Müsahibələr
Məqalələr
Hamiləlik
Körpəyə qulluq
Qidalanma və inkişaf
Doğuş tipləri
Ana südü və əmizdirmənin xeyirləri
Sağlamlıq
Təlim və tərbiyyə
İnkişaf
Analar haqda hər şey
Bunları bilmək maraqlıdır
1 yaşına qədər olan körpələr
1 yaşından 5 yaşınadək olan körpələr
Video
Uşaq poliknikaları
Doğum evləri
Qadın konsultasiyası
Uşaq xəstəxanaları
Uşaq mahnıları
Dünyanın baldan şirin balaları
KİTAB (online sifariş)
PalSüd-ün məhsulları
Dayə
Fevral -2010 Müsabiqə
Namizədlər
Sayğac
Sayta daxil olanların sayı
loading...

Hamiləliyin ilk ayları

İlk 8 həftədə mayalanmadan əvvəl mövcud olan təkhüceyrəli orqanizmdən yaranan döl insanı xəbərdar edərək embriona çevrilir.

Təxminən menstruasiya dövrünün 14-cü günündə toxum hüceyrəsi yetkinləşir və mayalanmaya hazır olur. O yumurtalıqdan çıxır və uşaqlıq yoluna (fallopian yoluna) düşür orada isə 24 saata qədər həyat qabiliyyətini qoruyur; əgər mayalanma baş verməsə toxum hüceyrəsi məhv olur və növbəti mensturasiyada uşaqlıq ifrazatı ilə xaric olur.

Orqazm zamanı kişi qadının uşaqlıq yoluna 200 - 400 mln spermazoid ifraz edir. Spermanın çox hissəsi geriyə axır, spermazoidin qadın orqanizmində qalan hissəsi hədəfə çatmır, lakin onun bir qismi uşaqlıq yolu ilə uşaqlıq boşluğuna və oradan da fallopian yollarından birinə daxil olur. Burada spermatazoidlər 48 saat ərzində həyat qabiliyyətini qoruya bilirlər.

Spermanın tərkibində toxum hüceyrəsi pərdəsini aralayan maddə vardır ki bu da spermatozoidin ora daxil olmasına imkan yaradır. Bundan sonra digər kişi hüceyrəsi içəriyə daxil ola bilmir. Spermatozoid yumurta ilə qarışır və təkhüceyrəli rüşeym – ziqota əmələ gətirir.  

Mayalanmış toxuma hüceyrəsi fallopian yolu ilə aşağıya doğru hərəkət edərək tədricən daha çox hüceyrələrə bölünür.

Mayalanmanın təxminən 4-cü günündə toxuma hüceyrəsi uşaqlıq boşluğuna yetişir. Bu dövrə qədər o maye kürə şəklini alır. O hələ çox balacadır və seçilmir, buna baxmayaraq artıq özündə 100 hüceyrəni birləşdirir. Sonrakı günlərdə toxuma hüceyrəsi uşaqlığın daxilinə hərəkət edir.

3-cü həftənin sonunda mayalanmış toxuma hüceyrəsi uşaqlığın yumşaq divarcığında yayılmağa başlayır. Bu proses implantasiya adlanır. Toxuma hüceyrəsi divarcığa möhkəm yapışdıqdan sonra mayalanma prosesi sona çatır. Embrionun xarici hüceyrələrinin tükcükləri uşaqlığı əhatə edən epiteli qatına daxil olur və nəticədə cift əmələ gətirmək üçün uşaqlığın qan damarları ilə birləşir. Digər hüceyrələr göbələkbağında və dölü mühafizə edən örtükdə inkişaf edir. Daxili hüceyrələr üç təbəqəyə bölünür və müxtəlif orqan və toxumalar törədir. 

Beş-altı həftəlik Embrion

Embrion maye ilə dolmuş kisəcikdə üzür.

Beyin, onurğa sütunu, mərkəzi sinir sistemi əmələ gəlir.

Başcıqda isə dörd çüxur formalaşır – bunlar uşağın gələcək gözləri və qulaqlarıdır.

Həzm sistemi, ağız və çənə rüşeym halında olur.

Mədə və döş qəfəsi inkişaf edir. Ürək döş qəfəsində qabarıq şəklində görünür. Bu dövrün sonuna yaxın o döyünməyə başlayır.

Qan damar sistemi formalaşır.

Əzaların kiçik rüşeymi əmələ gəlmişdir.

Uzunluğu: 6 mm. Embrionun həcmi alma çəyirdəyi boyda olur

Yeddi həftə

Nəhəng kəllə sinəyə doğru əyilmiş vəziyyətdə olur. Sifət formalaşır, amma gözlər yenə də yan təfərlərdə və kip bağlanmış vəziyyətdədir. Nazik göz dərisi altında qara piqment görünür.
Hamiləliyin üçüncü ayı

Kəlləcik bədənlə müqayisədə hələ də mütənasib olmayacaq şəkildə böyük olmasına baxmayaraq döl artıq insana daha çox oxşayır, formalaşmış əl-ayaq isə həddindən artıq balacadır. Hamiləliyin ilk həftələrindəki xoşagəlməz hisslərin tədricən keçib getdiyini müşahidə edəcəksiniz. Qadın konsultasiyasına ilk səfərin vaxtıdır. 

Özünüzü həmişə dik durmağa alışdırın – bu hamiləlik müddətinin sonlarında öz yardımını göstərəcək.

Sinə şişir və ağrılı olur

Belin (qurşağın) həcmi hələlik əvvəlki kimi qalır

Uşaqlığın dibi məhz qasığın üst hissəsində olur

Çəkidə artım olur

Əgər qusma halları olmasaydı siz 1,2 kq çəki artırardınız – bu da hamiləliyin sonuna gözlənilən ümumi çəki artımının 10%-dir. 12 həftəyə olan optimal artım 2 kq.

Sizin körpə

Boyu: 6,5 sm

Çəkisi: 18 qr

Yeni hisslər

Səhərlər əzginlik və ürək bulanmaları keçib gedir, siz rahatlıq hiss etməlisiniz. Sidik ifrazatı ehtiyyacı hamiləliyin ilkin dövrlərindəkinə nisbətən azalır. Hormonal bərpa prosesinin səbəb olduğu həyəcanlanma və əsəbilik hallarının mövcud olması davam edə bilər. Hamiləlik dövründə bağırsaqların fəaliyyəti ləngidiyinə görə qəbizlik halları da mümkündür. Orqanizmdə qan dövranı gücləndiyindən ağ ciyər, böyrək və ürək daha intensiv fəaliyyət göstərir.



