Müsahibələr
Məqalələr
Hamiləlik
Körpəyə qulluq
Qidalanma və inkişaf
Doğuş tipləri
Ana südü və əmizdirmənin xeyirləri
Sağlamlıq
Təlim və tərbiyyə
İnkişaf
Analar haqda hər şey
Bunları bilmək maraqlıdır
1 yaşına qədər olan körpələr
1 yaşından 5 yaşınadək olan körpələr
Video
Uşaq poliknikaları
Doğum evləri
Qadın konsultasiyası
Uşaq xəstəxanaları
Uşaq mahnıları
Dünyanın baldan şirin balaları
KİTAB (online sifariş)
PalSüd-ün məhsulları
Dayə
Fevral -2010 Müsabiqə
Namizədlər
Sayğac
Sayta daxil olanların sayı
loading...
Uşaqlara ikinci dil tədrisini neçə yaşından başlamaq lazımdır?

Deyirlər, əldən qalan əlli il qalar. Odur ki, uşaqların ikinci dil tədrisində vaxtı qacırmamağa çalışırıq. Bəs alimlər nə vaxt başlamaqı məsləhət görürlər?

Tədqiqatlar göstərir ki, təzə dil açan uşaqları ana dillə yanaşı xarici dil öyrətməyə çalışan valideynlər əslində inkişafı ləngitmiş olurlar. Gəlin dil tədrisində olan mif və reallıqlardan danışaq.

Mif 1: Uşaqlar xarici dili tez və asan öyrənirlər.

Etiraf edək, uşaqlar oynamaq, top dalınca qaçmaq istədiyi halda onlara ikinci dil öyrətmək məcburiyyətində olduğumuzu düşünürük. Çünki hesab edirik ki, uşaq beyni suçəkən kimi bilikləri özünə hopdurduğu halda, yaşa dolduğca, xarici dil öyrənməyimiz çətinləşir.

Əslində böyüklər üçün ikinci dil öyrənmək nə qədər çətindirsə, uşaqlar üçün də bir o qədər mürəkkəbdir. Kaliforniya Universitetinin apardığı tədqiqatlar göstərir ki, ikinci dil öyrənilməsində olan fərq bioloji amildən daha çox, psixoloji və sosial faktorlarla bağlıdır.

Sual edə bilərsiniz. Axı, nə qədər görmüşük ki, böyüklər dil öyrəmmək üşün külüng çaldığı halda, uşaqlar dil açıb danışırlar. Mütəxəssislər bunu ikinci dil öyrənməyə həvəs və stimilun az və çox olması ilə izah edirlər. Məsələn, oyun meydançasında digər uşaqlarla danışa bilmək və ya sevdiyi cizgili filmi başa düşmək istəyi böyüklərin iş xatirinə dərs oxumaq istəyini üstələyə bilir.

Amerikalı mütəxəssislərin apardığı eksperimentlər göstərir ki, ikinci dil öyrənilməsində böyüklər, ənənəvi olaraq, uşaqlardan daha yaxşı nəticə göstərmiş olurlar. Bununla belə, cəmiyyətdə buna əks düşüncə hakimdir.

Kimin dilə daha asan yiyələndiyini müqayisə etmək ona görə çətindir ki, uşaqlarla böyüklərə eyni kriteriyaları tətbiq etmək olmur. Uşaq cümlələri daha qısa, söz ehtiyatı daha kasad olur. Ona görə də dilə “yiyələnməsi” də tez başa gəlir. Böyüklərdən isə 2-ci dildə ana dilindəki kimi danışmaq üçün daha çox bilgi tələb olunur. Uşaqların tez öyrənməsi haqqında illüziya da, ola bilsin, buradan yaranır.

Mif 2: Uşaqlar nə qədər balaca olsalar, xarici dili bir o qədər tez öyrənərlər.

Bu mifə inananlar hesab edirlər ki, xarici dil tədrisi nə qədər tez başlasa, bir o qədər yaxşıdır. Brutaniyada 17 000 məktəbli arasında keçirilən sınaq təcrübəsi göstərib ki, Fransız dilinin tədrisini 11 yaşında başlayan məktəblrlər 7 yaşında başlayanlardan daha yaxşı nəticə göstəriblər. Dil sahəsində keçirilən ən böyük araşdırma olan bu hesabatın müəllifləri hesab edirlər ki, ikinci dil tədrisini nisbətən gec yaşlarında başlama lazımdır. Yeganə istisna ləhcədən ibarətdir. Uşaqlıqdan öyrənilən dildə ləhcəsiz danışmaq ehtimalı daha yüksəkdir.

Mif 3: Uşaqlar elə danışdıqca, dili mənimsəmiş olurlar. Bundan ötrü dil tədris etməyə ehtiyac yoxdur.

