Müsahibələr
Məqalələr
Hamiləlik
Körpəyə qulluq
Qidalanma və inkişaf
Doğuş tipləri
Ana südü və əmizdirmənin xeyirləri
Sağlamlıq
Təlim və tərbiyyə
İnkişaf
Analar haqda hər şey
Bunları bilmək maraqlıdır
1 yaşına qədər olan körpələr
1 yaşından 5 yaşınadək olan körpələr
Video
Uşaq poliknikaları
Doğum evləri
Qadın konsultasiyası
Uşaq xəstəxanaları
Uşaq mahnıları
Dünyanın baldan şirin balaları
KİTAB (online sifariş)
PalSüd-ün məhsulları
Dayə
Fevral -2010 Müsabiqə
Namizədlər
Sayğac
Sayta daxil olanların sayı
loading...
Gələcək ananın qidalanması

Hələ dünyaya göz açmamış körpə üçün yeganə qidalanma mənbəyi sizsiniz. Hamiləlik dövründə sizin menyunuzun zəngin və balanslaşdırılmış olması son dərəcədə vacibdir, indi siz öz qidanızla körpənizin sağlamlığının uzun illərə qədər əsasını qoyursunuz. Bununla belə, qəliz pəhrizlər tutmaq və ya ikilikdə yemək qəti vacib deyil. Tələb olunanlar isə aşağıda sadalanan qidalı, təzə ərzaqlardır. Siz hamilə olan kimi özünüzə sual verin – sizin bu günkü qidalanmanızı sağlam adlandırmaq olar və sizin yeməyə olan hansı vərdişləriniz körpəyə zərərli ola bilər? Daha çox təzə tərəvəzlər və meyvələr yeyin. Şirninin və duzun qəbulunu azaldın. Konservlərdən imtina edin.
Təbii və emal olunmamış ərzaqlardan təşkil olunmuş zənginləşdrilmiş və balanslaşdırılmış qida rasionu sizi vacib olan bütün lazımi keyfiyyətli vitaminlərlə təmin edəcək. Vitamin mənbəyinin farmasevtik preparatlar deyil, ərzaqların olması daha yaxşıdır. İstənilən halda bütün vacib maddələrə nail olmanın yeganə yolu rasional qidalanmadır.
Ən vacib qida maddələri
Maddə     Qida mənbəyi     Təsiri
Kalsium    Pendir, süd, kəsmik, kefir, yaşıl tərəvəzlər. Süd məhsullarında çoxlu miqdarda yağ olduğundan çalışın imkan daxilində yağsız kəsmik, üzsüz süd, ayran və s. qəbul edəsiniz.    Bu maddə olmadan uşağın təxminən hamiləliyin 8-ci həftəsindən etibarən başlanan sümük toxumalarının və dişlərinin düzgün formalaşması mümkün deyildir. Kalsium sizə adi vaxtlardan iki dəfə artıq vacib olacaq.
Zülallar    Balıq, ət, qoz, paxlalı, süd məhsulları – bunların hamısı zülallarla zəngindir. Heyvan mənşəli məhsullarda da yağ az deyildir, lakin yaxşı olardı ki, onların qəbulunu azaldasınız. Bu səbəbdən ət yavan (yağsız), yumurta isə təzə, amma tam bişmiş olmalıdır.     Hamiləlik vaxtı zülallara olan tələbat artır, ona görə də çalışın yüksək protein tərkibli ərzaqlar qəbul edəsiniz.
Sellüloz    Sizin lap çox yeyə biləcəyiniz meyvə və tərəvəzlər. Kəpəyə çox aludə olmayın – o digər qida maddələrinin həzminə mane olur. O, olmadan da kifayət qədər sellüloz mənbəyi mövcuddur.    Sellüoz sizin gündəlik qida rasionunuzun mühüm hissəsini təşkil etməlidir, belə ki, o, hamiləlik dövründə tez-tez müşahidə edilən qəbizliyin qarşısını alır.
Dəmir        Dəmir heyvan mənşəli qidalarda, bitki mənşəlilərə (paxla, qurudulmuş meyvə) nisbətən daha asanlıqla həzm olunur. Əgər siz ət yemirsinizsə, dəmir və C vitamini ilə zəngin olan digər ərzaqlar qəbul edin. Dəmirin ən yaxşı mənbəyi qara ciyərdir, amma onda A vitamini çoxdur, bunun isə həddən artıq olması döl üçün təhlükəsiz deyil. Buna görə də qara ciyərdən hazırlanmış yeməkdən uzaq durmaq lazımdır.    Vəzi çox tələb olunur. Uşaq onu doğuşdan sonrakı inkişafı üçün öz orqanizmində toplayır. Ana orqanizmi tərəfindən hasil olunan qan dəmirlə zəngin olmalıdır. Dəmir preparatları sizə qanazlığı hallarında yazıla bilər, hərçənd ki, bəzi həkimlər onları bütün hamilə qadınlar üçün yazırlar.
Duz    Duzdan sui-istifadə zərərli vərdişdir, ələxsus da hamiləlik dövründə, belə ki, bu qestozun və ağır şişlərin səbəblərindən biri ola bilər. Çalışın duzlu yeməyəsiniz.
Maye   Hamiləlik vaxtı böyrəkləri qorumaq və qəbəliyin qarşısını almaq son dərəcədə vacibdir. Bunun üçün ən yaxşı vasitə sudur.
Vitamin A    Kök, kahının yarpaqları, kələm, bitkilərin yaşıl hissələri, qara ciyər və böyrək, dəniz balığı, yumurta sarısı, kərə yağı, qaymaq, qıcqırdılmış (turşudulmuş) süd məmulatları    Maddələr mübadiləsini normallaşdırır, böyümə prosesində iştirak edir, dişlərin, dərinin, saçın, dırnaqların və qalxanvarı vəzinin formalaşması üçün faydalıdır.
Vitamin B1 (tiamin)    Qulançar (quşqonmaz), kartof, pivə mayası, təmizlənməmiş dənli bitkilər, narınlaşdırılmış buğda dənələri, qoz, paxla, qalın üyüdülmüş undan bişirilmiş çörək    Həzm və boy üçün faydalıdır, sinir sisteminin normal fəaliyyəti üçün əvəzolunmazdır.
Vitamin B2 (riboflavin)    Kələm, pivə mayası, təmizlənməmiş dənli bitkilər, narınlaşdırılmış buğda dənələri, yaşıl tərəvəzlər, qoz, qıcqırdılmış (turşudulmuş) süd məmulatları    Göz və dəri üçün, eləcə də embrionun böyüməsi və inkişafı üçün xeyirlidir.
Vitamin B3 (nikotin turşusu)      Pivə mayası, narınlaşdırılmış buğda dənələri, yaşıl tərəvəzlər, balıq, yumurta, qıcqırdılmış (turşudulmuş) süd məmulatları, qoz, soya    Baş beyin hüceyrələrinin formalaşmasına yardım edir, maddələr mübadiləsi üçün əvəzedilməzdir.