Nə etməli

Sinəni yaxşı saxlayan büsthalter alın.

Qidanı zənginləşdirin, rasionunuz yalnız təzə və təravətli ərzaqlardan ibarət olmalıdır

Qəbizliyə yol verməyin – daha çox su qəbul edin və qidanızda zəngin sellülozlu məhsullar qəbul edin.

Diş həkiminə baş çəkin.

İş yerinizdə hamiləliyiniz barədə xəbər verin.

İlk doğuş-qabağı müayinə üçün qadın konsultasiyasına baş çəkin.

Sinənin bəsələməyə hazırlanması barədə həkimlə məsləhətləşin.

Doğumqabağı gimnastika ilə müntəzəm şəkildə məşğul olun.

Hovuza gedin.

Qadın konsultasiyasında gələcək ana kurslarına yazılın.

Hamiləliyin üçüncü ayı
Körpə inkişaf edir

Daxili orqanlar formalaşmışdır, onların əksəriyyəti isə artıq fəaliyyət göstərir, buna görə də döl infeksiyalara daha az yoluxur və dərmanların təsirinə daha az məruz qalır. Göz qapaqları formalaşmışdır, indi onlar gözləri yumur. Qulaqların mərcəkləri (sırğalıq) əmələ gəlir. Əl-ayaq və barmaqlar formalaşmışlar. Barmaqcıqlarda dırnaqcıqlar bitir. Əzələlər inkişaf edir, buna görə də döl daha çox hərəkət edir. O, böyük barmaqları əyə və yumruq sıxa bilir. Ağız əzələləri işləyir: körpə dodaqlarını büzür, ağzını açıb bağlayır. Onu əhatə edən mayeni əmə və uda bilir. Sidik ifraz edə bilir.

Gələcək analar üçün kurslar

Düşünün, hansı doğuşqabağı kurslar sizə daha çox uyğun gəlir? İlkin mühazirələri (məsələn hamilə qadınların sağlamlığı barədə) artıq indi dinləmək olar. Belə kursların əsas məşğələləri isə doğuşdan 8-10 gün əvvəl başlanır. Doğuş-qabağı gimnastikaya isə hamiləliyin bütün dövrlərində baş çəkmək olar. 

Gələcək analar üçün keçirilən kurslarda hamiləliklə, doğuşla, yeni doğulmuş körpələrə qulluqla bağlı çox müxtəlif məsələləri müzakirə edir, doğuşqabağı gimnastika ilə məşğul olurlar. Eyni vaxta müxtəlif növ kurslara getmək olar. 

Pulsuz qadın konsultasiyalarında sizi doğum evimdə nə gözlədiyini öyrənəcəksiniz. Bu kurslar populyardır. Məşğələlərdə bir qayda olaraq mühazirələr oxunur, filmlər nümayiş etdirilir, ona görə də şəxsən sizi narahat edən suallarları vermək çətin olacaq.

Körpələrə qulluğun əsasları kurslarında uşaqla necə düzgün rəftar olunması öyrədilir.

Əgər sizi doğum evinin şöbələrindən birinə göndəriblərsə doğuş blokunun mama həkimi və ya mama sizinlə individual konsultasiya keçirəcək. Sizə sancı və doğuş zamanı özünü necə aparmaq, yeni doğulmuş körpəyə  necə qulluq etmək məsələlərini başa salacaqlar. Burada siz digər gələcək analarla ünsiyyətdə ola biləcəksiniz və doğuşdan sonrakı ilk bir neçə gün ərzində sizinlə və körpənizlə olacaq insanlarla tanış olacaqsınız.

Anaların və uşaqların sağlamlığının mühafizəsi Mərkəzi kimi ixtisaslaşdırılmış müəssisələrdə də kurslar mövcuddur. Orada doğuş-qabağı gimnastikaya, relaksasiyaya (rahatlaşmaya) və düzgün nəfəs almaya xüsusi diqqət yetirilir. Həm ağrı, həm də doğuş vaxtlarında  rahatlaşmaq və düzgün tənəffüs çox vacibdir. Bəzi məşğələlərdə həyat yoldaşınız da iştirak edə bilər.

Həftəbəhəftə


9 həftə

Sinənin şişməsi və onun üzərində damar “torları”-nın peyda olma ehtimalı mümkündür. Körpə: dirsək oynaqları, əl və ayaq barmaqları, qulaq seyvanları formalaşmışdır. “Quyruq” yoxa çıxır. Süd dişlərinin inkişafı başlanır.

10 həftə

Tər vəzilərinin fəallığı artır. Sizin çəkiniz artmağa başlayır.

Rüşeymin çəkisi artıq 4 qr-dan artıq, uzunluğu isə təpədən yana qədər 27-35 mm təşkil edir. Əgər o, uşaqlıq divarlarına toxunursa o zaman ondan uzaqlaşa bilər! Lakin siz bunu şübhəsiz ki, ya hiss etməyəcəksiniz, yaxud xüsusilə həssassınızsa o zaman yalnız yüngül, demək olar ki, hiss edilməz vibrasiya hiss edəcəksiniz.

11 həftə

Hədsiz hal dəyişkənliyi. Gələcək körpənin çəkisi 7 qr.-a yaxındır.

12 həftə

Ürək dəqiqədə bir qədər artıq döyünməyə başlayır: o artmaqda olan qan təchizatı ehtiyyacını ödəməli olur. Dölün sifəti insana xas daha çox ifadəli cizgilər əldə edir. Əlciklərdə və ayaqcıqlarda dırnaqcıqlar formalaşmağa başlamışdır. 

Hamiləliyin dördüncü ayı

Hamiləliyin ikinci rübündən etibarən siz özünüzü daha gümrah və enerjili hiss edəcəksiniz. Tezliklə hamiləlik nəzərə çarpır və sizə gen paltar gərək olacaq. Döl artıq tamamilə formalaşmışdır və 14-cü həftədən etibarən cift vasitəsilə qidalanır. İndi onun inkişafı ana bətni xaricindəki həyata hazırlıq prosesidir.

