| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| Fevral -2010 Müsabiqə Namizədlər |
| |
| |
| |
| |
|
|
| Sayğac |
| |
| |
| Sayta daxil olanların sayı
loading...
|
| |
|
|
|
| Körpənin yuxusu
Qədim yunanlar hesab edirdiləri ki, yuxu allah Hipnosun oğullarından biri olan qanadlı Moreyem allahı tərəfindən insanlara bəxş edilmiş vergidir. Onlar həqiqətən də haqlı idilər, yuxu doğurdan da Təbiətin bizlərə bəxş etdiyi vergidir, onun əhəmiyyətinini yenidən qiymətləndirmək çətindir. Yuxu gücün bərpa edilməsinin əsas vasitələrindən biridir. Yuxu zamanı enerji eytiyyatının toplanması, regenerasiya, plastik mübadilə prosesləri gedir. Nəticədə isə gün ərzində sərf edilmiş enerji ehtiyyatları yenidən bərpa olunur. Yuxu ərzində insan orqanizmində əhəmiyyətli dəyişikliklər baş verir. Hər şeydən əvvəl mərkəzi əsəb sisteminin təsirinin dərhal düşməsini qeyd etmək lazımdır ki, bu da bütün orqanizm üçün, xüsusilə də əsəb sistemi üçün tam dinclik və raharlıq şəraiti yaradır. Yuxu sinir sisteminin “xilaskarına”, onun əsəb hüceyrələrinin həddən artıq qıcıqlanmasına qarşı mühafizəçiyə çevrilir. Aparılan araşdırmalar da göstərdiyi kimi, yuxu zamanı insan orqanizmi, xüsusilə də əsəb sisteminin sonrakı fəaliyyəti üçün zəruri və faydalı olan mürəkkəb biokimyəvi bərpa, qida maddələrinin enerji həzmi və enerji toplanması prosesləri gedir. Deməli yuxu istirahətin əsas və əvəzedilməz formasıdır. Hələ keçmiş zamanlarda da deyilmişdir ki, yuxu “təbiət qoynunda yeməkdən daha yaxşıdır”. Yuxu silsiləli prosesdir. Yatmış insanın beynindəki bioloji prosesləri qeydə alınması zamanı silsilələrin formalaşması ilə yuxunun yavaş yaxud ortodoksal və sürətli yaxud paradoksal mərhələlərinin növbələşməsi aşkar olunmuşdur. Yuxunun yavaş mərhələsi də öz növbəsində dörd dövrə bölünür. Birinci mərhələ mürgüləməyə aid edilir. İkinci dövr əsil yuxunun başlanğıcını özündə təmsil edir. Üçüncü və sonrakı dövr dərin yuxudur. Bundan sonra sürətli yuxunun növbəti mərhələsi inkişaf edir. O, özlüyündə müəyyən dərəcədə ayıqlığa uyğun olan, lakin daxilə yönələn orqanizm vəziyyətini təqdim edir. Məhz bu səbəbdən sürətli yuxunu paradoksal adlandırırlar. Bu zaman əzələlər darin yuxu vaxtındakı kimi daha çox rahatlaşır, lakin insanı yüngül yuxudakı kimi asanlıqla oyatmaq olar. Bu mərhələdə insanda gözlərin sürətli hərəkətləri çoxsaylı yuxugörmələr müşahidə olunur. Yuxudan sonra uşağın özünü gümrah və istirahət etmiş hiss etməsi üçün onun yuxu silsiləsinin ortasında deygil, sonunda (sürətli yuxu zamanı və ya sürətli yuxunun sona çatmasına qədər) oyanması lazımdır. Qədim yapon təbibləri silsilənin ortasında oyanmağı baş nayihəsinə dəyənəklə vurulan zərbə ilə müqayisə edirdilər. Balaca uşaqlarda (xüsusilə körpələrdə) adətən yuxunun bio-ritmi pozulmur. Lakin gioritmi körpənin rejim üzrə yedizdirilməsi, yalnız valideynlərin onun yemək vaxtının çatdığını hesab edərək oyatmaları poza bilər. Körpənin rejimə deyil, tələbata əsasən sinə ilə bəslənməsi təkcə yaxşı həzm etməsinə deyil, həm də yuxunun təbii bioritmini qorumasına imkan verir. Sutka ərzində uşaq yuxusunun davamlılığı ayrı-ayrı uşaqlarda fəqli ola bilər. Orta miqdar cədvəl 4-də göstərilmişdir. Cədvəl 4. Sutka ərzində uşaq neçə saat yatmalıdır (orta rəqəmlər) Uşağın yaşı (sutka ərzində saat) Yeni doğulmuş 16 – 17 3 aydan 6 aya qədər 14 – 15 7 aydan 12 aya qədər 13 – 14 Əgər sizin körpənizdə yuxu ilə bağlı hər hansı problemlər meydana gələrsə aşağıdakı məsləhətlərə riayət edin: 1. Əgər körpəniz çətinliklə rahatlaşırsa onun otağının interyerinə pastel-mavi və ya yaşıl rəngli predmetlər daxil etməyi sınayın. Bu çalarları divar kağızına, döşəkağına, gecə köynəyinə tətbiq etməklə kifayətlənin. Daima nədənsə narahat olanlar üçün çəhrayı və yasəmən gülü rəng boyaları da münasibdir.
2. Çarpayınızı (və ya körpəniz sizinlə yatmırsa onun da çarpayısını) metal konstruksiyasından və televizor kimi elektro-maqnit şüalarından, o cümlədən elektrik naqilləri keçən divardan uzaq yerləşdirdin. Uşaq çarpayısının söykənəcəyi uşağın boyundan 20-30 sm hündür olmalıdır. 3. Uşağın yataq ağları nəinki təmiz, həmçinin müxtəlif əyləncəli rəsmlərlə gözəl olmalıdır. ən yaxşı ağ təbii pambıq hazırlanmış olanlardır.
4. Körpənizi mümkün qədər çılpaq yatızdırmağa çalışın – dəri məsamələr vasitəsilə yaxşı nəfəs almalıdır.
5. Yatmazdan əvvəl yeri yaxşı yoxlamaq tövsiyyə olunur. Yaxşı olardı ki, uşaq yatarkən nəfəslik (havanı dəyişdirmək üçün pəncərədə kiçik göz) və ya eyvanın qapısı açıq olsunlar. Hava şəraiti imkan verərsə açıq havada yatmaq daha yaxşı olardı.
6. Yatarkən körpəni heç vaxt oyatmayın, hətta onun yemək vaxtı çatsa belə: körpə üçün yuxu bioritmini və oyaqlılığı formalaşdırmaq daha vacibdir.
7. Gecə yedirməsi zamanı mümkün qədər sakit davranın: çalışın az danışıq səsləri, daha az işıq, körpə ilə daha az baxış kontaktı olsun. Gündüz yedirməsi zamanı coşğun olun, uşağı tez-tez pəncərəyə– gündüz işığına tərəf gətirin, onunla ucadan və sevinclə danışın.
8. 9 – 12 aydan gec olmamaq şərti ilə gecə yedirmələrindən imtina edin.
9. Uşaq üçün onun yatacağı gözəl oyuncaq (daha yaxşı olardı ki, o özü bunu seçsin) seçin. Oyuncaq uşağın onu qucaqlaması üçün həddən artıq böyük, eyni zamanda da gecələr yataqda itməməsi üçün həddən artıq kiçik olmamalıdır.
10. Çarpayının yanında alaqaranlıqda uşağı qorxudacaq predmetlərin olmamasına əmin olun.
