| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| | |
| Fevral -2010 Müsabiqə Namizədlər |
| |
| |
| |
| |
|
|
| Sayğac |
| |
| |
| Sayta daxil olanların sayı
loading...
|
| |
|
|
|
Nə üçün mobil telefon uşağa ziyandır
Alimlərin verdiyi son məlumatlara görə, mobil telefon uşağa passiv siqaret çəkmədən daha çox ziyandır. İndiki dövrdə praktik olaraq bütün valideynlər öz uşaqlarına telefon alırlar. Bununla belə, mobil telefon əhəmiyyətli dərəcədə sağlamlığa təsir etməsilə yanaşı, hətta öldürə bilər. Axı telefonun orqanizmə zərərli təsirindən beyin xərcəngi kimi xəstəliklər əmələ gəlir. Bu il Avropada bir çox ölkələrin hökumətləri uşaqlar tərəfindən mobil telefonların istifadəsini qadağan etmək təklifi ilə çıxış etmişdir. Tədqiqatçıların verdiyi məlumatlara görə, beyin şişi xəstəliyinə tutulanların sayı çox böyük sürətlə artır. Mobil telefonlar bazarı da eyni sürətlə inkişaf edir. Həkimlər hesab edir ki, əgər indi uşaqlar mobil telefonların zərərli təsirindən qorunmasa, sonra çox gec olacaq. Mobil telefon istehsalçıları bu problemi öyrənən alimlərin verdiyi xəbəri təkzib edir, bu da təəccüblü deyil. Bu məsələdə kimə etibar etməli – elmi tədqiqatlar aparan həkim və alimlərə yoxsa məbil telefon istehsalçıları və satıcılarına? Buna valideynlər qərar verməlidir.
| Uşağın boşanmadan aldığı zərbəni necə yüngülləşdirməli
Təəssüf ki, müasir zəmanədə boşanma çox tez-tez rast gəlinən bir haldır. Boşanmadan daha çox zərər çəkən isə məhz uşaq olur. Axı o, taleyin bu zərbəsinə ən az hazırlıqlı olan bir kəsdir ki, ana ilə atanın ayrılmasına “böyüklərin” gətirdiyi səbəbləri anlaya bilmir. Boşanmanın uşağa göstərdiyi təsiri necə yüngülləşdirməli?
Hər şeydən əvvəl anlamaq lazımdır ki, keçmiş ər keçmiş ata demək deyil. İnsan müvəqqəti olaraq valideyn təyin edilmir, o, bu vəzifəni ömürlük daşıyır. Odur ki, qarşılıqlı münasibətlərdə yaşanan problemlərə uşağı cəlb etmək lazım deyil. O, sizi əvvəlkitək onu sevən və ona qayğı göstərən anası və atası kimi qəbul etməlidir. Boşanmadan sonra uşaq valideynlərdən birinin o birisindən daha az gördüyü üçün, özünə olan diqqətin azaldığını hiss edir. Əgər siz keçmiş həyat yoldaşınıza olan mənfi münasinətinizi də bütün bunlara əlavə etsəniz, uşaq bunu mənən çox ağır keçirəcək. Çalışın uşağın yanında heç kimi günahlandırmayasınız və keçmiş həyat yoldaşınız haqda təmkinlə damışasınız. Atanın uşağa baş çəkməsinə gəldikdə, bunu müəyyən edilmiş günlərdə etmək daha yaxşıdır. Uşağa cədvəl üzrə yaşamaq daha rahatdır, qəfil hadisələr onu hürküdür və ritmdən çıxarır. Boşandıqdan sonra uşağın atası ilə görüçəcəyi günləri əvvəlcədən təyin etmək və uşağı bu haqda xəbərdar etmək daha yaxşıdır. Əgər keçmiş ər-arvad üçün bir-birini görmək və dava-dalaşdan çəkinmək ağırdırsa, onda uşağın atası ilə neytral ərazidə, yəni nənəsi və babası yaxud dostlarıgildə görüşməyi daha yaxşı olar. Bu, uşağa daha yüngül psixoloji təsir göstərər, nəinki valideynlərinin açıq-aşkar düşmənçiliyini görmək.