.  Sinə ehtimal ki, hələ də əvvəlki ölçüdədir; böyüməni siz sonrakı həftələrdə müşahidə edəcəksiniz

.  Beliniz tədricən düzəlir.

.  Qarın ehmalca dairəvari görkəm almağa başlayır.

.  Xallar və çillər dərinin güclü piqmentasiyası ilə tündləşə bilər.
Çəkidə artım

Siz çəkinizi təxminən 5-7 kq., daha doğrusu hamiləliyin sonuna gözlənilən ümumi çəki artımının 50-60%-ni bu dövrdə artıracaqsınız. 16-cı həftəyə olan optimal çəki artımı – 2,5 kq.
Sizin körpəniz

•   Boyu: 16 sm

•   Çəkisi: 135 qr

Yeni duyğular

Əhval-ruhiyyə əhəmiyyətli dərəcədə yaxşılaşmalıdır. Siz çox tez-tez sevincli həyəcan keçirməyə başlayırsınız. Dəri piqmentasiyasının dəyişməsi mümkündür – qarının mərkəz xətti, döş gilələri və onun ətraf dərisinin rəngi tündləşir. Bütün bunlar doğuşdan dərhal sonra keçib getməlidir. İştah dölün inkişaf ölçüsünə mütənasib olaraq artacaq. Adi paltar dar olmağa başlayır, lakin gələcək analar üçün nəzərdə tutulmuş paltara keçmək hələ tezdir.
Nə etməli

• Siqarət çəkmayi tərgitməmisinizsə bunu edin. Ərinizi də eyni hərəkət etməsinə çalışın.

•Düzgün qidalanın və çəkinizə diqqət yetirin. İştah artımı qeyri-sağlam qida qəbul etməyə bəraət qazandırmır.

•Əgər həkim məsləhət görübsə və sizdə ürəkbulanma halları baş vermirsə fol turşusu və dəmir tərkibli preparatların qəbuluna başlayın.

• Qadın konsultasiyasında sizə güman ki, ultrasəs müayinəsi və AFP (alfa-fetoprotein) qan analizini keçmək təklif olunacaq. Dölün inkişafında hər hansı cüzi patologiya şübhəsi ortaya çıxarsa amniosentez də həyata keçirilir.

Hamiləliyin dördüncü ayı
Körpə inkişaf edir

Qaşlar və kipriklər əmələ gəlir. Bədən və sifət zərif tükcüklərlə (lanuqo ilə) örtülmüşdür. Körpənin dərisi o qədər nazikdir ki, onun daxilindəki qan damar şəbəkəsi görünür. Əl və ayaq oynaqları əmələ gəlmiş, sümüklərin bərkiməsi prosesi başlamışdır. Tənasül orqanlarına əsasən cinsiyyəti artıq müəyyən etmək olar, baxmayaraq ki, ultrasəs müayinəsi zamanı bu həmişə baş vermir. Döş qəfəsi tənəffüs hərəkətləri edir. O, artıq barmaq əmə bilir. O, çox hərəkət edir amma siz yəqin ki, bunu hələ hiss etmirsiniz. Ürəyi sizinkindən iki dəfə artıq döyünür. 14-cü həftədən sonra həkim və ya tibb bacısı xüsusi stetoskopun köməyi ilə ona qulaq asa bilər.  Bu ayda döl tez inkişaf edir
Duyğu təşvişi

Bətninizdə körpənizi gəzdirdiyiniz müddətdə çox ehtimal ki, həm sizi, həm də sizin həyat yoldaşınızı ən ziddiyyətli hisslər (coşğun sevincdən dərin ümidsizliyə qədər) bürüyəcək. Buna hazır olun. Üzülməyin. Doğuşdan sonra hər şey öz qaydasına düşəcək.

Gələcək ana və ya ata olma ilə bağlı qorxulardan yaxa qurtarmağın ən yaxşı üsulu onları gizlətmədən ikilikdə müzakirə etməkdir. Vacib məsələ sizdə baş verən dəyişkənliyi dərk etməkdir.

Uşağı gözləmə sevincinin bəzən neqativ emosiyalar törətməsində qeyri-təbii heç nə yoxdur. Sizi rahatsızlıq, qadağalar, öz ağırlığınız və köklüyünüz qıcıqlandıra bilər. Bəzən siz körpəyə görə də təngə gələ bilərsiniz. Buna baxmayaraq bütün bunlar onun doğulması ilə və siz bir-birinizi sevdiyiniz zaman unudulur. Bədən quruluşunu isə sadə fiziki məşqlərlə də bərpa etmək olar.

Həyat yoldaşınız üçün uşaq ilk dəfə onu ultrasəs aparatının ekranında görəndə real görünəcək. Bu dövrə qədər o özünü artıq hiss edə və hətta uşağı da bir az qısqana bilər. İndi bu hisslər sevinc və həyəcan ilə əvəz olunmalıdır.

Uşaq intizarı sizin valideyn olmağa hələ hazır olmamanız barədə həyəcanla müşaiyət olunursa bu da tamamilə təbiidir. Əgər qarşıda duran sancılar və doğuş sizi qorxudursa – buna hazırlaşın, tənəffüs və əzələ rahatlaşdırması metodikasına yiyələnin: siz özünüzü daha inamlı hiss edəcəksiniz.
Həftəbəhəftə

13 həftə

İkinci rübün əvvəli hamiləliyin ən xoş dövrüdür. Toksikoz əlamətləri aradan qalxır. Körpənin sağlamlığını mühafizə edən ciftin (uşaq yeri) formalaşması davam edir. Vitaminlərin qəbulunu və təmiz havada gəzməyi unutmayın. Körpə təxminən 28 qr çəkiyə malikdir. Süd dişlərinin iyirmisinin rüşeymləri formalaşmışdır.

14 həftə

Hamiləliyin psixoloji hissləri özünü büruzə verir. Artıq ilkin dəri dartınmaları mümükündür. Dölün uzunluğu indi 12,5 sm-dir. Mədə-altı vəzi insulin hazırlamağa başlayır. Reproduktiv orqanlar formalaşır.