11. Uşağın matrası həddən artıq yumşaq olmamalıdır, yaxşı olardı ki, o, müəyyən dərəcədə sərt olsun. O, cutdan (hind kəndiri) və ya küləşdən ola bilər və ya xüsusi körpə ortopepik matras əldə etmək olar. Mütəxəssislərin qeyd etdiyi kimi uşağa yaylı və ya pambıqla (sinteponla) doldurdulmuş matras almaq məsləhət görülmür. Matras alarkən onun hipo-allergik materialdan hazırlandığından əmin olun. Həmçinin qeyd etmək lazımdır ki, küləş və ya digər təbii materiallardan hazırlanmış matrasdan “nəsillikcə” bir uşaqdan digərinə verməklə çox uzun müddət istifadə etmək məsləhət görülmür. Məsələ burasındadırd ki, zamanda keçdikcə bunda nəinki toz əmələ gəlir, həmçinin uşaqda allergiya yarada biləcək müxtəlif növ mikroorqanizmlər formalaşmağa başlayır. Çox uzun müddətə istifadə olunan matras zaman keçdikcə öz formasını itirir. 12. Əgər uşaq sizdən ayrı yatırsa onun çarpayısını pəncərənin yanına qoymayın: küçədən gələn qəfil səslər onun yatmasına mane olacaq. Bundan əlavə pəncərə pərdəsinin şnurları da müəyyən dərəcədə qorxu hissi oyada bilər, ələxsus da əgər uşağın əli onlara çatırsa belə qorxu hissi istisna edilmir. Bəzən onlar bəxbəxt hadisələrə də səbəb olmuşlar. 13. Bir çox valideynlər uzun müddət yatmayan, gecələr tez-tez oyanan, səhərlər həmişəkindən gec oyanan körpə uşaqlarından narahat olurlar. Analar və atalar qorxurlar ki, bu hansısa patalogiyanın əlaməti ola bilər. Həqiqətdə isə belə körpələr böyük əksəriyyət hallarında tamamilə normaldırlar, sadəcə onların bioloji ritmi belədir. Həkim N. V. Rimaşevskaya qeyd etmişdir: “Nədənsə analar və atalar yaddan çıxarırlar ki, onlardan bəziləri gecə yarısına qədər kitabla qalmağı xoşlayır, “ömrü boyu” pis yuxuya gedir, çox sayıq yatır və işə getmək üçün güclə oyanırlar. Bu analar və atalar hətta ətrafdakılara müəyyən dərəcədə fəxrlə deyirlər ki, “Nə etmək olar, axı mən “bayquşam”. Bunun əksinə olaraq digər analar və atalar axşam doqquzdan sonra “mürgüləyir”, yastığa baş qoyan kimi yuxuya gedir və səhərlər çətinlik çəkmədən oyanırlar. “Torağay” adlandırılan belə böyüklər heç kimdə təəccüb doğurmur: onların bioritmi belədir! Məlum olmuşdur ki, südəmər uşaqlar da sabit individual xassələrə malik və insan konstitusiyası variantlarından biri kimi baxıla bilən özünəməxsus bioritmik xüsusiyyətlərinə malikdirlər. “Torağayılar” tez, “bayquşlar” isə xeyli müddət ərzində yatırlar. “Bayquşlarda” yuxunun nisbi sürəkliliyi “torağaylarla” müqayisədə daha az, yuxu isə daha sayıqdır. Məlum olduğu kimi, “pediatrik normalar” körpələrdən müəyyən qəti rejim tələb edir. Qeyd etmək lazımdır ki, “bayquşlarda” gələcəkdə meydana gələcək yüksək həyəcanlılığa uyğunlaşma qabiliyyəti daha azdır, böyük meyllilik isə nervoz reaksiyalara olur... Beləlilə, tez-tez oyanıqlıq, səthi yuxu və bəzi digər xüsusiyyətlər ayrı-ayrı körpələr üçün fizioloji olıa bilər və heç bir müalicə tələb etməyə də bilər... Bu hallada körpənin gecələr yatmasına alışmaq və onu bir neçə saat ərzində əlinizdə yırğalayəbyatızdırmağa çalışaraq əziyyət vermək lazım deyil”. 14. Yatmazdan əvvəl anaların öz övladlarına layla deməsi çox yaxşıdır. Layla uşağı sakitləşdirir, ayıqlıq vəziyyətindən yuxuya getməsinə yardım edir. Bundan əlavə, layla uşağın eşitmə qabiliyyətini artırır və onun estetik duğusunu formalaşdırır. Aşağıda qadınların bu günkü dövrümüzdə də öz körpələrlərinə oxuya biləcəkləri bəzi mili rus laylalarının sözləri (əlbəttə ki, müasir laylaları da, məsələn cizgi filmlərindən götürülmüş nəğmələr də oxumaq olar) təqdim edilmişdir
| Uşaqlarda angina
Angina orqanizmin kəskin iltihabi infeksiya xəstəliyidir ki, bu zaman badamcıq vəzisi udlağında yerli kəskin iltihablı proseslər baş verir. Təəssüf ki, bu gün bu xəstəlik çox geniş yayılmış və tez-tez digər orqanlar– ürək, oynaqlar, böyrəklər, ağ ciyərlər, həzm kanalı, limfatik sistem və s. tərəfindən ağırlaşmalarla müşayiət olunur. Çox vaxt körpələr bu xəstəliyə tutulurlar. Kataral angina çox vaxt uşaqlarda rast gəlinən angina növünə aid edilir. Bu halda xəstələnmə subferil fonda (37 – 37.5 dərəcə) və ya uzanır. Körpələr udqunma zamanı boğazda zəif ağrılardan şikayət edir, bəzən süstlük halları müşahidə edilir, limfatik düyünlərin azacıq genişlənməsi və onların xəstələnməsi də mümkündür. Damaq badamcıq vəzisinin selikli qişası qırmızı olur, onlar həcmcə böyüyürlər. Bəzən onların səthində selikli irin ifrazatı müşahidə etmək olur. Follikulyar və lakunar anginalar Bu xəstəliklər uşaqlarda kataral angina kimi başlayır: udqunma zamanı çətinliklər hiss edilir, bədən temperaturu yüksək rəqəmlərlə qalxır, bəzən də üşütmə, baş ağrısı, ümumi zəiflik ilə müşaiyət olunur, çənə limfotik düyünləri böyüyür və toxunuş zamanı ağrımağa başlayır. Bəzən ümumi intoksikasiyanın meydana gəlməsi kimi körpədə çiyində, oynaqlarda ağrı əmələ gəlir. Follikulyar angina zamanı böyümüş və qızarmış badamcığın səthində girdə formalı yarı-ağ nöqtələr görmək olar, lakunar zamanı isə bu cür rəngli ləkələr çuxur (lakunar) formasını təkrarlayır, daha doğrusu daha diffuzlu (yayılmış) olur. Anginanın kəskin simptomları 3 – 5 gün davam edə bilər, sonralar müvafiq müalicə nəticəsində tədricən zəifləyir. Göbələk angina İlk yaşlarındakı uşaq orqanizmin azaldılmış müqaviməti fonunda göbələk anginası olur. Bəzən bu xəstəlik bağırsağın mikroflora balansının pozuntusu ilə müşaiyət olunur, bu da əksər hallarda antibiotiklərin səmərəsiz tətbiqi nəticəsində yaranır. Qızarmış badamcıqda adətən ağ rəngli adacıqlar formasında ərp yaranır. Göbələk anginası çox vaxt qışda və payızda olur. Bütün simptonlar isə follikulyar və lakunar anginalarda olduğu kimidir (kəskin başlanğıc, yüksək hərarət v s.). Difteriya anginası Anginanın məhz bu foması yüksək diqqət tələb edir. Difteriya yolxucu infeksion xəstəlikdir. Ona qarşı 1 yaşından 5 yaşınadək olan körpələr daha həssasdırlar. Xəstəliyi difteriya çöpü törədir. Yoluxmuş hava axını vasitəsilə törədicilər ağız boşluğunun selikli qişasına, əsnəyə, buruna daxil olur və burada onlar üçün əlverişli şəraitdə çoxalır və güclü zəhər – toksinlər ifraz etməyə başlayır. Zəhər tez bir zamanda qanla bütün orqanizmdə yayılır. Difteriya toksinləri əsəb sisteminə, ürəyə, böyrəklərə xüsusilə dağıdıcı malikdir. Əgər difteriya çöpləri möhkəm və sağlam orqanizmi olan, xəstəliyə qarşı kifayət qədər immunitetə malik körpənin selikli qişasına daxil olarsa, o zaman bu körpələr difteriyaya yoluxmayaraq onun daşıyıcısına çevrilirlər. Onlar da xəstələr kimi xəstəliyi digərlərinə ötürə bilərlər. Uşağa qulluq Angina zamanı müalicəni yubatmaq olmaz, çünki bu xəstəlik həm yerli, həm də daxili orqanlar tərəfindən (revmatizm, revmatiod artrid və s.) kənar ciddi ağırlaşmalara səbəb ola bilər. Xəstə uşağa yataq rejimi, izolyasiya, ayrıca qab-qacaq, rasional və vitanimləşdirilmiş qida vacibdir. Yemək süd–bitki, mikroelementlərlə zəngin olmalıdır, limonlu çay, quşüzümü şərbəti, itburnu həlimi məsləhət görülür. Ağız boşluğu və boğazı yaxalamaq üçün kalium permanqanat qatışığı (manqan məhlulu) istifadə edilir: mayenin çəhrayı rəngədə olması üçün bir neçə kristalcıq ½ stəkan suda qarışdırılır. Müalicə məqsədilə çox vaxt furansilin, mətbəx duzu (bir stəkan qaynanmış suya 1 çay qaşığı), içməli soda (eyni proporsiyalı) tətbiq edilir. Bitki cövhəri (dazı, çobanyastığı, adaçayı) geniş təbiq edilir ki, bunun da hazırlanma qaydası belədir: 2 xörək qaşığı ot minalanmış fincana qoyulur və isti qaynanmış su ilə qarışdırılır, 15 dəqiqə qaynanmış suda isidilir, qabaq ilə ağzı bağlanılır və 45 dəqiqə otaq temperaturunda ekstraktı çəkilir, süzgəcdən keçirilir və qaynanmış su ilə başlanğıc həcmə qədər qatılır (durulaşdırılır). Xəstənin vəziyyətindən asılı olaraq qarqaranı həkim təyin edir. Qarqara prosedurasını yerinə yetirərkən qarışığın isti olmasına, qurtumdan qulağa düşməməsinə riayət etmək lazımdır, bunun üçün “a-a-a” səsini tələffüs etmək və udma hərəkətlərinə yol verməmək lazımdır. Boğazı düzgün qarqara etməyi hər körpə bacarmır, belə ki, burada vacib məsələ mayenin udlağın arxa divarcığına düşməsinə nail olmaqdır. Uşağı bu gigiyenik proseduranı aparmağı