| | Doğuşdan sonrakı ruh düşkünlüyünün səbəbləri Amerika həkimləri, doğuşdan sonra neçə qadının depressiyaya uğradığını, neçəsində isə psixoz inkişaf etdiyini və bunun səbəblərini müəyyən etmək məqsədilə, 5000-dən çox gənc ananı müayinədən keçirmişlər. Müayinənin nəticələri göstərmişdir ki, hər beşinci gənc ana doğuşdan sonra ruh düşkünlüyünə uğrayır, hər onuncusunda isə bu fonda psixoz inkişaf edə bilər. Alimlər təzə doğmuş analarda bu kimi halların səbəblərini araşdırmışlar. Doğuşdan sonra depressiya və doğuşdan sonrakı psixoz tam təhsili olmayan, siqaret çəkən və ya hamiləlik zamanı zorakılığa məruz qalan gənc analarda inkişaf edir. Bu hallara həmçinin o qadınlar məruz qalır ki, onlar hamiləlik vaxtı güclü sarsıntı və ya maliyyə çətinlikləri keçirmişlər. Alimlər bildirirlər ki, doğuşdan sonra depressiyalar təkcə qadının deyil, həm də körpənin sağlamlığına mənfi təsir göstərə bilər. Buna görə də onlar həkimlərə tövsiyə edir ki, belə halların inkişaf etməsi riskinin amillərinə malik olan hamilələrə daha diqqətlə nəzarət etsinlər.
| Hamiləlikdən əvvəl qidalanmanı normal vəziyyətə salmaq lazımdır Hamıya çoxdan bəllidir ki, hamiləlik və əmizdirmə dövründə qadının pis qidalanması körpənin sağlamlığına çox zərərli təsir göstərə bilər. Lakin son tədqiqatlar onu göstərir ki, dünyaya uşaq gətirməzdən əvvəl qadın öz qidalanması haqda artıq düşünməyə başlamalıdır. Məsələ burasındadır ki, dünyaya uşaq gətirməzdən bir-iki əvvəl pis qidalanan qadınlar daha zəif və xəstə uşaq doğurdu. Alimlər tərəfindən aparılmış və bir neçə min qadını əhatə etmiş tədqiqatlar göstərdi ki, təkcə hamiləlik zamanı deyil, ondan çox əvvəl düzgün qidalanan gələcək analar möhkəm və sağlam körpə doğmasına daha çox şanslı idilər.
| Gənc analara məsləhətlər
Körpəni ilk 6 aylığında mütləq ana südü ilə qidalandırın. Onu əmizdirməzdən əvvəl mütləq əlinizi yuyun və körpəni gündə 8 dəfə əmizdirin. Gecələr də 2-3 dəfə körpəyə süd verilməlidir. Körpəni əmizdirərkən 3-4 dəqiqə fasilə verməklə kürəyinə yumşaq şəkildə toxunun. Bu, körpənin köp sancısını sakitləşdirmək üçündür.
Körpənin altı islanar-islanmaz bezini dəyişin. Bişməcə olmasının qarşısını almaq üçün bezi tez-tez dəyişdirmək lazımdır. Əgər körpə bişməcə olubsa, həmin nahiyəyə həkimin məsləhət gördüyü kremi çəkin. Körpənin göbəyi, göbəkətrafı quru və təmiz qalmalıdır. Gündə 2-3 dəfə göbəkbağı pambıqla silinməlidir. Göbəkbağı 2 həftə ərzində düşəcək.
Körpənin otağında temperatur 22-24 dərəcə olmalıdır. Körpənin rahat hərəkətini təmin etmək üçün ona yumşaq paltarlar geyindirin və üstünü qalın örtüklə örtməyin. Başına yumşaq parçadan tikilmiş başlıq qoyun. Körpənin uzanan dırnaqlarını kəsin, yoxsa üz-gözünü yaralaya bilər.
