| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| Fevral -2010 Müsabiqə Namizədlər |
| |
| |
| |
| |
|
|
| Sayğac |
| |
| |
| Sayta daxil olanların sayı
loading...
|
| |
|
|
|
Uşağın güvəcə (qorşoka) alışdırılması
Uşağın ayaq yoluna vərdiş edilməsi 1,5 yaşdan etibarən məqsədyönlü şəkildə aparılır. Bununla belə, nəzərə almaq lazımdır ki, uşaqların güvəcdən müstəqil şəkildə istifadə etməyə hazır olmaları müxtəlif şəkildə inkişaf edir. Tualetə öyrəşmək 2,5 yaşa qədər normal hesab olunur. 1,5 yaşadək körpələr sidik kisəsinə və bağırsaqlara nəzarət edə bilmirlər. Uşağınızın belə öyrəşməyə hazır olub-olmamasını anlamaq üçün onun müəyyən vərdişlərə yiyələnməsi lazımdır.
Öyrəşməyə hazır olmanın əlamətləri: - uşaq yeriyə bilir; - uşaq bir neçə saat ərzində quru qala bilir; - uşaq ayaq yoluna getmə istəyini səsləndirə bilir (“pi-pi”, “a-a” və s..); - uşaq müstəqil şəkildə güvəcə əyləşməyə cəhd edir.
İstənilən halda belə öyrəşdirməni yalnız uşağınızn öz daxili hisslərinin qarşılıqlı əlaqələrini və tualetə getmə tələbatını dərk etdiyinə əmin olduğunuzda başlamaq lazımdır.
Tualetə alışdırma ardıcıllığı: 1. gecələr bağırsağa nəzarət; 2. gündüzlər bağırsağa nəzarət; 3. gündüzlər sidik kisəsinə nəzarət; 4. gecələr sidik kisəsinə nəzarət.
Valideynlər üçün faydalı məsləhətlər: - körpənin oturmağa adət etməsi üçün güvəci daim əlçatan yerə qoyun; - körpənin lazımi anda tez soyuna bilməsi üçün ona rahat paltar geyindirin; - körpəyə güvəci mümkün qədər tez-tez təklif edin; - uşağı hər tualetə getmə təşəbbüsünə görə tərifləyin; - uşağı eyni vaxtda güvəcə oturtmağa çalışın; - gəzintidən qabaq körpəni həmişə tualetə aparın; - stul üçün ən yaxşı vaxt – yeməkdən 20 dəqiqə sonra; - oğlan uşaqlarını sidik kisəsini oturaraq boşaltmalarına alışdırın; - uşağı heç vaxt danlamayın.
Körpə güvəci inamla istifadə etməyi öyrəndikdən sonra onu əsil unitazdan istifadə etməyə alışdırmaq olar. Bunun üçün sizin körpənizə münasib olan xüsusi oturacaq alın.
Körpəyə müstəqil şəkildə qurulanmağı 3 yaşından etibarən öyrətmək olar.
Körpənin səhərlər quru ayılması üçün gecə maye qəbulunu azaltmaq və yatmazdan öncə tualetə getməyi təklif etmək lazımdır. Bir faktı nəzərə alın ki, uşaq 4 – 5 yaşınadək sidiyi 5 saatdan artıq saxlaya bilmir.
| Əgər körpəniz dırnaqlarını çeynəyirsə, xəbəriniz olsun ki, bu yaxşı vərdiş deyil və bunu tərgitdirmək lazımdır. Əgər o bunu küçədə edirsə bu xüsusilə pisdir, belə ki, çirkli əllərlə istənilən infeksiyaya yoluxmaq mümkündür.
Lakin əvvəlcə aydınlaşdırmaq lazımdır, o nə səbəbdən bunu edir. Təcrübə göstərir ki, müxtəlif yaşlardakı körpələr nədənsə narahat olduqları halda qeyi-iradi olaraq dırnaqlarını çeynəyirlər. Bu halda uşağı əsəbləşdirən faktorları aradan götürməyə çalışmaq lazımdır.
Digər hallarda isə bir çox apteklərdə satılan xüsusi qırnaq lakdan istifadə etmək kifayətdir. O, sağlamlıq üçün tam zərərsizdir, amma xoşagəlməz dada malikdir.
