Müsahibələr
Məqalələr
Hamiləlik
Körpəyə qulluq
Qidalanma və inkişaf
Doğuş tipləri
Ana südü və əmizdirmənin xeyirləri
Sağlamlıq
Təlim və tərbiyyə
İnkişaf
Analar haqda hər şey
Bunları bilmək maraqlıdır
1 yaşına qədər olan körpələr
1 yaşından 5 yaşınadək olan körpələr
Video
Uşaq poliknikaları
Doğum evləri
Qadın konsultasiyası
Uşaq xəstəxanaları
Uşaq mahnıları
Dünyanın baldan şirin balaları
KİTAB (online sifariş)
PalSüd-ün məhsulları
Dayə
Fevral -2010 Müsabiqə
Namizədlər
Sayğac
Sayta daxil olanların sayı
loading...
Erkən yaşlarda uşaqlarda qəbzlik

Bu problem çox vaxt körpələrdə müxtəlif yaşlarda, o cümlədən həyatlarının ilk 3 ilində baş qaldırır.  Çoxları hesab edir ki, qəbəlik qorxulu bir şeyə gətirib çıxarmır. Lakin təcrübəli qastronentroloqların da təsdiqlədiyi kimi məhz qəbəlik uşağın komposterlənmiş şəxsiyyətini formalaşdırır, daimi intoksikasiya isə onun sağlamlığı pozur.
Qəbəliklə bağırsaq boşalmasının ləngiməsi hesablaşır ki, bu da 2 sutkadan çox davam edir. Çətinləşmiş, bəzən ağrılı boşalma ilə, diskomfortla, az miqdarda bərk nəcis ifrazatı ilə müşayiət olunur. 
Alimentar mənşəli qəbəliklər qidalanma tarazlığı prinsipinin pozuntusu ilə, yəni yaş nisbəti ilə zülal, yağ, mineral maddələr, vitamin və su arasındakı tarazlılıq prinsipi ilə şərtləndirilir. Uşağın tez-tez yedirdilməsi, başayaq qidalanma rejimi, bağırsağın hərəki fəallığına imkan verməyən məhsul istifadəsi (ağ çörək, duru düyü sıyıqları, tünd çay, kisel, kakao), tərəvəz istifadəsində məhdudiyyət – bütün bunlar son nəticədə bağırsaq boşalmasında ləngimələrə səbəb olur.
Orqanik mənşəli xroniki qəbəliklər yoğun və düz bağırsağın müxtəlif hissələrinin anatomik quruluşunun pozuntusu zamanı əmələ gəlir. Buna bu orqanların ölçülərində dəyişmələr, düz bağırsağın anomaliyası və s. daxildir. Təbii ki, bu növ qəbəliyə, digər növlərlə müqayisədə 3-4 dəfə daha az rast gəlinir, lakin onların əksəriyyəti yalnız cərrahiyyə yolu ilə müalicə olunur. Qarnın (mədənin) işləməsində ləngimə körpənin ümumi xəstəliyinin simptomlarından biri ola bilər. Belə xəstəliyi olan uşaqların həyatlarının ilk 3 ilində raxit, hipotrofiya (bədən orqanı həcminin azalması), qanazlığı təhlükəsi meydana çıxa bilər. Bütün bu xəstəliklər zəifliklə və orqanizm əzələlərinin, o cümlədən həzm yolu əzələləri tonusunun aşağı düşməsi ilə müşayiət olunur.
Bəzi irsi xəstəlikləri, məslən hipotireoz (qalxanvarı vəzinin fəaliyyətinin aşağı düşməsi), Daun xəstəliyi olan uşaqlar üçün əzələ zəifliyi və  buna görə də qəbəlik hər zaman xasdır. Bundan əlavə, bir sıra dərman preparatları özünün kənar təsirləri ilə bağırsağın hərəki fəallığını ləngiməsinə (spazmatoliklər və s.) və ya normal bağırsaq mikroflorasının dəyişilməsinə səbəb olur. Bu halda disbakterioz vəziyyəti – bağırsağın təşkil olunduğu mikrofloralar arasında normal qarşılıqlı əlaqələrin pozulması baş verir. Onun təzahürlərindən biri də qəbəlokdir.