öyrətmək çox məqsədəuyğundur. Əgər körpə boğazı yaxalaya bilmirsə, daha bir analoji vasitə – udlağı adi inhalyatorun və ya pulverizatorun köməyi ilə islatmaq məsləhət görülür. Pulverizator ilə güdə bir neçə dəfə müalicəvi qarışıqları, ot cövhərini otaq temperaturunda sıçrayırlar. Bu zaman uşaq ağzını geniş açmalı, dilini çıxarmalı və asta-asta nəfəs almalıdır. Pulverizator püskürdücü borucuğunun qurtaracağını ağız boşluğunan mümkün qədər dərinə elə yerləşdirirlər ki, damcılar dillə dodaqlar arasında toplanmasın, əksinə udlağın arxa divarcığına mümkün qədər daha irəliyə düşsün. Əgər boyun limfa düyünləri böyüyürsə, boyun nayihəsinə isidici quru və isti kompresslər qoyulur. Kompressi yarım-spirtlə (yarısı sudan ibarət spirt) tətbiq etmək tövsiyyə edilir. Kiçik (ilk) yaşlı körpələr üçün spirt iki dəfə yarısına qədər su ilə qarışdırılır. Kompress sutka ərzində 2 – 3 dəfə qoyulur. O, 4 qatdan ibarətdir. Çənəaltı nayihəyə həll olunmuş spirtlə isladılmış və sıxılmış bir cındır yumşaq parça, bint, tənzif qoyulur, onun üstü kompress kağızı ilə və ya polietilen plyonkası ilə örtülür, yuxarıdan isə pambıq, flanel və ya yun parça yerləşdirirlər. Hər bir lay əvvəlkindən böyük (sahəcə) olmalıdır. Kompressi boyunda şərf və ya bint vsitəsilə bərkidirlər. Onu bütün gecə saxlamağı məsləhət görmürlər. Kompressi götürdükdən sonra boyunu yumşaq isti dəsmalla sarımaq olar, bu onu isti saxlayar. Yüksək hərarət və ağrı zamanı (baş, boğaz ağrısı) antibiotiklərlə yanaşı həkimin təyin etdiyi qızdırmanı azaldan vasitələr, dozalama tətbiq edilir. Yuxusuzluq hallarında yuxu gətirici və sedativ preparatlar təyin edilir. Turşu-qələvi tarazlılığını bərpa etmək üçün mineral su içmək məsləhət görülür. Əksər körpələrdə boğazda kifayət qədər tez-tez ağrı olmasına baxmayaraq, bu yalnız bir neçə gündən sonra keçib gedən adi xəstəlikdir, yenə də uşağınız boğaz ağrısından şikayət edəm kimi həkimə müraciət edin. Həkim daha ciddi bir şeyin, məsələn angina formalarından birinin olub-olmamadığını müəyyən edə bilir. Belə təhlükə istisna edilən kimi ev şəraitində müalicəyə başlayın. Lakin hətta bu hallarda belə uşağınızın vəziyyətinə diqqətlə nəzarət etmək və aşağıdakı hallar olduqda həkim çağırmaq lazımdır: boğaz ağrısı 3 gündən artıq davam etdikdə; uşaq içməkdən imtina etdikdə; hərarət 38 dərəcədən yuxarı olduqda; boğazda ağ ləkələr müşahidə etdiyinizdə; səs dəyişildikdə; nəfəs almada və udqunduqda çətinlik yarandıqda. Tək-tük uşaqa soyuqdəymə və qrip proseslərini boğaz ağrısı kimi hallar olmadan yaşamaq nəsib olur. Buna görədə də uşağınız boğaz ağrısından şikayət etdikdə panikaya düşməyin. Belə ağrını çox vaxt virus infeksiyaları yaratdığından o, bir neçə gün davam edir və sonra öz-özünə yoxa çıxır. Boğazın virus xəstəliyinin müalicəsi müvəqqəti simptomların zəiflədilməsinə yönədilir. Lakin əgər boğaz ağrısı bakterial infeksiyanın nəticəsidirsə, o zaman həkimin yazdığı antibiotikləri qəbul etmək lazım gələcək. Elə məhz bu səbəbdən ilk boğaz ağrısı halındaca mütəxəssisə müraciət etmək lazımdır. Hər zaman bu xəstəliyin kəskin tonzillit (angina) və ya faringit yaradan streptokok bakteriyalarının, mikrobların törətməsi təhlükəsi vardır. Həkimbu ciddi xəstəlik ehtimalını istisna etmək üçün boğaz hüceyrəsindən yaxma tötürməli olacaq. Əgər uşağın boğaz ağrısının adi virus infeksiyasının nəticəsi aşkar edilərsəsiz xəstəliyin ev şəraitində müalicəsinə başlaya bilərsiniz. Həmçinin siz ağız suyu (tüpürcək) ifraz etmək üçün, yəni ağızın rübubətli olması üçün mümkün olan hər şey etməlisiniz. Buna öskürək əleyhinə xüsusi damcılama və ya nabat ilə, daha böyük uşaqlar üçün isə tibbi preparatlar əlavə edilmiş nabatla nail olmaq olar. Bu yolla ağrı zəifləyəcək, həmçinin iltihab prosesi ilə baş verən hüceyrə parçalanmasının qalıqları yuyulacaq boğazı ağrıyan uşağa yüksək turşluq dərəcəsi olan içkilər vermək məsləhət görülmür: onlar xəstələrə sumbata kağızı kimi təsir edir. Bu səbəbdən uşağın vəziyyəti yaxşılaşana qədər ona portağal, ananas, qrepfrut və ya tomat şirəsi təklif etməyin. Digər tərəfdən alma soku onun üçün faydalı olacaq. Sizin körpənizin şübhəsiz imtina etməyəcəyi “dərman” isə dondurmadır. O, boğazı yumşaltmaq lazım olduqda çox yaxşı təsir göstərir. Lakin dondurmanı körpəyə verməzdən əvvəl onu bir neçə dəqiqə ərzində otaq tempeüraturunda saxlamaq lazımdır. Həddən artıq soyuq uşağın udması üçün çətin olacaq. Amma körpəniz nəsə buzlu bir şey istəsə və buna tab gətirmək vəziyyətində olsa ona bunu verməkdən imtina etməyin. Bəzi uşaqlar boğazları ağrıdıqda soyuq dondurulmuş buzu çox xoşlayırlar. Bu uşaqdan asılıdır. Həmçinin hava rütubətini də yaddan çıxarmayın. Bəzən boğaz ağrısı uşağın ağzı ilə nəfəs alması səbəbindən (xüsusilə də yatarkən) də başlaya bilər. Əgər mənzildə hava çox qurudursa, uşağın otağına hava rütubətləndiricisi qoymaq olar. Kifayət qədər sadə müalicə olmasına baxmayaraq bunu özbaşına etməyə tələsməyin. Angina çox vaxt kifayət qədər ciddi xəstəliklərin simptomu ola bilir, buna görə də ilk simptomlardaca bu barədə ailəvi həkiminizə xəbər verin. Yalnız sonradan, uşaqda bu xəstəliyinin yaranma səbəblərinin yekun aşkarlanmasından sonra mütəxəssisin təyin etdiyi təlimatları yrerinə yetirin.
| QARIN AĞRILARI
Uşaqlar çox vaxt qarın ağrısından şikayət edirlər; müasir və düzgün yardım etmək üçün bu ağrıların səbəblərini aydınlaşdırmaq çox vacibdir. Südəmər yaşlardakı körpələrdə qarın ağrısı çox vaxt bağırsaqlarda qazların – meteorizmin xeyli həcmdə toplanması ilə şərtləndirilir. Bu zaman qarın şişir, körpə hədsiz dərəcədə narahatdır, ağlayır. Çox vaxtağrı tutma xarakteri daşıyır. Adətən bağırsağın boşaldılmasından və ya qazıl ayrılmasından sonra uşaq sakitləşir. Bu yaşda qarında ağrılar artdıqda invaqinasiyanı istisna etmək lazımdır, belə ki, bağırsağın qeyri-bərabər peristaltika və qeyri-mükəmməl tənzimləyici hərəkət funksiyası ilə əlaqədar olaraq düz bağırsaq yoğun bağırsağa asanlıqla kök salır. Erkən yaşlarda uşaqlarda, həqiqətən də böyük uşaqlara nisbətən nadir hallarda, appendisit və qrıja sıxılması hallarına rast gəlinir. Bir az böyük (yaşlı) uşaqlarda qarın ağrısı bağırsağın kəskin və xroniki xəstəliyi (kolit, enterokolit, dizenteriya), xolesistit, mezenterial vəzinin kəskin və ya xroniki iltihabı, bağırsaq qurdu invaziyası zamanı baş qaldıra bilər. Əsəbi, tez qıcıqlanan körpələrdə qarında vegetativ pozğuntu ilə ağrının müxtəlif yaxın lokalizasiya və xarakteri mədə-bağırsq yolunun keçici spazması ilə izah olunur. Belə oxşar hərəkət pozuntularını (diskineziya) mədə və bağırsağın bariumla rengeneloji müalicəsi zamanı da təsdiq etmək olar. Ciddi qida rejimi və günün düzgün nizam-intizam qaydaları, əsəb sistemini sakitləşdirən müalicəvi bədən tərbiyəsi, vasitələr, xüsusi hallarda isə anti-spastik preparatlar adətən körpələrin vəziyyətini yaxşılaşdırır. Uşaqlarda qarın ağrısı daimi ağırlıq nəticəsində, məsələn uzun müddətli əziyyətli öskürmə, göyöskürəyi, bronxit, həddən artıq idman məşğuliyyəti (futbol, ayaq xizəyi, qarının düz əzələlərində “gimnastik” ağrılar) nəticəsində qarın qısqacından gələn ağrı reaksiyası zamanı da yarana bilər. Ağrılar həm də əsəb sisteminin xəstələnməsi ilə (meningit), yatalaq zamanı hiperesteziya dərisi ilə də şərtləndirilə bilər. Bu hallarda ağrı təkcə qarın nayihəsi ilə məhdudlaşmayaraq genişlənmə xarakteri daşıyır. Uşaq yaşının xüsusiyyəti qarınla bağlı olmayan ənn müxtəlif xəstəliklər, məsələn kəskin uşaq infeksiyaları – kori, skarlatin parotit; pnevmaniya, qrip, angina, plevrit, meningit; gemmoragik diatez, xüsusilə kapilyar-toksikoz zamanı; revmatizma və digər kollagen xəstəlikləri zamanı abdominal sıxlıq olur. Elə hallarda çox vaxt qarında ilk ağrılar başlanır. Buna görə də düzgün diaqnoz qoymaq üçün uşağı diqqətlə müayinə etmək lazımdır. Qarını əl ilə yoxlayarkən uşağın diqqətini aparılan manipulyasiyadan maksimal dərəcədə yayındırmaq lazımdır, belə ki, əgər ağrılar reflektor xarakter daşıyırsa o zaman hətta ən dərin palpasiya (əl ilə yoxlama) ağrı hissi oyatmır. əsas xəstəlik müalicəsi fonunda adətən qarındakı ağrılar da keçib gedir.