15 həftə

Hərdən qarında hamiləlikdən sonra keçib gedəcək qəhvəyi xəttlər əmələ gəlir. Səbəb hormonal fonun dəyişməsidir. Körpənin başında saçlar əmələ gəlir. Alimlər hesablamışlar ki, bu vaxt kiçik ürəkcik sutka ərzində 23 litrə yaxın qan “vurur”! Siz dölün ilk tərpənişlərini hiss edə bilərsiniz

16 həftə

Yuxu və uzanaraq istirahət bəzi narahatçılıqlara səbəb ola bilər. Uşağın əl və ayağının hərəkət koordinasiyası inkişaf edir, boyu isə artıq uzanmışdır – onun uzunluğu artıq demək olar ki, 16 sm-dir və o ağzını aça və üz-gözünü büzüşdürə (mimika yarada) bilir.
Hamiləliyin altıncı ayı

Bu ay çoxları üçün hamiləliyin ən gözəl vaxtıdır. Siz yaxşı görünəcək və özünüzü xöşbəxt hiss edəcəksiniz. Əgər buna qədər sizdə çəki artımı ləng baş verirdisə o zaman indi sürətlə kökələ bilərsiniz. Hamiləlik aşkar gözə çarpır.

Əl və çiyinlərin köklüyü orqanizmdə suyun ləngiməsinin nəticəsidir; doğuşdan sonra isə bu keçib gedir. 

Orqanizm daha çox su saxladığı üçün sifət əvvəlki dövrlərə nisbətən daha dolu (şişman) vəziyyət almışdır.

Döş gilələri ətrafındakı tünd dairəciklər daha aydın nəzərə çarpır

Qarın daha çox qabağa gərilir.

Çəkidə artım

Çox ehtimal ki, siz əvvəlki kimi həftədə 0,5 kq çəki artıracaqsınız. Lakin sizin çəkiniz hamiləlikdən əvvəl normadan az olubsa çəkiniz daha sürətlə artacaq. 24-cü həftəyə optimal çəki artımı – 4,5 kq.

Sizin körpəniz

Boyu – 33 sm

Çəkisi – 570 qr

Yeni duyğular

Bu ay üçün artıq siz çəkinizi xeyli artırmısınız. İndi sizə sərbəst, hərəkətləri məhdudlaşdırmayan  geyim gərəkdir. Çox tərləmə halları başlaya bilər, indi istiyə tab gətirməniz daha da çətinləşir. Çox su qəbul edin, sintetik parçadan hazırlanmış paltar geyməyin.

Nə etməli

Əgər siz körpəni qəti surətdə sinə ilə qidalandırmaq istəyirsinizsə gələcəkdə problemlərdən yaxa qurtarmaq üçün həkimlə və ya mama-həkimlə sinəni bəsləməyə hazırmamaq barədə məsləhətləşin.

Şişlərdən yaxa qurtarmaq üçün istirahət zamanı ayaqlarınızın altına yastıq qoyaraq onları hündürdə saxlamağa çalışın

Ehtiyyatla, eyni zamanda müntəzəm şəkildə gimnastika və relaksasiya ilə məşğul olun, zəruri tənəffüs məşğələlərini yerinə yetirin.

Hamiləliyin altıncı ayı
Körpə inkişaf edir

Piy yığını hələ yoxdur, bu səbəbdən vücud çox arıqdır. Dəridə tər vəziləri formalaşır. Körpənin əl və ayaq əzələləri yaxşı inkişaf etmişdir və o müntəzəm olaraq onların gücünü yoxlayır. Uşağın tərpənişini hiss edə bildiyiniz aktivlik dövrü tam rahatçılıqla əvəz olunur. O öskürə və hıçqıra bilir, bu daxilinizdə xəfif döyüntü kimi hiss olunur.

Fiziki cəhətdən inkişaf etdikcə uşaq psixi reaksiyalar da göstərməyə başlayır. O, uşaqlıqda kömbə kimi yumrulanaraq uzanır və onu embrion ətrafı qovuq mayesi mühafizə edir. Qida və oksigenin daxil olması, eləcə də maddələr mübadiləsinin sintezi hələ tamamilə ciftdən asılıdır. Amma 24-cü həftədə o artıq doğuşdən əvvəlki körpə kimi görünür və davranır. Onun gözləri hələ nazik pərdə ilə örtrülüdür, ancaq 28-ci həftədə onlar açılır və o anda körpə görməyə başlayır.

Körpə artıq sizin səsinizi və musiqini eşidir. Bəzi melodiyalar onun xoşuna gəlir və o öz hərəkətləri ilə bunu sizə bildirir. O, kəskin (birdən və çox güclü) səslərdən diksinir.

Körpə cift vasitəsilə qidalanır və isti amniotik maye ilə mühafizə olunur. Amniotik maye hər 4 saatdan bir yeniləşir. Bu maye hərarətini tənzimləyir, həmçinin dölü təkan və infeksiyalardan qoruyur.

Uşaq üz-gözünü turşudur, gözlərini qıyır, ağzcığını açır. Körpə itələnə, çevrilə bilir, o yumruqcuq sıxmağa qadirdir. Onun yatma vaxtı sizinki ilə hər zaman üst-üstə düşmür, siz yatmaq istəyərkən körpənin aktiv olması mümkündür.

Şüur və təfəkkürü idarə edən beyin hissəsi hamiləliyin 7-ci ayında inkişafa başlayır. Bu andan etibarən fərdin formalaşmasından danışmaq mümkündür. Körpə barmağını sorur və onu əhatə edən mayeni udur, bu maye sonralar orqanizmdən sidik şəklində ifraz olunur. Bəzən həddindən artıq qurtum aldıqda o hıçqırmağa başlayır. Həyata gəlişinə hazırlaşaraq körpə sinənin tənəffüs hərəkətlərini yerinə yetirir. Körpənin dilində dadbilmə reseptorları əmələ gəlir. 28-ci həftəyə o şirini, duzluluğu və acını ayırd edir.