Gördüyünüz kimi, belə xoşagəlməz vəziyyətin əmələ gəlməsi səbəbvləri çoxdur. Uşağın müalicə olunması da bundan asılı olacaqdır. Ona görə də yalnız təcrübəli pediatr- qastroenteroloq sizə müalicə metodu seçimində yardım edə bilər.
Əsas təzahürlər
Bu hər şeydən əvvəl qeyri-müntəzəm qarın işləməsidir. Onun fəaliyyətinin spazmatik pozğunluğu nəticəsində defekasiya ləngiməsi qarında ağrı, sol qabırğalarla qarın arasındakı nahiyədə maksimal lokallaşma, meteorizm (qaz toplanması), qarnın yuxarı hissəsində şişmə hissi, ürək bulanması, qıcqırma ilə müşaiyət olunur. Bu zaman nəcis sıx topa şəklində fraqmentləşmiş olur. Mütəmadi qəbəliklər duru qarın işləməsi ilə növbələnə bilər.
Əgər uşaqda hipo-hərəkət diskineziya bağırsağı qarşısında (cift) varsa (onun hərəkətinin düşməsi baş verir), o zaman bu boşalmanın 4-7 gündə 1 dəfəyə qədər kəskin düşməsi ilə və duru nəcis ifrazatı ilə meydana gəlir. Qarında ağrı, meteorizm zəif hiss edilir və ya mövcud olmur.
qarın işləməsinin ləngiməsi zamanı səciyyəvi daxili zəhərlənmə (orqanizmin öz-özünə zəhərlənməsi) baş verir, ki, bu da süstlük, zəiflik, baş ağrısı ilə təzahür edir. Dəri boz çalarlarla, sarılıqla solğun, quru vəziyyət alır, qabıq verir (soyulur), üzərində isə sızanaqlar, irinlik xəstəlikləri əmələ gəlir. Bu proseslər bağırsaqlarda yaranan toksinlərin qana sorulması nəticəsində inkişaf edir.
Uzunsürən qəbəliklərin olması zamanı uşaq orqanizmi hətta vaxtından əvvəl qocala da bilər. Bu ona görə baş verir ki, mikrobların - bağırsaq və qaraciyərin selikli qişasının həyat fəaliyyətinin zərərli məhsullarını ləngidən iki çəpərin funksiyasının pozulması nəticəsində məhsul çürüməsi bağırsaqdan qana daxil olur. “Nəcisin xroniki intoksikasiyası” kimi termin mövcuddur. Bu xəstəlik bağırsaq, qara ciyər və digər orqanlarda əhəmiyyətli dəyişiklikərə gətirib çıxara bilər.
Nəcisin bağırsaqda ləngiməsi ilə xeyli miqdarda müxtəlif mikroorqanizmlər toplanır, disbakterioz inkişaf edir. Bu bağırsaq mikroflorasının funksiyasınınpozulmasına səbəb olur, orqanizmin yerli və ümumi immunitetinin (müqavimətinin) aşağı düşməsinə səbəb olur.
Nəcis kütləsinin bağırsaqda irəliləməsinin pozulmasının səbəbi çox vaxt bədən temperaturunun qalxması və ya ümumiyyətlə istənilən kəskin xəstəliyin mövcud olmasıdır. Lakin bu hal müvəqqətidir, 1-2 gün davam edir.
Erkən yaşların əsas problemi psixoloji qəbəlikdir. O, əsasən bir yaş yarımdan 3 yaşa qədər uşaqlarda rast gəlinir. Əgər bu dövrdə uşaqda heç olmazsa bircə dəfə qidalanma ilə, və ya arxa gödənin çatlaması ilə bağlı qəbəlikdən yaranan defekasiya xəstəliyi aktı olubsa, o zaman bundan sonra uşaqda qorxu üzündən qarın işləməsi həftələrlə ləngiyə bilər ki, ağrı da təkrarlanır. Bu yaşda psixoloji qəbəliyin yaranma səbəblərindən digəri də oyuna qarşı böyük həvəs, yad ərazidə olmağa qarşı utancaqlıq duyğusu, həmçinin  öz “müstəqilliyini” ananın güvəcə (qorşok) alışdırma cəhdləri “acığına” qorumaq faktorlarıdır.