Körpəni göbək bağı düşənədək onu çimizdirmədən, yalnız bədənini silməklə kifayətlənmək olar. çimizdirdikdə körpənin ağzını, çənəsini tez-tez yaş, sabunsuz və yumşaq parça ilə silməyi unutmayın. Körpəni toxqarına çimizdirməyin, qusa bilər.
Yeni doğulmuş körpəni bir həftədən sonra müayinəyə aparın. Əgər körpədə sarılıq xəstəliyinin əlamətlərini görürsünüzsə, həkimə müraciət edin... | Uşağın cinsiyyətini necə planlaşdırmaq olar?
Gələcək valideynlər çox vaxt körpənin cinsiyyətinin əvvəlcədən planlanmasını istəyirlər. Bu məsələ hələ də aktual olaraq qalır.Amma bunu da bilmək lazımdır ki,gələcək körpənin cinsinin əvvəlcədən müəyyənləşdirilməsinin 100%li metodu yoxdur. Bəzi metodlar var ki,bunlar kömək edir.Ardını oxuyaq... Qeyd etmək lzımdır ki, Cinsiyyət tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edilir, qadının isə bu işdə heç bir rolu yoxdur. Cinsiyyəti müəyyən edən əsas amil xromosomlardır. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır. İnsanın əmələ gəlməsi kişidə və qadında cütlər halında yer alan bu xromosomların bir dənəsinin birləşməsi ilə başlayır. Qadında yumurtalığın mayalanması zamanı iki yerə ayrılan hüceyrənin hər iki parçası da X xromosomunu daşıyır. Kişidə ikiyə ayrılan hüceyrə isə X və Y xromosomlarını daşıyan iki fərqli sperma yaradır. Qadındakı X xromosomu kişidəki X xromosomunu ehtiva edən sperma ilə birləşərsə, doğulan uşaq qız olur. Əgər Y xromosomunu daşıyan sperma ilə birləşərsə, bu dəfə uşaq oğlan olur. Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosomlardan hansının qadının yumurtası ilə birləşməsindən asılı olaraq müəyyən olunur. Şübhəsiz ki, genetika elmi ortaya çıxanadək, yə'ni XX əsrə qədər bu məsələlərin heç biri insanlara təfərrüatı ilə məlum deyildi. Bir çox ölkələrdə, bir çox xalqlar arasında hətta belə bir yanlış inanc geniş yayılmışdı ki, uşağın cinsiyyətini guya qadın müəyyən edir, yəni körpənin qız yaxud oğlan olması guya anadan asılıdır. Qız uşağı doğan qadınların qınanması, onların bəzən incidilməsi və alçaldılması məhz bu yanlış təsəvvürlərdən irəli gəlirdi. Halbuki Quranda insanlara genlərin kəşfindən hələ 14 əsr əvvəl bu batil inancı rədd edən bir məlumat verilmiş, cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn nütfə olduğu bildirilmişdir. X xromosomu qız, Y xromosomu isə oğlan xüsusiyyətləri daşıyır. Ana yumurtasında ancaq qız cinsiyyətini müəyyənləşdirən X xromosomu olur. Atadan gələn spermada isə həm X, həm də Y xromosomu gəzdirən spermalar olur. Dolayısı ilə uşağın cinsiyyəti ananın yumurtasını mayalandıran spermanın X və ya Y xromosomu gəzdirməsindən asılıdır.