Həftəbəhəftə

21 həftə

Çəkidə hiss ediləcək dərəcədə artım baş verir. İştah artır. Orqnizm gün ərzində 5000 və daha artıq kilokalori tələb edir, amma unutmayın ki, həftədə orta çəki artımı 400 qr.-dan artıq olmamalıdır. Fiziki məşqlərlə məşğul olmağı yaddan çıxarmayın. İndi döl təxminən 370 qr çəkiyə malikdir. Dildə dadbilmə reseptorları formalaşmağa başlayır. Həzm sistemi çaxnaqdan (embrion ətrafı maye) suyu və şəkəri həzm etmək üçün artıq kifayət qədər formalaşmışdır.

22 həftə

Qan dövranının fəallaşması davam edir. Qəbul edilən qida normadan əskik olarsa vəzi qan azlığı yarada bilər. Kefsizlik hallarında həkimə müraciət edin. Körpənin lamisə (toxunma) hissi orqanları inkişaf edir. Gələcək körpə tədqiq edir; əlləri ilə ayaqlarına, sifətinə toxunur, baş barmağını sorur.

23 həftə

Qarın divarlarına qeyri-ixtiyari təzyiqlər də mümkündür. Güclü spazmalar zamanı həkimə müraciət etmək lazımdır. Körpənin bu həftədəki çəkisi təxminən 510 qr təşkil edir. Hərəkətlər daha fəal, bəzən isə hətta daha kəskin olmağa başlayır.

24 həftə

Vaxtından əvvəl doğuşun əlamətlərinə bələd olmaq və onları yadda saxlamaq çox vacibdir. Doğuşqabağı bandaj haqda düşünün. Bu həftədə dölün çəkisi təqribən 600 qr, uzunluğu isə 30 sm-dir. Sifət əməli olaraq formalaşmışdır. Gözlər hələ də bağlı olsa da artıq kirpiklər mövcuddur və saç bitməkdə davam edir. Sifəti siz onu doğulan zamanı görəcəyiniz kimi görünür.

Hamiləliyin yeddinci ayı

Siz finiş xəttinə yaxınlaşmısınız, doğuşa üç ay qalıbdır. İndi sizə elə gələcək ki, siz yöndəmsiz və unutqansınız. Bu aylar körpə dərialtı piy sellüouzu toplayır. O, fəaldır və siz onun hərəkətlərini açıq-aşkar hiss edirsiniz. Əgər doğuş indi baş verərsə uşaq sağ qalar.

Çəkinin artması ilə onurğa sütununun əyilməsindən yaxa qutmaq üçün özünüzü dik saxlayın

Qarında, budlarda və yanda piy yığınlarıı əmələ gələ bilər.

Sinədə venalar aydın görünür

Uşaqlığın dibi təxminən göbək və döş sümüyü arasında olur.

Çəklidə artım

Bu vaxt ərzində siz çəkinizi çox güman ki, 4 kq-a qədər, daha doğrusu, ümumi çəki artımının 30-40%-ni artıracaqsınız. 28-ci həftəyə olan optimal çəki artımı - 9 kq.

Sizin körpəniz

Boyu: 37 sm

Çəkisi: 900qr - 1 kq

Yeni duyğular

Kefsizlik halları, hamiləliyin son dövrləri üçün adi hal olan ürək qıcqırması, mədə pozğunluğu və spazma halları mümkündür. Qarında uzunsov qırmızı ləkələrin meydana gəlməsi də istisna edilmir. Bu dövrdə bir qayda olaraq uşaqlığın zəif yığılması, yalnış sancılar başlanır. Onlar adətən ağrısız olur. Siz doğuş və ya körpə barədə rəngarəng yuxular görə bilərsiniz. Belə yuxulara adətən yatarkən narahat vəziyyətiniz və ya körpənin hərəkətləri səbəb ola bilər.

Nə etməli

Gündüzlər mütləq istirahət etmək lazımdır. Mümkün qədər tez yatın. Əgər siz hələ də işləyirsinizsə, nahar fasiləsində ayaqlarınızı horizontal vəziyyətdə saxlayaraq əyləşin. Evə gəldikdə də lazımınca istirahət edin.

Hamiləlik və doğuşla bağlı məzuniyyət ərizəsi yazın və uşağın doğulmasından sonra öz yerinizə qayıdıb-qayıtmayacağınızı qeyd edin. Müdiriyyətinizi getməyiniz barədə gec olmamaq şərtilə üç həftə ərzində xəbərdar edin.

Bu vaxtdan etibarən ağırlaşma halları yoxdursa 36-cı həftəyədək qadın konsultasiyasına ayda iki dəfə baş çəkin, həkimdən sizi narahat edən hər şey barədə şoruşun. Uşağın ürəyi adi fonendoskop vasitəsi ilə dinlənilir.

Hamiləliyin yeddinci ayı
Körpə inkişaf edir

Dəri qırmızı və qırış-qırışdır, ancaq onun altında artıq piy sellüozu formalaşır. Baş-beyin qabığının inkişafında mühüm mərhələ yetişir. Yeddi aylıq körpə ağrı hiss edir, o demək olar ki, yetkin uşaq kimi reaksiya verir. Onun dilindəki dadbilmə reseptorları hətta doğuş zamanı olacağından daha çoxdur, o çox incə dad çalarlarını ayırd edir. Ağ ciyərlər tam formalaşmamışdır. Surbaktant (tənnəffüs zamanı alveolların düşməsinin qarşını alan substansiya) hələ təkmilləşməmişdir.

Ər əli ilə uşağın hərəkətlərini hiss edə və hətta tərpəndiyi zaman onun vücudunun ümumi şəklinin  necə göründüyünü sezə bilər.

Hamilə qadının qarderobu

Beşinci, hətta altıncı aya qədər sizin adi qarderobunuzun sərbəst biçimli geyimləri ilə keçinmək olar. Bununla belə bir-iki yeni şey yalnız əhval-ruhiyyənizi qaldırar. Hamilə qadınlar üçün nəzərdə tutulmuş xüsusi geyimlər almaq vacib deyil, yaxşısı budur özünüzə düz biçimli, yaxşı rahat paltar axtarın.

Paltar yüngül, gen və sərbəst – qışda isti və yayda sərin olmalıdır. Təbii parçalar seçin. Beli sıxan və ayaqlarda qan dövranını çətinləşdirən şeylər, məsələn dar qolf-corablar geymək məsləhət görülmür. Tuflilərdən alçaqdabanlı olanları geymək daha çox məsləhət görülür, dabansız ayaqqabılardan isə hələlik uzaq durmalı olacaqsınız. Yaxşı olardı ki, ayaqqabınız ipsiz olsun, belə ki, onu bağlamaq onsuz da çəkin olacaq.