Vitamin B5 (pantoten turşusu)    Buğda kəpəyi, yumurta, pendir, qoz, pivə mayası, qıcqırdılmış (turşudulmuş) süd məhsulları, bitkilərin yaşıl hissələri, yer fındığı      Maddələr mübadiləsində, qırmızı qan hüceyrələrinin formalaşmasında iştirak edir.
Vitamin B6    Pivə mayası, narınlaşdırılmış buğda dənələri, tərəvəz, banan, qıcqırdılmış (turşudulmuş) süd məhsulları, balıq, ət        Doymamış yağ turşularının həzmini yaxşılaşdırır, əzələlər üçün çox vacibdir, sinir sistemi üçün isə sinif sistemi üçün xeyirlidir. Qırmızı qan hüceyrələrinin formalaşmasına yardım edir.
Vitamin B9 (fol turşusu) B12        Qıcqırdılmış (turşudulmuş) süd məhsulları, yumurta, soya, pivə mayası, göy soğan, kahı, bitkilərin yaşıl hissələri, malın qara ciyəri, qoz    Körpənin və ananın mərkəzi sinir sistemi, hüceyrə bölgüsü üçün xeyirlidir. Anadangəlmə baş və onurğa beyni defektlərini fol turşusu çatışmazlığı ilə əlaqələndirirlər. Fol turşusunun qəbulunu hamiləliyin ilk 3 ayında qəbul etməyi məsləhət görürlər.
Vitamin C (askorbin turşusu)     Təzə meyvələr, bütün təzə tərəvəzlər, yaşıl bibər, pomidor, turşəng (quzuqulağı), limon, göy soğan, itburnu       
Cifti möhkəmləndirir, dəmirin həzm olunmasına yardım edir, qan damarlarının elastikliyini artırır, infeksiyalara qarşı müqavimət göstərməyə yardım edir.
Vitamin D    Yumurta, süd, kərə yağı, qara ciyər, balıq    Sümüklərin normal inkişafı, ürəyin fəaliyyəti, əsəb sisteminin həyəcanlanma qabiliyyətinin (qıcıqlanmanın) tənzimlənməsi üçün çox vacibdir
Vitamin E    Narınlaşdırılmış buğda dənələri, bitki yağı, yaşıl yarpaqlı tərəvəzlər, təmizlənməmiş dənli bitkilər və paxlalı bitkilər    Sağlam hüceyrələrin formalaşmasına yardım edir, ürək əzələlərinin fəaliyyətini təmin edir, trombların formalaşmasına mane olur, diabet və astmanın müalicəsində effektivdir.
Vitamin K    Yaşıl yarpaqlı tərəvəzlər    Qanın normal laxtalaşmasına imkan verir
Körpəyə necə zərər yetirməməli
Qidanızın tərkibində olan bütün maddələr – həm qidalı, həm də zərərli – cift vasitəsilə uşağa çatır
Konserv
Konservlərdən, tez hazırlanması üçün nəzərdə tutulan qida yarımfabrikatlarından və quru suplardan uzaq durun. Belə məmulatların tərkibində çox vaxt şəkər və duz olur, onlarda çoxlu miqdarda yağ, konservantlar, boya maddələri və ədvalar ola bilər. Qablaşdırmada yazılan hər şeyi oxuyun, qida əlavələri olmayan ərzaqlar seçin.
Dondurulmuş hazır yeməklər
Yalnız əgər onları sizə isti-isti təklif etmirlərsə, supermarketlərdə satılan hazır yeməklərdən çəkinin və qaynar qəlyanaltı, qızaldılmış çolpa və s. təklif edən bufetlərədən uzaq durun. Belə məhsullar mikroblarla yoluxmuş olurlar ki, bunlar da uşağınızın sağlamlığına təhlükə törədə bilərlər.
Pendir
İstehsalında çiy süd istifadə edilən yumşaq pendir (bri), həmçinin digər sterilləşdirilməmiş süd məhsulları təhlükəsiz deyil və onlardan uzaq olmaq daha yaxşıdır. Bu həmçinin pasterizə olunmamış keçi südünə də aid edilir ki, bunun da tərkibində toksoplazmoz törədicisi ola bilər.
Kofe, çay və kakao
Bütün bu içkilərin tərkib hissəsi olan kofein, həzm sisteminə zərərli təsir göstərir. Kofein tərkibli içkilərin qəbulunu gün ərzində 3 fincana qədər azaldın, daha yaxşısı isə onlardan ümumiyyətlə imtina edin. Daha çox mineral su için.
Ot tərkibli çay
Əgər siz ot tərkibli çayı xoşlayırsınızsa, o zaman hamiləliyin başlanğıcında əczaçı-otçu ilə və ya bilən adamla məsləhətləşin. Əksər ot qarışığı dölə xələl yetirmir, hərçənd ki, bəzən xoşagəlməz effekt yenə də mümkündür. Sancıları yüngülləşdirmənin ənənəvi əlacı moruq yarpağından hazırlanmış moruqdur.
Şəkər
Şirniyyatda qazlı içkilərdə olduğu kimi qida maddələri azdır, amma onlar tez kökəldirlər. Gücün ən yaxşı mənbəyi taxılla zəngin olan nişastalı karbohidratlardır. Şirnini yenə də çox az qəbul etmək lazımdır.
Alkoqol əvəzi
Alkoqol cift vasitəsilə dölün qan dövranına daxil olur, bu isə təhlükəlidir. Yaxşısı budur ki, spirtli içkidən bütünlüklə imtina edəsiniz və meyvə və süd kokteylləri hazırlayasınız. Hətta alkoqolsuz içki kimi reklam olunan bir çox açıq pivə və yüngül çaxırlar da heç də həmişə zərərli əlavələrsiz və kimyəvi maddələrsiz olmurlar. Çox vaxt onların tərkibində uşağın sağlamlığı üçün müəmmalı olan maddələrin yüksək dozası olur.
Şirəli qazlı su
Ən adi içki, portağal şirəli mineral su, yaxşı sərinləşdirmə xüsusiyyətinə malikdir. Həmçinin digər şirələri də qarışdırıb dadına baxın.
Südlü banan kokteyli
Bu kokteyl nəinki gözəl dada malikdir, həmçinin çox faydalıdır (onun tərkibində çoxlu miqdarda zülal və kalsium var). Banan lətini südlə mixser vasitəsilə atlayın.
Təzə meyvələrdən hazırlanmış kokteyl
Müxtəlif meyvə şirələrini qarışdıraraq sınaqdan keçirin. Bu yolla xeyli sağlam, susuzluğu effektiv yatızdıran kokteyllər hazırlamaq olar
Şıltaqlıqlar
Hansısa müəyyən yeməyə məsələn, duzlu xiyara və ya banana meyl etməyə başladığınızı hiss etdikdə təəccüblənməyin. Əgər xətriniz belə istəyirsə özünüzü bundan məhrum etməyin, təki belə şıltaqlıqlar artıq kökəlməyə və ya mədə pozğunluğuna səbəb olmasın.