Günümüzdə gələcək körpənin cinsiyyətinin əvvəlcədən planlaşdırılması üçün bir neçə metod vardır.Bəziləri yumurtlama dövrü ilə,döllənmə dövrünü hesablamaqla,bəziləri xüsusi pəhriz saxlamaqla, bəziləri bədən hərarətini ölçməklə və.s metodlardan istifadə edərək istədikləri cinsdə körpəyə sahib olmağa çalışırlar.Ancaq yenə də, bilməlisiniz ki,körpənin cinsinin əvvəlcədən müəyyən edilməsinin dəqiq zəmanəti yoxdur. Yumurtlama dövrünə görə hesablama Orta hesabla qadınlarda yumurtlama dövrü sonuncu menstruasiya(aybaşı) günündən sonra 12-16-cı günlərdə olur. Təxminən menstruasiya dövrünün 14-cü günündə toxum hüceyrəsi yetkinləşir və mayalanmaya hazır olur. O yumurtalıqdan çıxır və uşaqlıq yoluna (fallopian yoluna) düşür orada isə 24 saata qədər həyat qabiliyyətini qoruyur; əgər mayalanma baş verməsə toxum hüceyrəsi məhv olur və növbəti mensturasiyada uşaqlıq ifrazatı ilə xaric olur. Orqazm zamanı kişi qadının uşaqlıq yoluna 200 - 400 mln spermazoid ifraz edir. Spermanın çox hissəsi geriyə axır, spermazoidin qadın orqanizmində qalan hissəsi hədəfə çatmır, lakin onun bir qismi uşaqlıq yolu ilə uşaqlıq boşluğuna və oradan da fallopian yollarından birinə daxil olur. Burada spermatazoidlər 48 saat ərzində həyat qabiliyyətini qoruya bilirlər. Qadınlarda yumurtlama dövrünü müəyyən edən müxtəlif yollar vardır:Bədən temperaturunu təqib etməklə,UZİ vasitəsilə yumurtalıqlara baxılması yolu ilə,Luteinize Edici Hormon (LH) yüksəlməsini müəyyən edən testlər yolu ilə. Aybaşılar arasındakı müddət orta hesabla 28 gündür.Yumurtlama dövrünün ilk 14 günündə bədən temperaturu 36-37 dərəcədir.Yumurtlama zamanından sonrakı günlərdə isə beden temperaturu 37 dərəcədən artıq olar.
Hesab olunur ki,oğlan uşağı istəyən cütlər yumurtlama gününə yaxın ve yumurtlama günlərində cinsi əlaqəyə girməlidirlər.Qız uşağı istəyənlər isə yumurtlama günündən 3-4 gün əvvəl cinsi əlaqədə olmalıdırlar.
Oğlan uşağı istəyənlər potasyum və sodyumla zəngin qidalar(banan,quru lobya,noxud,mərcimək,ərik,ananas,qırmızı və ağ ət və.s),qız uşağı istəyənlər isə kalsium və maqneziumla zəngin qidalar(süd və süd məhsulları,yumurta,kartof,xəmir məmulatları,südlü şirniyyatlar,və.s) yeməlidirlər.
| Körpələrlə təyyarə uçuşu nə qədər etibarlıdır?
Uçuş zamanı körpələrin qulaqları yetkin insanlarda olduğu kimi, eyni zərərlərə məruz qalır. Mütəxəssislər körpə ikihəftəlik olana qədər onun təyyarə ilə uçmasını məsləhət görmürlər. Çünki yeni doğulan körpənin bədəni ətraf aləmə uyğunlaşmağa çalışır və təyyarədəki ağır havada dolaşan mikroblara qarşı mübarizə apara bilmir. Uçuş zamanı körpələrin qulaqları yetkin insanlarda olduğu kimi, eyni zərərlərə məruz qalır. Bunun qarşısını almaq üçün təyyarə qalxarkən və enərkən, körpəni əmizdirmək və ya uşaq butulkası ilə ona maye içirtmək lazımdır. Əgər körpəniz ac deyilsə, əmzikdən istifadə etməyi sınayın. Uçuş zamanı uşağınızı sizə yaxın oturacaqda əyləşdirin. Mümkün qədər çıxışa yaxın oturacaqlara bilet sifariş verin. Körpənizin daha rahat uçması üçün əmziyi, adyalı və sevdiyi yumşaq oyuncaqları özünüzlə götürün. Uçuş zamanı körpəniz narahat olarsa, təyyarənin koridorunda ora-bura gəzməklə onu sakitləşdirə bilərsiniz. | Oyuncaq qutusunda qıfıl olmamalı, ya da özbaşına bağlanan amma uşağınıza zərər verməyəcək bir mexanizm olmalıdır. Oyuncaqlar uşağın yaşına uyğun olmalı. Asanca qopub, uşağın ağızına atacağı kiçik parçaları olmamalı. İti ucları, kəsici kənarları olmamalı. Barmaqlarının sıxışa biləcəyi əlavə yerləri olmamalı. Gözlərinə zərər verə biləcək çıxıntıları olmamalı. Uşağınıza uyğun böyüklükdə və ağırlıqda olmalı. Zəhərsiz boyalarla boyanmış olmalı. Oyun dəyəri olmalı və yalnız dağıdıcı təcrübələr etmək üçün istifadə edilməməli. Oyuncaqlar nizamlı olaraq nəzərdən keçirilməli, ziyanlı və qırıq olanlar atılmalı. Xarici sahələrdə: Oyun sahəsinin döşəməsi yumşaq, olmalı. Oyun sahəsindən zəhərli bitkilər təmizlənməli. Oyun vasitə və vəsaitləri yerə etibarlı bir şəkildə sabitlənməli. Xarab pullar, kibrit, çaxmaq, siqaret oyun sahəsində olmamalı. Mətbəxdə oyuncaq olmamalıdır.