Bu da geniş yayılmış miflərdəndir. Hesab edirik ki, məktəbdə rusça oxuyub, evdə azərbaycanca danışsaq, uşaq hər 2 dilə eyni səviyyədə yiyələnmiş olacaq. Yenə də Avropalı mütəxəssislərin apardığı tədqiqatlara müraciət etsək, görərik ki, şifahi dil öyrənilməsi 2-3 il çəkirsə, dilə səlis yiyələnməkdən ötrü 4-6 il tələb olunur. Məktəbdə öyrənilən dil evdə də şifahi ünsiyyət dili olrsa, arzu olunan səviyyəyə nail olmaq olar. Odur ki, Azərbaycan dilini məktəbdə deyil, evdə ünsiyyət yolu ilə öyrənən uşaqlaqda ana dilinin səviyyəsi yüksək olmur.

Əlbəttə, biz “uşaqlarınıza xarici dil öyrətməyin” demirik. Əksinə, tədqiqatlar göstərir ki, xarici dil öyrənən uşaqlar digər fənlərdə də uğurlu olurlar. Söhbət dil öyrənilməsinə neçə yaşından başlamaqdan gedir. Əvvəl ana dilini, daha sonra xarici dili öyrənənlər daha çox qazanmış olurlar.

Xarici dil öyrənən şagirdlər gələcək karyera imkanlarını artırmış olurlar. Onlar daha yaradıcı olur və kompleks problemləri daha yaxşı həll edirlər. Bunun cəmiyyət üçün də əhəmiyyəti böyükdür. Əcnəbi dillərdə danışan azərbaycanlılar bizim xaricdə iqtisadi rəqabət qabiliyyətimizi gücləndirir, siyasi və mədəni maraqlarımızı daha yaxşı təmsil edə birlirlər. Vacib olan odur ki, xaruci dil doğma dilimizin hesabına yox, ona əlavə olaraq tədris olunmalıdır.

Odur ki, tədqiqatlara inansaq, xarici dil öyrənmək üçün heç vaxt gec deyil, amma tez ola bilir. Sanki yaradan da analara ana dilinin qədrini bilməyi məsləhət görür.
MƏQALƏLƏR / XƏBƏRLƏR
Tarix:12.03.2010
Hamilə qadının rejimi.
Tarix:12.03.2010
Necə gülürsünüz?
Tarix:11.03.2010
Uğursuz nigah qadınlarda nəyə səbəb ola bilər?
Tarix:11.03.2010
Keçirdiyiniz stressin səbəblərindən biri.
Tarix:10.03.2010
Hamilə qalmağın yolları.
Tarix:10.03.2010
Yorğunluğun səbəbləri.
Tarix:09.03.2010
Arıqlamağın bir neçə üsulu.
Tarix:09.03.2010
Gün ərzində nə qədər su içmək olar?
Tarix:08.03.2010
Beynəlxalq qadınlar günü.
Tarix:07.03.2010
Epilyasiya haqqında.
Tarix:07.03.2010
Körpənizi bakteriyalardan qoruyun.
Tarix:06.03.2010
Prezident qadınları təbrik etdi.
Tarix:06.03.2010
Gözəl gözlərə sahib olmaq üçün...
Tarix:05.03.2010
Özünüzü dəyərləndirin.
Tarix:05.03.2010
Xoşbəxt evliliyin sirri.
Tarix:04.03.2010
Yaddaşınızı möhkəmlədin.
Tarix:04.03.2010
Körpənin beynini fəaliyyətə gətirəcək oyunlar(6 - 12 ay).
Tarix:03.03.2010
Gözəlliyin düşmənləri.
Tarix:03.03.2010
Aborta "yox" deyək.
Tarix:02.03.2010
Yaz fəslinə hazırlaşın.
Tarix:02.03.2010
Vücudunuzdan narazısınız?
Tarix:01.03.2010
Uşağın cinsini 5-ci həftəsində öyrənin.
Tarix:01.03.2010
Yaşıl çayın üstünlükləri.
Tarix:27.02.2010
Əsl qadın necə olmalıdır?
Tarix:27.02.2010
Fast food uşaqlara ziyandır
Qaliblər
Mətbuatda Biz
"Dost"un birinci hissəsi yekunlaşdı
Mənbə: Ədalət qəzeti

ANA.az, AGAT və Arzumun "DOST" adlı layihəsi davam edir!
Mənbə: Həftə içi qəzeti

“Dost” 16 may tarixində gözdən əlil uşaqlar üçün Respublika Internat Orta Məktəbinin qonağı oldu
Mənbə: PressPost.az
Face Book
Səs vermə
(1245)
Yox (342)

Copyright © ANA.az
Site by : azDesign.ws