Əgər qəbəlik uşağın erkən yaşlarında baş qaldırırsa mütləq onların meydana gəlmələrinin əsas səbəblərini aşkar etmək və defekasiyanı daha tez normallaşdırmağa çalışmaq lazımdır. əks halda körpədə xroniki və ya “adət olunmuş” qəbəlik formalaşa bilər.
Uşaqlarda bu xəstəliyin müalicə edilməsi dietik qidalanma, mineral su, dərman, bakterial preparatlar, enterosorbentlər, dərman bitgiləri istifadəsini özündə birləşdirir. Hansı növ dietik qidalanmanın seçilməsi yoğun bağırsağın tonusundan asılıdır. Əgər o azalıbsa menyuya bitki sellülozları ilə zəngin olan məhsullar: kök, çuğundur, çovdar və ya sərt üyüdülmüş taxıldan hazırlanmış çörək, kəpəkli pəhriz çörəyi, buğdalı, yulaflı, qarabaşaqlı sıyıq, arpa yarması, meyvə və tərəvəz şirəsi, turş olmayan alma, əncir, kuraqa (qaysı qurusu), qara gavalı əlavə edilir. Həmçinin süd turşusu məhsulları: kefir, yoqurt, asidofilin (xüsusi bakteriyalar vasitəsilə mayalanan qatıq) qəbulu çox vacibid. 
Qidadan yüksək sort undan hazırlanmış çörək, pirojna, yağlı ət sortu, hisə verilmiş məhsullar, konservlər, şokolad, kofe, qırmızı turp, sarımsaq, soğan kənar edilir. Manna, düyü, yarma, sıyığı məhsləhət görülmür, vermişel, makaron, kartof qəbulu məhdudlaşdırılır. Spazmatik qəbəliyi olan körpələr üçün pəhriz müalicəsini yağların (xüsusilə bitki yağlarının), tədricən qaynanmamışları əlavə etməklə suda bişmiş tərəvəzlərin rasiona daxil edilməsi ilə başlamaq olar. Təmiz və ya qaynanmış suda, kefirdə həll edilmiş buğda kəpəyi effektiv təsir göstərir. Əvvəlcə onları qurutmaq lazımdır. Onu gündə 3 dəfə 1 çay qaşığında qəbul edirlər, sonra isə lazım gəldikdə dozanı gün ərzində 3 və ya 6 xörək qarışına qədər artırmaq olar.
Mineral su qəbul edərkən xatırlamaq lazımdır ki, bağırsağın tonusunun azalması nəticəsində törənən qəbəliyi olan uşaq üçün daha çox minerallaşmış sərin su lazımdır. Yoğun bağırsağın tonusunun qalxması zamanı az minerallaşdırılmış suyu isti forma qəbul edirlər. Yadda saxlayın ki, körpəyə mineral suyunu bir qəbul etmə üçün 1 kq bədən kütləsinə 3 ml hesabı ilə gündə 3 dəfə təyin edirlər.
Dərmanla müalicə  həm də bağırsağın hərəkilik vəziyyətindən asılıdır. Yoğun bağırsağının tonusu aşağı düşmüş uşaqlar üçün tonusu qüvvətləndirən dərmanlar, spazmatik qəbəlik xəstələri üçün isə bağırsağın tonusunu azaldan preparatlar məsləhət görülür.