Yuxu və sağlamlıq

Gənc anaların ən böyük çətinliyi onların uşağın yuxu rejiminə uyğunlaşmaması və bununla yanaşı doyunca yata bilməməsidir. Normal yuxu rejiminə olunan dəyişiklik qısa zamanda yorğunluğa gətirib çıxara bilər. Lakin yuxusuz gecə sizin idman məşğuliyyətinizin nəticəsinə təsir etmir, əzələ və digər orqanlar isə süni relaksasiya zamanı istirahət edə bilərlər. Bundan yalnız beyin əziyyət çəkir, axı insan yuxuya getdikdə onun əlaqəsi kəsilir. Əgər siz onun energetika təchizatını kəsməsəniz o, kompyuter kimi  daim oyaq vəziyyətdə olacaq.

Yuxusuz gecələrin təsiri

Xöşbəxtlikdən xroniki doyunca yata bilməmə halları hər hansı ciddi xəstəliyin səbəbi ola bilməz. Siz sadəcə tez əldən düşürsünüz, əsəbləşirsiniz, bununla da depressiya hallarının baş qaldırması da mümkündür. Lakin sizin nə səbəbə daim əsəbi vəziyyətdə olmağınızı uşağa anlatmaq mümkün deyil. Həyat yoldaşınız da rahat yata bilməyəcək və bu da sizin münasibətlərinizə öz təsirini göstərəcək. Gündüz vaxtları mürgüləmə halları həm küçədə, həm də evdə bədbəxt hallara gətirib çıxara bilər.

Yuxu

Yetkin adamlar üçün yuxunun ilk saatları xüsusilə vacibdir. Bu dövrdə yuxu çox dərindir və yuxugörmə hallarına bir qayda olaraq təsadüf olunmur. O, adətən gecənin birinci yarısında  olur və məhz elə bu zaman orqanizm bərpa hormonları hazırlamağa başlayır. Gözlərin sürətli hərəkəti ilə (GSH) yuxu, biz yuxu görərkən müşahidə olunur və yuxunun bu tərzi psixi sağlamlıq üçün çox vacibdir. Xəfif yuxunun ilk bir neçə saatı orqanizm üçün həlledici deyildir, lakin onlar yaxşı əhval-ruhiyyə üçün vacibdir.

Yuxu 2 kateqoriyaya bölünür: yuxugörmə ilə müşaiyət olunan yuxu və yuxugörməsiz yuxu. Yuxugörməsiz yuxu 4 mərhələyə bölünür. Birinci və ikinci mərhələ yüngül (xəfif) yuxu kimi təsnif edilir, 3 və 4-cü mərhələlər isə dərin yuxulardır. Ən dərin yuxu ilk 3 saatda olur.

Yuxunun növləri

Yuxu mərhələli şəkildə baş verir və hər bir mərhələ yetkin insanlarda 90 dəqiqə davam edir. Yuxu mərhələsi uşaqlarda 50 dəqiqə davam edir, körpələr 3-4 mərhələdən sonra, daha doğrusu gecədə 2-3 dəfə oyanır və sinə tələb edirlər. Oyandıqda isə onlar adətən uzun müddət yata bilmirlər. Yeni doğulmuş körpə təxminən  2 saatlıq fasilələrlə təqribən 18 saat yatırlar, lakin 6-cı aya əksər körpələr  gecələr 14 saatadək və gündüzlər 2 iki dəfə yatmağa başlayırlar. Bu yaşda əksər körpələr bütün gecəni yatır, lakin bəziləri hələ də oyanırlar. Hər uşaq unikaldır və hər bir körpə öz yuxu mərhələsinə malikdir.

Yuxunun vacib davamlılığı

Hazırki vəziyyətdə başlıca məsələ sizin növbəti gün özünüzü necə hiss etmənizdir. Əgər sizin əhval-ruhiyyəniz və ovqatınız yaxşıdırsa, deməli siz doyunca yatmısınız. Lakin süstlük duyğusu sizin kifayət qədər yatma bilmədiyinizdən xəbər verir. Yuxu əsas etibarilə, vərdişdir. İnsan özünü iki dəfə yatmağa alışdıra bilər, məsələn isti iqlimdə yaşayan insanlar adətən günortalar yatırlar. Sizə vərdiş etdiyiniz qədər, yəni 4-11 saata qədər yatmaq lazımdır. Əks halda siz narahatlıq hiss edəcəksiniz. Ana olararkən sizin üçün birinci məsələ yuxusuz gecələrə səbr etməkdir. Başlanğıcda siz çox yorulacaqsınız, amma daha qısa zaman kəsiyində tədricən enerjinizin yenidən sizə qayıtdığını hiss edəcəksiniz: bu o deməkdir ki, orqanizminiz yavaş-yavaş uşağın gün rejiminə alışır və əvvəlkinə nisbətən daha az yuxu ilə keçinməyə öyrəşir. Belə bərpa prosesi nəticəsində siz dərin və yuxugörmə ilə müşaiyət olunan yuxunu, ən vacib mərhələləri bərpa etməyi öyrənəcəksiniz. Fiziki məşqlər sizə yorğunluğunuzun öhtəsindən gəlməyə və orqanizmininizin enerji tonusunu qaldırmağa yardım edəcək.

