Hamiləlik zamanı qidalanma Hamiləlik dövründə düzgün qidalanma dölün formalaşması və inkişafının, həmçinin gələcək ananın özünün yaxşı hiss etməsinin əsas şərtlərindəndir! Hamilə qadının qida rasionu zülalların, yağların və karbohidratların, eləcə də lazımi qədər vitaminlərin və mikroelementlərin balanslaşdırılmış miqdarından ibarət olmalıdır. Zülallı qidaların qəbuluna xüsusi önəm vermək lazımdır, belə ki, məhz zülallar körpənin orqanizmi üçün tikinti materialı rolunu oynayırlar. Hamilə qadının rasionuna daxil olması vacib olan ərzaqların siyahısını nəzərinizə çatdırırıq. Bağırsaqların hərəkət fəallığına təkan verən bitki lifi tərkibli qida qəbulu çox vacibdir. Belə ərzaq siyahısına qalın üyüdülmüş undan (çovdar, ukrayna buğdası və s.) bişirilmiş, kəpəklə zənginləşdirilmiş (həkim bulkaları, zülal kəpəkli) çörək daxil edilir. Həmçinin qarabaşaq, yulaf, yarma, buğda yarması da xeyirlidir. Tərəvəzlər, xüsusilə kök, çuğundur, kartof, pomidor, yunan qabağı, qalqabaq, xiyar, göyərti, göy soğan, soğan, cəfəri, kahı yarpaqları, gül kələmi, brüssel kələmi, paxlalı kələm, lobya, mərci(mək), noxud Balıq məhsullarının, ət məhsullarının qaynadılmış forması (suda qaynadılmış mal əti, toyuq əti, ciyər, ürək, böyrək, içalat kolbasası) zəruridir. Yumurta, turş süd məhsulları, yağsız kəsmik, smetan. Südü yalnız turşudulmuş (qıcqırmış) halda (qatıq, kefir və s.) istifadə etmək lazımdır. Kəsmiyi hər gün 100 qr-a qədər yemək lazımdır. Yağsız və acı olmayan pendir növü, ağ quru göbələklər. Kərə yağı, bitki yağı, zeytun yağı, qarğıdalı yağı – onların tərkibində hamiləliyin saxlanması və normal gedişatı üçün zəruri olan E vitamini vardır. Meyvə, giləmeyvə – qaysı, şaftalı, yemiş, alma, armud, banan, qarpız. Meyvə və giləmeyvəni təravətli halda qəbul edin. Quru meyvələr – üzüm, ərik qurusu, əncir xüsusilə xeyirlidir. İçkilərdən yaşıl çay, təbii şirə, meyvə suyu, süd, meyvə lətli şirə, itburnu həlimi və ya mürəbbə ilə tünd çay için.
Hamiləlik zamanı gələcək ananın hər vəchlə uzaq durması məsləhət görülən bir sıra ərzaqlar da ayırd edilir. Bu hər şeydən əvvəl gələcək körpə üçün ziyan olan dadlı əlavələr və “əhəmiyyətsiz” kalorilərdir. Yağla, şəkərlə, nişasta ilə zəngin yeməklərdən uzaq durmaq lazımdır. Buraya piy (salo), mayonez, yağlı ət, qızardılmış kartof, həddən artı düyü qəbulu (suşi) və ya makaron, qızardılmış lobya, quru noxud, peçenye, dondurma, nabat, qovurulmuş qarğıdalı dənələri, qoz-fındıq, püstə aid edilir. Duzlu balıqdan imtina etmək məsləhət görülür, duza isə tamamilə hədd qoymaq lazımdır. Tünd çay, qəhvə, rəngli qazlı içkilər, və təbii ki, spirtli içki, şokolad, kakao, sitrus meyvələri, təzə göbələklər, qızarmış perojki, hazır şərbət, şərq şirniyyatı, kremlər, hisə verilmiş ət, duzlu şeylər, marinad (şoraba) və xuruş, sosis, konservlər, fast-fud, ketçup, həll oluna bilən nahar, vakuumlu qablaşdırmaya malik ərzaq, hazır pelmen (düşbərəyə oxşar xörək), balıq və krab (onayaqlı dəniz xərçəngi) çöpləri məsləhət görülmür. Yaddan çıxarmayın ki, hər bir qadın individualdır və o həm hamiləlik dövründə, həm də dölün formalaşmasında individualdır. Bu səbəbdən kor-koranə şəkildə rəfiqələrinizin, tanışlarınızın, yaxşı tanımadığınız insanların məsləhətlərinə əsaslanmaq lazım deyil; yaxşısı budur özünüzə qulas asın və orqanizminizə fikir verin, sizə nəzarət edən həkimin sağlan düşüncəsinə və tövsiyyələrinə qulaq asın. Yaddan çıxarmayın ki, “pis” və ya “yaxşı” ərzaq yoxdur. Yalnız onların miqdarının daha dərrakəli uyğunlaşdırılması körpəni gəzdirən qadın orqanizmini lazım olan bütün qidalı maddələrlə təmin edə bilər.