Dəqiq diaqnozun qoyulmasına və qarındakı ağrının səbəbinin aşkar edilməsinə qədər qarına qrelka qoymaq, imalə etmək və ağrıkəsici vasitələr vermək olmaz!
| Körpənin boyu və çəkisi
Əfsanələrdən (həm də xalq arasında geniş yayılmış) biri kök uşağın sağlam olması barədədir (yeri gəlmişkən, Rusiyada artıq çəkidən 26% oğlan, 18% qız əziyyət çəkir). Təəssüf ki bu belə deyil. Əksinə artıq çəki daha çox sağlamlığa təhlükədir. Son zamanlar qəti şəkildə müəyyən edilmişdir ki, erkən yaşlarda toplanan bədənin artıq kütləsi piyləşmənin inkişafına real imkan yaradır. Birinci il ərzində orqanizmdə formalaşan piy hüceyrələri sonradan demək olar ki, azalmır, o, böyüyə bilər və elə həqiqətən də böyüyür. KÖK uşaqlarda infeksiyalara qarşı müqavimət aşağıdır, arterial təzyiq və gündüz temperaturu çox vaxt qalxır, “mərmərə oxşar dəri” və duruş pozuntusu, ayaq altının yastı olması, ayaq əyriliyi, CİNSİ inkişafda ləngimə müşahidə edilir. Artıq çəkili uşaqlarda bir qayda olaraq tənəffüs xəstəlikləri ağır keçir. Müşahidə olunmuşdur ki, onlarda ekzemaya, örəyə, rinitə 1.5 dəfə çox rast gəlinir. Bundan əlavə, əvvəl axır kök uşaqların əziyyət çəkəcəkləri vaxt gəlib yetişir, xüsusilə əgər onlar onun kök olmasına gülən insanlarla əhatə olunublarsa (evdə, həyətdə, məktəbdə və s.). Bu halda uşaqda ya özünü tam dəyərləndirməmə, özünə inamsızlıq, və ya əksinə, aqressivlik duyğusu inkişaf edir. Uşaqda artıq piy yığınının olmasını müəyyən etmək üçün piy qatının həcmini bir əlin barmaqları tutaraq göbək səviyyəsinə gətirirlər. Belə qatın qalınlığının 2-3 sm-dən artıq olması artıq piyin əmələ gəlməsindən xəbər verir. Cədvəl 1-də göstərilmiş məlumatlardan da yararlanmaq mümkündür.
Cədvəl!. Doğuş vaxtından 1 yaşınadək uşaqların orta çəkisi Oğlanlar Qızlar Yeni doğulmuş 3,3-3,5 3,0-3,3 1 ay 4,1 4,1 2 ay 5,0 4,8 3 ay 5,8 5,4 4 ay 6,6 6,0 5 ay 7,2 6,7 6 ay 7,6 7,4 7 ay 8,0 8,0 8 ay 8,6 8,5 9 ay 9,2 8,9 10 ay 9,7 9,3 11 ay 10,2 9,6 12 ay 10,4 9,8 Bu cədvəldə qəbul edilmiş ümumi həcmlər verilmişdir. Bədən quruluşu və individual xüsusiyyətlərdən asılı olaraq uşağın çəkisi bu və ya digər tərəfdən orta çəkidən fərqlənə bilər, ona görə də əgər körpənizin çəkisi cədvəldə göstərilənlərlə üst-üstə düşmürsə narahat olmağa ehtiyyac yoxdur. Yalnız sapınmanın böyük olması halında həkimlə məsləhətləşmək lazımdır. Qeyd edək ki, orta hesabla körpə ilk 6 aydan bir 400-700 qr çəki artırır. Birinci ilin sonuna isə aylıq çəki artımı 200-300 qr-a qədər azalır. Maraqlısı budur ki, analarının sinə ilə bəslədikləri uşaqlar çəkidə orta hesabla “sünilərdən” daha ləng artım edirlər. Bu birincisi yuxarıda artıq dönə-dönə qeyd etdiyimiz kimi ana südünün uşaq üçün optimal məhsul olması ilə və bununla da onun çəki artırmaması ilə izah edilir. İkinci, sinə ilə bəsləyən analar adətən uşağı daha çox hiss edirlər və ona çox etibar edirlər, buna görə də artıq yedizdirmirlər, körpəciyi şüşəciklə yedirdən analar isə hər fürsətdə onu daha çox yedirtməyə çalışırlar. İndi isə uşağın boy atmasında dayanaq. İlk yarım ildə uşaq təqribən hər ay 2-4 sm böyüyür. Növbəti 6 ayda isə onun boyu bir qədər az artır. Maraqlıdır ki, uşaq tədricən deyil, alimlərin tədqiqatlarının göstərdiyi kimi “sıçrayışla” böyüyür: uşaqlar bir neçə həftə ərzində daimi boyu saxlaya bilir, boyu isə cəmi bir gecə ərzində artırmağa nail olurlar. Heyrətləndirici haldır ki, 24 saat ərzində uşağın boyu santimetrədək arta bilir. Körpənizin aylar üzrə orta göstəricilərini müqayisə etmək üçün cədvəl 2-dən istifadə edə bilərsiniz. Yalnız bir şeyi qeyd edək ki, uşağın çəkisi ilə əlaqədar olduğu kimi burada da körpənizin göstəriciləri orta göstəricilərdən az və ya çox olduqda qorxmaq lazım deyil. Yalnız körpənizin boyu aşağıda göstərilənlərdən əhəmiyyətli dərəcədə çox az və ya çox olduqda narahat olmaq lazımdır.
Cədvəl 2. Uşağın boyunun orta göstəriciləri (doğuşdan 7 yaşa qədər) Oğlanlar Qızlar
Yeni doğulmuş 50-51 49-50 1 ay 54 54 2 ay 57 57 3 ay 60 60 4 ay 63 62 5 ay 66 64 6 ay 68 66 7 ay 70 68 8 ay 72 70 9 ay 73 72 10 ay 74 73 11 ay 75 74 12 ay 76 75 Ətraflı Orqanizm yalnız onun hüceyrələrində, toxumalarında, orqanlarında boy funksiyası ilə bağlı müvafiq hormonlar fəaliyyət göstərdikdə böyüyür. Onlar ən azı 4 vəzidə - hipofiz (somatropin), mədəaltı (insulin), cinsi (testosteron) və qalxanvari vəzilərdə ifraz olunur. Bu hormonlardan birinin belə hasil edilməsində pozğunluq və ya onların orqanizmlə qarşılıqlı münasibətdə dəyişilməsi boyun inkişafında patoloji hallara gətirib çıxarır. Əgər hormonlar həddən artıq çox olsa qarşısıalınmaz böyümə baş verir, hormonların hasil edilməsi dayandıqda isə, böyümə prosesi də dayanır. Bundan əlavə qeyd etmək lazımdır ki, boy həm də hipotalamusun – vegetativ tənzimləmənin yüksək mərkəzindən də asılıdır. Ətraf aləmdən və orqanizmin daxili aləmindən məlumatı alaraq sinir sistemi hipotalamusa komanda verir. O, isə öz növbəsində hormonların hasilatını idarə edərək vegetativ funksiyaya, o cümlədən boy atma prosesinə də təsir edir. Məhz bu səbəvdən əsəb sistemindən müxtəlif sapmalar onun işinə pozğunluq törədərək boya rtmaya mənfi təsir gödtərir. İrsiliyə gəldikdə isə o təbii ki, vacibdir, lakin labüd deyil. Daha doğru olardı ki, ona bir fərdin 160 sm-dən alçaq və 180-dən hündür, digərinin isə 150-dən 185-ə qədər və s. böyümək perskektivinə əsaslanan təxmini istiqamətləndirici proqram kimi baxılsın. Beləliklə, boyun necə olması xarici mühit şəraitindən və sağlamlığın vəziyyətindən (qidanın, iqlimin, sağlamlığa meylin və s. yararlılığı) asılı olaraq müəyyən edilir.
