanma və inkişaf
Doğuş tipləri
Ana südü və əmizdirmənin xeyirləri
Sağlamlıq
Təlim və tərbiyyə
İnkişaf
Analar haqda hər şey
Bunları bilmək maraqlıdır
1 yaşına qədər olan körpələr
1 yaşından 5 yaşınadək olan körpələr
Video
Uşaq poliknikaları
Doğum evləri
Qadın konsultasiyası
Uşaq xəstəxanaları
Uşaq mahnıları
Dünyanın baldan şirin balaları
KİTAB (online sifariş)
PalSüd-ün məhsulları
Dayə
Fevral -2010 Müsabiqə
Namizədlər
Sayğac
Sayta daxil olanların sayı
loading...
Uşağın cinsiyyətini necə planlaşdırmaq olar?

Gələcək valideynlər çox vaxt körpənin cinsiyyətinin əvvəlcədən planlanmasını istəyirlər.
Bu məsələ hələ də aktual olaraq qalır.Amma bunu da bilmək lazımdır ki,gələcək körpənin cinsinin əvvəlcədən müəyyənləşdirilməsinin 100%li metodu yoxdur.
Bəzi metodlar var ki,bunlar kömək edir.Ardını oxuyaq...
Qeyd etmək lzımdır ki, Cinsiyyət tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edilir, qadının isə bu işdə heç bir rolu yoxdur.
Cinsiyyəti müəyyən edən əsas amil xromosomlardır. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır.
İnsanın əmələ gəlməsi kişidə və qadında cütlər halında yer alan bu xromosomların bir dənəsinin birləşməsi ilə başlayır. Qadında yumurtalığın mayalanması zamanı iki yerə ayrılan hüceyrənin hər iki parçası da X xromosomunu daşıyır. Kişidə ikiyə ayrılan hüceyrə isə X və Y xromosomlarını daşıyan iki fərqli sperma yaradır. Qadındakı X xromosomu kişidəki X xromosomunu ehtiva edən sperma ilə birləşərsə, doğulan uşaq qız olur. Əgər Y xromosomunu daşıyan sperma ilə birləşərsə, bu dəfə uşaq oğlan olur. Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosomlardan hansının qadının yumurtası ilə birləşməsindən asılı olaraq müəyyən olunur.
Şübhəsiz ki, genetika elmi ortaya çıxanadək, yə'ni XX əsrə qədər bu məsələlərin heç biri insanlara təfərrüatı ilə məlum deyildi. Bir çox ölkələrdə, bir çox xalqlar arasında hətta belə bir yanlış inanc geniş yayılmışdı ki, uşağın cinsiyyətini guya qadın müəyyən edir, yəni körpənin qız yaxud oğlan olması guya anadan asılıdır. Qız uşağı doğan qadınların qınanması, onların bəzən incidilməsi və alçaldılması məhz bu yanlış təsəvvürlərdən irəli gəlirdi.
Halbuki Quranda insanlara genlərin kəşfindən hələ 14 əsr əvvəl bu batil inancı rədd edən bir məlumat verilmiş, cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn nütfə olduğu bildirilmişdir.
X xromosomu qız, Y xromosomu isə oğlan xüsusiyyətləri daşıyır. Ana yumurtasında ancaq qız cinsiyyətini müəyyənləşdirən X xromosomu olur. Atadan gələn spermada isə həm X, həm də Y xromosomu gəzdirən spermalar olur. Dolayısı ilə uşağın cinsiyyəti ananın yumurtasını mayalandıran spermanın X və ya Y xromosomu gəzdirməsindən asılıdır.

