Əgər körpəniz dırnaqlarını çeynəyirsə, xəbəriniz olsun ki, bu yaxşı vərdiş deyil və bunu tərgitdirmək lazımdır. Əgər o bunu küçədə edirsə bu xüsusilə pisdir, belə ki, çirkli əllərlə istənilən infeksiyaya yoluxmaq mümkündür.
Lakin əvvəlcə aydınlaşdırmaq lazımdır, o nə səbəbdən bunu edir. Təcrübə göstərir ki, müxtəlif yaşlardakı körpələr nədənsə narahat olduqları halda qeyi-iradi olaraq dırnaqlarını çeynəyirlər. Bu halda uşağı əsəbləşdirən faktorları aradan götürməyə çalışmaq lazımdır.
Digər hallarda isə bir çox apteklərdə satılan xüsusi qırnaq lakdan istifadə etmək kifayətdir. O, sağlamlıq üçün tam zərərsizdir, amma xoşagəlməz dada malikdir.
Əgər uşaq dırnaqlarını boyamağınızı istəmirsə, o zaman öz dırnaqlarınızı boyayın. Əksər körpələr valideynlərinin etdiklərini təkrarlamağı xoşlayırlar, və buna görə də, güman ki, körpəniz eyni şeyi ona da etməyi xahiş edəcək.
|