| Erkən yaşlarda uşaqlarda qəbzlik
Bu problem çox vaxt körpələrdə müxtəlif yaşlarda, o cümlədən həyatlarının ilk 3 ilində baş qaldırır. Çoxları hesab edir ki, qəbəlik qorxulu bir şeyə gətirib çıxarmır. Lakin təcrübəli qastronentroloqların da təsdiqlədiyi kimi məhz qəbəlik uşağın komposterlənmiş şəxsiyyətini formalaşdırır, daimi intoksikasiya isə onun sağlamlığı pozur. Qəbəliklə bağırsaq boşalmasının ləngiməsi hesablaşır ki, bu da 2 sutkadan çox davam edir. Çətinləşmiş, bəzən ağrılı boşalma ilə, diskomfortla, az miqdarda bərk nəcis ifrazatı ilə müşayiət olunur. Alimentar mənşəli qəbəliklər qidalanma tarazlığı prinsipinin pozuntusu ilə, yəni yaş nisbəti ilə zülal, yağ, mineral maddələr, vitamin və su arasındakı tarazlılıq prinsipi ilə şərtləndirilir. Uşağın tez-tez yedirdilməsi, başayaq qidalanma rejimi, bağırsağın hərəki fəallığına imkan verməyən məhsul istifadəsi (ağ çörək, duru düyü sıyıqları, tünd çay, kisel, kakao), tərəvəz istifadəsində məhdudiyyət – bütün bunlar son nəticədə bağırsaq boşalmasında ləngimələrə səbəb olur. Orqanik mənşəli xroniki qəbəliklər yoğun və düz bağırsağın müxtəlif hissələrinin anatomik quruluşunun pozuntusu zamanı əmələ gəlir. Buna bu orqanların ölçülərində dəyişmələr, düz bağırsağın anomaliyası və s. daxildir. Təbii ki, bu növ qəbəliyə, digər növlərlə müqayisədə 3-4 dəfə daha az rast gəlinir, lakin onların əksəriyyəti yalnız cərrahiyyə yolu ilə müalicə olunur. Qarnın (mədənin) işləməsində ləngimə körpənin ümumi xəstəliyinin simptomlarından biri ola bilər. Belə xəstəliyi olan uşaqların həyatlarının ilk 3 ilində raxit, hipotrofiya (bədən orqanı həcminin azalması), qanazlığı təhlükəsi meydana çıxa bilər. Bütün bu xəstəliklər zəifliklə və orqanizm əzələlərinin, o cümlədən həzm yolu əzələləri tonusunun aşağı düşməsi ilə müşayiət olunur. Bəzi irsi xəstəlikləri, məslən hipotireoz (qalxanvarı vəzinin fəaliyyətinin aşağı düşməsi), Daun xəstəliyi olan uşaqlar üçün əzələ zəifliyi və buna görə də qəbəlik hər zaman xasdır. Bundan əlavə, bir sıra dərman preparatları özünün kənar təsirləri ilə bağırsağın hərəki fəallığını ləngiməsinə (spazmatoliklər və s.) və ya normal bağırsaq mikroflorasının dəyişilməsinə səbəb olur. Bu halda disbakterioz vəziyyəti – bağırsağın təşkil olunduğu mikrofloralar arasında normal qarşılıqlı əlaqələrin pozulması baş verir. Onun təzahürlərindən biri də qəbəlokdir. Gördüyünüz kimi, belə xoşagəlməz vəziyyətin əmələ gəlməsi səbəbvləri çoxdur. Uşağın müalicə olunması da bundan asılı olacaqdır. Ona görə də yalnız təcrübəli pediatr- qastroenteroloq sizə müalicə metodu seçimində yardım edə bilər. Əsas təzahürlər Bu hər şeydən əvvəl qeyri-müntəzəm qarın işləməsidir. Onun fəaliyyətinin spazmatik pozğunluğu nəticəsində defekasiya ləngiməsi qarında ağrı, sol qabırğalarla qarın arasındakı nahiyədə maksimal lokallaşma, meteorizm (qaz toplanması), qarnın yuxarı hissəsində şişmə hissi, ürək bulanması, qıcqırma ilə müşaiyət olunur. Bu zaman nəcis sıx topa şəklində fraqmentləşmiş olur. Mütəmadi qəbəliklər duru qarın işləməsi ilə növbələnə bilər. Əgər uşaqda hipo-hərəkət diskineziya bağırsağı qarşısında (cift) varsa (onun hərəkətinin düşməsi baş verir), o zaman bu boşalmanın 4-7 gündə 1 dəfəyə qədər kəskin düşməsi ilə və duru nəcis ifrazatı ilə meydana gəlir. Qarında ağrı, meteorizm zəif hiss edilir və ya mövcud olmur. qarın işləməsinin ləngiməsi zamanı səciyyəvi daxili zəhərlənmə (orqanizmin öz-özünə zəhərlənməsi) baş verir, ki, bu da süstlük, zəiflik, baş ağrısı ilə təzahür edir. Dəri boz çalarlarla, sarılıqla solğun, quru vəziyyət alır, qabıq verir (soyulur), üzərində isə sızanaqlar, irinlik xəstəlikləri əmələ gəlir. Bu proseslər bağırsaqlarda yaranan toksinlərin qana sorulması nəticəsində inkişaf edir. Uzunsürən qəbəliklərin olması zamanı uşaq orqanizmi hətta vaxtından əvvəl qocala da bilər. Bu ona görə baş verir ki, mikrobların - bağırsaq və qaraciyərin selikli qişasının həyat fəaliyyətinin zərərli məhsullarını ləngidən iki çəpərin funksiyasının pozulması nəticəsində məhsul çürüməsi bağırsaqdan qana daxil olur. “Nəcisin xroniki intoksikasiyası” kimi termin mövcuddur. Bu xəstəlik bağırsaq, qara ciyər və digər orqanlarda əhəmiyyətli dəyişiklikərə gətirib çıxara bilər. Nəcisin bağırsaqda ləngiməsi ilə xeyli miqdarda müxtəlif mikroorqanizmlər toplanır, disbakterioz inkişaf edir. Bu bağırsaq mikroflorasının funksiyasınınpozulmasına səbəb olur, orqanizmin yerli və ümumi immunitetinin (müqavimətinin) aşağı düşməsinə səbəb olur. Nəcis kütləsinin bağırsaqda irəliləməsinin pozulmasının səbəbi çox vaxt bədən temperaturunun qalxması və ya ümumiyyətlə istənilən kəskin xəstəliyin mövcud olmasıdır. Lakin bu hal müvəqqətidir, 1-2 gün davam edir. Erkən yaşların əsas problemi psixoloji qəbəlikdir. O, əsasən bir yaş yarımdan 3 yaşa qədər uşaqlarda rast gəlinir. Əgər bu dövrdə uşaqda heç olmazsa bircə dəfə qidalanma ilə, və ya arxa gödənin çatlaması ilə bağlı qəbəlikdən yaranan defekasiya xəstəliyi aktı olubsa, o zaman bundan sonra uşaqda qorxu üzündən qarın işləməsi həftələrlə ləngiyə bilər ki, ağrı da təkrarlanır. Bu yaşda psixoloji qəbəliyin yaranma səbəblərindən digəri də oyuna qarşı böyük həvəs, yad ərazidə olmağa qarşı utancaqlıq duyğusu, həmçinin öz “müstəqilliyini” ananın güvəcə (qorşok) alışdırma cəhdləri “acığına” qorumaq faktorlarıdır. Əgər qəbəlik uşağın erkən yaşlarında baş qaldırırsa mütləq onların meydana gəlmələrinin əsas səbəblərini aşkar etmək və defekasiyanı daha tez normallaşdırmağa çalışmaq lazımdır. əks halda körpədə xroniki və ya “adət olunmuş” qəbəlik formalaşa bilər. Uşaqlarda bu xəstəliyin müalicə edilməsi dietik qidalanma, mineral su, dərman, bakterial preparatlar, enterosorbentlər, dərman bitgiləri istifadəsini özündə birləşdirir. Hansı növ dietik qidalanmanın seçilməsi yoğun bağırsağın tonusundan asılıdır. Əgər o azalıbsa menyuya bitki sellülozları ilə zəngin olan məhsullar: kök, çuğundur, çovdar və ya sərt üyüdülmüş taxıldan hazırlanmış çörək, kəpəkli pəhriz çörəyi, buğdalı, yulaflı, qarabaşaqlı sıyıq, arpa yarması, meyvə və tərəvəz şirəsi, turş olmayan alma, əncir, kuraqa (qaysı qurusu), qara gavalı əlavə edilir. Həmçinin süd turşusu məhsulları: kefir, yoqurt, asidofilin (xüsusi bakteriyalar vasitəsilə mayalanan qatıq) qəbulu çox vacibid. Qidadan yüksək sort undan hazırlanmış çörək, pirojna, yağlı ət sortu, hisə verilmiş məhsullar, konservlər, şokolad, kofe, qırmızı turp, sarımsaq, soğan kənar edilir. Manna, düyü, yarma, sıyığı məhsləhət görülmür, vermişel, makaron, kartof qəbulu məhdudlaşdırılır. Spazmatik qəbəliyi olan körpələr üçün pəhriz müalicəsini yağların (xüsusilə bitki yağlarının), tədricən qaynanmamışları əlavə etməklə suda bişmiş tərəvəzlərin rasiona daxil edilməsi ilə başlamaq olar. Təmiz