Günümüzdə gələcək körpənin cinsiyyətinin əvvəlcədən planlaşdırılması üçün bir neçə metod vardır.Bəziləri yumurtlama dövrü ilə,döllənmə dövrünü hesablamaqla,bəziləri xüsusi pəhriz saxlamaqla,
bəziləri bədən hərarətini ölçməklə və.s metodlardan istifadə edərək istədikləri cinsdə körpəyə sahib olmağa çalışırlar.Ancaq yenə də, bilməlisiniz ki,körpənin cinsinin əvvəlcədən müəyyən edilməsinin dəqiq
zəmanəti yoxdur.
Yumurtlama dövrünə görə hesablama
Orta hesabla qadınlarda yumurtlama dövrü sonuncu menstruasiya(aybaşı) günündən sonra 12-16-cı günlərdə olur.
Təxminən menstruasiya dövrünün 14-cü günündə toxum hüceyrəsi yetkinləşir və mayalanmaya hazır olur. O yumurtalıqdan çıxır və uşaqlıq yoluna (fallopian yoluna) düşür orada isə 24 saata qədər həyat qabiliyyətini qoruyur; əgər mayalanma baş verməsə toxum hüceyrəsi məhv olur və növbəti mensturasiyada uşaqlıq ifrazatı ilə xaric olur.
Orqazm zamanı kişi qadının uşaqlıq yoluna 200 - 400 mln spermazoid ifraz edir. Spermanın çox hissəsi geriyə axır, spermazoidin qadın orqanizmində qalan hissəsi hədəfə çatmır, lakin onun bir qismi uşaqlıq yolu ilə uşaqlıq boşluğuna və oradan da fallopian yollarından birinə daxil olur. Burada spermatazoidlər 48 saat ərzində həyat qabiliyyətini qoruya bilirlər.
Qadınlarda yumurtlama dövrünü müəyyən edən müxtəlif yollar vardır:Bədən temperaturunu təqib etməklə,UZİ vasitəsilə yumurtalıqlara baxılması yolu ilə,Luteinize Edici Hormon (LH) yüksəlməsini müəyyən edən testlər yolu ilə.
Aybaşılar arasındakı müddət orta hesabla 28 gündür.Yumurtlama dövrünün ilk 14 günündə bədən temperaturu 36-37 dərəcədir.Yumurtlama zamanından sonrakı günlərdə isə beden temperaturu 37 dərəcədən artıq olar.

Hesab olunur ki,oğlan uşağı istəyən cütlər yumurtlama gününə yaxın ve yumurtlama günlərində cinsi əlaqəyə girməlidirlər.Qız uşağı istəyənlər isə yumurtlama günündən 3-4 gün əvvəl cinsi əlaqədə olmalıdırlar.

Oğlan uşağı istəyənlər potasyum və sodyumla zəngin qidalar(banan,quru lobya,noxud,mərcimək,ərik,ananas,qırmızı və ağ ət və.s),qız uşağı istəyənlər isə kalsium və maqneziumla zəngin qidalar(süd və süd məhsulları,yumurta,kartof,xəmir məmulatları,südlü şirniyyatlar,və.s) yeməlidirlər.

MƏQALƏLƏR / XƏBƏRLƏR
Tarix:11.03.2010
Uğursuz nigah qadınlarda nəyə səbəb ola bilər?
Tarix:11.03.2010
Keçirdiyiniz stressin səbəblərindən biri.
Tarix:10.03.2010
Hamilə qalmağın yolları.
Tarix:10.03.2010
Yorğunluğun səbəbləri.
Tarix:09.03.2010
Arıqlamağın bir neçə üsulu.
Tarix:09.03.2010
Gün ərzində nə qədər su içmək olar?
Tarix:08.03.2010
Beynəlxalq qadınlar günü.
Tarix:07.03.2010
Epilyasiya haqqında.
Tarix:07.03.2010
Körpənizi bakteriyalardan qoruyun.
Tarix:06.03.2010
Prezident qadınları təbrik etdi.
Tarix:06.03.2010
Gözəl gözlərə sahib olmaq üçün...
Tarix:05.03.2010
Özünüzü dəyərləndirin.
Tarix:05.03.2010
Xoşbəxt evliliyin sirri.
Tarix:04.03.2010
Yaddaşınızı möhkəmlədin.
Tarix:04.03.2010
Körpənin beynini fəaliyyətə gətirəcək oyunlar(6 - 12 ay).
Tarix:03.03.2010
Gözəlliyin düşmənləri.
Tarix:03.03.2010
Aborta "yox" deyək.
Tarix:02.03.2010
Yaz fəslinə hazırlaşın.
Tarix:02.03.2010
Vücudunuzdan narazısınız?
Tarix:01.03.2010
Uşağın cinsini 5-ci həftəsində öyrənin.
Tarix:01.03.2010
Yaşıl çayın üstünlükləri.
Tarix:27.02.2010
Əsl qadın necə olmalıdır?
Tarix:27.02.2010
Fast food uşaqlara ziyandır
Tarix:26.02.2010
Xocalı soyqırımı
Tarix:25.02.2010
Özünüzə hər gün qulluq edin
Qaliblər
Mətbuatda Biz
"Dost"un birinci hissəsi yekunlaşdı
Mənbə: Ədalət qəzeti

ANA.az, AGAT və Arzumun "DOST" adlı layihəsi davam edir!
Mənbə: Həftə içi qəzeti

“Dost” 16 may tarixində gözdən əlil uşaqlar üçün Respublika Internat Orta Məktəbinin qonağı oldu
Mənbə: PressPost.az
Face Book
Səs vermə
(1244)
Yox (342)

Copyright © ANA.az
Site by : azDesign.ws