Gen və uzun bluza, sviter və cemper geymək körpənin dünyaya gəlməsindən sonra da mümkün olacaq. Rezin əvəzinə bel bağı olan idman stilli şalvarlar beli sıxmayacaq. Sarafan hər cür hallarda münasibdir. Onun altından mayka və ya manjetli köynək geyinmək olar. Ətəyin iç tikişi daha geniş olmalıdır belə ki, siz kökəldikcə onu boşaltmaq mümkün olsun. Gələcək analar üçün nəzərdə tutulmuş paltarın qabaq tərəfi arxasından 2-3 sm uzun olur.

Həftəbəhəftə

25 həftə

Uşaqlıq o qədər böyümüşdür ki, diafraqmaya, aşağı diafraqmaya təzyiq edir və mədənin yerini dəyişmişdir. Ürək qıcqırması halları başa verə bilər. Tez-tez, kiçik porsiyalarla və yaxşıca çeyniyərək qida qəbul edin. Uşağın çəkisi təxminən 700 qr-dır. Əllərdə barmaqların hərəkəti daha konkret olmağa başlayır, körpə yumruq sıxır. Bədənin sağ və sol tərəfləri müəyyən edilir.

26 həftə

İndi körpənin hərəkətlərindən ailə üzvləri də zövq ala bilərlər. Körpə sizin əhval-ruhiyyənizə reaksiya verir, narazılığını ifadə edə bilir. Uşaq gözlərini açır. Körpənin gözlərinin gələcəkdə nə rəngdə olmasından asılı olmayaraq indi onlar mavidir.

27 həftə

Çəkidə əhəmiyyətli dərəcədə artım davam edir. Unutmayın ki, hamiləlik arıqlamaq üçün pəhriz saxlamaq vaxtı deyil, yalnız körpənin normal inkişafı üçün tövsiyyə olunan pəhriz istisna edilir. Daimi su mühitində qaldığında görə körpənin dərisi çox qırış-qırış görünür. Bu doğuşdan bir neçə həftə əvvəl yoxa çıxır. İndi çəki 900 qr-dan azacıq ağırdır. Bu dövrdə vaxtından əvvəl doğulmuş körpə artıq müasir tibbi texnologiyanın tətbiqi ilə yaşama şansına malikdir.

28 həftə

Bu həftədə dölün uzunluğu 35 sm, çəkisi isə bir kiloqramdan azacıq artıqdır. Beyin qırışları formalaşır, o həcmcə kəskin şəkildə böyüyür.

Hamiləliyin səkkizinci ayı

Daha çox istirahət etmək lazımdır. Gündüzlər də uzanmağa vaxt ayırın, siz öz yükünüzdən, gözləməkdən, ümumiyyətlə hamiləliklə bağlı hər şeydən yorulmusunuz. Sizin gələcək analar üçün nəzərdə tutlmuş kurslara getmək vaxtınızdır. Məşğələlərə doğuşadək baş çəkin. Uşaq artıq tam formalaşmışdır. Dəri-altı piy toplanır və o tezliklə sevimli toppuş körpə olmaq ərəfəsindədir.

Uşaqlığın təzyiqi nəticəsində qabırğa-altı nahiyədə ağrılar baş verir.

Göbək tədricən genişlənir və yastı vəziyyət alır.

Çəkidə artım

Körpənin böyüməsinə baxmayaraq sizin çəkiniz ləng surətdə artacaq. Əgər siz tez kökəlirsinizsə karbohidrat və süd qəbulunu azaldın. 32-ci həftəyə olan optimal çəki artımı – 11 kq.

Sizin körpəniz

Boyu: 40,5 sm

Çəkisi: 1,6 kq

Yeni duyğular

Körpə böyüyür və sizin daxili orqanlarınızı sıxmağa başlayır, bu da təngənəfəsliyə və tez-tez sidik ifrazı ehtiyyacına səbəb olur. Siz qaçmağa, öskürməyə, asqırmağa və ya gülməyə başlayan kimi sidiyi saxalaya bilməmə hallarınız da ola bilər. Yuxu narahatçılıqla müşaiyyət olunur, siz pis yatırsınız (doyunca yata bilmirsiniz). Göbək yastı vəziyyət almış və hətta üzə çıxmışdır; doğuşdan sonra isə o yerinə düşür. Doğuş vaxtının yaxınlaşması ilə də genişlənir, bu hal xoşagəlməz hisslər oyada bilər.

Nə etməli

Gündə 1-2 saat dincəlin. Ayaqlarınızı horizontal vəziyyətdə saxlayın.

Əgər siz pis yatırsınızsa yatmazdan əvvəl relaksasiya məşqləri edin; yan tərəfinizdə yatmağa çalışın və yatarkən bir ayağınızı bükün və onun altına balış qoyun. Hamiləliyin bu dövründə yuxu pozğunluğu normal haldır və bu sizi qorxutmamalıdır.

Çanaq qurtaracağı əzələləri məşqlərini davam etdirin; əgər sizdə sidiyi saxlaya bilməmə halları varsa bu xüsusilə vacibdir. 

Gələcək analar üçün nəzərdə tutulmuş kurslara baş çəkin.

Qan azlığı və ya rezus-faktorla bağlı probleminizin olub-olmamasını yoxlamaq üçün qan analizi verin.

Hamiləliyin səkkizinci ayı
Körpə böyüyür

İndi körpə yalnız çəkidə bir az artım etməlidir. O artıq işıq və qaranlığı ayırd edir. Uşaqlıq bətni artıq ona dar gəlir və körpə həyata gəlməyə hazırlaşaraq bəlkə də artıq başı aşağı çevrilmişdir.

Təzə doğulan uşaq üçün dəyişək (komplekt alt paltarı)

Əvvəlcə körpə üçün lazımi şeyləri hazırlayın, digər şeyləri onun doğulmasından sonra da almaq olar.