və ya qaynanmış suda, kefirdə həll edilmiş buğda kəpəyi effektiv təsir göstərir. Əvvəlcə onları qurutmaq lazımdır. Onu gündə 3 dəfə 1 çay qaşığında qəbul edirlər, sonra isə lazım gəldikdə dozanı gün ərzində 3 və ya 6 xörək qarışına qədər artırmaq olar. Mineral su qəbul edərkən xatırlamaq lazımdır ki, bağırsağın tonusunun azalması nəticəsində törənən qəbəliyi olan uşaq üçün daha çox minerallaşmış sərin su lazımdır. Yoğun bağırsağın tonusunun qalxması zamanı az minerallaşdırılmış suyu isti forma qəbul edirlər. Yadda saxlayın ki, körpəyə mineral suyunu bir qəbul etmə üçün 1 kq bədən kütləsinə 3 ml hesabı ilə gündə 3 dəfə təyin edirlər. Dərmanla müalicə həm də bağırsağın hərəkilik vəziyyətindən asılıdır. Yoğun bağırsağının tonusu aşağı düşmüş uşaqlar üçün tonusu qüvvətləndirən dərmanlar, spazmatik qəbəlik xəstələri üçün isə bağırsağın tonusunu azaldan preparatlar məsləhət görülür. Bağırsaq disbakteriozunun korreksiya olmadan müalicə heç bir effektə malik olmayacaq. Preparat seçimi uşağın yaşından, qəbəliyin davam etmə müddətindən və ağırlıq dərəcəsindən asılıdır. Bundan əlavə, bu xəstəliklə mübarizə üçün işlətməpreparatları da təyin edirlər. Onları təsir mexanizmi üzrə 4 qrupa ayırmaq olar. Onlara o dərmanlar aiddir ki onlar: bağırsaq reseptorlarının kimyəvi qıcıqlanmasına səbəb olur: ravənd, bisakodil, qutalaks preparatları, gənəgərçək yağı: osmotik xüsusiyyətlərə malikdirdirlər: maqnezium sulfat, natrium sulfat, duz və s. bağırsağın həcmini artırırlar: kəpək, dəniz kələmi, metil sellüloz; nəcis kütləsinin yumşalmasına və onun bağırsaq boyunca daha rahat hərəkətinə yardım edir: vazelin yağı. İşlətməni uzun müddətə istifadə etmək arzu olunmazdır, belə ki ona qarşı alışqanlıq artır, allergik təzahürlər törədə bilər, və oxşar təsirləri orqanlara və sistemlərə edə bilər. Beləliklə, qəbəliyin müxtəlif səbəbləri, onların inkişafının mürəkkəb mexanizmi, müəyyən diaqnostika metodlarının zəruriliyi və hər bir konkrek vəziyyətdə belə problemlərlə mütləq həkimə müraciət etmək vacibliyini şərtləndirir. Yalnız mütəxəssis ilk baxışda törəmənin səbəbini asanlıqla ayırd edə bilər.
| Yeni doğulmuş körpə xəstəlikləri
Lakozanın dözülməzliyi Lazoza dözülməzliyinin inkişaf etməsi ehtimalı sutka ərzində 6-7 dəfə yedirdən, yedirmədən sonra südü süzən, yedirmə zamanı uşağı bir sinədən digərinə çevirən anaların körpələrində əmələ gəlir. Yedirməni başlayandan 5-10 dəqiqə sonra uşağı bir sinədən digərinə əvəz etmək olmaz, çünki uşaq yalnız əvvəlki südü əməcək, sonrakını isə ana süzməli olacaq. bir qəbula uşaq sonrakı və əvvəlki südü qəbul etməlidir, belə ki, sonrakından daha çox yağ var və onu qəbul edərək uşaq çəkidə yaxşı artım edir. 2-3 aya uşağın qarın işləməsi köpüklü olur. Disbaktertioz Əgər doğuşdan dərhal sonra uşaq yalnız ana südü ilə qidalanarsa, onun bağırsağı mikroflora ilə daha tez səpilir (formalaşır). Sinə ilə bəslənən uşağın normal qarın işləməsi duru, sarı, ağ topalı olur və sutka ərzində 7-10 dəfə az miqdarda, və ya bir neçə sutkada 1 dəfə lakin və böyük həcmdə ola bilər. Həyatlarının ilk aylarında uşaqlarda qarın işləməsi gün ərzində 3-5 dəfə olur.
| Körpənizin sağlamlığı üçün...
İnfeksiyaların böyük bir hissəsi əllə yoluxduğu üçün körpənin qulluğu ilə məşğul olan analar əllərini tez-tez yumalıdırlar ki, körpələri müxtəlif xəstəliklərə məruz qalmasınlar. Körpələrin orqanizmi daha həssas olduğu üçün bu mənada gigiyenik qaydalara əməl etmək vacibdir. Çünki körpələr hətta zəif mikroblardan belə, xəstəliyə yoluxurlar.Körpəyə baxan ana onun alt bezini dəyişdirdikdən sonra mütləq əllərini möhkəm yumalıdır. Həmçinin körpənin də əlləri təmiz yuyulmalı və təmiz dəsmalla silinməlidir. Xəstəliktörədən viruslar daha çox qış aylarında çoxaldığı üçün körpənin geyiminə də ciddi diqqət yetirmək lazımdır. Bunun üçün ilk şərtlərdən biri də körpənin başına papaq qoymaqdır. Tərləyib soyuqlamasının qarşısını almaq üçün isə körpəyə aşırmalı paltar geydirmək məsləhət deyil. Mütəxəssislərin fikrincə, düzgün qidalanmayan körpələr də daha tez xəstələnirlər. Bu mənada ana südü xəstəliklərin qarşısının alınmasında ciddi rol oynayır. 2 yaşına qədər ana südü ilə qidalanan körpələrin immunitet sistemləri də güclü olur. Üstəlik, belə uşaqlar başqa uşaqlarla müqayisədə daha az xəstələnirlər... | Peyvənd haqqında nə bilirik?
Uşağın immunitet sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər Erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur. Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immunitet sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər.
Peyvəndin kənar təsirləri təhlükəlidir Peyvəndlər aşağı temperaturda qızdırma, infeksiya yerində qızartı və şişkinlik kimi təsirlər yarada bilir. Bəzi peyvəndlər müvəqqəti olaraq baş ağrısı, başgicəllənmə, halsızlıq və iştahasızlıq meydana gətirir. Nadir hallarda rast gəlinən bu kənar təsirlər əndişəyə səbəb olsa da, peyvəndlər uşaqları ölümcül xəstəliklərə yaxalanmaqdan qoruyur. Allergiyaya meyilli uşağa peyvənd olmaz.
Peyvənd erkən aparılmalıdır Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qaldıqlarından və onları bu xəstəliklərdən qorumaq üçün peyvənd erkən yaşlarda aparılmalıdır. Peyvəndsiz keçinmək yaxşı fikir deyil. Çünki belə halda uşaq ciddi xəstəliklər qarşısında müdafiəsiz qalır. Tibbi səbəblər üzündən, eləcə də peyvəndə qarşı allergiyası olan uşaqların dəhşətli xəstəliklərdən qorunması ətrafındakı insanların immunitet sisteminin möhkəm olmasından asılıdır. | Körpənizi yuxu rejiminə alışdırın
İlk yaşlardan uşaqları yuxu rejiminə alışdırmaq çox vacibdir.Bu uşaqların gələcək inkişafı üçün zəruri olmaqla yanaşı yuxu vəziyyətindən oyaqlıq vəziyyətinə keçidi də asanlaşdırır. Nəticədə uşaq özünü daha rahat və daha gümrah hiss etməyə başlayır. Bəs uşaqları yuxu rejiminə necə alışdırmaq lazımdır? Bunun üçün müxtəlif üsulları sınaqdan keçrimək olar.Məsələn,8-9 aylıq uşaqları yuxu rejiminə pijama geyindirməklə,dişlərini fırçalamaqla və ya nağıl danışmaqla alışdıra bilərsiniz. Bundan başqa uşağınız yatana yaxın onunla müxtəlif oyunlar oynamaq da pis olmaz.Bu,həmçinin uşağınızın aktivliyini azaltmaq və əsəb sistemini sakitləşdirmək üçün də vacibdir. Evcik-evcik oynamaq,qaçmaq,teleoyunlara baxmaq da tez yuxu gətirir. Bundan başqa:
- Yatmaq üçün müəyyən bir vaxt seçin və həmişə bu vaxta riayət etməyə çalışın:
- Xəbərdarlıq edin:Yatmazdan əvvəl uşağınıza xəbərdarlıq edin, cünki,o hələ balaca olduğu üçün vaxtı səhv sala bilər.
- Yüngül yemək təklif edin.Tərkibində həm karbohidrat ,həm də protein olan yüngül yemək, məsələn,bir parça pendir və yarım dilim ağ çörək
- uşağınızın rahat yatmasına kömək edər.Karbohidratlar uşağınızın yuxusunu tez gətirər,protein isə qan şəkərini səhər yeməyinə qədər sabit saxlayar.
