Hamiləlik dövründə qarının ölçüləri nədən asılıdır?
- qarının hündürlüyü, daha doğrusu, uşaqlıq dibinin yerləşmə hündürlüyü normada hamiləlik vaxtına mütənasib olur. Məsələn, hamiləliyin 32-ci həftəsində o 32-33 sm-ə bərabər olmalıdır. Qarnın “köklüyü” isə qadının fərdi xüsusiyyətlərindən asılıdır. Bəzən buna anatomik quruluş da təsir edir: nazik çanaqlı zərif qadınlarda bu, hündür boylu, qalın çanaqlı qadınlardan daha aşkar nəzərə çarpır. Lakin qarnın həcmi hər şeydən əvvəl hamilə qadının ümumi çəki artımından asılıdır. Elə ona görə də qadın məhz buna daim ciddi fikir verməlidir. - Hansı çəki artım norması normal hesab edilir? - Hər bir qadın fərdi normaya malikdir. Bu bədən kütləsinin indeksindən asılıdır ki, bu da xüsusi düstur vasitəlsilə hesablana bilər. Çəkinin kiloqramla kəmiyyətini boyun metrlə uzunluğunun kvadratına bölün. Normal indeks -19.8-dən 25.9-a qədərdir. Əgər siz əkizlərin doğuşunu gözləyirsinizsə, bu rəqəmlərə ən azı 2.3-4.6 kq da əlavə edin. Əksər qadınlar hamiləliyinin birinci yarısında çəkisini 40 faiz artırırlar. 2-ci yarısında isə bu 60 faiz olur. Əgər hamiləlikdən əvvəl qadın normal çəkiyə malik olubsa, o birinci rübdə 1.5-2 kq artıra bilər, 2-ci rüb ərzində bu həftədə 0.5 kq, doqquzuncu ayda isə 0.5-1 kq-dan çox olmur. Çəki müntəzəm və daimi olaraq artmalıdır. Uşağın normal inkişafı bundan asılıdır. - Əlavə çəkinin nəyi təhlükəlidir? - Çəkinin həddindən artıq artması həm hamilə qadında, həm də döldə problemlər törədə bilər. Çəkinin hədsiz artması hamilə qadının sağlam olmayan vəziyyətinin gecikmiş toksikozunun simptomlarından biridir. Gecikmiş toksikoz uşağın salınması təhlükəsinin inkişafına gətirib çıxara bilər. Bu zaman qadınlarda bel ağrısı və qarının aşağı nahiyəsində ağrılar baş qaldırır. Xüsusi ağır vəziyyətlərdə vaxtından əvvəl doğuş və ya cift laylanması (çökməsi) halları mümkündür. Bundan əlavə, artıq çəki əzələlərin işini çətinləşdirir. O həm də ayaqlarda, qarın divarının qabaq hissəsində, əllərdə şişlərin yaranmasına gətirib çıxarır. Kürək və baldır əzələləri ağrımağa başlayır, ayaq damarlarında qan dövranı pozulur, varikoz xəsətəliyi şiddətlənir. Hamilə qadın tez-tez və olduqca çox əldən düşür, əsəbi vəziyyətdə olur. Gecikmiş toksikoz döl üçün xroniki oksigen aclığı hətta bətn-daxili ölüm təhlükəsi belə yaradır. Çox kök qadınları isə belə ağırlaşmaların ən yüksək riskləri hədələyə bilər. - Hamiləlik dövründə həddən artıq sürətli çəki artımının səbəbi nədir? - Bəzən bol qida qəbul etməyi sevənlər çəkini tez artırırlar. Lakin qidaya qarşı mötədillik normal çəkiyə zəmanət vermir. Bəzi qadınların orqanizmlərində həddindən artıq maye toplanır (məsələn böyrəklərin fəaliyyəti pozulduqda). Bu səbəbdən əgər hamilə qadın həddən artıq sürətlə çəki artırırsa, o sutka ərzində qəbul etdiyi və ifraz etdiyi mayenin kəmiyyətini yoxlamalıdır. Sağlam qadın qəbul etdiyindən daha çox maye ifraz edir. Mayenin orqanizmdə yubanması çəki