Gündəlik məişətdə işlənən şeylər lazım olacaq:

kiçik çarpayı – sadə və daşına bilən və ya kiçik səbət

yataq ləvazimatları

yumşaq sırıqlı yorğan (ədyal)

əgər maşınınız varsa uşaqlar üçün nəzərdə tutulmuş avtomobil oturacağı

uşaq vannası

2 yumşaq məhrəba

bələmə xalısı

uşaq əskisi komplekti

şüşə komplekti (uşağı şüşə ilə qidalandırmağa hazırlaşırsınızsa)

Paltar: 60 sm ölçülü şeylər alın. Sizə lazım olacaq:

6 mayka

8 kombinezon

2 toxunma kofta

2 yataq köynəyi

2 cüt nazik corab

çutku (ləçək) və yun papaqcıq

Həftəbəhəftə

29 həftə

Üçüncü rübə xoş gəlmisiniz! Sinədən süddən öncəki kolostrum mayesi (süd) ifraz olunmağa başlayır. Bəzən süd daha erkən də (24-cü həftədən etibarən) əmələ gəlir. Doğuşdan sonra körpə südün peyda olmasına qədər ilk bir-iki gün bu maye ilə qidalanacaq. Döl həyata gəlişinə və bətn-xarici həyata  hazırlaşır. O öz bədən hərarətini bu və ya digər dərəcədə tənzimləməyi öyrənmişdir. Onun vəziləri südün ana orqanizmi tərəfindən hasil edilməsinə təkan verən hormonlar ifraz edir.

30 həftə

Bədənin ağırlıq mərkəzi yerini dəyişməkdə davam edir, ona görə də duruş vəziyyətinizə diqqət edin. Körpə artıq işıq və qaranlıq hissinə bələddir (ananı əhatə edən ətraf aləmin işıqlandırma dərəcəsindən asılı olaraq), səsləri, ananın və ailənin digər üzvlərinin səsini eşidir.

31 həftə

Qarın həcmcə böyüməkdə davam edir, döş qəfəsində və çanaq sümüyü nahiyəsində xoşagəlməz hisslər sizi narahat edə bilər: körpənin çəkisi təxminən 1,5 kq təşkil edir. Eşitmə hələlik ətraf aləmi qavramanın yeganə vasitəsidir. O, ananın səsini çox yaxşı tanıyır və doğulan anda onu digər səslərdən asanlıqla ayır edir.

32 həftə

Təmiz havada gəzintiyə daha çox vaxt ayırın. Körpənin sifətində qırışların əksər hissəsi yoxa çıxmışdır. Hazırda körpə 1 kq 600 qr “ağırlığa malikdir”. Boyu – 40sm-dir. O başı aşağı çevrilərək və ayaqlarını yuxarıya dirəyərək anada narahatlıq yarada bilər.
Hamiləliyin doqquzuncu ayı

Bu vaxta qədər işi dayandırmaq və doğuşa hazırlaşmaq lazımdır. Hamiləliyin ağırlığından yaxa qurtarmaq istəyi sancılara olan qorxu hissi qədər güclü ola bilər. Uşaq artıq uşaqlığın bütün boşluğunu tutur, indi o qıvrılmır, təpik atır. Əgər doğuş indi baş verərsə onunla hər şey yaxşı olacaq.

Baş bəlkə də artıq çanaq sümüyünə dirənir

Böyük qarın ağırlıq mərkəzini dəyişdirir, ona görə də duruş vəziyyətini yaddan çıxarmayın

 Çəkidə artım

38-ci həftədə çəki sabitləşə bilər. Əgər siz 13 kq-a qədər çəki artırmısınızsa əvvəlki çəkini bərpa etmək çətin olmayacaq. 36-cı həfətəyə optimal çəki artımı – 12 kq.

Sizin körpə

Boyu: 46 sm

Çəkisi: 2,5 kq

Yeni duyğular

Uşağın başı enmiş vəziyyətdədir, uşaqlıq mədəyə və diafraqmaya daha az təzyiq edir, buna görə də ürək qıcqırması, həzm pozğunluğu və təngənəfəslik halları nadir hallarda baş verir. Sidik kisəsinə olunan təzyiqlərə görə sidik ifrazatı ehtiyyacı sürətlənə bilər. Doyunca yata bilməmə və ağır yük yorğunluq hissinə səbəb ola bilər. Siz ikiqat enerji ilə evdə hər şeyi yerinə qoyursunuz – “yuva tikirsiniz”. Taqətdən düşməmək üçün həddindən artıq səy göstərməyin.

Nə etməli

Topuqda şişlərin və venaların varikoz genişlənməsinin olmaması üçün ayaqları horizontal səviyyədə saxlayın.

Hər həftədə bir dəfə qadın konsultasiyasına baş çəkin.

Əmizdirmə büsqalterləri alın.

Doğum evində qalmanız və qayıtmağınızın ilk günləri üçün ərzaq tədarük edin.

Doğum evinə aparacağınız çantanı əvvəlcədən yığın. Əgər doğuş evdə baş verəcəksə lazım olacaq hər şeyi hazır edin.

Uşaq üçün hər şeyinizin olub-olmamağınızı dəqiqləşdirin.

Hamiləliyin doqquzuncu ayı
Körpə böyüyür

Əgər bu ilk hamiləlikdirsə körpənin başı artıq yəqin ki, çanaq nayihəsinə doğru əyilmişdir. Əl və ayaq barmaqlarında zərif dırnaqcıqlar bitmişdir. Oğlanın xayaları aydın aşkar olunur. Qalan ayda körpə gündə 28 qr-a qədər çəki artıracaq.

Son həftələrdə istirahət

Hamiləliyin sonuna yaxın siz çox tez  yorulacaqsınız. Çox güman ki, siz pis yatırsınız, ağır qarını daşımaq isə çətindir. Bütün bunlar tam yorğunluğa gətirib çıxarır. İndi əsas məsələ yorğunluğun öhtəsindən gəlmək deyil, daha tez-tez dincəlmək və rahatlaşmaqdır.

Yorğunluğu necə aradan qaldırmalı: ayaqları horizontal vəziyyətdə saxlayın. İstirahət vaxtı məşğul olmanız üçün özünüzə asudə (sakit) məşğuliyyətlər icad edin. Əzələlərin rahatlaşması üçün məşqlər edin, həzin musiqiyə qulaq asın, mütaliə edin, körpə üçün nə isə toxumağa başlayın. Adət etdiyiniz adi tempi (sürəti) azaldın, hər şeyi daha yavaş və aramla edin.