- Uşağınızın ilıq duş qəbul etməsinə şərait yaradın: Belə bədən hərarəti yüksəlincə uşaq yuxuya daha asan hazırlanır.
- Yatmaq üçün münasib geyimlər seçin: Piyamalar çox dar və çox qalın olmasın.
- Uşağınıza ən sevdiyi nağılı danışın.
- Siz nağıl danışarkən yüngül bir musiqi qoyun.
- Əmziklə yeməyi azaldın və ya təmamilə ləğv edin.Əgər uşağınız yatmaq üçün əmzik şüşəsinə ehtiyac duyursa,onda içərisinə yalnız su tökün.
- Çünki,süd,sıyıq və meyvə suyu uşağınızın dişlərini çürüdə bilər.
| Uşaqlar niyə torpaq yeyir?!
Bəzən uşaqları həyətə gəzməyə çıxardığımız zaman onların torpağı yerdən ovuclayaraq yediklərinin şahidi oluruq, bəs bunun səbəbi nədir görəsən? ABŞ-ın kaliforniya Universitetinin tədqiqatlarına görə uşaqların torpaq yeməsinin əsas səbəbi uşaqlarda qan azlığının olmasıdır. Mütəxəssislər uşaqlarda qan azlığına əsas səbəb kimi dəmir çatışmamazlığını göstərirlər. Dəmir çatışmamazlığına səbəb isə normal qidalanmanın olmamasıdır. Uşaqlarda inkişaf zamanı dəmirə olan təlabat artır və bu təlabatı tərkibində dəmir olan qidalarla ödəmək mümkündür. Qanazlığının digər əlamətləri isə aşağıdakılardır:
• halsızlıq, • iştahsızlıq, • rəngin solması, • yorğunluq, • iməkləmə və yeriməkdə gecikmə
Qanazlığının qarşısını almanın əsas yollarından biri körpənin ilk 6 ay ana südü ilə qidalanmasıdır. Müəyyən yaşdan sonra isə uşağa tərkibində dəmir olan ət, süd, yumurta, balıq, əncir və ərik qurusu, fındıq və qoz kimi qida məhsulları vermək lazımdır. | DİŞLƏR NƏ VAXT ÇIXAR?
Təqribi olaraq ilk diş 7 ci ay ortalarında meydana çıxar. Ancaq bəzən ilk diş üçüncü ayda tez ortaya çıxarkən, bəzən də on ikinci ay, hətta sonrasına qədər uzana bilər. Dişlərin çıxması adətən irsi xarakter daşıya bilər, yəni sizin və ya yoldaşınızın dişləri erkəndən çıxmışsa körpənizdə də eyni şəkildə olması təbiidir.
DİŞLƏR ÇIXARKƏN NƏLƏR OLAR?
Diş çıxarma əlamətləri dişlərin özündən iki-üç ay əvvəl ortaya çıxa bilər. Bu simptomlar uşaqdan uşağa dəyişər və əslində bunların nələr olduqları və nə qədər ağrı verdikləri mövzusundakı fikirləri də həkimdən həkimə dəyişə bilər. Adətən diş çıxaran bir körpənin aşağıdakı bu əlamətləri yaşaya biləcəyi təbiidir:
Ağız suyu axıtmaq: Bir çox körpə iki yarım-üç aylıqdan başlayaraq tüpürcək axıdar. Diş çıxarma zamanı bəzi körpələrdə ağız suyu daha çox artır.
Çənə ya da üzdə qızartı: Bol ağız suyu axıdan bir körpədə ,çənədə və ağız ətrafında tüpürcək təmas ilə bağlı olaraq dəridə qızartı ya da çatların meydana gəlməsi təəccüblü deyil. Bunun qarşısını almaq üçün gün boyunca periodik olaraq tüpürcəyi səliqə ilə silin ,körpəniz yatarkən axan tüpürcəyi əmməməsi üçün də yastığının altına bir dəsmal qoyun. Dəridə quruma meydana çıxdığında yumşaq bir dəri kremi ilə o bölgəni daima nəmli tutun.
Yüngül öskürək: Həddindən artıq ağız suyu körpənin vaxt keçdikcə tıxanmasına və öskürməsinə yol aça bilər. Körpəniz soyuqdəymə ya da allergik əlamətləri göstərmirsə bunda narahat olunacaq bir vəziyyət yoxdur. Körpələrin diqqət çəkmək ya da səs repertuarlarını zənginləşdirmək üçün öskürəyi davam etdirmələri sıx görülən bir vəziyyətdir.
Dişləmə: Bu vəziyyətdə bir dişlək düşmənlik əlaməti deyil. Diş çıxaran bir körpə əlinə keçən hər şeyi - bu öz əli ,anasının məməsi ,xarici birinin barmağı ola bilər - ağızına salaraq diş ətlərini rahatlaşdırmağa çalışar.
Ağrı: Çıxmaqda olan bir dişin təzyiqi altında diş ətində şişkinlik meydana gəlir. Bu vəziyyət bəzi körpələrdə dözülməz ağrılara gətirib çıxararkən bəzilərində heç problem meydana gətirməyə bilər. İlk diş və azı dişləri çıxarkən körpələrdə çox çətinlik yaradır.
Narahatlıq: Şişkinlik artdıqca və iti diş səthə yaxınlaşdıqca körpənin diş ətindəki ağrı davamlı bir hal ala bilər. Xroniki ağrısı olan hər kəs kimi çətinlikli ola bilər və öz normal halından uzaqlaşa bilər. Bu narahatlıq bəzən həftələr boyunca çəkə bilər.
Bəslənməyi rədd etmə: Diş çıxarmaqda olan bir körpə bəslənməyi rədd edə bilər. Bərk yeməklərə başlamış olan bir körpə bir müddətə bu yeməklərə qarşı olan əlaqəsini itirə bilər. Ancaq bu sizi narahatlandırmamalıdır. Çünki körpəniz maye qidalardan da lazımlı vitaminləri götürər və dişi çıxdıqdan sonra iştahı yerinə gələcəkdir.
İshal: Bunun diş çıxarma ilə olan əlaqəsi çox şübhəlidir. Bəzi analar hər diş çıxardığında körpələrinin ishal olduğunu söyləyərlər. Bəzi həkimlər böyük ehtimalla artmış ağız suyu ifrazatı səbəbiylə diş çıxarmaqla bağırsaq hərəkətləri arasında bir əlaqə olduğunu düşünürlər. Bəzi həkimlər isə belə bir əlaqənin olduğunu qəbul etmək istəməzlər ; bəlkə də anaların hər ishalı diş çıxarmağa bağlayaraq əhəmiyyətli qastointestinal pozuntuların ehtimalından çəkindikləri üçün belə davranarlar. Diş çıxardığı dövrdə körpənizin nəcisinin sulu ola biləcəyini bilin ,amma iki dəfədən daha çox davam edən ishalı mütləq həkiminizə bildirin.
Temperatur: Temperatur də eyni ilə ishal kimi həkimlərin diş çıxarmaqla əlaqəli olduğu mövzusunda tərəddüdlə yaxınlaşdıqları bir əlamətdir. Diş ətlərindəki şişmə səbəbiylə 38 C°'nin altındakı bir temperatur diş çıxarmağa köməklik edə bilər. Yenə də körpənizin temperaturu varsa digər zamanlarda nə edirsinizsə elə davranın və iki gündə azalmazsa həkiminizə xəbər verin.
Yuxusuzluq: Gecə boyunca oyanmayan körpələr belə diş çıxararkən gecə oyanmağa başlaya bilər. Bu vəziyyətdə dərhal onu qidalandırmağa çalışmayın. Bunun yerinə öz-özünə təkrar yatmasını təmin edin. Digər problemlərdə olduğu kimi ilk diş və azı dişləri çıxarkən gecə oyanmalara daha tez-tez rast gəlinir.
Diş əti hematomu: Bəzən çıxan bir diş diş ətində qanamağa səbəb ola bilər ,bu da maviyəçalan bir ləkə olaraq görsənir. Bu hematomlar üçün narahatlanmağa ehtiyac yoxdur və tibbi cəhd tələb etmədən özbaşlarına düzələrlər. Soyuq kompres ağrını azaldıb yaxşılaşmağı sürətləndirə bilər.
Qulaq çəkişdirmə, yanaq qaşıma: Diş ətlərindəki ağrı ,sinir yolları boyunca qulaq və yanağa əks oluna bilər. Körpələrin qulaq infeksiyası olduğunda da qulaqlarını çəkişdirdiklərini unutmamaq lazımdır. Körpəniz diş çıxarsa belə qulaq infeksiyasından şübhələnirsinizsə həkiminizə müraciət edin.
DİŞ ÇIXARKƏN NƏLƏR ETMƏLİ? Onlarla sınanmış müalicə üsulu vardır. Bəziləri işə yarayar, bəziləri yaramaz. Aşağıdakılardan bəzilərini siz də təcrübə edə bilərsiniz:
Dişləyəcək bir şeylər vermək: Burada qida dəyərindən çox diş ətlərindəki təzyiqi rahatlaşdırmaq məqsəd qoyulmaqdadır.Bu səbəblə də dişlənən şey soyuq olsa faydası artar. Dondurulmuş kökə, soyuq bir banan, və ya kök, bir tənzifə sarılmış buz parçası, rezin bir diş halqası. Körpənizə dişləməsı üçün nə versəniz verin mütləq yanında olun və oturaq vəziyyətdə olmasını təmin edin.