Gənc analar üçün ən başlıca məsələ öz gün rejimini uşağın gün rejiminin ritminə uyğunlaşdırmağı və yuxu üçün mümkün olan ən az imkandan istifadə etməyi öyrənməkdir.

 
Qarını necə yastı etməli

Doğuşdan sonra qarının yenidən yastı vəziyyətə qaytarmaq hər bir qadının arzusudur. Bu isə sizin bu işə ürəkdən başladığınız zaman mükündür, hərçənd ki, bundan sonra qarın artıq heç vaxt doğuşdan əvvəlki vəziyyətinə qayıtmayacaq. Sadə məşqlərdən başlayın. Yaddan çıxarmayın ki, fikri yalnız qarın əzələləri üzrərində cəmləşdirmək lazım deyil. Bütün əzələlər cütlükdə fəaliyyət göstərir və bu halda qarın əzələləri kürək əzlələri ilə cütlükdə işləyir. Bu səbəbdən, əgər siz yastı qarına malik olmaq istəyirsinizsə o zaman həm kürək, həm də qarın əzələlərinizi məşq etdirməyiniz lazımdır. Kürəyin möhkəmləndirilməsi  hər bir ikinci ananın əziyyət çəkdiyi bel ağrısını aradan qaldırmağa yardım edir

 


Analığın ilk günlərinin təlaşı təbii ki, sizin bədən quruluşunuza və zahiri görünüşünüzə nəzərə çarpacaq dərəcədə təsir etmişdir. Lakin ola bilər sizə elə gəlsin ki, hazırda diqqəti bunda cəmləşdirmək vaxtı deyil, çünki evdə ilk növbədə daimi diqqətə ehtiyyacı olan körpə peyda olmuşdur. Siz bu cür düşünməklə səhv edirsiniz. Xatırladaq ki, siz təkcə ana deyil, həm də həyat yoldaşı və qadınsınız, bu səbəbdən cazibədar və zərif görünməyinizin qeydinə qalmalısınız. Ona görə də imkanınız daxilində mütləq özünüzə fikir verin! Bunu necə etməyi aydınlaşdırmaq üçün isə biz bir neçə məsləhətlərimizi diqqətinizə çatdırırıq. Uşaqla gəzintiyə çıxma fürsəti əlinizə düşən kimi dərhal ondan yararlanın. Hətta supermarketə etdiyiniz ən adi səfərinizə etinasızlıq etməyin, bu sizin əhval-ruhiyyənizə və ovqatınıza müsbət təsir göstərir. Gənc ananın gimnastika və idmanla məşul olması isə yalnız həkimin icazəsi ilə mümkündür. Lakin sahə ginekoloqu sizə kompleks sağlamlaşdırma məşlərini mütləq tövsiyyə edəcək, bu məşqləri da doğum evindən qayıdana qədər yerinə yetirmək lazımdır. Belə məşqlər bədəninizin adət etdiyiniz formaya qayıtmasına yardım edəcək. Bundan başqa, müntəzəm məşqlərin faydası yalnız fiziki duruma müsbət təsirini göstərməklə məhdudlaşmır, o həmçinin cüzi psixoloji yardımını da büruzə verir – məlumdur ki, bədən tərbiyəsi gözəl anti-stres vasitəsidir. Ginekoloq-həkimlər doğuşdan sonra analara müəyyən müddət ərzində sağlamlaşdırıcı-kontrast duşları qəbul etməyi tövsiyyə edirlər. Yeri gəlmişkən, bu xoşagələn vəzifədir, elə deyilmi?! Həmçinin yadda saxlayın ki, isti duşdan və ya vannadan sonra soyuq suyun axıdılması əzələlərin (qarın, sinə) tonusunun qaldırılmasına yardım edir, bədəni və psixi sağlamlığı möhkəmləndirir. Sizin əllərinizə, sifətinizə, bədəninizə yaxşı qulluq olunmalıdır. Bununla siz təkcə özünüzə deyil, həm də ətrafdakılara zövq verəcəksiniz. Həkimlər dəriyə qulluq vasitələrinin seçimində diqqətli olmağı tövsiyyə edirlər. Bu vasitələr hipo-allergik və yüksək keyfiyyətlidir. Yaxşı olardı ki, dərinin təbii balansını pozan yuyucu vasitələrdən və sabundan uzaq olasınız. Doğuşdan sonra əlavə bir problem meydana çıxır: saçlar kövrək və tökülməyə meylli olmağa başlayır, parlaqlığını itirir və bu səbəbdən xüsusi qulluq tələb edir. Qanın saç köklərinə daha intensiv şəkildə daxil ola bilməsi üçün baş dərisini azacıq masaj etmək, onların müdafiəsini təmin etmək üçün müvafiq vasitələr əldə etmək lazımdır. Əgər bir neçə ay ərzində saçınızın vəziyyəti sizi yenə də qane etməsə, həkim-dermatoloqa müraciət edin. Uşaq sizi gərgin qrafik çərçivəsində saxlayır? İstirahətə etinasızlıq etmək olmaz. Siz bunun üçün vaxt ayırmalı və ən yaxşısı bunu körpə yatdıqda və ya ailənin digər üzvlərinin nəzarəti altında olduqda etmək lazımdır.
Toksikoz zamanı vəziyyəti yüngüllüşdürməyin 17 üsulu

Səhərlər nasazlığı və yenicə dünyaya göz açmış körpənin sancılarını aradan qaldırmağın bir çox vasitələri mövcuddur. Əksər qadınlar ən azı bəzi hallarda aşağıdakı tövsiyyələri faydalı hesab edirlər.