Bağırsaq disbakteriozunun korreksiya olmadan müalicə heç bir effektə malik olmayacaq. Preparat seçimi uşağın yaşından, qəbəliyin davam etmə müddətindən və ağırlıq dərəcəsindən asılıdır. Bundan əlavə, bu xəstəliklə mübarizə üçün işlətməpreparatları da təyin edirlər. Onları təsir mexanizmi üzrə 4 qrupa ayırmaq olar. Onlara o dərmanlar aiddir ki onlar:
bağırsaq reseptorlarının kimyəvi qıcıqlanmasına səbəb olur:
ravənd, bisakodil, qutalaks preparatları, gənəgərçək yağı:
osmotik xüsusiyyətlərə malikdirdirlər: maqnezium sulfat, natrium sulfat, duz və s.
bağırsağın həcmini artırırlar: kəpək, dəniz kələmi, metil sellüloz;
nəcis kütləsinin yumşalmasına və onun bağırsaq boyunca daha rahat hərəkətinə yardım edir: vazelin yağı.
İşlətməni uzun müddətə istifadə etmək arzu olunmazdır, belə ki ona qarşı alışqanlıq artır, allergik təzahürlər törədə bilər, və oxşar təsirləri orqanlara və sistemlərə edə bilər.
Beləliklə, qəbəliyin müxtəlif səbəbləri, onların inkişafının mürəkkəb mexanizmi, müəyyən diaqnostika metodlarının zəruriliyi və hər bir konkrek vəziyyətdə belə problemlərlə mütləq həkimə müraciət etmək vacibliyini şərtləndirir. Yalnız mütəxəssis ilk baxışda törəmənin səbəbini asanlıqla ayırd edə bilər.

MƏQALƏLƏR / XƏBƏRLƏR
Tarix:26.06.2010
ELAN
Tarix:24.06.2010
Rəhim Rəhimli əmi oldu
Tarix:21.06.2010
Nabranda istirahət etmək istəyənlərin nəzərinə
Tarix:18.06.2010
Bir neçə çimərlikdən istifadə qadağan edildi
Tarix:17.06.2010
Qısa boylulara qara xəbər
Tarix:17.06.2010
Zülfiyyə Xanbabayeva: “Arıqlayıb 49 kilo oldum...”
Tarix:09.06.2010
Pivə qadınların döşlərini böyüdür?
Tarix:07.06.2010
Günəşin mənfi təsirlərindən necə qorunmalı?
Tarix:07.06.2010
İntihara gətirib çıxaran səbəblər
Tarix:04.06.2010
Fotoşəkilə baxdı, nəvəsini xərçəng xəstəsi olduğunu anladı
Tarix:04.06.2010
Hamilə qalmaq üçün cəmi 6 gün
Tarix:02.06.2010
Uşaq Teatrı Beynəlxalq Teatr Festivalına qatıldı
Tarix:02.06.2010
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyəsi
Tarix:01.06.2010
Məhkum uşaqlarla görüş keçirildi
Tarix:26.05.2010
İlk süni orqanizm yaradıldı
Tarix:25.05.2010
Qan azlığının dərmanı - badımcan
Tarix:25.05.2010
Oğlan uşaqlarını nə vaxt sünnət etdirməli?
Tarix:17.05.2010
Çadırda 8 uşaq doğuldu
Tarix:17.05.2010
Bakıda hərarət 30 dərəcəyə çatacaq
Tarix:17.05.2010
4 özəl tibb müəssisəsi qapadıldı
Tarix:14.05.2010
Gələcəkdə Azərbaycanda oğlanlar evlənmək üçün qız tapa bilməyəcək
Tarix:14.05.2010
Salona getmədən arıqlamaq üsulları
Tarix:12.05.2010
Düz ayaqqabılar da hündür dabanlar qədər zərərlidir
Tarix:12.05.2010
Yuxu probleminiz varsa...
Tarix:10.05.2010
Yağlı dərilər üçün qulluq maskaları
Qaliblər
Mətbuatda Biz
"Dost"un birinci hissəsi yekunlaşdı
Mənbə: Ədalət qəzeti

ANA.az, AGAT və Arzumun "DOST" adlı layihəsi davam edir!
Mənbə: Həftə içi qəzeti

“Dost” 16 may tarixində gözdən əlil uşaqlar üçün Respublika Internat Orta Məktəbinin qonağı oldu
Mənbə: PressPost.az
Face Book
Səs vermə
(1945)
Yox (433)

Copyright © ANA.az
Site by : azDesign.ws