Dişlərini qaşıya biləcəyi şeylər: Bəzi körpələr başlanğıcdakı ağrı səbəbiylə etiraz edə bilər. Lakin bir müddət sonra ağrılı yerini rahatlamağa buraxar.
Soyuq içkilər : Körpənizə bir əmzik soyuq su verin. Əmziyi rədd etsə stəkanla verməyə çalışın. Bu sayədə körpənizin su ehtiyacını da qarşılamış olar və ishal və ya artmış tüpürcəklə itirdiyi mayeni yerinə qoyarsınız.
Soyuq yeməklər: Soyuducuda soyudulmuş şaftalı püresi, alma püresi, qatıq, körpənizə otaq istiliyindəki yeməklərdən daha cazibədar gələ bilər.
Ağrını azaldacaq bir şeylər: Başqa heç bir şey işə yaramazsa parasetamol işinizi asanlaşdıracaq. Doza nizamlaması üçün həkiminizlə məsləhətləşin. Həkiminiz təklif etmədiyi müddətcə körpənizin diş ətlərinə başqa bir şey vurmayın. Bunun içinə spirtli içkilər də daxildir.
İlk daimi diş isə 5-6 yaşlarında çıxır, yuxarı və aşağı çənə olmaqla sağ və solda, hər tərəfdə biz diş yerini tutur. Daha tez çıxmasına görə və çeynəmə dişi olduğuna görə kariyes ən çox bu dişdə yaranır. Təəssüf ki, ağrıdığı zaman səhvən süd dişi sayılıb çəkildiyi hallar çox olur. Bu zaman diş cərgəsində pozğunluq yaranır. Bu dişi heç bir diş əvəz etmir, nəticədə öndəki dişlər arхaya doğru, arxada sonralar çıxacaq dişlər isə önə doğru yerini dəyişir, dişlər arasında seyrəlmə və başqa qüsurlar yaranmağa başlayır.
Mütəxəssislər tərəfindən belə müəyyən olunub ki, süd dişlərinin kökü sorulduqca daimi dişin yaranmasına sərf olunur. Bundan əlavə pis vərdişlər də çənə sümüyündə və diş cərgəsində pozğunluqlara və eybəcərliklərə gətirib çıxarır. Məsələn, barmaq sorma, dodaqları sorma (ən çox da aşağı dodaqları). Çox hallarda uşaqları sakitləşdirmək üçün aldadıcı əmziklərdən istifadə edilməsi və ən çox uşaqların sevdiyi oyuncağı uzun müddət gəmirməsi də səbəb ola bilər.
| Uşaqlarda rast gəlinən allergiyalar
Aparılmış tədqiqatlar göstərir ki,müasir dövrdə dünyada , xüsusən də Azərbaycan üçün xarakterik olan allerqik xəstəliklər və reaksiyalar aşağıdakılardan ibarətdir: allergik rinit, pollinoz, qida allerqiyası, bronxial astma, dərman allerqiyası, anafilaktik şokdur. Bu məqaləmizdə çalışacağıq ki, oxuculara gərəkli məlumat verək, tövsiyyələrimizi çatdıraq. Adıçəkilən bütün allergik xəstəlikləri təkcə bu yazıda əhatə etmək mümkün deyil. İstərdim diqqəti ən çox yayılmış növlərdən olan qida allerqiyaları üzərində dayanaq.
Qida Allerqiyası. Ümumdünya Səhiyyə təşkilatının statistik məlumatlarına əsasən, yer kürəsi əhalisinin 30 %-ə qədəri müxtəlif allerqik reaksiya və xəstəliklərdən əziyyət çəkir. Uşaqlarda allergik reaksiyaların ən geniş yayılmış formaları qida allerqiyasıdır. Mütəxəssislərin rəyinə görə, 55 % dən çox uşaq qida allerqiyasının bu və ya digər əlamətlərindən əziyyət çəkir.
Müasir mülahizələrə əsasən, qida allerqiyası qida allergeninin qəbulu nəticəsində əmələ gələn allergik reaksiyalardır. Qida Allerqiyasının əsasını immunoloji mexanizmlar təşkil edir. Buna görədə həmin xəstəlik “qidaya dözümsüzlüyün “ immun forması adlandırılır.
Qidaya qarşı əks reaksiya, o cümlədən qida alleqiyası tibb elminə qədim dövrlərdən məlum idi. İlk dəfə hipokrat inək südünə əks-reaksiyasını mədə- bağırsaq və dəri simptomları şəklində təsdiq etmişdir. Qalen keçi südünə hiperhəssaslıq reaksiyalarının olduğunu elmi cəhətdən əsaslandırmışdır. VIII əsrdən etibarən inək südünə, balığa, yumurtaya qarşı əks-reaksiyalar daha çox müşahidə olunmuşdur. 1905-ci ildə bəzi tibbi ədəbiyyatlarda inək südü qəbul edilərkən yaranan anafilaktik şokla bağlı tədbirlər görüldüyü haqda məlumat verilmişdir.
Qida allerqiyasını qidanın tərkibində olan qlikoprotein zülalları yaradır. Qida allergenləri məhsulların kulinariyada işlənməsi zamanı antigen xüsusiyyətlərini dəyişmək qabiliyyətinə malikdir. Qızdırıldıqda zülallar denaturasiyaya uğrayır. Bu zaman qida allergenlərinin bir qrupu allergenlik xüsusiyyətini itirir.digər qrupu isə əksinə allergenlik xüsusiyyəti əldə edir. Meyvə və tərəvəzlərin tam yetişməmiş olması da allergenliyi kəskin artırır.
Bir yaşadək uşaqlarda qida allerqiyasını yaradan əsas allergenlərdən biri də inək südü zülallardır. Qida allergiyası həyatın ilk günlərindən başlaya bilər. Genetik meyillik uşağın həyatının birinci ilində qida allergiyasının inkişafı üçün daha kritik dövr hesab edilir. Uşaqlarda erkən dövrdə qida allergiyasının inkişafına səbəb mədə-bağırsaq sisteminin pozuntularıdır. Həzm traktının ferment fəallığının azalması , keçirilmiş kəskin bağırsaq infeksiyası, disbakterioz.
Uşağın həyatının I ilində qida allergiyasına səbəb olan amillər, qida allerqiyasına səbəb olan amillər aşağıdakılardır: Ananın və uşağın inək südündən ,allergen məhsullardan istifadəsi, körpənin erkən dövrdən qarışıq və ya süni qidaya keçirilməsi, əsas qida şəklində inək südünün təyini və sairə. Qida allerqiyasının kliniki əlamətləri müxtəlifdir. Əksər hallarda dərinin allergik zədələnməsi (atopik dermatit, kvinke ödemi,ö vrə, ekzema)müşahidə olunur. Qida allerqiyası bu xəstəliklər zamanı aparıcı etioloji amil hesab olunur. Diaqnostikada ən çox çətinlik törədən qida allerqiyasının mədə-bağırsaq formalarıdı. Bu əlamətlər xəstənin yaşından əhəmiyyətli dərəcədə asalıdır. Erkən yaşlı uşaqlarda çox vaxt gəyirmə,qusma,meteorizm,qarında ağrı müşaidə olunur. Məktəb yaşlı uşaqlarda qida allerqiyası allerqik qastrit,qastroenterit,ezofaqit şəklində özünü göstərir. Bununla yanaşı qida allerqiyasının respirator(bronxial astma,allergik rinit) və qarışıq birləşmiş(mədə-bağırsaq dəri,dermato-respirator)əlamətləri üzə çıxır. Qida allerqiyasını profilaktika və müalicəsinin əsasını pəhriz təşkil edir. Sübut olunub ki, adekvat seçilmiş hipoallergen pəhriz qida allergiyasının başlanğıc dövründə təyin edildikdə ,xəstəliyin remisiya dövrünü və ya kliniki sağalmanı sürətləndirir. Bu halda xəstənin vəziyyəti yaxşılaşır və xəstəliyin müalicəsinin müvəffəqiyyəti təmin edilir. Hipoallergen pəhriz müəyyənləşdirilərkən allerqoloji anamnez və müayinənin nəticələri, xəstəliyin dövrü, uşaqların qidalanmasının xüsusiyyətləri, mədə-bağırsaq sisteminin vəziyyəti, aparıcı patalogiya nəzərə alınmalıdır.
Hipoallergen pəhriz fərdi qaydada tətbiq olunur. İlk növbədə , inək südündən imtina olunmalıdır. Bu ağır, lakin həll olunan problemdir. Hələ 10-15 il əvvəl bir yaşa qədər uşaqların hipoallergen pəhrizini təşkil etmək çətin idisə, hal-hazırda satışda müalicəvi hipoallergen məhsulların və sıyıqların geniş çeşidi mövcuddur. Pəhrizin aparılmasında mühüm istiqamət - əsas hipoallergenqidanın (zülal hidrolizinin əsasında hazırlanmış məhsul,bəzi hallarda soyalı qida)və hipoallergenməhsullarınqidada seçimidir. Əgər uşaq ana südü ilə qidalanırsa ,ana hipoallergen pəhrizə riayət etməli, qida rasionundan soğan, sarımsaq, turp, balıq və göbələk bulyonları, ədviyyat çıxarılmalıdır. Süd məhsullarından xama, qatıq, yoqurt, və digərləri istifadə olunmalıdır.
| | |
|
|