Əgər uşaq dırnaqlarını boyamağınızı istəmirsə, o zaman öz dırnaqlarınızı boyayın. Əksər körpələr valideynlərinin etdiklərini təkrarlamağı xoşlayırlar, və buna görə də, güman ki, körpəniz eyni şeyi ona da etməyi xahiş edəcək.
| Что, как и когда читать Чтение книг - неотъемлемая часть жизни ребенка. Говорить о пользе чтения можно бесконечно долго. Скажем лишь, что книги развивают фантазию, знакомят с миром вокруг, помогают сформировать правильный грамматический строй речи. Размышления над поступками героев приводят к пониманию нравственных ценностей. Уже на втором-третьем году жизни нужно выделять время для чтения книг и рассматривания картинок.
К трем годам книга уже становится одним из любимых предметов малыша. Он может рассматривать картинки, слушать стишки и сказки, быстро запоминая их практически наизусть. Хорошо, чтобы книги были большие, с качественными красивыми иллюстрациями. Лучше с плотной обложкой и прочными, например картонными, страничками, потому что аккуратностью маленькие ручки еще не отличаются, и книжка может просто-напросто быстро порваться.
На этапе знакомства важно сделать книгу привлекательной для ребенка. Если он полюбит слушать чтение сейчас, потом он полюбит и читать сам. Очень важно читать каждый день. В раннем возрасте обязательно нужны сказки с повторяющимися действиями («Репка», «Теремок», «Заюшкина избушка», «Кот, петух и лиса»). Часто в этом возрасте дети просят читать одну и ту же сказку помногу раз. Причем они скрупулезно точно помнят детали и не дают родителям отступить от текста ни на шаг. Это естественная особенность психического развития крохи. Повторы помогают ребенку лучше понять содержание, запомнить лексику и строй речи. Хороши для малышей сказки К.И. Чуковского, стихи Б. Заходера, А. Барто, С. Маршака. Некоторые дети любят слушать стихи о природе русских классиков. Стихи ритмичны, привлекают внимание к тому, как звучат и произносятся слова. К 3-4 годам дети понимают, что такое рифма (складно-нескладно) и могут даже подбирать рифмы к словам.
 Интересными для детей будут также сказки Козлова про Ежика и Медвежонка, произведения Сутеева, русские народные сказки (как про животных, так и волшебные сказки), сказки Ш. Перро и некоторые сказки Андерсена…Очень поучительны рассказы Л.Н. Толстого. Некоторые дети любят читать простые рассказы из детских энциклопедий об окружающих явлениях: электричестве, водопадах, животных…
Иллюстрации к уже прочитанным сказкам - прекрасный материал для развития речи. Очень полезно расспрашивать малыша, кто там нарисован, что рядом с главным героем, обращать его внимание на детали.
Подходящих для крохи книг сейчас можно выбрать много. Вы можете читать то, что считаете нужным и интересным, то, что привлекло внимание вашего ребенка. Главное Вам самим не считать чтение каждый день нудным занятием, а любить его. Эти минуты близкого общения и вы, и он будете еще вспоминать.
Не читайте на ночь страшные сказки. Если ребенок боится героев каких-нибудь книг и просит не читать дальше – сделайте, как он просит. Не называйте его трусом. Смелость Вы так не воспитаете, а любовь к чтению отобьете надолго, а может и навсегда. Читайте, и пусть это занятие приносит Вам пользу и удовольствие.
| Uşaqların xüsusilə və hərtərəfli tərbiyəsi
Uşaqların düzgün tərbiyə edilməsi məsələləri valideynlər üçün daim kəskin və aktual olmuşdur. Dəyərlər və siyasi baxışlar dəyişmiş, tərbiyə məsələsi isə dəyişməz olaraq, uşaqlarını böyüdən ailələri daim narahat etmişdir. Uşaq tərbiyəsinə dair yazılan elmi əsər və nəzəriyyələrin sayı az deyildir. Onların müəllifləri arasında həm müasir, həm də ötən əsrlərin böyük xadimləri vardır. Diqqətəlayiq haldır ki, onların hər biri tərbiyə məsələsinə təcrübi cəhətdən xüsusi və özünəməxsus tərzdə yanaşmışlar. Bir sözlə, pedaqoqlar uşaq tərbiyəsini bir neçə kateqoriyaya bölürlər: vətənpərvər tərbiyə - vətənə sevginin aşılanması; fiziki tərbiyə və əxlaqi tərbiyə. Müasirlərin bir çoxu tərbiyə məsələsində şəxsi intuisiyaya bel bağlayır, bəziləri öz valideynlərinin təcrübəsini davam etdirir, bəziləri isə bütövlükdə mütəxəssislərə etibar edirlər. Belə qərarların hər biri eyni zamanda həm, düzgün, həm də yanlışdır. Ailə tərbiyəsi hər zaman və həmişə əsas olmuşdur. Sizin uşağınızın davranışı əksər faktorlarda ailədəki vəziyyətdən və mədəniyyətdən asılıdır. Lakin burada da iki yol var: uşaq öz valideynlərinin davranışlarını büsbütün mənimsəyə və yamsılaya bilər, yaxud ailədə aldıqları mənfi təcrübə əsasında valideynlərinin şablon davranışlarından imtina edə bilər. Bu iki tamamilə təzadlı həyat yolları arasındakı sərhəd çox həssasdır. Həmçinin, uşağın tətbiq etdiyiniz tərbiyə fomalarına və metodlarına olan reaksiyasını müşahidə edərək daim “nəzarəti əldə saxlamaq” lazımdır.