| Döşlə əmizdirmə qadınların sağlamlığını aşağıdakılardan qoruyur: Qan azlığı Erkən döş xərçəngi Yumurtalıqlarm xərçəngi Sümük xəstəlikləri və qocalıq Birinci altı ay ərzində hamiləlik riskini azaldır Şəkərli diabetdən əziyyət çəkən qadınlara az insulin təfəb olunur. Döşlə əmizdirmə hamiləlikdən qorunmaq üsulu kimi Uşaq süd qarışıqları təkmilləşdirilmiş və elmi əsaslandırılmış üsullarla hazırlanmasına baxmayaraq, ana südü ilə müqayisə edilə bilməz. Onlarda infeksiyaya qarşı faktorlar yoxdur. Əgər, hər hansı istehsalçı firma süni yolla döş südünü əldə etməyə nail olacaqdırsa, o, hər bir uşaq üçün tam uyğun ola bilməz, çünki ana südü hər bir uşağın orqanizminin tələbatına uyğun olaraq dəyişir. Ağız südü ilk peyvənd kimi təsir göstərərək uşağı antitellərin və vitaminlərin yüksək dozası ilə təmin edir. Ağız südü uşağın bədənindən ilk tünd rəngli nəcisin (mekoniy) xaric edilməsinə kömək edir. Ağız südündən yetişmiş südə keçid uşağın tələbatına uyğundur. Bununla yanaşı döş südünün tərkibi əmizdirmə zamanı və uşağın yaşına görə dəyişir. Nə üçün uşaq süd qarışıqları keyfiyyətcə pisdirlər? Uşaq süd qarışıqları təkmilləşdirilmiş və elmi əsaslandırılmış üsullarla hazırlanmasına baxmayaraq, ana südü ilə müqayisə edilə bilməz. Onlarda infeksiyaya qarşı faktorlar yoxdur. Əgər, hər hansı istehsalçı firma süni yolla döş südünü əldə etməyə nail olacaqdırsa, o, hər bir uşaq üçün tam uyğun ola bilməz, çünki ana südü hər bir uşağın orqanizminin tələbatına uyğun olaraq dəyişir. Ağız südü ilk peyvənd kimi təsir göstərərək uşağı antitellərin və vitaminlərin yüksək dozası ilə təmin edir. Ağız südü uşağın bədənindən ilk tünd rəngli nəcisin (mekoniy) xaric edilməsinə kömək edir. Ağız südündən yetişmiş südə keçid uşağın tələbatına uyğundur. Bununla yanaşı döş südünün tərkibi əmizdirmə zamanı və uşağın yaşına görə dəyişir. Demək ana südü dərmana bərabərdir? Bəli və bununla yanaşı o uzun illər boyu sağlamlığı qoruyur. Döşlə əmizdirmə uşağın diabet ilə xəstələnmə riskini azaldır. Yalnız döşlə əmizdirmə asma və ekzema kimi allergik xəstəliklərin inkişafını dayandırır. Müayinələr göstərir ki, daima döşlə əmizdirilən uşaqlarda zehni inkişaf daha yaxşı olur, xüsusən yarımçıq doğulmuş uşaqlarda. Döşlə əmizdirilən uşaqlarla peyvəndlər daha yaxşı nəticə verir. Müayinələr güman etməyə İmkan yaradır ki, döşlə əmizdirmə gələcəkdə uşaqlarda dişlərin düzgün formalaşmasına