1. Səbəbi aşkar edin və aradan qaldırın
Bir-iki həftə özünüzü pis hiss etdikdən sonra ehtimal ki, beyninizdə ürəkbulanma hallarını yaradan obrazlar, səslər və qoxuların siyahısı formalaşmağa başlayır. Əksər qadınlar iyə qarşı hissiyyatın artmasını xoşagəlməz hesab edirlər. Bütün iylərdən yaxa qurtarmaq — tam ağrısız doğuşun mümkün olmadığı kimi — qeyri-mümkündür, lakin sizdə neqativ reaksiya yaradan iyləri müəyyən etmək və aradan qaldırmaq sizim səlahiyyətiniz daxilindədir. Daimi ürəkbulanma hissi ilə keçirilən günə nisbətən normal adlandırılan gün arasında nə kimi fərq var? Sizdə qıcıqlandırma hissi oyadan faktorları aradan qaldırmaq üçün əlinizdən gələni edin. Əgər ərinizin nəfəsi sizdə ürəkbulanma hissi oyadırsa, səhər öpüşünü sonraya saxlayın. Əgər siz yaş itinizin və ya zibil qabının iyinə tab gətirə bilmirsinizsə ərinizin nəzərinə çatdırın ki, artıq onun yeni müvəqqəti vəzifələri meydana gəlmişdir. (Qeyd: hamilə qadınlar istənilən halda pişik nəcisindən uzaq durmalıdır, çünki onun tərkibində toksaplazmoz bakteriyaları vardır ki, bu da uşağın sağlamlığına ciddi zərər yetirir.) Qıcıqlandırıcılar müəyyən səviyyədə sizin diqqətinizi yayındırır, bununla da problemin təbii yolla həll edilir. Əlbəttə əgər siz itin yeminə reaksiya verirsinizsə və bunu sizdən başqa edəcək heç kim yoxdursa, o zaman siz nasazlığı aradan qaldırmağın bir yolunu tapmalısınız. Əksər hamilə qadınlar xoşagəlməz iydən yaxa qurtarmaq üçün ağızla nəfəs almağa başlayır, bir neçə saniyəlik nəfəsi saxlayır və ya burunu tuturlar. (Hər şeyi bir əllə etməyi vərdiş halına gətirmək körpənin doğulmasından sonra lazım olacaq)

2. Günün yaxşı başlanması
Bir çox qadınlar müşahidə etmişlər ki, səhər vaxtı yataqdan ac qarına dərhal oyanmaq nasazlığa aparan bir yoldur və səhərlər özünü pis etmək ahval-ruhiyyəsi gün boyu davam edir. Əzginləşmiş öyüyən mədənizə öz normasına düşməsi üçün şans verin. Yatmazdan əvvəl bir şey yeyin ki, səhər saat yeddidə mədəniz boş olmasın. Çarpayınızın yanına tez həzm olunan lakin iyrənmə hissi oyatmayan yeməklər qoyun. Vanna otağına gedərkən mədənizi yüngül qəlyanaltı ilə təmin edin. Çox faydalı qayda: bacardığınız qədər çox yeyin. Hər səhər yeməkdə davam edin, lazım gəldikdə özünüzlə qəlyanaltılı sini daşıyın.
Ürəkbulanma (qusma) tutmaları vəziyyətin kəskin dəyişməsi ilə meydana gəlir. Zəngli saatın dərhal xoşagəlməz səsindən daha pis nə ola bilər? Çalışın bu yuxudan oyanmaya olan keçid dövrünü aradan qaldırın. Həzin musiqi sədaları altında yuxuya gedin. Satışda müəyyən edilmiş vaxtda tədricən işığın aydınlığını artıran gurultusuz zəngli saatlar da mövcuddur. Əgər siz müəyyən vaxtda oyanmaq məcburiyyətində deyilsinizsə o zaman bunu etməyin. Ehtiyyac olduqda həyat yoldaşınıza səssiz zəngli saat, məsələn paltara taxıla bilən vibro-səsli peycer  alın. İmkan daxilində gününüzü stres yaradan deyil, gəzinti, meditasiya və ya mütaliə kimi xoşagələn məşğələlərlə keçirin. Orqanizminizi görmək istədiyiniz günə proqramlaşdırın (kökləyin).

3. Mədəniz tələb etdikdə yeyin
Qusma tutmasını yara bilən şəkərin qandakı aşağı səviyyəsi təkcə səhərlər deyil, yemək qəbulundan bir neçə saat sonra istənilən vaxt da meydana çıxa bilər. Gündə üç dəfə ənənəvi qida rejimi hamilə qadın üçün münasib deyil. Ən münasib olanı kiçik porsiyalarla altı dəfə qida qəbuludur. Bu rejimə elə vaxtda keçin ki, sanki həmin vaxtda mədəniz ümumiyyətlə heç nə istəmir. Cəmi bir gün ərzində qidalı ərzaqlar qəbul etmək mədənizi təmin etməyə və şəkərin qanınızdakı səviyyəsini saxlamağa imkan verəcək.