Uşaq tərbiyəsinin xüsusiyyətləri və tərbiyənin daha effektiv metodları daha çox körpənizin xaraketrik xüsusiyyətlərindən və temperamentindən asılıdır. Bir qrup körpələrə qadağa svetoforun qırmızı işığı kimi təsir edirsə, digərilərinə şifahi qadağalar və cəzalandırma heç təsir etmir. Əksər körpələr üçün pedaqoqlar tərəfindən çox tez-tez tətbiq edilən izahetmə formaları daha çox uyğun gəlir. Əlbəttə ki, valideynlərin qəti avtoritetliyi barədə bəhs etmək lazımdır ki, düzgün və “xətərsiz” tərbiyə bundan çox asılıdır. Avtoriteti də həmçinin bir neçə kateqoriyalara bölmək olar: hörmət əsasında əldə edilmiş avtoritet və zor gücü ilə əldə edilmiş avtoritet. Avtoritetin birinci tipi heç də qısa zamanərzində əldə edilmir, lakin o, əxlaqi tərbiyədə xüsusi mahiyyətə malikdir. İkinci növ avtoritet isə çox ziddiyyətlidir. Belə təsirin effekti həmişə müsbət olmur, bununla çox vaxt yalnız uşağın nümayişkaranə davranışı zahirə çıxarıla bilər, beləliklə o, böyüklərin yanında lazım olan kimi davranır, onlar olmadıqda isə davranış norma və qaydalarından kənara çıxırlar. Tərbiyə məsələlərində hələ də mütəşəkkil göstəriş və tövsiyyələr mövcud deyil. Ekspertlər və pedaqoqlar belə nəticəyə gəlirlər ki, hamısından yaxşısı uşağı daima diqqət və sevqi ilə, davranışları düzəltməklə və səhvləri yerində və vaxtındaca izah etməklə, böyüklər tərəfindən uzunmüddətli diqqətsizliyə yol vermədən tərbiyə etmək lazımdır.
| Nəyi, necə və harada oxumalı
Kitab oxumaq uşağın həyatının ayrılmaz hissəsidir. Oxumağın faydasından sonsuza qədər danışmaq olar. Yalnız onu qeyd edək ki, kitablar fantaziyanı inkişaf etdirir, ətraf aləmlə tanış edir, nitqin düzgün qrammatik quruluşunun formalaşmasına yardım edir. Qəhrəmanların hərəkətləri barədə düşüncə əxlaqi dəyərləri anlamağa gətirib çıxarır. Artıq həyatın ikinci-üçüncü ilində kitab oxumağa və şəkillərə baxmağa vaxt ayırmaq lazımdır.
Üçüncü ildə kitab körpənin ən sevimli predmetlərindən birinə çevrilir. O, təcrübi cəhətdən onları əzbər yadda saxlayaraq şəkilləri gözdən keçirə, kiçik şerlərə və nağıllara qulas asa bilir. Kitablar böyük ölçülü, keyfiyyətli, gözəl illustrasiyalı olsa çox yaxşıdır. Qalın üz qabığı və davamlı (məsələn kartonlu) səhifəcikləri olsa daha yaxşı olar, çünki kiçicik əllər hələ səliqəliyin fərqinə vara bilmir və bu səbəbdən kitab asanlıqla cırıla bilər.