artımına səbəb olur. Bu zaman təkcə daxili deyil, xarici orqanlar da şişir. Ciftin şişməsi xüsusilə təhlükəlidir: o dölün normal inkişafını pozur. - Hamilə qadın şişlərdən necə xilas ola bilər? - Qadın konsultasiyasına baş çəkməklə; o həkimin verdiyi qida rejimi tövsiyyələrinə ciddi fikir verməlidir. Mütəxəssislər bir qayda olaraq bütün hamilə qadınlara duz, eləcə də acı, qızardılmış, yağlı məhsulların istifadəsini məhdudlaşdırmağı məsləhət görürlər. Məsələ burasındadır ki, bunlar mayenin orqanizmdə yubanmasına səbəb olur və şişlərin yaranmasına gətirib çıxarır. 10 gündən bir yükdən xilas olma günləri keçirin. Əlbəttə, bu o demək deyil ki, hamilə qadın ac qalmalıdır. Aclıq gələcək ana üçün qəti ziyandır. Yükdən xilas olma günlərində hamilə qadın bəzi ərzaqlarla, məsələn alma, kəsmik, kefir, sərt və müəyyən miqdarda ət ilə kifayətlənməlidir. Bundan əlavə, yataq rejiminə riayət etmək mayenin orqanizmindən ifraz olunmasına yardım edir. Sidikqovan otlar da çox yardım edir. Qəbul edilən mayenin miqdarını isə birdən azaltmaq olmaz. Maye qəbulu sutka ərzində 1.2-J .5 litrdən artıq olmamalıdır. - Onda belə çıxır ki, şişlərlə mübarizə aparmaq asandır? - Təəssüf ki, bu həmişə belə olmur. Çəki artımı daha çox böykəklərin fəaliyyətindən asılıdır. Məsələn, urolitiaz (böyrəkdə daş), pielonefrit (böyrək iltihabı növü) xəstəlikləri zamanı, çəki artımının sürətlənməsi müşahidə olunur. Bəzən pielonefrit hamiləlik dövründə baş qaldırır. Çünki hormonal fon məhz bu dövrdə dəyişikliyə məruz qalır. Orqanizm sidik yollarının genişlənməsinə yardım edən hormonları daha artıq hazırlamağa başlayır. Bu açıq keçid vasitəsi ilə isə müxtəlif infeksiyalar böyrəklərə yol tapırlar. Məhz bu səbəbdən bütün hamilə qadınların uşaqlıq yolu ifrazatının baktereoloji müayinəsindən keçməsi, sidik analizinə daim nəzarət etməsi vacibdir. - Bəlkə hamilə qadının bətnindəki döl həddindən artıq böyükdür və artıq çəki elə bununla izah edilir? - Bəzən belə hallar da olur. Lakin bu əlavə bir problemin göstəricisi də ola bilər. Əksər hallarda şəkərli diabetdən əziyyət çəkən qadınlarda böyük döl olur. Əgər qadın özü böyük doğulubsa, o zaman o, qandakı şəkərin səviyyəsini yoxlamalıdır, belə ki, diabet gizli formada da təzahür edə bilər. Bəzi hallarda diabet artıq hamiləlik vaxtı meydana çıxır. Bu yenə də hormonal fon dəyişikliyi səbəbilə baş verir. Əgər hətta şəkərin yüksəlmiş səviyyəsi yalnız bir neçə analizlərin yalnız birində “müşahidə olunsa” belə, belə hamilə qadınlar bir qrup risklərə düçar olurlar. Onları Moskva Klinik Xəstəxanasınn Endokrinologiya Mərkəzində tədqiq edirlər. Belə xəstələr glükometr, zolaq-testləri ilə yoxlanılır və özləri, şəkərin həm qanda həm də sidikdəki miqdarına müstəqil şəkildə nəzarət edirlər. Onların doğuşu elə həmin xəstəxananın nəzdnindəki doğum evində aparılır, övladlarını isə dərhal “şəkər diabeti üzrə” qeydiyyata salırlar. Yeri gəlmişkən, hamiləlik zamanı çəkidə son