4. Mədə üçün faydalı olan məhsullarla qidalanın
Bəzi məhsullar digərləri ilə müqayisədə xassəcə mədənin həzm etməsi üçün ağırdır. Yağlı, acı və sellülozla zəngin qida gec həzm olur. Mədəyə düşən ağırlığı yüngülləşdirmək məqsədilə aşağıdakı məsləhətlərə əməl etməyə çalışın.
•    Tez həzm olan qida: maye, yoqurt, yağsız və karbohidratlı ərzaqlar kimi tez həzm olan və həzm sistemindən keçən qidalı maddələrlə zəngin ərzaqlar yeyin. Çətin həzm olunan yağlı və qızardılmış qidalardan, məsələn, yağlı dondurmalardan, çipslərdən və qızarmış toyuqdan uzaq durun.
•    Hər kalorisində daha çox qidalı maddələr olan məhsullara: avokadoya, paxlaya, pendirə, balığa, qoz yağına, təmizlənməmiş undan hazırlanmış makaron məmulatlarına, təmizlənməmiş düyüyə, hind toyuğuna üstünlük verin. Əgər siz araxis yağı xoşlamırsınızsa onu nisbətən az kəskin iyə malik yağla, məsələn badam, qoz, keşyu qozu yağı ilə əvəz edin. Bir qədər kreker yağı, taxıl, alma və ya göygərti dilimləri əlavə edin; bunun faydası yüksək tərkibli yağa malik qoz yağı səbəbindən həzm prosesinin ləngiməsindən ibarətdir.
•    Qusma hallarına təkan verən susuzluluqdan yaxa qurtarmaq üçün susuzluq yaradan məhsullar yeyin. Duzlu xiyarı, çipsini və duzlu krendeli (bulka növü) tövsiyyə etmək olar.
•    Ağız suyunun boş mədəyə düşməsinə imkan verməyin. Boş mədə ağız suyuna qarşı yüksək həssaslıqla müəyyən edilir ki, bu da ürəkbulanmanın daha tez meydana gəlməsinə gətirib çıxarır. Əksər hamilə qadınlarda artıq ağız suyu hasil edilir, bununla belə ağız seliyinin ifraz olunması hətta yemək barədə düşünməyə təhrik edə bilər. Ağız suyunun artması ilə nəticələnən qida qəbuluna (məsələn, kreker kimi quru və ya duzlu qida) başlamazdan əvvəl mədə divarlarını südlə, yoqurtla və ya dondurma ilə “yağlayın”. Bu ağız suyunun törətdiyi ürəkbulanma hallarının qarşısını alır. Bir çox hamilə qadınlar təsdiqləyirlər ki, ürəkbulanma ilə mübarizədə nanəli karamel və ya saqqız kömək edir, lakin yaxşısı budur ac qarına onlardan istifadə etməyəsiniz, belə ki, bu məhsullar yüksək həcmdə ağız suyu yaradır amma mədəni doldurmur.
•    Əgər sizin ürəkbulanmanızın səbəbi hamilə qadınlar üçün nəzərdə tutulmuş vitaminlərdirsə, o zaman onları ən çox qida qəbulunda qəbul etməyə səy göstərin.
•    Yüksək su tərfibinə malik məhsullar nəinki həzmi yüngülləşdirir, hətta ürək bulanmasını gücləndirə bilən susuzluğun və qəbəliliyin qarşısını da alır. Öz rasionunuza yemiş, üzüm, bər soyudulmuş meyvə şirəsi, kahı, alma, armud, kərəviz və ravənd daxil etməyə çalışın.
•    Hansı nabatların (ürəkbulanmaya qarşı həblər, limon nabatları və s.) sizin ürəkbulanmanıza yardım etdiyini müəyyənləşdirin və onları hər zaman özünüzlə gəzdirin.

5. Yüksək enerji dəyərinə malik məhsullar qəbul edin
Mürəkkəb karbohidratlar (nənələrimiz onları “kraxmal” adlandırırdılar) qan dövranı sistemində tədricən enerji və iştahanı təmin edərək uzunmüddətli təsirə malik enerji həbləri kimi əhəmiyyətə malikdir. Bu maddələrin miqdarı çörək, sıyıq, makaron məmulatları və peçenyenin hazırlandığı dənli bitkilərin tərkibində (düyü, qarğıdalı, buğda, yulaf, darı) yüksəkdir. Bu məhsulların təmizlənməmiş undan hazırlanmış sortları daha qidalı və faydalıdır.

6. İstənilən məhsullar arasından sizin əhval-ruhiyyənizi qaldıran məlsulları seçin
Bir neçə həftə səhər kefsizliyi ilə mübarizədən sonra yəqin ki, sizin beyninizdə əhval-ruhiyyənizi qaldıran – və ən azından ürəkbulandırmanı sürətləndirməyən məhsulların siyahısı formalaşmışdır. Sevimli məhsulunuz öz sehirli xüsusiyyətini itirərsə buna təəccüblənməyin. Bunu digər məhsulla (əgər bu qida sizə daha az faydalı görünərsə belə) əvəz edin. İstisna edilmir ki, sizi özünə cəlb edən məhsullar sizə əhvalınızın yüksəlməsinə yardım edəcək.

7. Özünüzü yeməyə məcbur edin
Bəlkə də sizin elə günləriniz olur ki,  siz heç nə istəmirsiniz. Lakin bununla belə əgər özünüzü nə isə yeməyə və ya içməyə məcbur etməsəniz, sizin əhvalınız pisləşəcək. Özünüzü bütün günü mədənin mədə şirəsi və qandakı şəkərin aşağı səviyyəsinə yol verərək vanna otağında oturmağa məhkum etməyin.

8. Gəzintiyə çıxın
Günlər də olur ki, siz bir tikə belə uda bimirsiniz. Eyni ilə siz divandan qalxmaq həvəsində olmursunuz. Özünüzə qarşı səy göstərin. Təmiz hava, mühit dəyişikliyi, hətta dostlara baş çəkmək və kinoteatra getmək sizin diqqətinizi yayındıra və həzm prosesinə müsbət təsir edə bilər. Əgər fəal məşğələlər zamanı özünüzü yaxşı hiss edirsinizsə bu fəallığı davam etdirin. Əgər sakit mühitdə özünüzü daha yaxşı his edirsinizsə istirahət edin. Amma bütün istirahətinizi yalnız bir yerdə keçirməyə çalışmayın. Əgər ofisdə işləyirsinizsə yazı stolunuzun arxasında nahar etməyin. Hətta bir neçə dəqiqəlik olsa belə təmiz havaya çıxın.

9. Avtomobilin şərnişin üçün nəzərdə tutulmuş yerində deyil, sükanı arxasına əyləşin.
Əgər avtomobildə səyahət sizdə xoşagəlməz hisslər oyadırsa sükan arxasına əyləşməyi sınayın. Beyniniz məşğul olduqda və gözləriniz mümkün olan maneələri axtardıqda siz öz əhval-ruhiyyənizə daha az diqqət ayırırsınız. (Yeri gəlmişkən, məhz bu səbəbdəndir ki, qayığı idarə edənin dəniz xəstəliyinə tutulma şansı digərlərlə müqayisədə daha azdır.)