Tanışlıq mərhələsində kitabı uşağa cazibəli surətdə təqdim etmək vacibdir. Əgər o, indi oxumaya qulaq asmağı xoşlayarsa, sonralar özü də oxumağı sevəcək. Hər gün mütaliə etmək çox vacibdir. Erkən yaşlarda tez-tez təkrarlanan əhvalatlarla dolu nağılları (“Turp”, “Terem”, “Zayuşkina komacığı”, “Pişik, xoruz və tülkü”) oxumaq çox vacibdir. Bu yaşda uşaqlar çox vaxt eyni nağılı bir neçə dəfə təkrar oxumağı xahiş edirlər. Bununla belə onlar bütün təfərrüatları son dərəcə dəqiqliklə xatırlasalar da velideynlərə mətndən bir addım belə kənara çıxmağa imkan vermirlər. Bu körpənin psixoloji inkişafının təbii xüsusiyyətidir. Təkrarlama uşağa məzmunu daha yaxşı anlamağa, leksikanı və nitq quruluşunu yadda saxlamağa yardım edir. Uşaq üçün K.İ. Çukovskinin nağılları, B. Zaxoderin, A. Bartonun, S. Marşakanın şerləri yaxşıdır. Bəzi körpələr rus klassiklərinin təbiət haqqındakı şerlərini xoşlayırlar. Bu şerlər ahəngdardır, diqqəti sözlərin səslənməsinə və tələffüsünə cəlb edir. Üçüncü-dördüncü ilə körpələr qafiyənin (səlist-rabitəsiz) nə olduğunu dərk edir və hətta sözlərə qafiə də seçə bilir.
Uşaqlar üçün Kozlovun Kirpi və Ayıcıq haqda nağılları, Suteyevin yaradıcılığı, rus xalq nağılları (həm heyvanlar barədə, həm də sehirli nağıllar), Ş. Perronun nağılları və Andersenin bəzi nağılları maraqlı olacaq. L. N. Tolstoyun nağılları çox ibrətvericidir. Bəzi körpələr uşaq ensklopediyalarından götürülmüş ətraf aləmdə olan hadisələr – elektrik, şəlalələr, heyvanlar barədə sadə nağılları oxumağı xoşlayırlar.
Oxunmuş nağıllara illüstrasiya nitqin inkişafı üçün ən gözəl materialdır. Körpəni – orada kimin şəkli çəkilib, baş qəhrəmanın yanındakı nədir – kimi sorğu-suala tutmaq, onun diqqətini təfərrüatlara yönəltmək çox faydalıdır.
Hazırda körpələrə münasib çoxlu sayda kitablar seçmək olar. Siz zəruri və maraqlı hesab etdiyiniz, uşağınızın diqqətini çəkəcək şeyləri oxuya bilərsiniz. Əsas odur ki, hər gün oxumağı cansıxıcı məşğuliyyət hesab etməyəsiniz, əksinə bunu sevəsiniz. Bu yaxın ünsiyyəti həm siz, həm də o uzun müddət xatırlayacaqsınız.
Gecə qorxulu nağıllar oxumayın. Əgər hansısa kitabların qəhrəmanları uşaqda qorxu yaradırsa və o, ardını oxumamağı sizdən xahiş edirsə onun istədiyi kimi edin. Onu qorxaq adlandırmayın. Siz bununla şücaət tərbiyə etməyəcəksiniz, əksinə onun oxumağa olan sevgisini uzun müddətə, bəlkə də əbədi öldürəcəksiniz. Oxuyun, qoy bu məşğuliyyət Sizə fayda və zövq versin.
| Körpə və televizor
İlk baxışda uşağın televizor qarşısında müəyyən qədər vaxt keçirməsində qorxulu heç bir şey yoxdur. Lakin düşünün, o, televizora nə qədər çox baxarsa, bir o qədər də ondan asılı vəziyyətə düşəcək, o, artıq televizorsuz yemək yeməməyə, oynamamaya da bilər. Bununla yanaşı, televizorda qəzalar, zorakılıqlar barədə filmlər, çoxlu qan göstərirlər və kiçik, inkişaf etməkdə olan orqanizmin bunu görməsi heç də yaxşı deyil. Reklama baxdıqda isə onların beyinlərində həkk olunur ki, şirkətlərdə körpələr oyun oynamırlar, pivə içirlər və siqaret çəkirlər. Bizim dövrümüzdə uşağı televizora baxmaqdan tam qorumaq mümkün deyil, lakin onun təsirini azaltmaq vacibdir
1. O, hələ çox balacadır, çalışın onun yanında televizoru qoşmayın. Əgər bundan yaxa qurtarmaq mümkün deyilsə, o zaman onun nəyi görmək istədiyinizi diqqətlə seçin. Cizgi filmləri, heyvanlar haqqında verilişlər, xeyirli komediyalar qoşun.
2. Körpə böyümüşdür. Lakin bu ayıq-sayıqlığı zəiflətmək üçün səbəb deyil. Onun baxdığı hər şeyə nəzarət edin. Televizor qarşısında keçirilən vaxtı məhdudlaşdırın. Yaxşısı budur şəkil çəksin, nəsə düzəltsin və ya topla oynasın.