dərəcə sürətli artım çox vaxt mama həkimlərini qeysər kəsiyi (anormal doğum hallarında qarın boşluğunu yarıb uşağı çıxarma əməliyyatı) etməyə vadar edir. - Bu zaman mərhələsində kəskin çəki artımı xüsusiləmi arzuolunmazdır? - Artıq çəki artımı hamiləliyin ikinci yarısından, daha doğrusu, iyirminci həftədən etibarən xüsusilə təhlükəlidir. Bu gecikmiş toksikoz hallarına gətirib çıxarır. Belə ağırlaşmalar nə qədər tez başlanarsa, hamiləliyin sonu bir o qədər ağır olacaq. Məhz buna görə də qadınlara müntəzəm şəkildə bütün bədənə fikir vermək, hər iki əlin arterial təzyiqini ölçmək, sidik analizi vermək məsləhət görülür. Gecikmiş toksikoz zamanı təzyiq, bir qayda olaraq, yüksəlir, sidikdə isə zülalın miqdarı artır. Əgər hər üç siptom – şişlər, təzyiqin yüksəlməsi və zülalın miqdarının artması – eyni zamanda aşkar edilibsə, qadını təcili xəstəxanada yerləşdirirlər. - Bəlkə də mənim sualım sizi təəcübləndirəcək; amma dölün ölçüsünü hansısa vasitə ilə “tənzimləmək” mümkündürmü? - Düşünürəm ki, bəli. Bunun üçün ərzaq, bol bitki və heyvan mənşəli zülallar, vitaminlər, minerallar daxil edilməklə tarazlaşdırılmış qidalanma vacibdir. “Materna”, “Hamilələr və südlə bəsləyənlər üçün” Prenatal, Preqnavit kimi vitamin preparatlarının qəbulu mütləqdir. Bu əlbəttə ki, hamıya məlum olan həqiqətdir, lakin bu qadın və ya digər səbəblər üzündən mütəxəssislərin tövsiyyələrinə daim riayət etmir. - Qarının ölçüsü yəqin ki, həm də embrionətrafı sulardan da asılıdır? Bəs onlara maye qəbulu təsir edirmi? - Xeyr. Embrionətrafı suyun artıq olması və ya su çoxluğu səbəbləri tamam başqadır: şəkərli diabet, döl inkişafının anomaliyası, rezus-konflikt, yoluxucu ağırlaşmalar. Su azlığına (çatışmazlığına) hamiləliyin daşınması zamanı tez-tez rast gəlinir. - Həddindən artıq balaca qarın, hər halda son dərəcə böyük qarından yaxşıdır? - Xeyr, mən belə deməzdim. Qeyri-qənaətbəxş çəki artımı çox vaxt dölün inkişafının pozulmasına, həddindən artıq kiçik uşağın doğulmasına, vaxtından əvvəl doğuşa, bəzi hallarda isə hətta təzə anadan olmuş uşağın məhvinə gətirib çıxarır. Hamilə qadınların “qızıl otrağa” səy etmələri məsləhətdir. Yeri gəlmişkən, amerikanlı alimlər müşahidə etmişlər ki, həyata optimist baxışlı qadınlar nadir hallarda az çəkili uşaqlar doğurlar. Mütəxəssislər bunu onunla izah edirlər ki, optimist qadınlar öz sağlamlıqlarının qeydinə daha çox qalırlar: müntəzəm gimnastika ilə məşğul olurlar, düzgün qidalanırlar. - Bəs hamilə qadının emosional vəziyyəti ilə artrıq kiloqram artımı arasında bilavasitə əlaqə mövcuddurmu? - Ehtimal ki, mövcuddur. Axı stres anlarınıda bəzi qadınlar əlinə keçən istənilən yeməyi ağızlarına atmağa, soyuducunu boşaltmağa başlayırlar. Bax bu da sizə artıq çəki. Digərilər barədə isə əksinə, “qəm-kədər onu məhv edir” demək olar. Məhz bu səbəbdən həm gələcək ananın, həm də onun yaxınlarının onun mülayim, sakit emosional əhval-ruhiyyəsinə nail olması vacibdir.
|