10. Öz vəzifələrinizi ötürün
Mədəniz özünə gələnə qədər yataqda qalın, bununla belə, evdə sakitlik hökm sürməyəcək. Qoy həyat yoldaşınız ananı diqqət mərkəzinə gətirməzdən öncə böyük uşaqları məktəbə aparsın və ya balacanı yedirsin və onunla məşğul olsun. Belə qayda-qanun ərinizi heç olmasa doğuşdan sonra bir neçə ay ərzində səhər vəzifələrini yerinə yetirməyə hazırlayacaq.

Ürəkbulanma tutmalarını yaradan səbəblər siyahısını unutmayın və ailə üzvlərinizdən —  ərinizdən və yaşca böyük uşaqlarınızdan — sizin əhvalınızı korlayan vəzifələri yerinə yetirməyi xahiş edin. Qoy onlar iti yedizdirsin və kasasından sonra onu yusunlar. Axşama yaxın zibili atmaq və qabları yumaq lazımdır. Sizin rahatlığa ehtiyyacınızın olduğunu onlara bildirin. Sizi narahat edən və əhval-ruhiyyənizi qaldıran şeylərin siyahısını elan edin.
Ərinizin vəzifələri sizin özünüzü necə hiss etməyinizdən asılı olaraq dəyişə bilər: bəzən o, alış-verişə getməklə və müxtəlif tapşırılmış işləri yerinə yerirməklə hər qulluğa hazır olan oğlan, digər günlərdə isə sizə müxtəlif qəlyanaltı və yeməklərlə xidmət etməklə mətbəxi müdiri rolunu yerinə yetirməli olacaq. Əgər siz səhər yeməyini yatağa gətirilməsini xahiş edirsinizsə bunda günahkarlıq hissi keçirmək lazım deyil. Yaddan çıxarmayın ki, siz bətninizdə hər ikinizinə məxsus ümumi körpəni daşıyırsınız. Əgər sizə müəyyən yeməklər (hətta əgər bunun üçün ərzaq mağazasına getmək lazım gəlsə belə), ayaq masajı yaxud bu və ya digər vəzifələrdən azad olmaq kömək edirsə susmayın. Ola bilsin ki, siz daha sadə yeməklər hazırlamalı olacaqsınız. Əgər ailə bir neçə dəfə pendirlə, köklə krekerlə nahar edərsə onlara qorxulu heç nə olmayacaq. Əgər əriniz şikayət etməyə başlasa qoy yeməyi özü hazırlasın.

Ətraf aləmə qarşı artan həssaslığınızın inkişafı ilə əriniz də tələblərinizə qarşı maksimal qayğıkeşlik göstərməlidir. Bir çox qadınlar supermarketdəki müxtəlif qarışıq atomatlara tab gətirə bilmirlər (ən azı hamiləliyin ilk aylarında). Öz fəaliyyətinizin variantlarını götür-qoy edin: həyat yoldaşınızı mağazaya yollayın, məhsulları sizə çatdıracaq yeniyetmə tutun və ya malları evə çatdırma xidmətinə malik olan mağaza seçin.

11. Öz fəaliyyətinizi (hərəkətlərinizi) əvvəlcədən planlaşdırın
Əgər siz məhz nəyin ürəkbulanma tutmalarını yaratdığını bilirsinizsə belə şeylərdən yaxa qurtarmaq üçün dolayı yollar tapmağa çalışın. Əgər sizi mətbəxin qoxusu narahat edirsə yeməyi bir gün əvvəl özünüzü babat hiss etdiyiniz vaxtda hazırlayıb soyuducuya qoyun. Yeməyə olan ehtiyyaclarınızı müvəqqəti olaraq azaltmaq və hazırlanması daha rahat olan məhsullar almaq olar. Əgər sizi nahara dəvət ediblərsə özünüzlə daha yaxşı tab gətirə bildiyiniz yeməyi gətirməyə icazə alın. İşdə və ya küçədə özünüzlə həmişə əlüstü yeyilə bilən bir şey götürün: gözlənilməz aclıq tutması zamanı, əlinizin altında etibarlı çərəz olmazsa ürəkbulanma halları da mütləq müşahidə olunacaq.
12. Stressin səviyyəsini azaldın
Səhər nasazlığı psixikanızın deyil, bədəninizin reaksiyasıdır. Bununla belə, fiziki və psixi reaksiya bir-biri ilə sıx bağlıdır. Həm beyində, həm də mədədə sinir qurtaracaqları vardır və bu səbəbdən emosional pozğunluq mədə pozuntusuna səbəb ola bilər. Bir çox gələcək analar “ürəkbulanma stressi” burulğanına düşürlər. Onlar nəqəd özlərini pis hiss etsələr, bir o qədər də çox  kefi pozulur ki, bu da öz növbəsində əhval-ruhiyyənin pisləşməsinə gətirib çıxarır.

Ola bilsin ki, hamiləlik zamanı sizə həyat tərzinizdə və karyeranızda ciddi dəyişikliklər etmək lazım gələcək. Tibb işçiləri hesab edirlər ki, ana bətnində uşağı daimi stress hormonlarından qorumaq lazımdır. Əgər iş çoxsaylı stres və az sevinc gətirirsə o zaman siz psixoloji və fiziki gərginliyi azaltma üçün iş vaxtının və ya vəzifələrin dəyişilməsi barədə danışıq aparmalısınız. Evinizdə həyat yoldaşınızı və uşaqlarınızı istisna etməklə artıq əlavə stress faktorlarını aradan qaldırın. Stressdən yaxa qurtarmaq bacarığı gənc ananın sakitliyini qoruması üçün vacib vərdişdir. Özünüzə xatırladın ki, SİZİN KÖRPƏNİZİN HƏR ŞEYDƏN ƏVVƏL HƏM DOĞUŞA QƏDƏR, HƏM DƏ DOĞUŞDAN SONRA XÖŞBƏXT İSTİRAHƏT ETMİŞ ANAYA EHTİYYACI VAR.


Hamilə qadın necə geyinməlidir?