3. Canlı ünsiyyət çox olsun. Çalışın axşamları televizor qarşısında yox, birlikdə stolüstü oyunlarla və ya ötən günün müzakirəsi ilə keçirin. Öz uşağınıza yaxın olun. Televizoru qoşmağa siz hər zaman vaxt tapacaqsınız...
| Ağlayan körpəni necə sakitləşdirməli
Hər bir cavan ana narahat, ağlağan körpə ilə üzləşır. Hər bir ana körpəsini sakitləşdirmək üçün böyüklərindən eşitdikləri metodlardan istifadə edib, lakin effekt görmədikdə çox narahat olur.
Bir çox metodlar vardır ki, bunların vasitəsilə siz körpənizi sakitləşdirə bilərsiniz. Lakin körpənizə fərdi yanaşın, axı Siz hələ onu yaxşı tanımırsınız, bunun üçün sizə zaman lazımdır. Biz sizə mümkün olan metodları təqdim edirik, bunların hər birini öz körpənizdə sınayın. Bələmək. Körpələr nə istədiklərini çox yaxşı bilirlər ana bətnində hiss etdiyi istilik, komfort və təhlükəsizlik hissi. Bunun üçün körpələrimizi isti örtüklə bələyək, bu onların xoşuna gəlir. Bəzi analar hesab edirlər ki, körpələrini qucağında saxladıqda, onlar analarının ürək döyüntülərini eşidib sakitləşirlər. Bəzi körpələr izə bələkdə özlərini diskomfort hiss edirlər və hərəkətlərinin məhdudlaşdırılmağını heç sevmirlər. Onda gəlin onlara başqa metod yürüdək.
Daimi ritm axtarışı. Ana bətnində döl daima ananın ritmik ürək döyüntülərini eşidirdi. Məhz bu səbəbdən körpələr ana ilə daha yaxın kontaktda olmağı sevirlər. Onda gəlin narahat olan körpələrimizin yanında sakit mahnı səsləndirək və ya lay-lay oxuyaq.
Körpələrin yırğalanması. Əksər uşaqlar yatmazdan əvvəl yırğalanmağı çox sevirlər. Lakin bu metoddan uzun müddət üçün istifadə etməyin, körpə yuxuya gedən kimi dayanın, əks halda uşaq buna vərdiş edər və yuxuya getdikdə belə onu yırğalamağınızı istəyər.
Sakitləşdirici massaj. Sakitləşdirici massaj və ya kürəyinə və qarnına ananın incə toxunuşu bəzi körpələri çox yaxşı sakitləşdirir. Əgər uşağınızda sancı varsa, qarnını saat əqrəbi istiqamətində massaj edin, sonra isti əskini qarnının üzərinə qoyun. Bu metod bəzən çox yaxşı sakitləşdirir.
Sorma komfortu. Bəzi yenidoğulmuşlar barmağını və ya əmziyi sorma ehtiyacı duyurlar. Bu onlara komfort və sakitləşdirici hiss verir. «Sorma komfortu» körpənizin ürək ritmini stabilləşdirər və sakitləşdirər.
Özünüzə qarşı bu qədər tələbkar olmayın.
Unutmayın ağlağan uşaq heç vaxt özünə zərər yetirməz, amma valideynlərini stressə salar. Cavan valideynlər çox vaxt körpələrini sakitləşdirə bilmədikdə özlərini qeyri-kompetent hesab edirlər və bu səbəbdən də çox üzülürlər. Əgər siz bütün lazım olanları, əlinizdən gələnləri etmisinizsədə və əminsiz ki, körpənizin heç bir fiziki narahtçılığı yoxdur, onda bir azda özünüzü düşünün. Dərindən nəfəs alın və otaqdan çıxın. Əgər bu kömək etsə, sakit mahnı səsləndirin və 10 dəqiqə dincəlin. Rəfiqələrinizə və ya qohumlarda olan analara zəng vurun, məsləhət alın. Axı sizin gərginliyiniz, yorğunluğunuz, halsızlığınız körpənizə pis təsir edir. Unutmayaq ki, körpələr anaları daha yaxından hiss edir.
Üzülməyin ki, sizin körpə rəfiqənizinkindən daha çox ağlayır. Hər ikiniz üçün çətin olan bu dövr keçib gedecək, ardından yalnız körpənizin həyatının ilk aylarına aid xoş xatirələr qoyacaq.
| | |
|
|