kömək edir görmə zəifliyinin, uşaq xərçənginin bəzi formalarının, yüksək qan təzyiqinin və daha böyük yaşlarda ürəyin işemik xəstəliyinin əmələgəlmə riskini azaldır. Bir neçə müayinələr göstərir ki, nə qədər uzun müddət qadın uşağını döşlə əmizdirərsə, o qədər o qadında yumurtalıqların xərçəngi və klimaks qabağı döş xərçənginin və bunlarla yanaşı osteoporozun (sümüklərin xəstəliyi) və qocalıqda bud sümüyünün sınıqlarının əmələgəlmə riskini azaldır. Diabetdən əziyyət çəkən qadınlar, uşağı döşlə əmizdirdikdə, insulinin daha az miqdarına ehtiyac duyurlar. Döşlə əmizdirmə mədə-bağırsaq xəstəliklərindən, respirator sisteminin yoluxucu xəstəliklərindən, sidik yollarının infeksiyasından, qulağın infeksiyasından (orta qulağın iltihabı), şəkərli diabetdən asma və stertoroz tənəffüsdən qoruyur. Döşlə əmizdirilən uşaqlar azmı xəstələnirlər? Bəli, xəstə uşaq döşlə qidalanmanı davam etməlidir, çünki döş südü xəstəliyə qarşı aktiv mübarizə aparır. Döş südü xəstəliklərlə mübarizə aparan çoxsaylı maddələrə malikdir. Məsələn, əgər sizi əhatə edən mühitdə mədə-bağırsaq xəstəliyi törədən mikroorqanizmlər varsa, sizin bədəninizdə yaranan antitellər uşağı müdəfiə etmək üçün döş südünüz vasitəsi ilə uşağa verilir. Döş südü asan həzm olduğuna görə, xəstə uşaqda qusmaq ehtimalı az olur. Döşlə əmizdirilən uşaqlar azmı xəstələnirlər? Bəli, şübhəsiz. Döş südü uşaqlan yayılmış yoluxucu xəstəliklərdən, xüsusən mədə-bağırsaq və respirator xəstəliklərdən qoruyur. Hətta ən yaxşı və gigiyenik şəraitdə süni qidalandırılan uşaqlar beş dəfə artıq mədə-bağırsaq pozğunluqları ehtimalına malikdirlər. Su və istilik təchizatı pozulduqda yoluxucu xəstəliklər tez yayılır. Döşlə əmizdirilən uşaqlara nisbətən, süni qidalandırılan uşaqlarda ölmə ehtimalı mədə-bağırsaq xəstəliklərindən 14, respirator xəstəliklərdən isə 3 dəfə artıq olur. Döş südü ilə qidalandırma böyrək xəstəliyinə gətirən sidik yollarının infeksiyasının və karlığa gətirən qulaq infeksiyası təhlükəsini azaldır. Lakin mənim rəfiqələrimin uşaqları döşlə əmizdirilməsinə baxmayaraq xəstələnirlər? Əlbəttə, bəzi döşlə əmizdirilən uşaqlar xəstəliyə yoluxurlar, lakin onların əksəriyyətində xəstəlik daha yüngül formada keçir. Süni qidalanan uşaqlara nisbətən belə uşaqlar tez sağalır, üzülmür və onlar-da ölmə ehtimalı az olur. Uşaq nə qədər zəif olarsa, bir o qədər onun döş südünə ehtiyacı çox olur.
| | |
|
|