Hamilə qadının geyimi təmiz, yumşaq, rahat və gen, hərəkətə mane olmayan və əlbəttə, mövsumə uyğun olmalıdır. Qadın alt paltarını tez-tez dəyişməlidir. Süd vəziləri böyüdükcə büsthalteri də dəyişmək lazımdır. Hamilə qadın sıx, süd vəzilərini, döş qəfəsini basan büsthalterlər geyməməlidir. Girdə corab bağları da geymək olmaz, çünki onlar ayaqların venoz damarlarını sıxır, qan dövranını pozur və venaların varikoz genişlənməsinə şərait yaradır. Corabları xüsusi rezinlə ya belbağıya, ya da xüsusi bandaja bənd etmək olar. Alt darbalağın rezini də sıx olmamalıdır. Böyüyən uşaqlığın və onun içində inkişaf edən dölun sıxılmasına yol vermək olmaz. Hamiləliyin artması ilə uşaqlığın ön qarın divarına təzyiqi də artır, bu da hərdən əzələlərin çox kenişlənməsinə, qarının sallanmasına və dölün uşaqlıq boşluğunda düzgün vəziyyətdə olmamasına gətirib çıxarır. Bütün bu ağırlaşmaların qarşısını almaq üçün hamiləliyin ikinci yarısında xüsusi bandaj geymək lazımdır. Onu uzanmış halda geyirlər. Bandaj uşaqlıq üçün daha bir dayaq rolunu oynadığından o qarnı yaxşı tutmalı, ancaq sıx olmamalıdır. Bandajın ipləri hamiləlik artdıqca onu genişləndirməyə imkan verir. Bandajı vaxtında (hamiləliyin 28—30 həftəliyində) və düzgün geyən qadınlarda qarın sallanmır və «hamiləlik çapıqları» az-az olur. Qadınların çoxu hamiləlik dövründə qədd-qamət-lərini və gözəlliklərini mümkün qədər çox saxlamağa çalışırlar. Bu tamamilə təbii və aydındır. Qarının ölçüsünü koketkalı paltarlar və köynəklər yaxşı gizlədir, onlar həm rahat, həm də gendir, bundan başqa, müasir dəbdə olan gen canlıqlar, gen yubkalar və örtüklər geymək olar. Dar, paltarlar, əksinə, hamilə qadının qəddinin bütün xüsusiyyətlərini qabarıq nəzərə çarpdırır. Bəzi moda jurnallarında «gələcək analar üçün» olan paltarların fasonları verilir. Paltar və köynəkləri yaxşı yuyulan parçalardan tikmək lazımdır.
Hamiləliyin vaxtı artdıqca qadının bədənin ağırlıq mərkəzi qabağa keçir. Müvazinəti saxlamaq üçün qadın gəzərkən bədəninin yuxarı hissəsini dala əyir, bu da fəqərə sütununun bel şöbəsinin daha da əyilməsinə gətirib çıxarır. Əgər hamilə qadın hündürdaban çəkmə geyirsə, onun ağırlıq mərkəzi daha çox qabağa çıxır, kürək əzələləri isə daha da gərginləşir. Bundan başqa, belə vəziyyət dölün başının çanağa düzgün düşməsinə mane olur. Hündürdaban ayaqqabılar az dayanıqlıdır, hamilə qadın belə dabanda asanlıqla burxulub yıxıla bilər. Bu da çox vaxt dölətrafı mayenin vaxtından qabaq xaric olmasına, qanaxmaya və vaxtından əvvəl doğuşa gətirib çıxarır. Bu isə həm ana, həm də uşaq üçün qorxuludur.
MƏQALƏLƏR / XƏBƏRLƏR
Tarix:26.06.2010
ELAN
Tarix:24.06.2010
Rəhim Rəhimli əmi oldu
Tarix:21.06.2010
Nabranda istirahət etmək istəyənlərin nəzərinə
Tarix:18.06.2010
Bir neçə çimərlikdən istifadə qadağan edildi
Tarix:17.06.2010
Qısa boylulara qara xəbər
Tarix:17.06.2010
Zülfiyyə Xanbabayeva: “Arıqlayıb 49 kilo oldum...”
Tarix:09.06.2010
Pivə qadınların döşlərini böyüdür?
Tarix:07.06.2010
Günəşin mənfi təsirlərindən necə qorunmalı?
Tarix:07.06.2010
İntihara gətirib çıxaran səbəblər
Tarix:04.06.2010
Fotoşəkilə baxdı, nəvəsini xərçəng xəstəsi olduğunu anladı
Tarix:04.06.2010
Hamilə qalmaq üçün cəmi 6 gün
Tarix:02.06.2010
Uşaq Teatrı Beynəlxalq Teatr Festivalına qatıldı
Tarix:02.06.2010
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyəsi
Tarix:01.06.2010
Məhkum uşaqlarla görüş keçirildi
Tarix:26.05.2010
İlk süni orqanizm yaradıldı
Tarix:25.05.2010
Qan azlığının dərmanı - badımcan
Tarix:25.05.2010
Oğlan uşaqlarını nə vaxt sünnət etdirməli?
Tarix:17.05.2010
Çadırda 8 uşaq doğuldu
Tarix:17.05.2010
Bakıda hərarət 30 dərəcəyə çatacaq
Tarix:17.05.2010
4 özəl tibb müəssisəsi qapadıldı
Tarix:14.05.2010
Gələcəkdə Azərbaycanda oğlanlar evlənmək üçün qız tapa bilməyəcək
Tarix:14.05.2010
Salona getmədən arıqlamaq üsulları
Tarix:12.05.2010
Düz ayaqqabılar da hündür dabanlar qədər zərərlidir
Tarix:12.05.2010
Yuxu probleminiz varsa...
Tarix:10.05.2010
Yağlı dərilər üçün qulluq maskaları
Qaliblər
Mətbuatda Biz
"Dost"un birinci hissəsi yekunlaşdı
Mənbə: Ədalət qəzeti

ANA.az, AGAT və Arzumun "DOST" adlı layihəsi davam edir!
Mənbə: Həftə içi qəzeti

“Dost” 16 may tarixində gözdən əlil uşaqlar üçün Respublika Internat Orta Məktəbinin qonağı oldu
Mənbə: PressPost.az
Face Book
Səs vermə
(1945)
Yox (433)

Copyright © ANA.az
Site by : azDesign.ws