Hamiləlik və alkoqol
Alkoqol gələcək körpənin sağlamlığına həddindən artıq mənfi təsir edir, belə ki, o nəinki yetkinləşən cinsiyyət hüceyrələrinə, eləcə də tam yetkinləşmiş cinsiyyət hüceyrələrin mayalanmasında da məhvedici rol oynayır. Bununla belə biz gələcək orqanizmdə bu yüngül pozğunluqların, yaxud nəticədə uşağın daxili orqanlarına xələl gətirəcək ağır aqibətlərin ola biləcəyini əvvəlcədən deyə bilmərik. Mayalanma anından hamiləliyin 3-cü ayına qədər olan müddəti dölün inkişafında kritik dövr adlandırırlar, belə ki, bu dövr ərzində orqanların əsasının intensiv şəkildə müəyyən şəklə salınması və toxumaların formalaşması baş verir. Hamiləlik zamanı alkoqol qəbul edilərsə, bu dölə eybəcərləşdirici təsir edə bilər. DAS (dölün alkoqol sindromu) üçün ürəyin, xarici cinsiyyət orqanlarının anadangəlmə anomal inkişafı, mərkəzi sinir sisteminin, doğuş zamanı bədənin aşağı kütləsinin fəaliyyətinin pozulması, uşağın boyda və inkişafda ləngiməsi xarakterikdir. DAS-lı uşaqlara aşağıdakı üz cizgiləri xasdır: kiçik baş, xüsusən sifət, dar gözlər, nəzərə çarpan bükük göz qapaqları, zərif üst dodağı.
|