Televizorlar uşaqlarda nitqin inkişafına mənfi təsir edir
ABŞ-da nəşr olunan “Archives of Pediatrics and Adolescent Medicine” tibb jurnalında verilən məlumata görə Wasington Universitetinin professoru Dimitri Chiristakisin başçılığı ilə bir qrup elm adamının apardığı tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, evdə uzun zaman yanılı qalan televizor uşağın nitqinin inkişafına mənfi təsir göstərir.
2 il müddətində 2 və 4 yaşadək 329 uşaq üzərində aparılan təcrübə uşaqların gün ərzində böyüklərdən eşitdiyi kəlmələri yadda saxladığını və təkrar etdiyini ortaya çıxarmışdır.
Lakin televizor yanılı olduqda isə televizorun səsindən uşaqlar böyüklərdən gündə 500-1000 arasında daha az söz eşidirlər ki, bu da onların nitqinin inkişafını geciktirir. Həmçinin Chiristakis qeyd edib ki, normal bir insan saatda 941 söz işlədir ki, bunun da uşağın nitqi üçün əvəzedilməz rolu var lakin təəssüf ki,valideyinlər bəzən buna biganə yanaşırlar və saatlarla evdə televizor yanılı olur. |