Əmizdirmə büsqalteri

Əgər siz sinə ilə əmizdirəcəksinizsə sizə iki dənədən az olmayaraq qabaq tərəfdən bənd olunan büsqalter lazım olacaq. Ölçüdə səhv etməmək üçün onları 36-cı aydan tez almayın.

2 tip əmizdirmə büsqalterləri vardır. Birində qapaq yalnız döş giləsi və sinənin kiçik bir hissəsini açır, digərində isə qapaq ətrafında “molniya” (düymə, ilgək) tikilmişdir, beləliklə sinəni bütünlüklə açmaq olar. Yaxşısı budur 2-ci tip büsqalter alasınız, o körpəyə bütün sinəni hiss etməyə imkan verir. Qapaqlar altında geniş bretelli və “molniyalı” pambıq büsqalter axtarın.

Adi büsqalter geyərək ölçünüzü götürün. Əgər ölçünün düzgün seçilməsinə əmin deyilsinizsə satıcıdan bir daha ölçünüzü təyin etməsini xahiş edin.

Sinəaltı həcmi adi santimetrlə ölçün.

Qapaqların ölçüsünü təyin etmək üçün sinəni ən geniş həcmli hissəsindən başlayaraq ölçün.

Həftəbəhəftə

33 həftə

Yüngül qıcolma halları və uşaqlığın spazmatik yığılmaları mümkündür, bu da orqanizmin doğuşa hazır vəziyyətə gətirilməsindən xəbər verir. Gələcək körpə xüsusi maddəyə – surfaktanta malikdir ki, o doğuşdan sonra ona müstəqil şəkildə nəfəs almağa kömək edir, bu da ağciyərin nəfəs verməsi vaxtı onun yığılmasına imkan vermir. O, həyata rahat gəlməsi üçün başı aşağı vəziyyət almışdır.

34 həftə

Süd vəzilərindən südün daha intensiz ifraz olunması mümkündür. Körpə böyüməkdə davam edir: çəki 2 kq-dan bir az artıqdır, boyu isə 42,5 sm-dir. Onun dadbilmə hissləri kifayət qədər inkişaf etmişdir. O, ananın tez-tez qəbul etdiyi yeməkdən fərqli dada öyrəşir.

35 həftə

Yuxu ilə müəyyən çətinliklərin olması ehtimalı istisna edilmir. Ağırlıq hissi daha güclüdür. Az-az, eyni zamanda, qısa zaman intervalında (tez-tez) qidalanmağa çalışın. Dölün çəkisi təxminən 2 kq 200 qr-dır. Kiçik əllərdəki dırnaqcıqlar barmaqların qurtaracaqlarınadək uzanmış və kifayət qədər iti olmuşlar, amma onun uşaqlıqdakı vəziyyəti ona özünün kiçicik sifətini cırmaqlamağa imkan vermir.

36 həftə

Uşaqlığın yuxarı hissəsi ən yüksək nöqtəyə - döş sümüyü altına çatmışdır. Tənəffüs zamanı döş qəfəsində narahatlıq və ağrı hiss olunur. Körpənin çəkisi təqribən 2 kq 400 qr, uzunluğu 45 sm təşkil edir. Gələcək körpə əhəmiyyətli dərəcədə girdələşmiş, həyatının ilk günlərində bədənin hərarətini saxlaması üçün piy yığmışdır. 

MƏQALƏLƏR / XƏBƏRLƏR
Tarix:26.06.2010
ELAN
Tarix:24.06.2010
Rəhim Rəhimli əmi oldu
Tarix:21.06.2010
Nabranda istirahət etmək istəyənlərin nəzərinə
Tarix:18.06.2010
Bir neçə çimərlikdən istifadə qadağan edildi
Tarix:17.06.2010
Qısa boylulara qara xəbər
Tarix:17.06.2010
Zülfiyyə Xanbabayeva: “Arıqlayıb 49 kilo oldum...”
Tarix:09.06.2010
Pivə qadınların döşlərini böyüdür?
Tarix:07.06.2010
Günəşin mənfi təsirlərindən necə qorunmalı?
Tarix:07.06.2010
İntihara gətirib çıxaran səbəblər
Tarix:04.06.2010
Fotoşəkilə baxdı, nəvəsini xərçəng xəstəsi olduğunu anladı
Tarix:04.06.2010
Hamilə qalmaq üçün cəmi 6 gün
Tarix:02.06.2010
Uşaq Teatrı Beynəlxalq Teatr Festivalına qatıldı
Tarix:02.06.2010
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyəsi
Tarix:01.06.2010
Məhkum uşaqlarla görüş keçirildi
Tarix:26.05.2010
İlk süni orqanizm yaradıldı
Tarix:25.05.2010
Qan azlığının dərmanı - badımcan
Tarix:25.05.2010
Oğlan uşaqlarını nə vaxt sünnət etdirməli?
Tarix:17.05.2010
Çadırda 8 uşaq doğuldu
Tarix:17.05.2010
Bakıda hərarət 30 dərəcəyə çatacaq
Tarix:17.05.2010
4 özəl tibb müəssisəsi qapadıldı
Tarix:14.05.2010
Gələcəkdə Azərbaycanda oğlanlar evlənmək üçün qız tapa bilməyəcək
Tarix:14.05.2010
Salona getmədən arıqlamaq üsulları
Tarix:12.05.2010
Düz ayaqqabılar da hündür dabanlar qədər zərərlidir
Tarix:12.05.2010
Yuxu probleminiz varsa...
Tarix:10.05.2010
Yağlı dərilər üçün qulluq maskaları
Qaliblər
Mətbuatda Biz
"Dost"un birinci hissəsi yekunlaşdı
Mənbə: Ədalət qəzeti

ANA.az, AGAT və Arzumun "DOST" adlı layihəsi davam edir!
Mənbə: Həftə içi qəzeti

“Dost” 16 may tarixində gözdən əlil uşaqlar üçün Respublika Internat Orta Məktəbinin qonağı oldu
Mənbə: PressPost.az
Face Book
Səs vermə
(1945)
Yox (433)

Copyright © ANA.az
Site by : azDesign.ws